Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   23   24   25   26   27   28   29   30   ...   136

55 
 
9475,6  hektarını  isə  arpa  təşkil  etmişdir.  Bir  il  öncəyə  nisbətdə  taxıl  əkini  sahələrinin  həcmi 
10425,7 hektar artmışdır. Taxıl zəmilərindən 103 min 70 ton məhsul toplanmışdır ki, bu da 2013-cü 
illə müqayisədə 110 ton çoxdur (10, s.8]. 
Muxtar  respublikada  kənd  təsərrüfatı  məhsullarının  istehsalının  artırılması  aşağıdakı 
amillərdən çox asılıdır: 
1. Əsas  istehsal  amili  kimi  əkinə  yararlı  torpaq sahələrinin keyfiyyətinin yaxşılaşdırılması. 
2. Suvarma əkin sahələrinin artırılması və suvarma sisteminin yaxşılaşdırılması. 
3. Kənd təsərrüfatı istehsalına texniki  xidmətin  keyfiyyətinin və təşkilinin yaxşılaşdırılması.         
4.  Kənd    təsərrüfatı    bitkilərinin  məhsuldarlığının    artırılması  üçün  ən  mühüm  məhsuldar 
toxum növlərinin seçilməsi. 
5.  Maddi    maraq    prinsipindən    istifadə    edilməsinin    formasını    qaydaya    salıb  istifadəsini 
təşkil etmək və s.  
Beləliklə,  yuxarıda  deyilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  muxtar  respublikasında 
taxılçılığa  göstərilən  qayğı  nəticəsində,  taxılçılıq  sahəsində  məhsuldarlıq  xeyli  artmışdır. 
Fikrimizcə, bunu son dövrlərdə kənd təsərrüfatının inkişasfında olan nailiyyətlər, statistik rəqəmlər 
uğurlar tamamlayır. 
Ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən  əsası  qoyulmuş  kənd  təsərrüfatının  strateji 
planına  uyğun  olaraq  XX  əsrin  90-cı  illərində  olduğu  kimi,  XXI  əsrin  əvvəllərində  də  Naxçıvan 
Muxtar Respublikasının kənd təsərrüfatında böyük uğurlar əldə olmuşdur. 
Muxtar respublika kənd təsərrüfatı tarixində olan bu uğurlar, nailiyyətlər xalqımızın ümummilli 
lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini bir daha sübut edir. 
Dahi öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil 
Azərbaycanın  gələcəyi  haqqında  və  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Naxçıvan  haqqında 
planlarım,  arzularım  yerinə  yetirilsin”  sözləri  bu  gün  də  quruculuq  işlərinin  əsas  qayəsi  olmaqla 
yanaşı,  muxtar  respublikamızı  yeni-yeni  uğurlara  doğru  aparır.  İqtisadiyyatın,  xüsusilə  kənd 
təsərrüfatının inkişafında yeni nailiyyətlər əldə edilir.  
Ulu  öndər  tərəfindən  müəyyənləşdirilmiş  aqrar  siyasət  Naxçıvan  MR-də  digər  sahələrlə 
yanaşı, kənd təsərrüfatının da inkişafına etibarlı zəmin yaratmışdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  demişdir:  “Naxçıvanın  uğurlu 
inkişafı  Azərbaycanın  uğurlu  inkişafı  deməkdir.  Bizim  müstəqilliyimizin  möhkəmləndirilməsi 
deməkdir.  Burada  gedən  işlər  məni  çox  sevindirir.  Mən  əminəm  ki,  bu  ğözəl  ənənələr  gələcək 
illərdə  də  davam  etdiriləcək  və  Naxçıvan  Muxtar  Respublikası  həm  iqtisadi  inkişaf  sürətinə  görə, 
həm  də  infrastruktur  layihələrinin  səviyyəsinə  görə  nəinki  bu  reğionda,  hətta  dünya  miqyasında 
qabaqcıl yerlərdə olacaqdır” (5, s.3). 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  ölkə  iqtisadiyyatının  inkişafında  kənd 
təsərrüfatının  əhəmiyyətini  qeyd  edərək  demişdir:  “Kənd  təsərrüfatının  inkişafına  maksimum 
dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki 
Azərbaycan əhalisinin yarısı kənd təsərrüfatı bölgəsində yaşayır” (17, 30 yanvar 2013). 
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu 2014-cü ildə də 
muxtar  respublika  iqtisadiyyatının  bütün  sahələrində  dinamik  inkişaf  templəri  qeydə  alınmışdır. 
2014-cü ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya 
səfəri olmuşdur (10, s.3).  
“Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafın  Dövlət 
Proqramı”nda müəyyən  olunmuş  tədbirlərin  həyata  keçirilməsini  təmin etmək  məqsədilə  Azərbaycan 
Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-
cü  il  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat  fondundan 
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılmışdır. 
Əldə  olunmuş  sosial-iqtisadi  inkişaf  səviyyəsini  qorumaq  və  daha  da  möhkəmləndirmək 
məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı 
ilə  “Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı” təsdiq edilmişdir (10, s.5). 
2014-cü il dekabr ayının 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali 


56 
 
Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bütün bunları 
nəzərə  alaraq  deyib: “Biz  bu  gün  2014-cü  ilə  yekun  vurduq.  2015-ci  ildə  muxtar  respublikada 
tarixən  formalaşmış  təsərrüfatçılıq  ənənələri  inkişaf  etdirilməli,  əhalinin  ərzaq  məhsulları  ilə 
təminatı  davamlı  xarakter  almalı,  emal  müəssisələri  xammalla  fasiləsiz  təchiz  edilməlidir.  Muxtar 
respublikanın  ərzaq  təhlükəsizliyi  və  meyvə-tərəvəzçiliyin  inkişafı  ilə  bağlı  qəbul  olunmuş  dövlət 
proqramlarının  icrası  da  kənd  təsərrüfatına  xüsusi  diqqət  yetirilməsini  tələb  edir.  Qeyd  olunanlar 
nəzərə alınaraq, 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilir”. Bu 
isə o deməkdir ki, aqrar sahəyə qayğı, onun inkişafını diqqətdə saxlamaq davamlı xarakter alıb və 
bu,  naxçıvanlıların  genefondu  məhz  qədim  diyara  məxsus  olan  qiymətli  kənd  təsərrüfatı 
məhsullarından istifadəsinə istiqamətlənmiş növbəti addımdır... (17, 7 yanvar 2015).  
Bütün  illərdə  olduğu  kimi,  kənd  təsərrüfatı  ilində  də  muxtar  respublikada  taxılçılıq  üstün 
istiqamət  kimi  saxlanılmış  və  2015-ci  ilin  məhsulu  üçün  36237  hektar  sahədə  taxıl  əkilmişdir  ki, 
bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini 
sahələrinin  həcmi  487,3  hektar  artmışdır.  Taxıl  zəmilərinin  26746  hektarında  buğda,  9491 
hektarında isə arpa əkilmişdir. Cari ildə taxıl zəmilərindən 106 min 282 ton məhsul toplanmışdır ki, 
bu da 2014-cü illə müqayisədə 3,1 faiz çoxdur.  Azərbaycanın  və onun ayrılmaz tərkib hissəi olan 
Naxçıvan MR kənd təsərrüfatının yüksək inkişafı bu gün Heydər Əliyev siyasi kursunun davamçısı 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. 
     
ƏDƏBİYYAT 
1. “Azərbaycan” qəzeti. 
2.  Əliyev  H.  Azərbaycan  SSR  kənd  təsərrüfatının  və  bütün  iqtisadiyyatının  daha  dinamik 
inkişafını təmin etməli. Bakı, Azərnəşr, 1979, 154 s. 
3. Əhmədov N. Naxçıvan iqtisadiyyatı inkişaf yollarında, Bakı, Elm, 2005, 312 s.  
4.  Hacıyev  İ. Naxçıvan  Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni 
inkişafı (1991-2011-ci illər). Naxçıvan, Əcəmi, NPB, 2011, 272 s. 
5. Həbibbəyli İ., Hacıyev İ., İsmayılov B. İntibahın 15 ili. Naxçıvan, Əcəmi, NPB, 2010, 279 s. 
6.  2010-cu  ildə  Naxçıvan  Muxtar  Respublikasının  sosial-iqtisadi  inkişafının    qısa  xülasəsi. 
Naxçıvan, Əcəmi, 2011, 96 s. 
7. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının  xülasəsi. Naxçıvan, 
Əcəmi, 2012, 87 s. 
8. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının  xülasəsi. Naxçıvan, 
Əcəmi, 2013, 88 s. 
9. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının  xülasəsi. Naxçıvan,   
     Əcəmi, 2014, 96 s. 
10. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi. Naxçıvan,   
     Əcəmi, 2015, 71 s. 
11. 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında. Naxçıvan,   
      Əcəmi, 1998, 32 s. 
12. Naxçıvan Muxtar Respublikası (Akademik C.Quliyevin redaktorluğu ilə) Bakı, Elm, 2001, 222 s. 
13. Naxçıvan Muxtar Respublikası. 1991-2001-ci illər ərzində. Naxçıvan, Əcəmi, 2001, 97 s. 
14. Nadirov A., Nuriyev Ə., Muradov Ş. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Bakı, Elm, 2000, 104 s. 
15. Rüstəmov A., Quliyev Ə., Qasımov D., Aqrar sahənin inkişafının regional problemləri (Dərs     
     vəsaiti). Bakı, Avropa, 2013, 173 s. 
16. Şahverdiyev Z., Zeynalov İ. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni    
      inkişaf (2001-2012-ci illər). Naxçıvan, Əcəmi, 2014, 248 s. 
17. “Şərq qapısı” qəzeti. 
                                                                          
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə