Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə138/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   134   135   136   137   138   139   140   141   ...   164

üsullarını  müəyyənləşdirən  şəraitin  cəmi  ilə  məşğul  olur. 

Məsələn,  kapitalizmdə  ümumi  ictimai  münasibət  kimi  çıxış 

edən  əmtəə  forması  insanları  cəmiyyətdə  birləşdirən  əsas 

formadır. 

İqtisadiyyatın  fəlsəfəsi  üçün  «qeyri-istehsal  sferası»,  qeyri 

məhsuldar əmək növü yoxdur. Məsələn, istehlak istehsalın ay- 

nlmaz  üzvü  hissəsidir.  İstehlak  olmadan  istehsal  baş  tutmaz. 

İqtisadiyyat isə fərdlərin və insan birliklərinin şüurlu fəaliyyəti 

ilə təbiət və insan arasında həyata keçirilən maddələr mübadiləsi 

deməkdir. 

İstehsal prosesində təbiətə təsir edərək və istehsal etməklə öz 

tələbatlarını  ödəyərək  insan  eyni  zamanda  özünü,  öz  əmək 

təcrübəsini,  qabiliyyətini  və  istehsal  vərdişlərini  də  inkişaf 

etdirir. 

İstehsal  deyəndə  insanların  müxtəlif  tələbatlarının 

ödənilməsi  üçün  lazım  olan  sərvəti  yaradan  daimi  fəali)^ətin 

xüsusi  sahəsi  nəzərdə  tutulur.  Sərvət  -  insanın  malik  olduğu 

maddi və mənəvi nemətlərin cəmini özündə birləşdirir. 

İstehsal  etmək  üçün  insanlar  yalnız  təbiət  ilə  münasibətə 

girmirlər, həm də eyni zamanda öz aralannda müəyyən əlaqə və 

münasibətlər  yaradırlar.  Beləliklə,  istehsal  təkcə  maddi 

nemətlərin  və  məhsuldar  qüvvələrin  istehsalı  deyil,  həm  də 

insanlar arasındakı ictimai münasibətlərin inkişafıdır. 

Öz  əməyini  və  bilik  qabiliyyətini  təbiətin  verdikləri  ilə 

birləşdirən, təbii sərvətdən istifadə edən insan özünün yaratdığı 

texnologiya vasitəsilə təbiətdə olmayan şeylər istehsal edir. Bu 

prosesdə  maddi  nemətlər  yaradılır.  Elə  bu  prosesə  də  istehsal 

prosesi deyilir. 

Daha geniş mənada istehsal - cəmiyyətin həyat fəaliyyətidir, 

burada  maddi  tərəf  əhəmiyyətli  rol  oynayır.  İstehsal  ictimai 

həyatın əsasıdır, maddi istehsalın məzmununu isə insanın fiziki 

və zehni fəaliyyəti təşkil edir. İstehsal üsulunun dəyişməsi bütün 

ictimai  həyatın  dəyişməsinə  səbəb  olur  (məsələn,  bazar 

iqtisadiyyatına keçid). 

Cəmiyyətin iqtisadi sferası mürəkkəb və çoxplanlı hadisədir. 

Onun  öz  strukturu  var.  Burada  sənaye  və  kənd  təsərrüfatı 

istehsalının, yerdən çıxarma və emaletmə sənayesinin başqa 

417 



bir  tərəfi  kimi  müəyyən  ərazilərdə  yerləşdirilən  bir  çox 

müəssisə və onların kompleksinin ərazi-istehsal əlaqələri çıxış 

edir. Onun başqa xarakter cəhətləri də var ki, onlar istehsalın, 

bölgünün,  tədavülün  və  istehsalın  fəaliyyət  göstərməsi  və 

inkişafı ilə şərtlənir. Çoxkeyfıyyətli və mürəkkəb olduğu üçün 

iqtisadi sfera bir çox elmlər tərəfindən öyrənilir: iqtisad elmləri, 

iqtisadi  coğrafiya,  konkret  sahələri  öyrənən  sosiologiya  və  b. 

Fəlsəfəni  isə  birinci  növbədə  onun  inkişafının  ümumi 

qanunauyğunluqları, bütövlükdə tarixi proses maraqlandırır. 

1.2.

 

Məhsuldar qüvvələr və istehsal 

münasibətləri anlayışları 

K.Marks  istehsal  üsulunun  iki  tərəfi  olduğunu  sübut  edir: 

məhsuldar qüvvələr və istehsal münasibətləri. 

İstehsal  prosesini  həyata  keçirən  insanlar  əməyin  subyekti 

kimi çıxış edirlər. Onlar məhsuldar qüvvələrin əsas və həlledici 

elementləridirlər.  Lakin  bundan  başqa  istehsal  prosesi  üçün 

başlanğıc materialın,  yaxud emal edilməyə məruz qalan  əmək 

predmetinin olması zəruridir. Torpaq, faydalı qazıntılar, metal 

və  s.  əmək  predmeti  ola  bilər.  Lakin  əmək  predmetinə  təsir 

edərək onu zəruri məhsula çevirmək üçün əmək alətlərini tətbiq 

etmək lazımdır. Əmək aləti xarici aləmə təsir etmək və onu öz 

mənafeyi  üçün  dəyişdirmək  məqsədilə  insan  tərəfindən 

yaradılan  əşyalara  deyilir.  İstehsal  üçün  həmçinin  müvafiq 

binaların, ambarlann, nəqliyyatın və s. olması də zəruridir. Bu 

axırıncılar  əmək  alətləri  ilə  birlikdə  əmək  vasitələrini  təşkil 

edirlər. Əmək vasitələrinin də qaynağı təbiətdir. Əmək predmeti 

ilə əmək vasitələrinin cəmi isə istehsal vasitəsi adlanır. 

Təbii  sərvətlər  və  təbii  qüvvələr  o  vaxt  məhsuldar  qüvvə 

olurlar ki, onlar insan əməyi sayəsində istehsalın elementlərinə 

çevrilirlər.  Cəmiyyətin  məhsuldar  qüvvələrinin  səviyyəsinin 

göstəricisi əmək məhsuldarlığıdır. 

Müasir istehsalın mürəkkəbliyi o dərəcədədir ki, onun elmi 

təşkili  zəruridir.  Elm  məhsuldar  qüvvələrin  strukturuna  daha 

çox daxil olmağa başlayır. 

418 



istehsalın  inkişafı  hər  şeydən  əvvəl  məhsuldar  qüvvələr 

sistemində  baş  verir,  çünki  onlar  maddi  istehsalda  ən  çevik 

elementlərdir.  Məhsuldar  qüvvələrin  strukturunda  baş  verən 

dəyişikliklər  öz  arxasınca  istehsal  prosesində  insan 

münasibətlərinin də dəyişməsinə səbəb olur. Məsələn, sosialist 

istehsalından bazar iqtisadiyyatına keçid. 

İstehsal  prosesində  insanlar  arasında  yaranan  əlaqələrə 

istehsal  münasibətləri deyilir. Onlar həm  istehsal vasitələrini, 

yəni  mülkiyyət  formasını  (istehsal  münasibətlərinin  əsasını), 

həm  yaradılan  nemətlərin  mübadiləsi,  bölgüsü  və  istehlakı 

prosesində insanlar arasındakı əlaqəni, həm insanlann istehsalda 



ixtisaslaşması  ilə  şərtlənən,  yəni  əmək  bölgüsünü  ifadə  edən 

münasibətlərini, 

həm 

də 


əməkdaşlıq 

və 


tabeçilik 

münasibətlərini, yəni idarəçilik münasibətlərini və s. əhatə edir. 

İstehsal  münasibətlərinin  əsas  elementlərinin  birincisi 

iqtisadi  münasibətlərdir  ki,  onların  da  əsasını  istehsal 

vasitələrinə münasibət (mülkiyyət forması) təşkil edir. 

K.Marksm  fikrincə  əgər  istehsal  münasibətləri  məhsuldar 

qüvvələrin  inkişaf  xarakterinə  və  səviyyəsinə  uyğun  gəlirsə 

onların inkişaf prosesini sürətləndirir, əks halda isə mane olur. 

Beləliklə,  istehsal  münasibətlərinin  məhsuldar  qüvvələrin 

inkişaf  xarakterinə  və  səviyyəsinə  uyğun  gəlməsi  maddi 

istehsalın əsas inkişaf prinsipidir. 

Marksist  təlimə  görə,  yeni  məhsuldar  qüvvələr  ilə  köhnə 

istehsal  münasibətləri  arasındakı  münaqişə  sosial  inqilabın 

iqtisadi  əsasını  təşkil  edir.  Uyğunluq  qanununun  fəaliyyəti  ən 

ibtidai  mərhələdən  başlayaraq  bütün  insan  tarixində  özünü 

göstərir. Bu qanunu bilmək bir formasiyadan digərinə keçməyin 

səbəbini  üzə  çıxarmaq  və  izah  etməyin  zəruri  metodoloji 

açarıdır.  İstehsal  münasibətləri  insanların  şüurundan  və 

iradəsindən  asılı  olmayaraq,  yəni  obyektiv  olaraq  yaranır. 

Uyğunluq qanununu K.Marks ətraflı təhlil etmişdir. 

F.Engels  həyatının  sonlarında  etiraf  etmişdir:  «Tarixin 

materialist  anlayışına  görə  tarixi  prosesdə  son  olaraq  gerçək 

həyatın  istehsalı  və  təkrar  istehsalı  həlledici  momentdir.  Nə 

mən, nə Marks bundan artıq heç vaxt heç nəyi isbat etməmişik. 



419 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə