Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

. İ nar Həsənli

yaratmaqdansa,  onu  mənimsəməyə  daha  çox  üstünlük  verirlər.  Şəhər 

şəraitində bu. daha aydın hiss olunur. İnsanların geyimləri, istifadə etdiyi 

əşyalar, evlər və onların dizaynı bütövlüklə əcnəbi mədəniyyətlərin təsiri 

altında  seçilir.  Yalnız  ailə-məişət  və  əxlaq-davranış  nonnalannda  bir 

qədər  mühafizəkarlıq  özünü göstərməkdədir.  Bu  mühafizəkarlığa  daha 

çox  yaxın  zamanlarda  şəhərə  köçən  əhali  arasında  rast  gəlinir.  Yerli 

bakılılar  arasında  da  patriarxallıq  müəyyən  qədər  qalır.  Lakin  əksər 

şəhərlilər get-gedə  eqalitar  tipli  ailələrə  çevrilməyə  meyil  edirlər.  Belə 

ailələrin  sayı  kifayət  qədər çoxdur və  məhz onlar yenilikləri  ilk olaraq 

qəbul edənlərdir.

Şəxsi  azadlıq,  valideynlərdən  qeyri-asılılıq,  təşəbbüskarlıq  və 

cəsarət hissləri  gənclərin bir hissəsini milli adətlərdən uzaqlaşmağa, 

digər  mədəniyyətlərə  meyil  etməyə  sövq  edir.  Tanınmış  alim 

S.Xəlilovu bu məsələ düşündürdüyündən, belə bir fikri irəli sürür ki, 

özümüz  mənən  yüksəlmədən,  övladlarımızın  tərbiyəsini  müasir 

tələblər səviyyəsində qurmaqda çətinlik çəkəcəyik  [39,128].

Müasir  cəmiyyətdə  gənc  nəsil  ilə  yaşlı  nəsil  arasında  müəyyən 

«uçurumun»  olması  haqqında  fikirlər  meydana  çıxır.  Əslində  belə 

«uçurum»  hər  zaman  olmuşdur  və  yaş  mərhələsindən  asılı  olaraq 

dəyişmişdir. XX əsrin 60-cı illərində «mədəni partlayış» baş vermişdir. 

Məhz  şəhər  mühitində  aydın  seçilən  «mədəni  şok»  insanların  həyat 

tərzinə,  adət-ənənələrinə,  məişətinə,  əxlaq  və  davranışına  təsir 

göstərm əyə  bilməzdi.  Həmin  təsirlərin  nəticələri  yuxarıda 

sadalanmışdır.  Adət-ənənələrdə,  mərasimlərin  keçirilməsində  baş 

vermiş  dəyişikliklər  eyni  zamanda  ailə-məişət  münasibətlərində, 

əxlaq-davranış  normalarında  da  özünü  biruzə  verir.  Şəhər  mühitində 

insanların  çoxluğu,  kütlənin  daim  hərəkətdə  olması  həmin 

münasibətləri  müəyyən  çərçivəyə salmışdır.  Öz böyüklərinin yanında 

adətlərə  əməl  edən  insanlar  başqa  böyüklərin  yanında  bunu  etməyə 

bilərlər.  İnsanlar  bunu  etməyi  özlərinə  borc  da  bilmirlər.  Şənlik 

mərasimlərində,  işdə,  küçədə  hər gün  minlərlə  insan  rastlaşır.  Bunlar 

arasında yaşlı, cavan, qadın,  uşaq vardır.  Məhz urbanizasiyanın, şəhər 

mühitinin  yaratdığı  biganəlik,  laqeydlik  hissləri  insanları  adət  və

-44

  -


Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

ənənələrə riayət etmək «borcundan» uzaqlaşdırır.  Doğrudur,  yaşlılara 

və qadınlara hörmət hissinin əlamətlərini  hələ də Bakı  küçələrində və 

ictimai nəqliyyatda görmək mümkündür. Belə ki, istər metroda, istərsə 

də  avtobuslarda  yaşlı  insanlar  və  qadınlar  daxil  olan  kimi  gənclərin 

onlara yer verməsi hallan hələ də qalmaqdadır. Müşahidələr göstərir ki, 

bu  adət  əsasən  azərbaycanlılarda  qalmışdır.  Məsələn,  Bakıda  kifayət 

qədər çox olan türkiyəli gənclər heç zaman belə hərəkət etmirlər. Hətta 

yaxın qonşumuz Rusiyada da bu hərəkət tədricən aradan qalxmaqdadır.

Bununla belə,  şəhər mühitində,  xüsusilə  gənclərin  milli  adət  və 

ənənələrə  riayət  etməsində  xeyli  problemlər  meydana  çıxmışdır. 

Başqa mədəniyyətlərin təsirinə daha tez düşən gənclərin geyimində, 

davranışında,  dünyagörüşündə,  həyat  tərzində  bunu  hiss  etməmək 

mümkün  deyildir.  Belə  gənclərin  bir  qismi  submədəniyyətlərdə 

birləşirlər ki, bu barədə ayrıca bölmədə bəhs olunmuşdur.

Müasir  şəhər  mühitindəki  dəyişikliklər  hər  şeydə  hiss  olunur. 

İnsanların  geyimlərində,  istifadə  etdiyi  əşyaların tərkibində,  evlərin 

quruluşu və dizaynında - bir sözlə həyat tərzinə və məişətə daxil olan 

əksər  komponentlərdə  bunu  görmək  mümkündür.  Bunlar  barədə 

ayrıca şərh verməyə ehtiyac yaranır.

Bakı  əhalisinin müasir  geyim  tiplərinin  modelləri  əsasən xarici 

ölkələrdən  gətirilir.  İnsanların  geyimləri  müəyyən  mənada  onların 

həyat  tərzini  əks  etdirə  bilər.  Məsələn,  dindarların  geyimi,  işgüzar 

adamların  geyimi,  gənclərin  geyimləri  və  s.  bir-birindən  fərqlənir. 

Müasir  şəhərlilər  geyimdə  ən  çox  sərbəstliyə,  rahatlığa  üstünlük 

verməyə çalışırlar.

Şəhərli  qadınların  geyimləri  onların  sosial  mövqeyindən, 

dünyagörüşündən,  ailə  mühitindən  ciddi  şəkildə  asılıdır  və  çox 

müxtəlifdir.  Məsələn,  qadınlar  şənlik  mərasimlərinə  açıq-saçıq  və 

bəzəkli  gecə  paltarlarında,  işə  rahat  şalvar-pencəkdə,  gəzməyə  və 

qonaqlığa sevimli geyimdə gedir, evdə isə rahat idman geyimlərindən 

istifadə edirlər.

Qış  geyimləri  və baş  örtükləri  də  müxtəlifdir.  Çəkmələr,  palto, 

manto və plaş, qısa və uzun gödəkçələr əsas qış geyimləridir. Şərf və

-

45

-




A nar Həsənli

şal  qadın geyimləri  arasında mühüm aksessuardır.  Bu geyimlər həm 

də baş örtüyü  kimi  istifadə olunur.  Baş geyimləri  sırasında papaqlar 

(şlyapa, hörmə papaqlar, xəz papaqlar) üstünlük təşkil edir. Yaylıqlar 

və ləçəklər aradan çıxmaqdadır.

Cins  paltarlar  və  idman  stilində  geyimlər  şəhərli  gənclərin  əsas 

geyimləridir. Bu geyimlərdən həm oğlanlar, həm də qızlar eyni dərəcədə 

kütləvi  istifadə  ediıiər.  Cins  şalvar  və  gödəkçə,  idman  ayaqqabısı  və 

beysbolka (dimdikli şapka) ən geniş yayılmış geyimlərdir.

Dindar qadınların özünəməxsus geyimləri vardır. Hicab adlanan 

bu  geyimin  müxtəlif  modelləri  dindar  qadınları  digərlərindən 

fərqləndirir.  Şəhərdə  getdikcə  hicablı  qadınların  sayının  artdığı 

müşahidə olunur.

Şəhərli  kişilərin  müasir geyimləri  də müxtəlifdir və yaşdan asılı 

olaraq dəyişir.  Lakin kişilər qadınlara nisbətən daha sabit geyinirlər. 

Kişilərin geyimlərində iki stil: idman və klassik stil daha çox üstünlük 

təşkil edir.  Uşaqlar və gənclər, orta yaşlı  kişilər sosial mövqeyindən, 

dünyagörüşündən  asılı  olaraq  müxtəlif  paltarlar  geyirlər.  Rəsmi 

-işgüzar adamlar kostyuma  üstünlük  verirlər.  Tələbələr,  fəhlələr və 

qulluqçular,  müxtəlif  xidmət  sahələrində,  ticarətdə  çalışan,  fiziki 

əməklə məşğul olan işçilər əsasən idman stilindən istifadə edirlər. Bu 

stilə  cins  şalvar,  dəri  və ya  cins  gödəkçə,  sviter və qolsuz maykalar 

(futbolka)  və  yüngül  ayaqqabılar  aiddir.  Qışda  isə  palto  və 

yarımpaltolar,  dəri  plaş  və  gödəkçələr,  habelə  sintetik  parçalardan 

gödəkçələr daha çox istifadə edilir. Yaşlı şəhərlilər daha çox kostyum, 

pencək-şalvar kimi geyimlərdən istifadə edirlər.

Kişilərin  baş  geyimləri  sırasına  xəz  papaqlar,  parça  və  dəri 

şapkalar,  beysbolkalar,  habelə  «çeçenka»  adlanan  hörmə  geyimlər 

daxildir. Yaşlı insanlar şlyapadan da istifadə edirlər.

Müasir geyimlər əsasən  süni  materiallardan  hazırlanır və  xarici 

ölkələrdən gətirilir.  Dəb də xarici ölkələrdən götürülür.  Hər il və hər 

mövsüm  dəblər  dəyişir.  Paltarların  rəngi,  forması,  ayaqqabıların 

modeli hər il yeniləşir. Bakıda modelyerlər, dərzilər fəaliyyət göstərsə 

də  şəhərlilər  onların  xidmətlərindən  az  istifadə  edirlər.  Bu  həm

-  

46

  -



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

sifarişlərin  baha  başa  gəlməsi  ilə,  həm  də  istənilən  modeldə  paltar 

tapmağın mümkünlüyü ilə əlaqədardır.

Bəzəklər də müasir geyimlər arasında mühüm yer tutur. Daha çox 

qadınlar bəzəklərə  üstünlük verirlər.  Son dövrlərdə gümüş  bəzəklər 

və  süni  daş-qaşlar  geniş  yayılmışdır.  Bu  sahədə  bəzi  yeni 

xüsusiyyətlər yaranmaqdadır.  Əsasən qız  və qadınlar qulaqlarından 

bir neçə  deşik  açdırır,  bəziləri  üzlərinə,  burun  ətrafına,  qulaqlarına 

daş-qaşlar düzdürür, qollarına və bədənlərinin müxtəlif açıq yerlərinə 

tatuajlar döydürürlər.  Süni  saçlar, kirpiklər və dırnaqlar,  linzalar hər 

bir şəhərli qadın üçün adi aksessuarlara çevrilmişdir.

Kişilər  arasında  da  qızıl  və  gümüş  qolbaq,  bilərzik  və  üzük, 

boyunbağı, qalstuk sancağı kimi bəzək əşyalanndan istifadə edənlər 

az deyildir. Bəzi gənclər burunlarına və qulaqlarına sırğalar taxırlar.

Tarixən  insanların  öz yanında gəzdirdiyi,  tez-tez  istifadə  etdiyi 

əşyalar  olmuşdur.  Məsələn,  təsbeh,  portsiqar,  çaxmaq,  qəlyan  və  s. 

belə əşyalardan  idi.  Müasir dövrdə də belə əşyalar götürmək aradan 

çıxmamışdır.  İndiki  şəhərlilərin  də  geyimlərini  aksessuarsız,  əlavə 

əşyalarsız  təsəvvür  etmək  çətindir.  Hər  bir  insanın  üstündə  ən  azı 

mobil  telefon  və  ya  açarlığa  rast  gəlmək  mümkündür.  Xüsusilə 

gənclər əlavə əşyalar götürməyə üstünlük verirlər. Bunların sırasında 

telefon,  telefon  qulaqcığı,  diskopleyer,  radiopleyer,  breloklar, 

təsbehlər,  dabankeş  və  s.  ola  bilər.  Qadınların  daim  yanında 

gəzdirdiyi  çantada  isə  əlavə olaraq  parfümeriya,  kosmetika,  güzgü- 

daraq və s.  kimi  əşyalar daha çoxdur.  Portmanat  müasir geyimlərdə 

əsas  aksessuarlardandır.  Kişilərdə  əsasən  arxa  cibə,  qadınlarda  isə 

çantaya qoyulan portmanatlar puldan başqa həm də sənədləri, telefon 

kitabçalarını,  kredit  və  maaş  kartlarını  daşımağa  xidmət  edir.  Yaşlı 

kişilərdə isə təsbeh, qəlyan və s. kimi əşyalara rast gəlinir.

Göründüyü  kimi,  şəhər  əhalisinin  geyimləri,  bəzəkləri  xeyli 

dəyişmişdir.  Bu  dəyişiklik  onların  evində,  evdə  istifadə  olunan 

əşyalarda, evlərin dizaynında da baş vermişdir.

Müasir  şəhər  evlərin  quruluşu,  dizaynı  da  dəyişir.  Başlıca  üç  tip 

nəzərə çarpır:  1) Sovet dövründə tikilən bina evləri; 2) Müasir dövrdə

-

47

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə