sözle^ fəlsəfi insanın
Wdnyanı və bu dünyada özünü dərketmə vasitəsidir,
XX əsr elm fəlsəfəsinin görkəmli nümayəndəsi K.Pop- perin
(1902-1994) fikrinə görə «...Heç olmasa bir əsl fəlsəfi problem
var ki, hər bir insan onunla maraqlanır. Bu kosmologiya
problemidir -
dünyanın və bu dünyanın bir hissəsi kimi biz də
(biliyimiz ilə birgə) daxil olmaqla dərk edilməsi problemidir» J
O, pozitivistlərlə mübahisə apararaq yazırdı: «Filosof məhdud
mütəxəssis olmamalıdır. Mənə gəldikdə isə, mən elm və fəlsəfə
ilə ona görə maraqlanıram ki, yaşadığımız dünyanın sirləri, bu
dünya haqqında insan biliyinin sirləri haqqında nə isə bilmək
istəyirəm, Və mən inanıram ki, yalnız, bu sirlərə qarşı marağı
dirçəltməklə elmi və fəlsəfəni dar ixtisaslaşmadan xilas etmək
olar...».*
K.Popper fəlsəfəni mənasız bir məşğələ hesab etmir və
göstərir ki, fəlsəfə elmi biliyin fonnalaşmasmda və inkişafinda
böyük rol oynayır. Elm dəyişgən, bilikdir. Odur ki, elm
fəlsəfəsinin vəzifəsi konkret biliyə əsaslanmaq deyil, bu biliyin
dəyişməsini əsaslandırmaqdır (izah etməkdir).
Dostları ilə paylaş: |