Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

54
Üçüncü şəkil
Dantesin mənzili. Hekkerenlə Dantes söhbət edirlər.
Hekkeren:  Dantes,  deməli,  A.S.Puşkinin  səni  duelə 
ça ğırması  doğruymuş.  Amma,  bu  heç  də  yaxşı  olma-
dı.  Mən  məsələnin  bu  qədər  böyüyəcəyini,  bu  qədər  cid-
di  şəkil  alacağını  gözləmirdim.  Heç  gözləmirdim.  Sən 
də  ki,  tələsmisən,  duel  məsələsinə  elə  o  saat  heç  kəslə 
məsləhətləşmədən razılıq vermisən. Puşkin bu dəqiqə quy-
ruğu tapdalanmış ilan kimi qəzəblidir. Gözünə heç bir şey 
görünmür.  Bir  də  ki,  bu  ölüm-dirim  vuruşunda-dueldə  o, 
öz namusunu qoruyacaqdır. Bəs sən? Sən nə üçün vuruşur-
san? Öz yüngül əyləncələrini davam etdirməkdən ötrümü? 
Günah sənin özündədir. Hərəkətlərində çox açıq-saçıqlığa 
yol verirdin. Təbiidir ki, bu da dedi-qodulara səbəb olacaq-
dı və söz sahibinə gedib çatacaqdı. Tələsdin. Çox tələsdin. 
Mən özüm, bu yaşlaşmış Hekkeren N.N.Puşkina ilə sənin 
aranı elə bir hiylə ilə düzəldəcəkdim ki, öz əyləncələrindən 
bezənə qədər ondan istifadə edəcəkdin, heç bir dedi-qodu 
da  yaranmazdı.  Sən  isə  tələsdin.  Nataliyaya  qarşı  etdiyin 
ən açıq hərəkət yüngül kazarma lətifələri söyləməyin oldu. 
Aqibətin isə duel. Doğrudur, Natalidə də sənə qarşı az da olsa 
meyllər olduğu nəzərə çarpır. Ancaq bu onun səni ürəkdən 
sevdiyindən  yox,  öz  sadəliyindən  və  şöhrətpərəstliyindən 
yaranan əlaqənin yanlış yola düşməsindən doğur. Nə isə... 
Hələ gec deyildir. Bəlkə də sən məsələnin o qədər də ciddi 
şəkil almasından çəkinmirsən. Lakin mən bu qoca dünya-
da xeyli ömür sürmüş Hekkeren həyatın necə şirin olduğu-
nu anlayıram və ona görə də, hər necə olur-olsun, bu duel 
məsələsini ləğv etməyə çalışacağam. Hələlik isə xudahafiz. 


55
Mən  məsələnin  bu  cür  ciddi  şəkil  almasını  Bekkendorfa 
bildirməliyəm (Gedir). 
J.Dantes (Onun arxasınca): Xudahafiz. 
Zövqlə bəzənmiş bir otaq. Hekkeren və Bekkendorf 
söhbət edirlər.
Hekkeren:  Cənab  Bekkendorf,  mən  sizi  çox  ciddi  bir 
məsələ ilə əlaqədar narahat etmək istəyirəm. Bu məsələ elə 
bir ciddi məsələdir ki, onun son nəticəsi ölkələr arasında 
münasibətin  pozulmasına,  hətta  pənahımız  çar  Nikolayın 
özünə belə zərər gətirə bilər. Ona görə də şair A.S.Puşkinin 
Holland səfirliyinin nümayəndəsi cənab Dantesi duelə ça-
ğırması  barədə  məsələni  sizə  çatdırmağı  özümə  borc  bil-
dim.  Bir  də  bu  məsələni  sizə  çatdırmağı  ona  görə  vacib 
bildim ki, bir jandarm rəisi kimi bu məsələ sizin fəaliyyət 
sahənizə aiddir. 
Bükkendorf  (Təəccüblə):  Necə?  A.S.Puşkin  Dantesi 
duelə  çağırmışdır? Axı  nə  üçün?  Doğurdan  da  çox  ciddi 
məsələdir. 
Hekkeren:  Puşkin,  Danteslə  arvadı  Puşkina  arasında 
olan münasibətlərdə özünü təhqir olunmuş hiss edir. Dante-
si də duelə elə məhz bundan ötrü çağırmışdır. Görürsənmi, 
hadisələrin inkişafı necə bir ciddi şəkil almışdır, cənab Bek-
kendorf: Heç adam inana bilmir ki, belə bir hadisə baş verə 
bilər. Elə ona görə də, sizin məsləhətinizə ehtiyacım var. Bu 
xoşagəlməz hadisənin qarşısını almaq üçün hansı tədbirlər 
görək. Necə edək ki, bu köhnəliyin – orta əsrlər dövrünün 
qalığı olan duel məsələsini ləğv edək. 
Bekkendorf:  Çox  vaxtında  gəlmisiniz,  cənab  Hekke-
ren. Əks təqdirdə, biz gecikə bilərdik. Düz buyurursunuz, 
məsləhətləşmək  lazımdır...  (öz-özünə  düşünür):  Puşkin... 
Puşkin...  yaxşı  fürsətdir.  Bu  fürsətdən  istifadə  etmək  la-


56
zımdır. Onun başını çoxdan batırmaq lazım idi. Əgər o bir 
qədər də yaşayıb yazıb yaratsa, Rusiyanı başdan başa inqi-
lab meydanına çevirəcəkdir. Geniş xalq kütlələri arasında 
öz yazıları ilə, əlbəttə ki, inqilabi əhval-ruhiyyəli yazıları 
ilə məşhur olan və hörmət göstərilən bir şəxsin yaşaması 
mövcud quruluşumuz üçün lazım deyildir, hətta zərərlidir. 
Ona  görə  də, A.S.Puşkini  bu  fürsətdən  istifadə  edib  ara-
dan  götürmək  lazımdır.  Qoy  Rusiya  öz  yolunu  azmış  bir 
şairini  itirsin,  təki  mövcud  quruluşumuza  xələl  gəlməsin. 
Axı bu quruluş bizə çox böyük səlahiyyətlər və hüquq ver-
mişdir  (Sonra  üzünü  Hekkerenə  tutub).  Cənab  Hekkeren, 
gəlsənə bu duel məsələsini təşkil edək. Qoy Danteslə Puş-
kin təkbətək döyüşsünlər. 
Hekkeren (Təəccüblə): Necə? Duelin baş tutmasına kö-
mək edək?!
Bekkendorf: Bəli, kömək edək. Qoy onlar dueldə tək-
bətək döyüşsünlər. Əlbəttə ki, biz Dantesin qalib gəlməsi 
üçün  müəyyən  tədbirlər  görərik.  Bunu  etmək  olar  və  bu 
duelin əvəzində biz nə qazanmış olarıq? – Birincisi, quru-
luşumuz üçün inqilabçı bir şairin məhvi, sonra isə Dantes 
üçün  hərəkət  sərbəstliyi.  Bu  həm  də  dolayısı  ilə  olsa  da, 
zatalimizə bir xidmətdir. Hə necədir, razısanmı?
Hekkeren (Yaltaq bir təbəssümlə): Siz bilən məsləhətdir 
cənab Bekkendorf: 
Bekkendorf: Ancaq çarla məsləhətləşmək lazımdır. Ola 
bilsin ki, o razı olmasın. Məsələni isə hələlik gizli saxlamaq 
lazımdır (Gedirlər). 
Rusiyanın çarı Nikolay öz taxtında əyləşib. Otaq 
şahanə bəzənmişdir. Nikolay Bekkendorfla söhbət edir.


57
Bekkendorf  (Yaltaqcasına  gülümsünərək):  Əlahəzrət, 
sizi  narahat  etdiyim  üçün  məni  bağışlayın.  Hüzurunuza 
cəsarət edib gəlmişəm çox mühüm bir məsələ ilə əlaqədar. 
Sizə məlum olsun ki, öz inqilabi əhval-ruhiyyəli şerləri ilə 
xalq kütlələri içərisində inqilab toxumu yayan A.S.Puşkin 
arvadı N.N.Puşkinaya münasibətdə Hollandiyanın Rusiya-
dakı səfirliyinin nümayəndəsi Hekkerenin oğulluğu Dante-
si günahkar hesab edir və o, Dantesə bildirmişdir ki, onun 
şəxsi hisslərini təhqir etdiyi üçün onunla duelə çıxmalıdır. 
Bu isə heç də yaxşı hal deyildir. Dantes öldürülə bilər. Axı, 
o, Holland səfirliyinin nümayəndəsidir. 
Nikolay  (Bir  qədər  qəzəbli):  Çox  təəccüb  və  təəssüf 
edirəm cənab Bekkendorf: Necə olub ki, siz məsələnin bu 
qədər  ciddi  şəkil  almasına  yol  verimisiniz,  əlbəttə  ki,  bir 
jandarm rəhbəri kimi. Görünür, siz öz xidməti fəaliyyətinizi 
müntəzəm və vicdanla yerinə yetirmirsiniz. Əks təqdirdə, 
belə bir acınacaqlı və ciddi bir vəziyyət alınmazdı (Sonra 
bir qədər sakitliklə). Yaxşı keçənə güzəşt deyərlər, ancaq bu 
sonuncu dəfə olsun. İndi isə öz fikrinizi söyləyin. Söyləyin 
görüm, yaranmış belə bir vəziyyətdə siz nə etmək istərdiniz.
Bekkendorf:  Əlahəzrət,  sizin  qarşınızda  cəsarət  edib 
fikir söyləmək mənim üçün olduqca çətindir. Lakin bir hal-
da ki, siz özünüz məsləhət bilirsiniz, mən öz fikrimi deyə 
bilərəm. Əlbəttə, bildirməliyəm ki, sizin məsləhətinizlə fik-
rim yalnız himayəçimiz çar taxt-tacının qorunmasına doğru 
yönəlmişdir. Elə buna görə də mən öz fikrimi açıqlayıram. 
Hamımızın yaxşı bildiyi kimi, Rusiyanın tamam ucqar ra-
yonlarından tutmuş ta mərkəzi quberniyalarına qədər geniş 
xalq  kütlələrinin  mənəviyyatında  inqilabi  əhval-ruhiyyəli 
fikirlər özünə möhkəm yer almışdır və bu nəticələrin ya-
ranma  səbəblərindən  bir  çoxu  bizə  aydındır.  O  cümlədən 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə