əmanətlərin məbləğinin dəfələrlə artırılması həmin tədbirlər sırasında xüsusi olaraq
vurğulanmalıdır.
Bank fəaliyyətinin tənzimlənməsi sistemi qlobal maliyyə-iqtisadi böhranının
nəticələrini nəzərə almalı, dünya iqtisadiyyatına inteqrasiya proseslərinin dəstəklən-
məsi Mərkəzi Bankın həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri ol-
malıdır. Kredit təşkilatlarının restrukturlaşdırılması - böhran halının aradan
qaldırılmasının daha az büdcə xərcləri tələb edən tədbirlərinə üstünlük verilməsi,
həyata keçiriləcək tədbirlər üzrə xərclərin bölgüsünün hərtərəfli əsaslandırılması
tələblərinə cavab verməlidir. İlk növbədə staqnasiyadan sonrakı dövrdə banklar iqti-
sadi artımı təşviq edərkən sistemin etibarlılığı indikatorlarını, xüsusilə risklərin op-
timal idarə olunması məsələlərini diqqət mərkəzində saxlamalıdırlar. Bu baxımdan
Mərkəzi Bankın yürütdüyü siyasət dinamik və dayanıqlı inkişafın optimal vəhdətini
təmin etməli, makroiqtisadi risklərin səviyyəsini daha dolğun əks etdirməklə
əsaslandırılmalıdır.
Dünya böhranı monetar siyasətin və makroprudensial nəzarətin mexanizmlərini
yeni şəraitə uyğunlaşdırmaq üçün məqsədyönlü iş aparılmasını, inflyasiya amilinin
təsirini daha detallaşdırılmış şəkildə nəzərə almaq zərurətini gündəliyə çıxardı. Artıq
şübhə yoxdur ki, kontrtsiklik makroiqtisadi siyasət əsaslandırılarkən çoxmeyarlı
yanaşma tətbiq edilməli hər bir meyar üzrə xüsusi tənzimləmə alətləri tətbiq etmək
vacibdir.
Məqsəd funksiyasının parametrləri qismində, ilk növbədə: bank sisteminin
dayanıqlığını, inflyasiyanın gözlənilən səviyyəsini, xarici investisiyaya olan tələbi,
ümumilikdə maliyyə sisteminin inkişaf dərəcəsini, iqtisadiyyatda ümumi qiymət
səviyyəsini, o cümlədən aktivlərin qiymətlərinin stabil saxlanılması imkanlarını
xarakterizə edən göstəricilər götürülməlidir.
Bank nəzarəti və onun prioritetləri
Mərkəzi Bank yaxın perspektivdə öz fəaliyyətini sistemin dayanıqlığının qorun-
ması və iqtisadi təhlükəsizliyin təminatı meyarlarına cavab verən istiqamətlərdə
təkmilləşdirməlidir.
O cümlədən, likvidlik normativlərinə yenidən baxılmalı, bankların kapital baza-
sının keyfiyyəti yüksəldilməli, kapital ehtiyatlarına qarşı kontrtsiklik tələblər təmin
edilməli, risklərin qarşısının alınmasına və qəbul olunmuş risklər üzrə infor-
masiyanın açıqlanmasına olan tələblərin ciddiləşdirilməli, başqa sözlə şəffaflıq
artırılmalıdır.
Eyni zamanda, banklarda korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi
tədbirləri sayəsində bankların məcmu kapitalına daxili nəzarətin səmərəliliyi yük-
səldilməlidir.
83
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Dünya maliyyə böhranı istənilən ölkədə maliyyə sisteminin dayanıqlığının təmi-
natı üçün bank nəzarəti mexanizmlərindən geniş istifadəni tələb edir. Məcmu kapi-
talın kontrtsiklik xassəsi tələb edir ki, kapitalın yetərliliyini qiymətləndirilməsi
prosesinə əlavə göstəricilər cəlb olunsun. Bu baxımdan, kapital və aktivlər arasında
disbalansı səciyyələndirməyə kömək edən göstəricilərin, xüsusilə leveric əmsalının
tətbiqi məqsədəuyğundur.
Yeri gəlmişkən qeyd edək ki, həmin göstərici üzrə normativ akt işlənib hazırlan-
mış və onun Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi yeni nəzarət
planında istifadəsi nəzərdə tutulmuşdur.
Dünya böhranından bank sistemi üçün çıxan nəticələrdən biri də, prudensial nor-
malar baxımından bütün banklara eyni cür yanaşmanın, heç də həmişə məqbul ol-
maması qənaətidir. Nəzərə almaq lazımdır ki, sistem əmələgətirən banklar, nəinki
öz fəaliyyət dairəsində, həmçinin bütün bank-maliyyə sistemi üçün risk mənbəyi ola
bilər. Odur ki, Mərkəzi Bank böhrandan sonra nəzarətin səmərəliliyiyini yüksəltmək
məqsədilə sözügedən bankların fəaliyyətinin tənzimlənməsində daha ciddi və ehti-
yatlı olmalıdır.
Bir sıra xarici banklar maliyyə vəziyyətini dəstəkləmək və gələcək böhranların
nəticələrini yumşaltmaq məqsədilə dinamik ehtiyatların yaradılması imkanlarını
nəzərdən keçirirlər. Hesab edilir ki, banklar həmin ehtiyatları tədricən və təbii ki,
iqtisadi yüksəliş dövründə yaratmalıdırlar.
Məlum olduğu kimi, bir bankın müflisləşməsi bir neçə bankın iflasına və bəzən
bütövlükdə bank sisteminə etibarın itməsinə gətirib çıxarır. Odur ki, bank nəzarəti,
ilk növbədə, bank sektorunun “sistem riskləri”nin aradan qaldırılması yolu ilə
dayanıqlığın qorunub saxlanmasına xidmət etməlidir. Əmanətçilərin vəsaitlərinin və
mənafelərinin qorunması da bank nəzarətinin prioritetlərindəndir.
Bank nəzarəti üzrə öhdəliklərin və səlahiyyətlərin bölgüsü müxtəlif ölkələrdə
fərqli qaydada həyata keçirilir. Əsasən, üç yanaşma fərqləndirilir:
1. Bank nəzarəti müstəsna olaraq mərkəzi bank tərəfindən həyata keçirilir (Böyük
Britaniyada, İtaliyada, Niderland);
2. Bank nəzarətinin qarışıq sistemi. Bu zaman mərkəzi bank nəzarət üzrə öhdə-
likləri və səlahiyyətləri başqa dövlət orqanları ilə bölüşdürür (ABŞ, Yaponiya,
Fransa, Almaniya);
3. Nəzarət prosesi mərkəzi bank tərəfindən deyil digər strukturlar tərəfindən hə-
yata keçirilir (Kanada, İsveçrə).
“İldən-ilə ölkələr bank nəzarəti mexanizmlərindən daha geniş istifadə etməlidirlər,
lakin maliyyə sahəsində böhran meyillərinə qarşı daha səmərəli olması üçün hansı
məcburi tədbirləri və necə həyata keçirmək haqqında məsələ hələ də açıq qalır. Hər
şey maliyyə qeyri-sabitliyinin mahiyyətinin dərk edilməsindən, onun səbəb və
84
A.Quliyeva. Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi
nəticələrindən asılıdır. Bir sıra ekspertlərin fikrincə, əgər bütün qüvvələri bank
fəaliyyətinin tənzimlənməsinin makroiqtisadi və ya makroprudensial aspektində
cəmləşdirsək, maliyyə qeyri-sabitliyinə qarşı səmərəli sistemin yaradılması işində
xeyli irəliləmək mümkündür” [4].
Onu da qeyd edək ki, dünya ölkələrinin üçdə ikisində nəzarət Mərkəzi Banklar
tərəfindən həyata keçirilir. MDB ölkələrinin təcrübəsi göstərir ki, bank islahatlarının
hazırki mərhələsində nəzarətin Mərkəzi Bank nərəfindən aparılması daha
məqsədəuyğundur [1, s.131].
Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yük-
səldilməsi istiqamətlərindən biri makro və mikroiqtisadi yanaşmaların bir-birini
qarşılıqlı surətdə tamamlaması, onların üzvi vəhdətinin təmin edilməsi istiqamətində
işlərin davam etdirilməsidir. Həmin yanaşmaların meyarları arasındakı fərqləri
şərtləndirən amillər hərtərəfli araşdırılmalı, həmin meyarların uzlaşdırılması imkan-
ları aşkara çıxarılmalıdır.
İlk növbədə onu qeyd edək ki, uzaq perspektivə hesablanmış tənzimləmə və
nəzarət üzrə mikroiqtisadi yanaşmanın meyarı, artıq göstərildiyi kimi əmanətçilərin,
investorların və digər bank xidməti istehlakçılarının mənafeyinin qorunmasıdırsa,
makrosəviyyədə bu meyar ÜDM-in azalmasının qarşısının alınmasıdır. Mahiyyət
etibarilə sərbəst pul vəsaitlərinin qorunmasının lazımi səviyyəsinin təmin edilməsi,
əmanətlərin investisiyaya çevrilməsi üçün əlverişli mühitin təmin edilməsi, ÜDM-
in artmasına xidmət edir. Bununla belə, əlbəttə ÜDM-in azalmasının qarşısının alın-
ması üçün tədbirlər kompleks xarakterli olmalı, çoxsaylı digər amillər də nəzərə
alınmalıdır.
Yaxın perspektivə hesablanmış tənzimləmə və nəzarət üzrə mikroiqtisadi yanaş-
manın meyarı neqativ proseslərin ayrı-ayrı müəssisələr səviyyəsində qarşısının alın-
masını, makro səviyyədə isə bu meyar bütövlükdə maliyyə sistemində müşahidə
edilən neqativ proseslərin məhdudlaşdırılmasını nəzərdə tutur. Mikro səviyyədə
məcburi nəzarət ayrı-ayrı müəssisələrin məruz qaldıqları risklərin aşağıdan yuxarı
qiymətləndirilməsi ardıcıllığı ilə həyata keçirilirsə, makro səviyyədə bu nəzarət
maliyyə sistemində neqativ proseslərin yuxarıdan aşağı qiymətləndirilməsi qay-
dasında aparılmalıdır.
Prudensial siyasətin məqsədləri və risklərin təsviri üçün istifadə olunan modellər
də səviyyələr üzrə fərqlənir. Belə ki, mikro səviyyədə risklərin təsvirinin ekzogen
modeli, makro səviyyədə isə, bəzi qeyd-şərtlərlə endogen modeli tətbiq edilir.
“Bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə,
qaydalara, tələblərə və göstərişlərə əsaslandırılmış idarəetmə və nəzarət üsulu” [5,
s. 206] olan prudensial nəzarət təcrübəsində mikro və makro yanaşmaların
uzlaşdırılan elementləri iştirak edir.
Onların uzlaşma dərəcəsi tarixi amillərlə və ayrı-ayrı ölkələrdə maliyyə sisteminin
tənzimlənməsinin institusional strukturu ilə şərtlənir. Onu da qeyd edək ki, tənzim-
85
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Dostları ilə paylaş: |