288
bu da sonradan qanazlığına – anemiya xəstəliyinə gətirib
çıxara bilər. Buna görə də məsləhət görülür ki, müəyyən
miqdar ətdən istifadə olunsun. Amma bu fikirlə qətiyyən
razılaşmaq olmur, ona görə ki, bizdən də nəhəng
otyeyən istiqanlı heyvanlar – inək, camış, fil, dəvə,
qoyun, keçi və s. heç ət yemədikləri təqdirdə onlar belə
bir fəsadla qarşılaşmırlar. Deməli, onlar özlərinə lazım
olan miqdar dəmir elementini elə yedikləri bitkilərin
tərkibindən götürürlər.
Belə bir maraqlı sual yəqin ki, hamını düşünməyə vadar
edir: insan ilk yaranışdan ətyeyəndir və yaxud otyeyən?
Diyetoloqlar hesab edirlər ki, insan özünün daxili
quruluşuna görə yırtıcılardan çox, otyeyənlərə oxşayır.
Insanın mədə şirəsinin turşuluğu yırtıcınınkından on
dəfə azdır, çiy əti parçalaya bilən köpək dişləri yoxdur,
əksinə, qidanı uzun müddətə həll etmək üçün müstəvi
azı dişləri vardır. Mədə-bağırsaq traktının uzunluğu
inəyinki kimi, bədənindən səkkiz dəfə uzundur və bunun
da müqabilində yeyilmiş ətdən əmələ gələn toksinlər
uzun müddət orqanizmdə qalaraq onu zəhərləyir və
böyrəklərin işləməsinə mane olur. Beləliklə, insanın
bioloji xüsusiyyətləri – dişlərinin quruluşu, bağırsağının
uzunluğu, qanının temperaturu – göstərir ki, o, yırtıcılar
sinfinə aid deyildir. Fizioloji cəhətdən də insan otyeyən
heyvanlara – meymuna, filə, inəyə, dəvəyə, qoyuna daha
yaxındır, nəinki yırtıcılara – itə, pələngə, bəbirə vəs.
Yırtıcılar heç vaxt tərləmirlər, onlarda istilik mübadiləsi
tənəffüs tezliyi requlyatorları və dilini çıxararaq
ləhləmələri ilə tənzimlənir. Vegetarian heyvanlar isə bu
məqsədlə bədənlərindən müxtəlif zərərli maddələri
kənar etmək üçün tər vəzilərindən istifadə edirlər.
Yırtıcıların ovu tutmaq və parçalamaq üçün uzun, iti
kəsici dişləri və caynaqları olduğu halda, otyeyənlərin
isə qısa dişləri vardır, caynaqları isə yoxdur. Otyeyən
289
heyvanların və insanın ağız sularında karbohidratları
parçalaya bilən amilaza fermenti olduğu halda,
yırtıcılarda bu, yoxdur. Yırtıcılar sümüyü həzm etmək
məqsədi ilə mədələrinə çoxlu miqdar xlorid turşusu ifraz
edirlər.
Yırtıcıların
çənəsi
yalnız
aşağı-yuxarı
istiqamətdə
məhdud
hərəkətliyə
malikdirsə,
otyeyənlərdə isə qidanı ağızda həll etmək, gövşəmək
məqsədi ilə horizontal hərəkətliyə malikdir. Yırtıcılar,
məsələn, pişik, it, pələng və s. suyu dilləri vasitəsi ağıza
ötürürlərsə, otyeyənlər və insan onu dişləri arasından
sovururlar. Daha bir maraq doğuran fərqi nümunə kimi
göstərmək istəyirəm. İnsan yalnız ət yeməklə (çörəksiz)
maksimum bir ay müdətində yaşaya bilər, lakin yalnız
çörək (ətsiz) istifadə etməklə illərlə yaşamaq iqtidarına
malikdir. Çörək – bu, bitki mənşəli qida məhsuludur. Bu
cür çoxlu sayda illüstrasiyalar göstərmək olar və onların
hamısı bir daha insanın otyeyənlərə aid olduğunu sübut
edir. Fizioloji cəhətdən insan qətiyyən ət rasionuna
uyğunlaşmamışdır. Bütün otyeyənlərin bağırsaqları
yırtıcılarınkına nisbətən uzundur, çünki bitki mənşəli
qidalar zülallara nisbətən gec həzm olunurlar.
Beləliklə, bütün bu faktları nəzərə alaraq yekun şəklində
söyləmək olar: “İnsan otyeyəndir – vegetariandır!
Sözün doğrusu, mən də təbiətin və elmin təkzibedilməz
qanunauyğunluqlarını nəzərə alaraq belə qərara gəldim
ki, vegetarian yox, hətta veqan olum və 2010-cu ilin
fevralın 12-dən ət və heyvan zülalı olan qidalardan
imtina etdim. Düzünə qalsa, birdən-birə heyvan mənşəli
zülallardan imtina etmək bir az qorxuludur, lakin
özümdə cəmləşən həddindən artıq inam və istək məni
buna vadar etdi. Mübaliğəsiz deyə bilərəm ki,
bədənimdə mənfi istiqamətdə baş verə biləcək heç bir
qüsurlu əlamətlər hiss etmədim. Əksinə, baxmayaraq ki,
bir neçə illərdir diabet xəstəliyindən əziyyət çəkirdim,
290
indi özümü çox gümrah hiss edirəm, sanki məndə
yaşamaq həvəsi bir az da artmağa başlamışdır. Mənə
elmi mənbələrdən məlum idi ki, vegetarianlıq sisteminə
keçən insanlar bir müddətdən sonra heyvan mənşəli qida
məhsullarından iyrənəcəklər. Bu doğrudan da belədir.
İndi məni bir fikir gecə-gündüz hey narahat edir: insan
olan kəs də ətmi yeyər? Bu nə biabırçılıqdır?
İnsan aşıq-aşkar otyeyən
istiqanlı canlı olduğu
halda müasir zamanda
ətdən
tez-tez
istifadə
edərək özünü əsl yırtıcı
kimi aparır. Bunun axı,
nəyi insanlıq oldu ki?
Budurmu Yer üzünün əşrəfi insan? İndiki insanlar gündə
yüz dəfə Allaha yalvarsalar da belə tam əmin ola bilərlər
ki, Cənnət qapısı həmişə onların üzünə bağlı qalacaqdır.
Axı, görün, bir insan bütün ömrü boyu nə qədər
günahsız, dilsiz-ağızsız heyvanların, quşların ölümünə
səbəb olmuşdur. Ölüm hökmünü isə Allahdan başqa bir
kimsə verə bilməz. Bunun özü elə Tanrının ziddinə
getmək deyilmi? İnsanlar nəinki heyvanların, hətta bir-
birilərinin qəniminə bais olmuşlar. Dünyada heyvanların
bir-birini qırmasından çox insanlar bir-birini qırırlar. Nə
üstündə? Torpaq, daha çox yemək, daha çox mənfəət
əldə etmək, nəfs üstündə. Bu zaman görəsən
düşünürlərmi ki, Allahdan onlar üçün də ölüm hökmü
var və bu fərman hələ doğulduqları anda onların alnına
yazılmış, həkk olunmuşdur. Amma bu zalımlar hələ
Allahdan Cənnətə düşmələrini arzu edirlər. Təəssüf ki,
arzu və ona yetişmək bambaşqa şeylərdir. Heç olmazsa,
heç bir kəsə xeyrindən başqa ziyanı dəyməyən yaşıl
bitkilərdən ibrət dərsi alaydıq. “Günəşiyeyənlərin”
Dostları ilə paylaş: |