Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   126   127   128   129   130   131   132   133   134

276 
olmasınıhidrogen  qazının  alınmasına  görə  deyil,  barium-sulfat  çöküntüsünün  alınması  ilə  təyin 
edirlər: 
H
2
SO
4
 + Zn → ZnSO
4  + 
H
2
 ↑ 
2HCl + Zn → ZnCl
2 + 
H
2
 ↑ 
ZnSO
4
 + BaCl
2
 → BaSO

↓ + ZnCl
2
 
ZnCl
2
 +BaCl
2
 ≠ 
10-cu  sinifdə  nümayiş  təcrübələrinin  aparılması  mümkün  olan  bölmələr:  karbon  yarımqrupu 
elementləri, doymuş karbohidrogenlər; doymamış karbohidrogenlər; aromatik karbohidrogenlər. 
 
10-cu  sinfin  mövcud  proqramına  görə  kimya  kursu  karbon  yarımqrupu elementləri  ilə  baş-
layır. Məktəb kimya proqramının belə quruluşu elmi və metodik prinsiplərə uyğundur. Belə ki, üzvi 
kimya, kimya elminin karbon birləşmələrini və onların çevrilmələrini öyrənən sahəsidir. Karbonun 
qeyri  üzvi  birləşmələr  kimyası  da  çox  zəngindir.  Buna  görə  də  karbon  elementi  qeyri-üzvi 
birləşmələrlə üzvi birləşmələr arasında körpü  rolunu oynayır. Başqa sözlə qeyri-üzvi birləşmələrlə 
üzvi  birləşmələr  arasında  kəskin  sərhəd  yoxdur.  Karbonunvə  onun  qeyri-üzvi  birləşmələrinin 
quruluşu və xassələrinə dair elmi-nəzəri biliklər  onun üzvi birləşmələrinin öyrənilməsinin əsasını 
təşkil edir.  
 
Təcrübə 1. Karbonatlar və hidrokarbonatların xassələri. 
 
Təchizat:  əhəng  suyu,  xlorid  turşusu,  Vürs  kolbası,  qazaparan  boru,  rezin  tıxaclar,  sınaq 
şüşələri, distillə suyu, kalsium karbonat. 
Təcrübənin aparılması metodikası. 
 
Qaz  almaq  üçün  istifadə  olunan  sadə  cihaz  quraşdırılır.  Bürs  kolbasına  bir  qədər  təbaşir 
toküb üzərinə xlorid turşusu əlavə etməklə karbon dioksid alınır və aşağıdakı eksperimentin aparıl-
masında istifadə olunur. 
 
Sınaq şüşəsi götürüb ona əhəng suyu tökülür. Sınaq şüşəsinə bulantı əmələ gələnəqədər kar-
bon  dioksid  buraxılır.  Bülantı  əmələ  gəldikdən  sonra  karbon  dioksidin  axını  davam  etdirilir.  Nə-
ticədə  əvvəldə  olduğu  kimi  şəffaf  məhlul  alınır.  Sınaq  şüşəsindəki  şəffaf  məhlul  qızdırıldıqda 
yenidən  bulanır.  Karbonatlar  və  hidrokarbonatların  qarşılıqlı  çevrilmələri  izah  olunur  və    reaksi-
yaların tənlikləri  yazılır: 
CaCO
3
 + 2HCl → CaCl
2
 + CO
2
 + H
2

Ca(OH)
2
 + CO

 → CaCO
3
 + H
2
O  
CaCO
3
 +CO
2
 + H
2
O  →Ca(HCO
3
)



t
3
3
2
2
2
Ca HCO
 CaCO + CO + H O  


 
 
10-cu sinifdə üzvi kimya  kursununun tədrisində nümayiş eksperimentinin təşkili və aparıl-
ması  özünəməxsus  xüsusiyyətləri  ilə  fərqlənir.  Belə  ki,  qeyri-üzvi  kimyadan  fərqli  olaraq  üzvi 
kimyadan nümayiş eksperimentlərinin aparılmasına çox vaxt tələb olunur. Digər tərəfdən başlanğıc 
maddələr  və  alınan  məhsul  xarici  görunuşunə  görə  bir-birindən  fərqlənmirlər.    Üzvi  reaksiyaların 
gedişi şəraitdən daha çox asılı olduğuna görə  müəyyən dəyişiklik nəzərdə tutulan maddənin deyil, 
başqa  maddənin  alınması  ilə  nəticələnə  bilər.  Bütün  bunları  nəzərə  alaraq  şagirdlərüzvi  kimya 
kursunun tədrisində  təcrübənin aparılmasına hazırlanmalıdır.  
Təcrübə 2. Metanın alınması. 
 
Resurslar:  natrium  asetat,  natronlu  əhəng  (NaOH  ilə  CaO  qarışığı),  sulfat  turşusu,  çini 
həvəng -dəstə, 150 mm uzunluğu və 20-30 mm diametr olçüsündə dəmir( və ya kvars) boru, metal 
ştativ, 2 ədəd yastıdib kolba, şüşə borular, rezin tıxaclar, elektrik qızdırıcı cihaz, spirt lampası. 
Təcrübənin aparılması metodikası. 
 
Toz  halına  calınmış  10  qram  susuz  natrium  asetat  20-25  qram  natronlu  əhənglə  yaxşı  qarış-
dırılır.  Reaksiya  qarışığı  dəmir  borunun  mərkəz  hissəsinə  yerləşdirilir.  Borunun  bir  ucuna  məsa-
məsiz,  digər  ucuna  məsaməli  tıxac  taxılır.  Metal  boru  şüşə  boru  vasitəsilə  yastıdib  kolba  ilə  əla-
qələndirilir.  Dəmir  boru  üfiqi  istiqamətdə  ştativə  bərkidilir.  Metal  borunun  qarışıq  yerləşən  orta 
hissəsi qızdırılır və nəticədə aşağıdakı reaksiya gedir: 
CH
3
COONa + NaOH → CH
4
 +  Na
2
CO
3
 
 
Bu  reaksiyada  metanla  yanaşı  əlavə  məhsullar  da  (aseton,  etilen,  hidrogen,  karrbon  dioksid)  
alınır.  Metanı  qarışıqlardan  təmizləmək  üçün  qaz  buxarları  birinci  kolbada  kondensləşir,  sonra 


277 
içərisində  sulfat  turşusu  olan  kolbaya  daxil  olaraq  quruyur  və  təmizlənir.  Təmizlənmiş  metan 
qazometrə yığılır və kimyəvi xassələri öyrənilir.  
 
Müəllim  metanın alındığına şagirdləri inandırmaq üçün qazometrdən çıxan boruya yanar çöp 
yaxınlaşdırmaqla  metanı  yandırır.  Metan  qazı  rəngsiz  alovla  yanır.  Bu  alınan  metanın  təmiz  ol-
duğunu göstərir.   
 
Təcrübə 3. Etilenin kimyəvi xassələri. 
Təchizat:  etilenlə  dolu  qazometr,  qatı  bromlu  su,  kalium  permanqanat  məhlulu,  böyük 
ölçülü sınaq şüşələri, şüşə çubuqlar. 
Təcrübənin aparılması metodikası. 
 
İki  sınaq  şüşəsi  götürüb  onlardan  birinə  bromlu  su,  digərinə  kalium  permanqanat  məhlulu 
tökülür.  Sınaq  şüşələrinə  qazometrdən  etilen  qazı  buraxılır.  Hər  iki  sınaq  şüşəsindəki  məhlulların 
rəngsizləşdiyi  müşahidə  olunur.  Şagirdlər  müəllimin  doymamış  karbohidrogenlərin  quruluşu  və 
xassələrinə  dair  verdiyi  məlumatlara  əsaslanaraq  məhlulların  rəngsizləşməsinin  etilenin  doymamış 
karbohidrogen  olması  ilə  izah  edirlər.  Eksperimentlərdən  belə  nəticə  çıxarılır  ki,  doymamış 
karbohidrogenlər  üçün  birləşmə  və  oksidləşmə  reaksiyaları  xarakterikdir.  Şagirdlər  hər  iki 
reaksiyanın tənliklərini dəftərlərində yazırlar. 
 
11-ci sinifin mövcud kimya proqramında üzvi kimya kursunun tədrisi davam edir. Proqrama 
daxil  olan  mövzuların  nümayiş  təcrübələrinin  aparılması  ilə  öyrədilməsi  üçün  10-cu  sinifin  üzvi 
kimya  kursu  ilə  müqayisədə  daha  geniş  imkanlar  mövcuddur.  Bu  kursun  proqramında  nümayiş 
təcrübələrinin aparılması zəruri olan  mövzular aşağıdakılardır:  
Karbohidrogenlərin  təbii  mənbələri  və  onların  emalı;  spirtlər  və  fenollar;  aldehidlər,  ketonlar, 
karbon turşuları; mürəkkəb efirlər, yağlar; karbohidratlar; azotlu üzvi birləşmələr. 
Burada bəzi nümayiş təcrübənin aparılması metodikası verilir. 
 
Təcrübə 1. Qliserinin natrium metalı və mis(II) hidroksidlə reaksiyaları. 
Təchizat  natrium  metalı,  qliserin,  mis(II)  sulfat,  natrium-hidroksid,  stəkan,  sınaq  şüşələri, 
ştativ, spirt lampası, süzgəc kağızı, distillə suyu, pinset. 
Təcrübənin aparılması metodikası. 
a)
 
stəkana 5 ml qliserin töküb içərisinə pinset vasitəsilə yaxşı qurudulmuş  kiçik natrium parçası 
salınır.  Natrium  metalı  əvvəlcə  qliserinin  səthində  hərəkət  edir  və  tədricən  qızır.  Nəticədə 
güclü reaksiya başlayır və hidrogen qazı ayrılır. 
b)
 
sınaq  şüşəsinə  5  ml  qliserin  töküb  üzərinə  3  ml  mis(II)  sulfat  məhlulu  əlavə  olunur.  Sonra 
onun  üzərinə  sınaq  şüşəsində  məhlulun  parlaq-göy  rəngi  alınana  qədər  tədricən  natrium-
hidroksid məhlulu tökülür.  
 
Müəllim qliserinin xassələrinə dair eksperimentləri nümayiş etdirməklə şagirdlərdə çoxatom-
lu  spirtlər  haqqında  təsəvvürləri  inkişaf  etdirir.  Şagirdlər  çoxatomlu  spirtləin    biratomlu  spirtlərlə 
oxşar xassələrinin  olduğunu  öyrənirlər.  Belə  ki,    reaksiyalarda  müşahidə  olunan  əlamətlər    təsdiq  
edir  ki,  biratomlu  spirtlərdə  olduğu  kimi  çoxatomlu  spirt  olan  qliserinin  tərkibində  də  hidroksid 
qrupları mövcuddur.  Müəllim  reaksiyaların tənliklərini şagirdlərə yazdırır. 
Eksperiment 2. Aldehidlərin oksidləşmə reaksiyaları. 
Resurslar: 10 faizlinatrium-hidroksid, 2 faizlimis(II) sulfat, 10 faizli  etanal, sınaq şüşələri, 
ştativ, spirt lampası 
Təcrübənin aparılması metodikası.  
 
Sınaq şüşəsinə 10 ml natrium-hidroksid töküb üzərinə  bir neçə damcı mis(II) sulfat əlavə olu-
nur.  Əmələ  gələn  göy  rəngli  mis(II)  hidroksid  süzülür,  sınaq  şüşəsinə  köçürülür  və  üzərinə  5  ml 
etanal  məhlulu  əlavə  olunur.  Alınan  qarışıq  spirt  lampası  alovunda  qızdırılır.  Müəllim  şagirdlərə 
eksperimentin  gedişini  izləməyi  və  dəftərlərində  qeyd  etməyi  tapşırır.  Mis(II)  hidroksidlə  etanalın 
qarşılıqlı təsiri nəticəsində əvvəlcə sarı rəngli mis(I) hidroksid  sonra isə qırmızı rəngli mis(I) oksid 
alınır.  Təcrübənin  gedişində  müşahidə  olunan  reaksiyaların  tənliklərini  şagirdlər  özləri  yazıb 
müəllimə göstərirlər: 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə