39
halbuki şair demişkən: “Dünya başdan-başa kef
içindədi”.
“Sən deyirdin” şeirində lirik qəhrəman çağırışı
öz içindən götürür, özünə psixoloji səfərbərlik
elan edir: səhvləri əzizlənir, silah kimi gəzdirilir,
ətalət güllələnir, sükunət dənizə tökülür, paxıllıq
şiş tək atılır, toxluqdan millət unudulur, neftindən
od götürüb bayraq kimi yanır, bütün günahlar,
səhvlərindən qılınc kimi sıyrılır, mütilik, paxıllıq
boyun kimi vurulur. Sonra lirik qəhrəman qeyrətin
gücünə qından sıyrılıb çıxır:
...Yansın bütün günahlarım!
Yansın bütün ahlarım!
Mənim xalqım ayılıbdı,
Mənim xalqım yürüşdə!
Səhvlərimdən qılınc kimi sıyrılmışam.
Bu son döyüşdə
Mütiləri, paxılları,
Zəncir gəzən boyunları vuram gərək.
Ay ürəyim, a qeyrətim qılınc çək!
“Gilətanda bir ev qalıb” şeirində P.Qəlbinurun
lirik qəhrəmanı təsvirlərlə baş verəni göstərir;
acısı ilə yaşayır, yenə də içinə çəkilir, çağırışa qol
qoymur.
Etiraf
lirik
qəhrəmanla
qurtarır,
tamamlanır, lirik qəhrəmanı irəli keçə bilmir.
Baxın:
Bu yerlərə bir də gəldim,
Aman Allah, bir də gördüm
İtib gedən izlərimi,
Gilətağda evlər qalıb
Oyum-oyum gözlər kimi...
40
P.Qəlbinur poeziyasında birliyə çağırış, birliyə
barışın psixologizmi ifadəsi etbarilə təzədir: İlahi
əməllə şeytani əməlin antitezası sual şəklində –
sual intonasiyasında qurulur və cavab açıq qalır.
Tarixi suala cavab P.Qəlbinurda da açıq qalırsa
da, lakin təsdiq məzmunu aşılayır:
Birimizin əli – tanrının ətəyində,
Birimizin ... şeytan tütəyində.
Necə sevə billik bir-birimizi?!
“Oljas Süleymenova” şeirində makro və mikro
misralar əsasən qrammatik əsasa (mübtəda və
xəbər) bağlanır. Sürətlənmə və ləngimə, azalan və
artan intervallar demək olar ki, olmur, yaxud az
hiss olunur. Bu həm şair məntiqinin təmkinindən;
məntiqdəki
müdriklikdən;
fikrin,
ifadənin,
frazemlərin həm
məcazi, həm də həqiqi
mənasında duyula bilir. Paşanın sərbəsti hecaya
yaxındır, anaklazalıdır. “Oljas Süleymenova” həsr
olunmuş şeirdən bir parçaya diqqət edin:
Dar günümdə
harayıma çatanım
Atam, qardaşım hey!
Qan axır vicdanımdan,
Bağrımdan qan axır
O qədər ki,
Küçələr al qan!
Səkilər al qan!
Torpağım al qan!
Göz yaşlarımız axır,
41
O qədər ki,
Gözümüzün duzu çatmır...
Göz yaşlarımız şirin,
Al qanımız şirin.
Torpağımız bal dadır, qardaş
Torpağımız qanlı yaş...
Eyham
(assosiasiya),
təşbeh
əsasında
mənalandırma, dəyərləndirmə, litota əsasında qart
düşmən tərəfindən bir millətə, xalqa münasibət
şair təsvirində belədir:
Cocuq bilib
Tanklar keçdi üstümüzdən
Göy üzündə
Görünməyən ahlar qaldı
tüstümüzdən.
P.Qəlbinurun “Sən buda”, “Birov kimiyəm”,
“Polis təfəkkürü, həkim ülfəti”, “Ay Allah, bir az
da möhlət ver mənə” kimi şeirlərində Allaha
xitab, mənəvi düşüncə müəyyənliyi güclüdür.
Paşanın çox şeirində Allah, ilahi sözlərinə rast
gəlirik. O, Allah adamıdır, Allaha etiqadlıdır.
Onun sevgisi Allah nuru kimi hər şeydədir:
Qışda bir ağ nağıl olub
Yazda yenə göyərəcəm.
Bu sevdanın sonu yoxdu
Ölüb, ölüb diriləcəm.
42
Şairin “Elmin yollarında” – oğlu Turala
yazdığı şeiri dualı şeirdir. Əsər irəlicədən deyək
ki,
lirik
“Mən”in
elmə
yiyələnməsinin
məşəqqətini,
əzablarını
bədii
əks
etdirir.
Orijinaldır. Bu şeir də yeni təşbehlər üstündə qərar
tutub – məzmun, ideya bu formanın özündən
qidalanıb təqdim edilmişdir.
Elmə yiyələnməyin əziyyətini ifadə etmək
üçün şair “başıma gün döydü, dodağım çat-çat,
Ərəfat dağında müqufun kimi” – deyir. Şairə görə
elm də – “Məkkədə Ərəfat dağında. Gün altında
dayanıb, gün çıxandan gün batana qədər dua və
zikr etməkdir”. Təşbehlər silsiləsi hər dəfə şeiri,
ideya-məzmunu irəli aparır. Elmin yollarında
kitablar – Kəbədir; mürəkkəb – süd; nur – səsdir.
Qələm tutiya, dəftər qiblədir. Elmə həvəs – Allahı
sevmək həvəsidir. Şair doğru fikirdədir ki, daşlı-
kəsəkli
elmin
yollarında
biliklər
sirrinə
yiyələnmək özünüdərkdir. Özünüdərkdən Allah
eşqi, Allah dərki başlayır və hər bir elm Allahı
nişan vermək əlamətidir, Allaha yaxınlaşmada bir
üsul – qayda, bir təlimdir.
Lirik “Mən” elmi dərketmədə ardıcıl, səbatlı
və əzimkardır. Şair bunu ifadə etmək üçün yenə
təşbehlərə üz tutur. Elmə yiyələnməyə dəvə
susuzluğa dözən qədər dözümlülük lazımdır.
“Elmin yollarında tikanlar, odlar, sizi dəvə kimi
diddim, çeynədim”. Müqəddəs peyğəmbərimizdə
belə bir kəlam var: “Elm ardınca Çinədək get”.
Çin Şərqin timsalı, elmin və mədəniyyətin beşiyi
deməkdir. Şərq – günəş, doğum, Allah nurunun
təcəllası deməkdir. Elm ardınca getmək Allahla