Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   129   130   131   132   133   134   135   136   ...   149

265 
 
litr  soyuq  suya  töküb  odun  üzərində  qaynama  dərəcəsinə  gətirib  5  dəqiqə  qaynadın.  Aldığınız 
ekstraktın 36-37°C temperaturda vannasını hazırlayıb 10-15 dəqiqə qəbul edin. Müalicə kursu 5-6 
əməliyyatdan ibarətdir. 
Gənclik  «eliksirinin»  hazırlanması.  Qəhvəüyüdəndən  100  q  çobanyastığı  çiçəyi,  100  q 
dazıotu,  100  q  solmazçiçəyi  və  100  q  tozağacı  tumurcuğunu  keçirin.  Aldığınız  toz  qarıĢığını 
ehtiyatla ĢüĢə bankaya töküb ağzını möhkəm bağlayın. Hər gün qarıĢıqdan (tozdan) 1 xörək qaĢığı 
götürüb 0,5 litr qaynar suya töküb 20 dəqiqə dəmləyin. Sonra aldığınız ekstraktdan stəkana töküb 
üzərinə 1 çay qaĢığı bal qatıb gündə 2 dəfə acqarına, yəni yeməyə 20 dəqiqə qalmıĢ, axĢamlar isə 
yatmağa 3 saat qalmıĢ qəbul edin. Bu zaman maddələr mübadiləsi güclənir, orqanizim uzun müddət 
yığılıb  qalmıĢ  Ģlaklardan  təmizlənir,  ürək,  qara  ciyər,  böyrək  və  mədəaltı  vəzinin  fəaliyyəti 
yaxĢılaĢır,  damarların  elastikliyi  artır  və  serrozun,  infarktın  və  hipertoniyanın  qarĢısı  alınır.  Bu 
əməliyyatın 5 ildə 1 dəfə təkrar edilməsi məsləhətdir. 
Mədə  yaralarının  müalicəsində.  1  xörək  qaĢığı  çiçəyini  1  stəkan  qaynar  suya  töküb 
termosda dəmləyib süzün. Sonra aldığınız dəmləmədən gündə 3-4 dəfə,  yeməyə 15 dəqiqə qalmıĢ 
stəkanın  1/3  hissəsi  qədər  qəbul  edin.  Qəbuldan  sonra  tez-tez  sağ  və  sol  böyrü  üstdə  uzanıb 
ekstraktın mədənin selikli qiĢasında bərabər yayılmasına Ģərait yaradın. Müalicə kursu 1 aydır. 
Nyu-York  şəhərinin  əhalisinin  dərin  və  sakit  yuxu  yatması  üçün.  15  q  çobanyastığı 
çiçəyindən  götürüb  1  litr  qaynar  suya  töküb  15-20  dəqiqə  dəmləyib  süzür,  sonra  dəmləmənin 
üzərinə Ģəkər və qaymaq əlavə edib qəbul edirlər. 
 
Qızılsəbət – Solidago virgaruea L.  
 
S.virgaurea  L.  gövdəsi  düzduran,  aĢağı  hissəsindən  çılpaq,  yuxarı  hissədən  budaqlanan, 
çoxillik  ot  bitkisidir.  Gövdənin  aĢağı  hissəsində  yerləĢən  yarpaqları  uzunsov  lansetvari, 
yuxarıdakılar  isə  enli  lansetvaridir.  Çiçəkləri  boru  və  dilĢəkilli  olub,  sarı  rəngdədir.  Səbətciyi 
uzunsov  süpürgəvari  hamaĢçiçəkdir.  Ġyul-avqust  aylarında  çiçək  açır,  avqust-  sentyabrda  meyvəsi 
yetiĢir. 
Adi  qızılsəbət  Azərbaycanın  Quba,  Lənkəran  rayonlarında 
yayılmıĢdır.  Bitkiyə  orta  dağlıq  zonalardan  baĢlamıĢ,  subalp 
sahələrə  qədər  rast  gəlmək  olar.  Qızılsəbətə  ən  çox  meĢəliklərdə, 
kolluqlarda,  dağ  çəmənliklərində,  eləcə  də  bağ  və  bostan 
sahələrində təsadüf etmək olar. 
Bitkinin botaniki adı latın sözündən götürülərək «solidare» - 
«sağlamlığını  möhkəmləndir»,  «solidum  agaere»  -  «müalicə  et, 
sağalt»  mənasını  bildiıir.  Bitkinin  adı  isə  qızılsəbət  və  ya  qızıl 
çubuq  adlanır.  Qızılsəbət  dərman  bitkisi  kimi  elmə  XVI-XVII 
əsrlərdən məlum olmuĢdur. Hal-hazırda bir sıra Avropa ölkələrində 
ondan hazırlanan preparatların köməyilə bir çox xəstəliklər müalicə olunur. 
Dərman  məqsədləri  üçün  bitkinin  yuxarı  hissəsində  yerləĢən  və  yarpaqlarla  əhatə  olunan 
budaq  və  hamaĢçiçəklərindən  istifadə  olunur.  Dərman  üçün  bitkini  çiçək  açan  zaman  toplamaq 
məsləhətdir.  Bitkini  çiçəyi  solan  zaman  topladıqda  isə  qurudulmuĢ  xammal  didilir,  dağılmağa 
baĢlayır. ToplanmıĢ xammal daimi mehvuran kölgə yerlərdə qurudulmalıdır. 
Qızılsəbət  otunun  tərkibində  efır  yağı,  flavonoidlər,  acımtıl  maddə  və  fenol  birləĢmələri 
aĢkar  edilmiĢdir.  Bitkidən  hazırlanan  cövhər,  dəmləmə,  məlhəm  və  preparatlardan  bir  sıra 
xəstəliklərdə  -  soyuqdəymədə,  sidikqovucu,  ödqovucu,  büzüĢdürücü  vasitə  kimi  istifadə  edilir. 
Bundan  baĢqa  bitkidən  hazırlanan  preparatlar  böyrək,  sidik  kisəsi  və  öd  yollarında  olan  daĢların 
əridilib  orqanizmdən  kənar  edilməsində  iĢlədilir.  Qızılsəbət  preparatlarından  istifadə  edən  zaman 
sidiyin  qələvilik  xüsusiyyətləri  artır,  bunun  nəticəsində  urat  və  oksalat  turĢuları  parçalanıb  həll 
olunaraq böyrəkdən təmizlənir. Bundan əlavə bitkinin dəmləmə və cövhərindən sidik kisəsi, prostat 
vəzinin  xroniki  iltihabı,  plevrit,  pielonefrit  və  s.  xəstəlikləri  də  müalicə  edirlər.  YaĢlı,  qoca 
adamlarda baĢ verən böyrək və sidik pozuntularının aradan qaldırılmasında, qanın təmizlənməsində 
və  s.  istifadə  edilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  qızılsəbətdən  uzun  müddət  istifadə  etmək 


266 
 
olmaz. 
Qızılsəbətdən  cövhərin  hazırlanması.  1  xörək  qaĢığı  doğranmıĢ  qızılsəbətdən  1  stəkan 
qaynar  suda  soyuyana  qədər  dəmləyin.  Sonra  süzüb  gündə  3  dəfə  yeməkdən  20-30  dəqiqə  qabaq 
stəkanın 1/3 hissəsi qədər daxilə qəbul etdin. 
Oynaq və rematizm xəstəliklərinin müalicəsində qızılsəbətin soyuq dəmləməsindən istifadə 
etmək məsləhət görülür. 
Soyuq  cövhərin  hazırlanması.  2  xörək  qaĢığı  doğranmıĢ  qızılsəbətdən  götürüb,  1  stəkan 
qaynadılmıĢ soyuq suya töküb 4 saat saxlayın. Sonra süzüb gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər 
yeməkdən qabaq qəbul edin. 
Qızılsəbətlə müalicəni 15 gün davam etdirmək məsləhətdir. 15 gündən sonra 1-2 ay istirahət 
verdikdən sonra müalicəni yenidən sağalana qədər davam etdirin. 
Xroniki  prostat  vəzi  xəstəliyini  müalicə  etmək  üçün  aşağıdakı  yığımdan  istifadə  etmək 
məsləhət  görülür:  Bunun  üçün  eyni  miqdarda  qızılsəbət,  qatırquyruğu,  hamar  herniyar,  gicitkən 
götürüb su hamamında 15 dəqiqə qızdırdıqdan sonra soyudub süzün. Sonra gün ərzində yeməyə 20-
30 dəqiqə qalmıĢ 3-4 dəfə daxilə qəbul edin. 
Qızılsəbət  bitkisini  asanlıqla  əkib-becərmək  olar.  Qızılsəbət  bitkisi  turĢ  və  karbonatlı 
torpaqlarda  yaxĢı  inkiĢaf  edib,  bol  məhsul  verir.  Bitkini  toxum  və  kök  pöhrələri  ilə  yaz  və  payız 
aylarında çoxaldırlar. Aparılan təcrübələrdən məlum olmuĢdur ki, bitkini yaĢıl zoğları vasitəsilə də 
artırmaq  mümkündür.  Qızılsəbəti  bir-birindən  60x15-20  sm  qida  sahəsi  olmaqla  əkməyi  məsləhət 
görürlər. Bitki mineral gübrələrə çox həssasdır. Susuzluğa davamlıdır. Quraqlıq keçən illərdə ayda 
bir dəfə suvarma iĢləri aparılır. 
 
Tərkibi Ģəkərlə zəngin Stevia – Stevia rebaudiana Bertoni 
 
S.  rebaudiana  Bertoni  bitkisi  mürəkkəbçiçəklilər  fəsiləsinə  aid,  hündürlüyü  60-80  sm  olan 
çoxillik  ot  bikisidir.  Bitkinin  güclü  inkiĢaf  etmiĢ  kollanmıĢ  yarpaqları  cüt-cüt  düzülmüĢdür. 
Çiçəkləri ağımtıl, xırda olub, kök sistemi yaxĢı inkiĢaf etmiĢdir. Steviyanı müxtəlif torpaq tiplərində 
əkib-becərmək  olar.  Lakin  bitki  ən  çox  qumsal,  yumĢaq,  turĢuluğu  zəif  (pH  5,5-6,0)  olan 
torpaqlarda daha yaxĢı inkiĢaf edib bol məhsul verir. Bitki 22-28ºC temperaturda yaxĢı inkiĢaf edir.  
Hələ  insan  Ģəkərin  nə  olduğunu  bilmədikləri  bir  vaxtda 
Amerika  qitəsində  yaĢayan  qədim  hindu  tayfalarından  sayılan 
huaranlar qəribə bir bitkidən istifadə edirmiĢlər. Belə ki, bu bitkinin bir 
cüt  yarpağını  fincanın  içərisinə  atdıqda  kəskin  Ģirin  dada  malik  içki 
əldə  edilirdi.  Huaranlar  bu  bitkini  ―kao-exo‖  –  Ģirin  ot  və  ya  ―bal 
yarpağı‖ adlndırmıĢlar. Elmi mənası isə stevil deməkdir.  
Bal yarpağı. Cənubi Amerika hinduları qısqanclıq edərək uzun 
müddət  bu  bitkinin  faydalı  xüsusiyyətləri  haqqında  məlumatları  sirr 
olaraq saxlamıĢlar. Lakin 1887-ci ildə təbiətĢünas Antonio Bertoninin 
səyi  nəticəsində  dünya  xalqları  bu  bitkinin  gizli  sirləri  haqqında 
məlumat almağa baĢladılar. Dünya florasının tərkibində Stevia cinsinin 
300-dən artıq növü yayılmıĢdır. Lakin bu növlərin içərisində ancaq bir 
növünün - Stevia rebaudiana Bertoni-nin tərkibində zəngin Ģəkər maddəsi aĢkar edilmiĢdir.  
Bir  sıra  ölkələrin  xalqları  bitkinin  tərkibində  zəngin  Ģəkər  təbiətli  maddələrin  olmasını 
nəzərə  alaraq  steviya  bitkisinə  maraq  göstərməyə  baĢlamıĢlar.  Belə  ki,  keçən əsrin  60-cı  illərində 
bitkini  Cənubi-ġərqi  Asiyada  (Yaponiya,  Vyetnam,  Çin,  Sinqapur),  eləcə  də  Avropa  ölkələrindən  
Rusiyada,  Bolqarıstanda,  Portuqaliyada,  Ukraynada,  Moldovoda  və  s.-də  steviya  bitkisi  əkilib-
becərilməyə  baĢlamıĢdır.  Steviyadan  hazırlanan  müxtəlif    növ  içkilərin  insan  orqanizmi  üçün  heç 
bir  mənfi  təsir  göstərmədiyi  aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  tibb  mütəxəssisləri  ondan  istifadə 
etməyi məsləhət görmüĢlər.  
Steviyanın gizli sirləri. Aparılan təcrübələr zamanı müəyyən edilmiĢdir ki, steviya bitkisinin 
yaĢ  və  qurudulmuĢ  yarpaqlarının  tərkibindəki  Ģirinlik  Ģəkərin  Ģirinliyindən  10-15  dəfə  yüksəkdir. 
Bitkinin  yarpaqlarının  tərkibində  steviosid  qlikozidi  aĢkar  edilmiĢdir.  Yarpaqların  tərkibində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə