365
baycan Respublikasının səfiri, 2004-cü ildən isə Azərbaycan Res-
publikasının Xarici İşlər naziridir. – 37–40, 125, 236, 266.
14. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na ke-
çən gecə erməni silahlı qüvvələri və Xankəndidə yerləşən Ru-
siyanın 366-cı alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən
hücum etmiş, şəhəri tamamilə yandırmışlar, 613 azərbaycanlı
öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüşdür.
– 38, 48, 116, 142.
15. Tacikistan, T a c i k i s t a n R e s p u b l i k a s ı –
Orta Asiyanın cənub-şərqində dövlət. Sahəsi 142 min km
2
,
əhalisi 8,5 milyon nəfərdir. İnzibati ərazisi Bədaxşən Muxtar
Vilayətinə, 2 vilayətə və 45 rayona bölünür. Dövlət başçısı
prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Düşənbə
şəhəridir. – 38, 257, 265, 271.
16. Rusiya, R u s i y a F e d e r a s i y a s ı – Avropanın şər-
qində, Asiyanın şimalında dövlət. Sahəsi 17,125 milyon
km
2
, əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22
respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva
və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal da-
xildir. Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı
Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhə-
ridir. – 39, 63–64, 71, 78, 79, 80, 81, 99, 110, 121–122, 345,
353.
17. İslam Konfransı Təşkilatı (İKT)– 1969-cu ildə yaradıl-
mışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamna-
məsinə görə İslam Konfransı Təşkilatının fəaliyyəti müsəl-
manların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər ara-
sında əməkdaşlığa yönəldilmişdir. İqamətgahı Ciddədədir
(Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən İKT-nın
üzvüdür. Hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır. – 40.
366
18. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Res-
publikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil
edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali
yaşayırdı. Sahəsi 4,4 min km
2
-dir. Mərkəzi Xankəndidir.
1988-ci ildə muxtar vilayətin erməni separatçıları və millət-
çiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşa-
yan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq
Qarabağı işğal etdilər. BMT-nin 822, 853, 874, 884 saylı qətnamə-
lərinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-
şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də
erməni tapdağı altındadır. – 42, 43, 116, 117, 142, 144, 145,
167, 169, 170, 213, 228, 238, 244, 248, 252, 350.
19. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-
siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Bö-
yük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Ka-
nada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyanın
imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradıl-
mışdır. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1955-ci ildə Al-
maniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-
ya qoşulublar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan
(1991) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil
olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş,
digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə
tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO
Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. – 43,
49, 117, 145, 213.
20. Çin Xalq Respublikası (ÇXR) – Mərkəzi və Şərqi
Asiyada dövlət. Sahəsi 9,6 milyon km
2
, əhalisi 1,4 milyard
nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar
rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay,
Tyantszin) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçin
Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq
367
Respublikasının Sədridir. Paytaxtı Pekin şəhəridir. – 58–59,
62, 79, 88, 255.
21. Hu Szintao (d.1942) – Çin siyasətçisi və dövlət xadimi.
1992-ci ildən ÇKP MK-da yüksək vəzifələrdə çalışmışdır.
2002–2012-ci illərdə ÇKP MK-nın Baş katibi, 2003–2013-cü
illərdə ÇXR-nın Sədri, 2004–2012-ci illərdə isə ÇXR Hərbi
Şurasının sədri olmuşdur. – 58, 59, 88.
22. Həzi Aslanov, H ə z i Ə h ə d o ğ l u (1910–1945) –
tank qoşunları qvardiya general-mayoru, 2 dəfə Sovet İttifaqı
Qəhrəmanı. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüş-
lərdə iştirak edən H. Aslanov Stalinqrad vuruşmasında, feldmarşal
Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi
məharət göstərmişdir. 1944-cü ildə H. Aslanovun 35-ci qvardiya
tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək
uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. H. Aslanov 1945-
ci il yanvar ayının 24-də Latviyanın Liepay şəhəri yaxınlığındakı
vuruşmada qəhrəmancasına həlak olmuşdur. – 64.
23. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialı – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabe-
liyində olan ali təhsil müəssisəsi. Filial 2009-cu ildən fəaliyyətə
başlamışdır. Universitetdə 6 ixtisas üzrə 489 tələbə təhsil alır.
Tədris müəssisəsində Moskvadan ezam olunmuş tanınmış
alimlərlə yanaşı, Bakı universitetlərinin yüksək hazırlıqlı alimləri
də dərs deyirlər. – 69–87.
24. Nərgiz Paşayeva, N ə r g i z A r i f q ı z ı (d.1962) –
filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru. Özəl «Üns»
yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «Azərbaycan
mədəniyyətinin dostları» Xeyriyyə Fondunun İdarə Heyətinin
üzvü, «Azərbaycan–İrs» jurnalının ədəbi şöbəsinin redaktoru,
İngiltərə– Azərbaycan Cəmiyyətinin həmsədridir. – 69–87.
Dostları ilə paylaş: |