Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   2   3   4   5   6   7   8   9   ...   149


 
Liliaceae Juss. 

22 
1,3 
Euphorbiaceae Juss. 

18 
1,0 
Iiridaceae Juss. 

16 
0,9 
Papaveraceae Juss. 

15 
0,9 
Geraniaceae Juss. 

14 
0,8 
Cəmi: 
393 
1082 
62,9 
 
Floramızın  tərkibində  ehtiyatı  bol  olan  dərman  bitkilərindən  yemiĢanı  –  Crataegus  L., 
itburnunu  –  Rosa  L.,  tüksüz  biyanı  –  Glychyrrhiza  glabra  L.,  dazıotunu  –  Hypericum  perforatum 
L., andızı – Inula helenium L., qatı quruçiçəyi – Helichrysum L., qaraqınığı – Origanum vulgare L., 
gicitkəni  –  Utrica  dioica  L.,  dəmirovotunu  –  Chelidonum  majus  L.,  baldırğanı  –  Heracleum  L., 
bədrənci  –  Melissa  L.,  boyaqotunu  –  Rubia  L.,  üçbölümlü  yatıqqanqalı  –  Bidens  tripatia  L., 
dəvədabanını  –  Tussilago  officinalis  L.,  cökəni  -  Tilia  L.,  çobanyastığını  (romaĢka)  –  Matricaria 
chamomilla  L.,  atĢabalıdını  –  Aesculus  hippocastanum  L.,  ivançayı  –  Chamenerum  angustifolium 
(L.)  Holub., zirinci  – Berberis vulgaris  L., sarağanı  – Cotinus coggygria  Scop., kasnını (yolotu) – 
Cichorum  intybus  L.,  iyli  kərəvizi  –  Apium  graveolens  L.  və  s.-i  qeyd  etmək  olar.  Floramızda 
yayılan dərman bitkilərinin bir çoxunun ehtiyatı böyük olduğuna görə Azərbaycanın ehtiyacını tam 
ödəməklə bərabər, onları baĢqa dövlətlərə də ixrac etmək olar.  
 
ġAMKĠMĠLƏR – Pinaceae Lindl. fəsiləsi 
Eldar Ģamı – Pinus eldarica Medw. 
 
Dünya florasının tərkibində Ģam fəsiləsi 11 cinsi, 250-yə qədər növü əhatə edir. Bunlar ağac, 
kol,  kiçik  kolcuqlar  olub,  əsasən  Yer  kürəsinin  Ģimal  ərazilərində  yayılmıĢlar.  ġamkimilər 
(Pinaceae  Lindl.)  çılpaqtoxumlular  arasında  ən  geniĢ  yayılmıĢ  və  böyük  xalq  təsərrüfatı 
əhəmiyyətli növlərin spektrini özündə birləĢdirir.  
Yer kürəsində ġam (Pinus L.) cinsinin 100-dən artıq növü yayılmıĢdır. Azərbaycanda Ģamın 
2  növü:  Eldar  Ģamı  -  Pinus  eldarica  Medw.,  Kox 
Ģamı  -  P.kochiana  Klotzsch.  ex  C.Koch 
yayılmıĢdır.  Eldar  Ģamı  hündürlüyü  8-12  m  olan, 
əlveriĢli  Ģəraitdə  isə  20  m-ə  çatan,  düz  və  əyri 
gövdəli  ağacdır.  Onun  aĢağı  əyilmiĢ  uzun 
budaqları  geniĢ  çətir  yaradır.  Köhnə  gövdələrin 
qabığı  qonur-boz  olur,  üzəri  çat-çatdır,  cavan  
gövdələrinin  qabıqları  açıq-boz  rəngdədir.  Eldar 
Ģamı  Azərbaycanda  mədəni  halda  yaĢıllaĢdırma 
məqsədi  üçün  geniĢ  surətdə  əkilib-becərilir.  ġam 
bitkisi çılpaqtoxumlular tipinin elə bir növüdür ki, 
bunlar  çiçəkli  bitkilərin  yer  üzərində  ilk  inkiĢafı 
zamanı öz çiçəklənmə dövrünü baĢa vurmaqda idi. 
Lakin Ģamkimilərin içərisində elə cinslər də vardır 
ki,  onlar  nəinki  yox  oldular,  hətta  çoxaldılıb,  yer 
üzünün Ģimal hissələrinə qədər gəlib çatdılar. ġam 
da belə bitkilərdən biri hesab edilə bilər. 
ġam  ağacı  ən  çox  yayılan  meĢə  mənĢəli 
bitkilərdəndir.  Əzəmətli,  gözəl  görünüĢə  malik 
olub,  xoĢ  ətrini  ətrafa  yayaraq  havanı  təmizləyir, 
insanın nəfəs almasını asanlaĢdırır. Ağ ciyəri xəstə 
olanlara  Ģam  meĢələrində  dincəlməyi  məsləhət 
görürlər.  Qədim  yunan  əfsanələrində  qeyd  edilir 
ki,  Ģam  ağacı  antik  dövrdə  Allahlar  içərisində  ən  Ģux  və  Ģən  görünən  Papa  Allahının  ağacı  hesab 
olunurdu.  


10 
 
ġam  ağacı  dünyanın  bir  çox  xalqları  arasında  sevilə-sevilə  əkilib-becərilir.  Belə  ki, 
Yaponiya  və  Çin  xalqları  arasında  Ģam  ağacı  əbədilik  və  uzunömürlülük,  Finlandiyada  isə  həyat, 
Koreyada  doğruluq  və  dözümlük  rəmzi  kimi  təsvir  edilir.  Kiçik  Asiya  ölkələrində  isə  Ģam  ağacı 
ölməzlik və bərəkət simvolu hesab edilir. Slavyan xalqları isə toyları, Ģən mərasimləri, bayramları 
Ģam  ağaclarının  ətrafında  qeyd  edirlər.  ġam  ağaclarının  yayıldığı  sahələr  ağ,  enliyarpaq  və  çayır 
göbələklərinin xəzinəsi hesab edilir. Nahaq yerə demirlər ki, «ġam kəsiləndə göbələklər bir-biri ilə 
pıçıldaĢır». 
ġam  meĢələrindəki  cığırlardan  keçərkən  sanki  iynəyarpaqlardan  toxunmuĢ  qalın  yumĢaq 
xalça üzərində yeridiyini hiss edirsən. 
Çox qədim zamanlardan insanlar Ģamın bal kimi Ģirin tozcuqlarını müalicə məqsədləri üçün 
qidalarına  qatıb  yeyərmiĢlər.  Aclıq  illərində  Ģamın  iynə  yarpaqlarını  qurudub,  sonra  toz  halına 
salaraq çovdar ununa qatıb, sıyığını hazırlayıb  yeyərdilər.  Leninqrad mühasirəyə alındığı günlərdə 
əlavə  qida  məhsulu  kimi  Ģamın  iynə  yarpaqlarından  vitaminli  «surroqat»  içkisinin  istehsalı  təĢkil 
edilmiĢdir. 
ġam  qədim  dərman  bitkilərindən  hesab  edilir.  Belə  ki,  bizim  eradan  3  min  il  əvvəl 
Ģumerlərin  gildən  düzəltdiyi  cədvəldə  verilmiĢ  15  dərman  bitkisinin  siyahısında  Ģamın  da  adı 
çəkilir. 
Qədim Ģumerlər Ģamdan hazırladıqları sarğıları bədənin ağrıyan nahiyəsinə qoymaqla ağrını 
kəsərmiĢlər. Tarixi mənbəyi araĢdırarkən məlum olur ki, XVIII əsrdə Ģam tumurcuqlarını qurudub, 
un Ģəklinə salıb bal ilə biĢirərək böyrək xəstəliklərini müalicə edərmiĢlər. XIX əsrdə təĢkil olunan 
bir çox ekspedisiyalarda, əsasən, Ģam tumurcuqları toplamaqla məĢgul olmuĢlar. 
ġamın  bütün  hissələrindən:  qabıqlarından,  tumurcuqlarından,  qozalarından,  cavan 
budaqlarından, yarpağından, Ģirəsindən, qatran, kanifol və s. hazırlanan dəmləmə, cövhər, məlhəm 
və digər preparatlardan müxtəlif xəstəliklərin müalicəsində geniĢ istifadə edilmiĢdir. 
ġamın bütün hissələrinin tərkibindən 3,5%-ə qədər qatran turĢusu, tumurcuğundan isə 0,35% 
efir  yağı,  5,0%  aĢı  maddəsi  (aĢı  maddə  pinicikrin  –  C
22
H
36
O
11
),  iynə  yarpaqlarından  0,1-0,3% 
askobrin  turĢusu,  5%  aĢı  maddəsi,  0,13-1,30%  efir  yağı,  toxumundan  26-32%-ə  qədər  piy  yağı, 
yarpaq və qabıq hissəsindən isə antosian tapılmıĢdır. Oduncağından qatı terpentin maddəsi alınır ki, 
bunun da tərkibi çoxlu efir yağından və terpenoidlərdən ibarətdir. Su ilə destilə etməklə qatı qatran 
alınır. Qatranın tərkibi isə yağ, fenol, ksilol və toluoldan ibarətdir. Qatı maddəni adi destilə etdikdə 
skipidar alınır. 
Müasir  tibbdə  Ģam  tumurcuqlarından  hazırlanan  dəmləmələrdən  bəlğəmgətirici, 
dezinfeksiyaedici, sidikqovucu vasitə kimi istifadə edilir.  
Leninqrad 
(Sankt-Peterburq) 
Ģəhərində 
yerləĢən 
MeĢə-texniki 
Akademiyasının 
laboratoriyalarında  Ģamın  iynəyarpaqlarından  yağda  həll  olunan  xlorofil-karotin  pastası  əldə 
edilmiĢdir.  Həmin  pastadan  cərrahiyədə,  stomatologiyada  və  tibbin  müxtəlif  sahələrində 
müvəffəqiyyətlə istifadə edilir. Bundan baĢqa iynəyarpaqdan daha qiymətli karotin-xlorofil maddəsi 
alınmıĢdır  ki,  bu  da  xoĢagəlməz  iylərin  aradan  qaldırılmasında  istifadə  olunur;  laboratoriyada 
hazırlanmıĢ  «Lesnaya»  diĢ  pastasının  köməyi  ilə  ağız  boĢluğunu  dezinfeksiya  etməklə  yanaĢı,  diĢ 
qanaxmalarının  aradan  qaldırılmasında  da  istifadə  edilir.  Iynəyarpağından  hazırlanan  «meĢə»  adlı 
sabun kiçik kəsikli yaraları tez sağaldır, yanıqları müalicə edir.  
ġamın iynəyarpaqlarından hazırlanan cövhər və dəmləmələrdən müxtəlif soyuqdəymələrdə, 
bəlğəmgətirici  və  dezinfeksiya  vasitəsi  kimi  istifadə  edirlər.  Hazırda  skipidardan  hazırlanan 
terpinhidrat  bronxial  astmada  bronxlarda  olan  bəlğəmin  tezliklə  kənar  edilməsində  istifadə  edilir. 
ġamın iynəyarpaqları qiymətli vitamin mənbəyi sayılır. Ondan hazırlanan cövhər və qarıĢıqlar hipo-
avitaminozlarda iĢlədilir. 
Ev  Ģəraitində  Ģamın  iynəyarpaqlarından  tərkibində  zəngin  C  vitamini  olan  konsentratı 
aĢağıdakı kimi hazırlayırlar: 4 stəkan yaxĢı yuyulmuĢ iynəyarpağı və qabaqcadan hazırlanmıĢ 8%-li 
sirkə  turĢusunu  2  stəkan  soyuq  suyun  üzərinə  tökürlər.  Sonra  turĢulaĢdırılmıĢ  suda  olan 
iynəyarpaqları 3 gün soyuq mühitdə dəmləyirlər. Bundan sonra ekstraktı təmiz parçadan və yaxud 
pambıqdan süzürlər. Cövhər ağızda acı dadıverəcəkdir. Bu acılığı aradan götürmək üçün cövhərin 
üzərinə  ya  Ģəkər,  ya  da  meyvə  Ģirəsi  əlavə  edib,  gündə  1  stəkan  daxilə  qəbul  etməyi  məsləhət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə