Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   102   103   104   105   106   107   108   109   ...   149

211 
 
giləmeyvəsi  çaxır,  konyak  və  likörə,  spirtsiz  içkilərə  tünd  rəng  və  kəskinlik  verilməsində  istifadə 
edilir. Içki və desertlərə meyvəsindən alınmıĢ Ģirə gözəl xoĢagələn ətir verir. 
Kəndəlaş  çiçəklərindən  hazırlanan  şərabdan  sümük  toxuması  divarlarının  
möhkəmləndirilməsi. 10 ədəd kəndəlaĢ hamaĢçiçəyi, 1 kq Ģəkərdən hazırlanmıĢ Ģərbət, 4 litr su, 1 
ədəd  limon,  1  çay  qaĢığı  çaxır  mayası  götürün.  Çiçəyi  saplağından  təmizləyib  qurudaraq  üzərinə 
Ģərbət əlavə edin. Sonra limon və çaxır mayası qatın və alınmıĢ ekstraktı gen boğazlı ĢüĢə butılkaya 
töküb  bir  həftə  qaranlıq  yerdə  saxlayın.  Qıcqırmaq  üçün  süzüb,  yenidən  1  həftə  saxlayın.  Hazır 
olmuĢ  Ģərabı  ĢüĢə  butılkaya  doldurub  ağzını  möhkəm  bağlayın  və  sərin  yerdə  saxlayıb  lazım 
gəldikcə istifadə edin. 
Kəndəlaşdan  şərbət  hazırlanması.  1  kq  giləmeyvə,  1  kq  Ģəkər  tozu,  2  stəkan  su  götürün. 
KəndəlaĢın giləmeyvələrini qaynar suya töküb 15-20 dəqiqə qaynadın. Sonra Ģirəni çıxardıb, onun 
tərkibinə  Ģəkər  tozu  əlavə  edib  qaynadın,  soyudun  və  ĢüĢə  butılkalara  doldurub  soyuducuda 
saxlayın. Hazırladığınız müalicə Ģərbətindən qankəsici vasitə kimi, eləcə də immunitetin artırılması 
üçün daxilə qəbul etmək məsləhət görülür. 
Kəndəlaş meyvəsindən cemin hazırlanması. 1 kq kəndəlaĢ meyvəsi, o qədər də Ģəkər tozu, 
stəkanın 1/5 hissəsi qədər su götürün. Giləmeyvəni meyvə budaqlarından təmizləyin. Əzib üzərinə 
Ģəkər tozu və su əlavə edib, qatılaĢana qədər biĢirin. 
Kəndəlaş  çiçəyinin  qozla  qarışığından  mürəbbənin  hazırlanması.  1  kq  quru  kəndəlaĢ 
çiçəyi,  0,75  kq  bal,  5  stəkan  Ģəkər,  1,5  stəkan  xırda  doğranmıĢ  qoz  ləpəsi,  1  stəkan  su  götürün. 
Çiçəkləri  çətirdə  olan  qönçələrin  hamısı  çiçək  açan  zaman  dərib  toplayın.  Əgər  çiçək  çətinliklə 
qoparsa onda onları selofan paketlərə doldurub ağzını bağlayıb 1 gün soyuducuda saxlayın. Çiçəyin 
üzərinə  kifayət  qədər  su  töküb,  biĢirin  və  ələyə  tökün.  Ələkdə  olan  çiçək  kütləsini  sıxmadan 
ehtiyatla  götürüb  adi  suya  töküb,  üzərinə  bal,  Ģəkər  və  qoz  əlavə  edin.  Mürəbbəni  1  saatdan  çox 
olmamaq Ģərtilə vam odun üzərində biĢirin. 
Kəndəlaşdan  kozinakinin  hazırlanması.  0,5  kq  qara  kəndəlaĢ  çiçəyi,  0,5  kq  hər  cür  bal 
növündən, 1 çay qaĢığı xırdalanmaĢ limon qabığı, stəkanın 1/2 hissəsi qədər təmizlənmiĢ qoz ləpəsi 
götürün. KəndəlaĢın ağ ləçəklərini qopardıb götürün və üzərindən isti su axıdıb qaynar halda olan 
balın içərisinə tökün. Limon qabığı və qoz ləpəsi əlavə edib qatılaĢana qədər biĢirin. 
 
Adi baĢınağacı – Viburnum opulus L. 
 
Dünya florasının tərkibində baĢınağacı cinsinin 200-ə qədər növünə təsadüf olunur. Onların 
əksəriyyəti  kol  və  yaxud  kiçik  ağaclardır.  ġimal  yarımkürəsi  ərazilərində  çox  yayılmıĢdır. 
Qafqazda,  o  cümlədən  də  Azərbaycanda  3  növünə  rast  gəlinir.  Bu  növlərdən  ən  qiymətlisi  adi 
baĢınağacı - V. opulus L. hesab edilir. 
Adi  baĢınağacı  -  Viburnum  opulus  L.  Hündürlüyü  3-4  (5)  metrə  qədər  olan  enliçətirli 
yumurtavari  kol  bitkisidir.  Budaqları  çılpaqdır.  Yarpaqları  qarĢı-qaĢıya  düzülmüĢ,  uzunluğu  5-12
 
 
sm olub dairəvi və yaxud yumurtavari-dairəvidir. Çiçəkləri ağımtıl, 
iri  olur.  Meyvələri  giləmeyvə,  Ģirəli,  oval  formalı  parlaq-qırmızı, 
acımtıl dadlı, diametri 8-10 mm, hamar çəyirdəklidir. 
Gözəl görkəmli baĢınacağı tərkibindəki faydalı maddələrin 
keyfiyyətinə  görə  floramızda  yayılan  bitkilərin  ən  qiymətlisidir. 
Yazda  açılan  azca  yaĢılaçalan  ağ  rəngli  ətirli  çiçəkləri  insanın 
gözünü  oxĢayır.  Payızda  isə  parlaq-qırmızı  rəngli  meyvələrinin 
ağırlığından  budaqları  aĢağı,  yerə  doğru  əyilir.  Bu,  bitkinin 
bərəkətli bol meyvə əmələ gətirdiyinə dəlalət edir. 
QuĢarmudundan  fərqli  olaraq  baĢınağacının  meyvələri  qıĢ 
dövründə,  Ģaxtada  qopub  qarın  üstünə  tökülmür.  BaĢınağacının  meyvəsinin  çəyirdəyi  ürək 
formasında olur. Elə bir meyvə və giləmeyvə tapılmaz ki, xəstə ürəklərə bunun qədər Ģəfa versin. 
Bundan  baĢqa  parlaq-qırmızı  meyvəsinin  tərkibindəki  askorbin  turĢusunun  miqdarı  2  dəfə  sitrus 
meyvələrindən  artıqdır.  Tərkibindəki  dəmirin  miqdarı  limon  və  portağalda  olduğundan  5  dəfə 
artıqdır. 


212 
 
Adi  baĢınacağı  Azərbaycanda  Dəvəçi  düzənliyində,  Qubanın  Ģərq  və  qərb  hissələrində, 
Alazan-Əyriçay  vadisində,  Kiçik  Qafqazın  Ģimal  və  cənub  rayonlarında,  Lənkəranın  dağlıq 
ərazilərindən  baĢlayaraq  orta  dağ  qurĢaqlarına  qədər  yayılmıĢdır.  Bundan  baĢqa  adi  baĢınağacına 
meĢələrdə, çay kənarlarında, kolluqlar içərisində, meĢə sahələrində, adda-budda halda rast gəlinir. 
Adi  baĢınağacının  qabığında  hissəsində  6,5%  qatran,  üzvi  turĢulardan  qarıĢqa,  sirkə, 
izovalerian  və  s.,  fitosterolin  (C
38
H
56
O
6
),  fıtosterin  (C
27
H
46
O),  kristal  formalı  turĢu  (C
19
H
18
O
2
), 
mirisilin spirti (C
31
H
64
O), 2%-ə qədər aĢı, flobafen və az öyrənilən «viburnin» və s. maddələr aĢkar 
edilmiĢdir.  Giləmeyvəsinin  tərkibində  isə  32%  sadə  Ģəkərli  maddələr,  3%-ə  qədər  aĢı,  o  qədər  də 
üzvi turĢular və askorbin turĢusu müəyyən edilmiĢdir. 
Adi  baĢınağacı  qiymətli  dərman  təbiətli,  qida  əhəmiyyətli,  aĢı  və  boyaq  xüsusiyyətli  kol 
bitkisi sayılır. 
Ukrayna  ərazisində  yayılan  adi  baĢınağacı  meyvəsinin  tərkibində  460-310  mq%  aĢı  və 
boyaq maddəsi aĢkar edilmiĢdir. Ukraynanın dağətəyi və dağlıq sahələrində yayılan nümunələrinin 
giləmeyvəsində  440  mq%  polifenol  birləĢmələri aĢkar  edilmiĢdir  (Borux,  1976).  Ekoloji  Ģəraitdən 
asılı olaraq müxtəlif illərdə adi baĢınağacı meyvəsinin tərkibindəki bioloji aktiv maddələrin miqdarı 
da  müxtəlif  olmuĢdur.  Məsələn,  Ukraynanın  meĢəli  çöllüklərində  adi  baĢınağacı  giləmeyvəsində 
1660 (1964),  910 (1965), 1210 (1967), 910 (1969), -də isə 1350 mq% (1977) P-birləĢmələri aĢkar 
edilmiĢdir.  Həmin  illərdə  Latviya  ərazisində  yayılan  adi  baĢınağacı  giləmeyvəsində  42  mq% 
polifenol birləĢmələri aĢkar edilmiĢdir (Qutmanis, 1961). Onu da qeyd etmək lazımdır ki, bitkinin 
meyvəsi  uzun  bir  dövr  ərzində  yetiĢir.  Ona  görə  də  meyvə  təzə  halda  uzun  müddət  öz  kimyəvi 
tərkibini itirmədən qalır. 
Meyvə tədricən yetiĢməyə baĢlayan andan tam yetiĢmə fazasına qədər olan dövrdə polifenol 
birləĢmələri artıb son həddə çatır. Meyvə yetiĢib qurtardıqdan sonra kolda qalan meyvələrin, eləcə 
də xüsusi anbarlarda saxlanılan meyvələrin tərkibində olan polifenol birləĢmələri tədricən azalmağa 
baĢlayır.  Sentyabr  ayının  axırlarında  toplanan  adi  baĢınağacı  meyvəsinin  tərkibində  1350  mq% 
polifenol  birləĢmələri  olduğu  halda,  2,5  aydan  sonra  onun  tərkibindəki  polifenol  birləĢmələrinin 
miqdarı  20%,  mart  ayında  isə  35-40%  (yəni  810  mq%)  azalmıĢ  olur.  Bitkinin  meyvəsinin 
tərkibindəki antosianlar meyvənin yetiĢməsindən artmağa baĢlayaraq tam yetiĢib baĢa çatdıqda son 
həddə  çatır.  Məsələn,  Ukraynada  mədəni  halda  əkilib-becərilən  adi  baĢınağacı  kolundakı  yetiĢmiĢ 
meyvədə antosianın miqdarı 95-320 mq%, Karlasda  yetiĢmiĢ qara rəngli meyvənin tərkibində 770 
mq%, Novosibirskdə isə 1270-1580 mq% olmuĢdur (Rodina, 1976). 
 
Cədvəl 7. Müxtəlif illərdə adi baĢınacağı meyvəsinin kimyəvi tərkibində baĢ verən 
dəyiĢikliklərin%-lə miqdar göstəricisi 
Ġl 
Quru 
maddə 
Ümumi 
Ģəkər 
Ümumi 
turĢuluq 
Askorbin turĢusu, 
mq%-lə 
AĢı və boyaq maddələrinin 
ümumi miqdarı 
1963 
28,8 
11,35 
2,08 
39,6 
1,10 
1964 
17,7 
10,92 
2,12 
31,36 
1,66 
1965 
20,2 
7,59 
19,4 
10,21 
0,91 
1968 
18,2 
8,13 
1,86 
14,6 
1,20 
1977 
19,4 
6,63 
1,39 
7,0 
1,35 
 
Aparılan  elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmiĢdir  ki,  antosian  bitkidə  gedən  prosesləri 
nizamlamaqla yanaĢı, bitkini aĢağı temrepaturdan, radiasiya Ģüalarının zərərli təsirlərindən qoruyur 
və yeyinti sənayesində qiymətli boyaq maddəsi kimi geniĢ istifadə olunur. 
Biz isə ilk dəfə olaraq adi baĢınağacının qabıq və meyvələrindən boyaq ekstraktı hazırlayıb 
yun  ipi  sarı,  sarı-narıncı,  narıncı,  narıncı-yaĢıl,  narıncı-tütünü,  bozumtul,  qonur,  açıq  qəhvəyi, 
Ģabalıdı, bənövĢəyi, göyümtül və s. rəng və çalarlara boyadıq. 
Müalicə  məqsədləri  üçün  bitkinin  aprel  və  may  aylarında  toplanan  qabıq  və 
giləmeyvəsindən istifadə olunur. 
BaĢınacağının  meyvələrindən  hazırlanan dəmləmə  və  cövhərlər  qankəsici, antiseptik  vasitə 
kimi,  soyuqdəymə  əleyhinə,  yarasağaldıcı  təsirli  maddə  kimi,  qıcolmada,  əsəb  sisteminin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə