Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   28   29   30   31   32   33   34   35   36

122
də asan deyildir? Dünyada bir çox qəribə xislətli insanlara 
təsadüf etmək mümkündür. Bu insanların içərisində sədəqə 
ilə dolananları da  var,  əyyaşlığa qurşananları da, oğurluq 
edənlər  də.  Lakin  Hekkeren  kimilər  –  insan  hisslərinin 
alçaldılması  və  təhqir  olunması  üçün  şərait  yaradanlar 
və  buna  cəhd  göstərənlər,  bu  müxtəlif  xislətli  insanlar 
içərisində ən nifrətə layiqləridir. Çox təəssüflə qeyd etmək 
lazımdır ki, insan övladlarının bu cürə yüksək mərhələdə 
inkişafı səviyyəsində belə, hələ də Hekkeren kimi insanla-
ra təsadüf etmək mümkündür. Bütün bu cür insanlara qarşı 
mübarizə aparmaq lazımdır. Qoy onlar bir daha cəsarət edib 
insan hisslərini təhqir edə bilməsinlər. 
N.N.Puşkina: Mən də çox-çox təəssüf edirəm, əzizim 
Puşkin.  Çox  təəssüf  edirəm  ki,  Hekkeren  kimilər  nəinki 
həyatda vardır, hətta onlar tək deyildirlər və çoxdurlar. 
A.S.Puşkin: Siz bu qəbildən olan insan adı daşıyanlara 
daha kimləri əlavə edərdiniz, Natalican? Deyəsən, siz onla-
rın əhatə dairəsini genişləndirmək fikrindəsiniz. 
N.N.Puşkina: İnsan ömrünün mənasız anlarını xatırlat-
maq, bəlkə də bir mənasızlıqdır, lakin bu anların xatırlanma-
sı insanlar tərəfindən vaxtilə buraxılmış səhvlərin bir daha 
təkrarlanmamasına səbəb ola bilər. Ona görə də mən Hek-
kerenin siyahısına öz mənfi hərəkətləri ilə nifrətə layiq ola 
bilən Dantesi də əlavə edirəm. Dantesin də hərəkətlərində 
insan hisslərinin təhqir olunmasına yönəldilmiş fikirlər yı-
ğınını müəyyənləşdirmək olar. Doğrudur, Dantes öz iyrənc 
hisslərini  məhəbbət  pərdəsi  arxasında  gizlətməyə  çalışır-
dı,  lakin  o  unutmuşdu  ki,  pərdə  yalnız  hər  hansı  bir  şeyi 
müəyyən vaxta qədər görünməyə qoymamaq üçün işlədilir, 
son  nəticədə  pərdə  arxasındakı  şey  bütün  çılpaqlığı  ilə 


123
görünməlidir. Bir də ki, əzizim Puşkin Dantesin hərəkətləri 
mənim  üçün  ona  görə  iyrənc  və  əzabvericidir  ki,  Dantes 
mənə  birbaşa  evlənməyi  və  onunla  xaricə  getməyi  təklif 
etdi.  Əlbəttə  ki,  ərli  olduğumu  bilə-bilə,  ana  olduğumu 
bilə-bilə.  Mənsə  onu  bir  qədər  tərəddüddən  sonra  (başını 
aşağı  salaraq),  bəli  bir  qədər  tərəddüddən  sonra  rədd  et-
dim. Nəhayət ki, mən analıq sərəfini, sənin şərəfini qoru-
mağı – bir namuslu qadın kimi hərəkət etməyi üstün tut-
dum. Dantesi rədd etdim, Saşa, rədd etdim və buna heç də 
təəssüflənməyəcəyəm. 
A.S.Puşkin: Əzizim Natalican, bu gündən mənim üçün 
yeni  bir  həyat  başlayır.  Mən  sənə  inandığımı,  sənin  bu 
hərəkətlərinlə  bir  daha  özüm-özümə  sübut  etdim.  Sübut 
etdim ki, mən heç də sənə qarşı olan hisslərimdə yanılma-
mışam. Hiss etdim ki, bəzən həqiqət nə qədər acı olsa da, 
həqiqiliyinə görə, düzlüyünə və bundan da doğan saflığına, 
təmizliyinə görə bir o qədər də şirindir. Natalican,   dünyada 
təmizlikdən və saflıqdan gözəl bir şey yoxdur. Daxilən, saf 
olmaq insan üçün ən böyük xoşbəxtlikdir. Taleyin ən dəhşətli 
zərbələri belə həqiqət üzərində qurularsa, bu zərbələr yalan 
və hiylə toru ilə hörülmüş məkrli zərbələrdən öz həqiqiliyi 
və düzgünlüyünə görə, daha az yandırıcı və əzabverici olur. 
(Sonra öz-özünə) Yaxşı ki, Natali tamamilə çirkaba yuvar-
lanmamışdır.  Yaxşı  ki,  Natali  öz  təmizliyini  və  saflığını 
qoruyub saxlaya bilmişdir. Tale nə qədər amansız olsa da, 
bəzən o da insanın son ümidlərini qırmağa cəsarət etmir. 
İndi mənim Nataliyə qarşı olan hisslərim də belə vəziyyətdə 
idi. Son ümidlərim, son inamım da Natalinin son bir yanlış 
hərəkəti ilə qırılıb birdəfəlik məhv ola bilərdi. Həyat insan-
lar üçün yalnız bir dəfə ayrı-ayrılıqda öz qoynunda yaşama-


124
ğa imkan verir. Bu hədiyyəni qiymətləndirmək isə hər bir 
insanın borcudur. Tək özün üçün yaşamaq bu hədiyyənin 
düzgün  qiyməti  deyildir.  Özünlə  bərabər  başqalarının  da 
yaşaması  üçün  şərait  yaratmaq  lazımdır.  Bəlkə  də  Natali 
məni  yenidən  həyata  qaytardı,  əgər  o,  Dantesin  təklif  et-
diyi yolu seçmiş olsaydı bəlkə də mən artıq məhv olmuş-
dum. İndi bir qədər sakit və özümə qarşı inamlıyam ki, o, 
tamamilə məhvə yuvarlanmamışdır. Hələ bizim birgə yaşa-
yışımız qarşıda neçə-neçə günlərin bizim üçün də müəyyən 
cəhətlərini təyin edəcəkdir. 
N.N.Puşkina:  Əzizim  Saşa,  hərəkətlərimdə  nə  qədər 
sadəlövhlük, nə qədər düşüncəsizlik, nə qədər əlaqəsizlik 
hiss etsəm də, bir şey mənim üçün daha qabarıqlığı ilə ay-
dındır,  mən  Dantesi  yaxşı  ki,  rədd  etmişəm. Yaxşı  ki,  öz 
daxili saflığımı qoruyub saxlamağa iradəmin qüvvəsi çat-
mışdır.  Əks  təqdirdə,  ləkəli hisslərimin  mənəvi  ağırlığına 
tab  gətirə  bilməzdim.  İnsanın  öz  ləkə  düşmüş  hisslərinin 
mənəvi ağırlığını vicdan əzabı çəkə-çəkə daimi hiss etməsi 
bəlkə də ən böyük cəza və amansız işgəncədir. Xoşbəxtəm, 
öz  daxili  hisslərimin  saflığını  qoruyub  saxlaya  bildim. 
Bədbəxtəm, bu hisslərin saflığının qorunub saxlanılmasını 
tərəddüd  etdiyim  anlarda  taleyin  ixtiyarına  buraxmışdım. 
Əks təqdirdə, indi başımı dik tuta bilməzdim. Xoşbəxtəm 
ki, uzun günlərdən bəri daimi zidd fikirlər içərisində çırpı-
nan ürəyim son çətin qərarından sonra artıq yüngülləşmişdir 
və rahatlıq dövrü keçirir. Süstəm, uzun günlərdən bəri məni 
əldən  salan  daxili  çırpınmalarımın  yorğunluğu  artıq  üzə 
çıxmışdır. 


125
Üçüncü şəkil
(A.S.Puşkinin iş otağı. O, əlində bir məktub 
nə isə fikirli dayanmışdır).
A.S.Puşkin  (öz-özünə):  Bu  imzasız  məktub  kim  tərə-
findən yazıla bilər. (məktubun bir hissəsinə yenə nəzər sa-
lır). İmzasız həcviyyə yazmaq cəsarətsiz və alçaq adamla-
rın işi ola bilər? Görəsən, bu cəsarətsiz və alçaq adam kim 
ola  bilər.  Özümü  tamamilə  əmin  edə  bilərəm  ki,  belə  bir 
xətlə yazılmış ikinci bir yazıyla rastlaşmamışam. Görünür, 
bu  xəttin  sahibi  mənimlə  yazılı  əlaqədə  olan  şəxslərdən 
deyildir. Yoxsa,  bəlkə  də  axmaqlığın  son  həddinə  çatmış 
bu yazının sahibi barədə fikirləşməzdim. Təəssüf edirəm, 
çox  təəssüf  edirəm  ki,  mənə  belə  bir  məktub  yazılmış-
dır.  Mənim  kimə  nə  pisliyim  keçmişdir?  Acınacaqlı  da 
olsa  çox  gülməlidir  ki,  bu  məktub  mənə  bir  növ  öz  keç-
mişimi  xatırladaraq  vicdanım  qarşısında  yalan,  pis  nə  iş 
tutmuşamsa  məni  hesabat  verməyə  səsləyir.  Lakin  bu  iş 
öz  yeknəsəqliyi  və  səmərəsizliyi  ilə  məni  cana  gətirərdi. 
Çünki,  indiyə  qədər  kimsəyə  pislik  etdiyimi  xatırlamı-
ram və bu təqdirdə belə bir məktub almamalıydım. Görü-
nür, qəlbimi sıxmağa malik zərbə qüvvəsinə bərabər olan 
məktub mənə başqa bir yerdən tuşlanmışdır və bu məktub 
hökmən  məni  bədnam  etmək  istəyən  şəxs  tərəfindən  ra-
hatlıq mənbəyi kimi qiymətləndirilmişdir. Yaxşı onda bəs 
mənim bədnamlığımdan rahatlanan şəxs kim ola bilər? Kaş 
insanın  daxilən  keçirdiyi  hissləri  oxumağı  bacaraydım. 
O zaman bu həcviyyənin sahibi ilə necə hesablaşacağımı 
çox amansızcasına düşünər və bu işə hazırlıq görərdim. Bu 
məktub mənə belə bir kəlamı xatırlamağa məcbur etdi: – 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə