ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


ALMANİYA FEDERATİV RESPUBLİKASININ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə28/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   24   25   26   27   28   29   30   31   ...   123

 

89 


 

ALMANİYA FEDERATİV RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB YOAXİM QAUKA 

 

Hörmətli cənab Prezident! 



Almaniya  Federativ  Respublikasının  milli  bayramı  – 

Alman Birliyi Günü münasibətilə Sizə və Sizin simanızda bütün 

xalqınıza  öz  adımdan  və  Azərbaycan  xalqı adından  ən  səmimi 

təbriklərimizi yetirirəm. 

Biz  Azərbaycan–Almaniya  münasibətlərinin  inkişafına 

böyük  əhəmiyyət  veririk.  Xalqlarımızı  birləşdirən  çoxşaxəli 

dostluq  əlaqələri,  qarşılıqlı  maraq  doğuran  əməkdaşlığımızın 

geniş əhatə dairəsi bu mənada xüsusi məmnunluq doğurur. 

Ümidvaram ki, ikitərəfli qaydada həyata keçirdiyimiz işlərin 

müvəffəqiyyətlə davam etdirilməsi, eləcə də Avropa strukturları 

çərçivəsində tərəfdaşlığımızın dərinləşdirilməsi yolunda bundan 

sonra da ardıcıl səylər göstərəcəyik. 

Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə ən 

xoş  arzularımı  yetirir,  dost  Almaniya  xalqına  sülh  və  rifah 

diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 27 sentyabr 2012-ci il 



 

 

 

 

 

 

 

 


 

90 


 

KOREYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB Lİ MEN BAKA 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin  milli  bayramı  –  Dövlətin  Yaranması  Günü 

münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan 

xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan  Respublikası  ilə  Koreya  Res-

publikası  arasındakı  dostluq  münasibətləri,  daim  genişlənən 

əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr 

verəcəkdir. 

Hörmətli cənab Prezident, bu bayram günündə Sizə möhkəm 

cansağlığı,  işlərinizdə  uğurlar,  Koreya  Respublikasının  dost 

xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 

  

 



 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 27 sentyabr 2012-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

91 


 

İSPANİYA KRALI ƏLAHƏZRƏT 

I XUAN KARLOSA 

 

Əlahəzrət! 



İspaniya  Krallığının  milli  bayramı  münasibətilə  Sizə  və 

Sizin  simanızda  bütün  xalqınıza  öz  adımdan  və  Azərbaycan 

xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram  ki,  birgə  səylərimizlə  dostluq  və  əməkdaşlıq 

əlaqələrimizin ikitərəfli və çoxtərəfli çərçivədə ölkələrimizin və 

xalqlarımızın  mənafelərinə  uyğun  olaraq  daha  da  geniş-

lənməsinə və inkişaf etməsinə nail ola bilərik. 

Əlahəzrət,  belə  bir  xoş  gündə  Sizə  möhkəm  cansağlığı, 

işlərinizdə  uğurlar,  dost  İspaniya  xalqına  sülh  və  firavanlıq 

arzulayıram. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 27 sentyabr 2012-ci il 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


 

92 


 

ZABRAT–MAŞTAĞA–BUZOVNA VƏ  

ZABRAT–PİRŞAĞI AVTOMOBİL YOLLARININ 

YENİDƏNQURMADAN SONRAKI VƏZİYYƏTİ 

İLƏ TANIŞLIQ 

 

 



27 sentyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



sentyabrın  27-də  Zabrat–Maştağa–Buzovna  və  Zabrat–Pirşağı 

avtomobil  yollarının  əsaslı  təmir  və  yenidənqurma  işlərindən 

sonrakı vəziyyəti ilə tanış olmuşdur. 

Dövlətimizin  başçısının  müvafiq  sərəncamlarına  uyğun 

olaraq  «Bakı  şəhərində  nəqliyyat  sisteminin  təkmilləşdirilməsi 

üzrə 2006–2007-ci illər üçün Tədbirlər Planı», eləcə də «Bakı 

şəhərində  nəqliyyat  sisteminin  təkmilləşdirilməsi  üzrə  2008–

2013-cü illər üçün əlavə Tədbirlər Planı» çərçivəsində son illər 

paytaxtın  müxtəlif  rayonlarında  genişmiqyaslı  tədbirlər  həyata 

keçirilmiş,  çoxlu  sayda  yolötürücü,  körpü,  tunel,  yeraltı  və 

yerüstü  piyada  keçidləri  inşa  edilərək,  müasir  tələblər  səviy-

yəsində  yeni  avtomobil  yolları  salınıb.  Bu  cür  qurğuların  və 

yolların inşası paytaxtın müxtəlif rayonlarında hazırda  davam 

edir. 

Nəqliyyat naziri Ziya Məmmədov Zabrat–Maştağa–Buzovna 

və  Zabrat–Pirşağı  avtomobil  yollarında  görülmüş  əsaslı  təmir 

və  yenidənqurma  işlərindən  sonra  texniki  göstəricilər  barədə 

prezident  İlham  Əliyevə  məlumat  verdi.  Bildirildi  ki,  Sabunçu 

yol  qovşağından  Zabrat  dairəsinə  qədər  olan  avtomobil 

yolunun  yenidən  qurulması  Bakı  şəhərinin  Sabunçu,  Balaxanı, 

Zabrat,  Maştağa,  Kürdəxanı,  Pirşağı  və  Məhəmmədli 

qəsəbələrinin  nəqliyyat  əlaqəsinin  yaxşılaşdırılmasına,  şəhərin 

mərkəzinə  gələn  nəqliyyat  vasitələrinin  normal  gediş-gəlişinə 

şərait  yaradacaqdır.  Qeyd  olundu  ki,  2012-ci  ilin  martında 

yolda  kommunikasiya,  su,  kanalizasiya  və  digər  xətlərin 

çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yarar-


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə