Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

56 
 
ünsürləridirlərsə,  deməli,  kollektiv  olaraq  və  fərdi  əsaslarla  münasibətlər  və 
ə
laqələr qurmaq hüquqlarına malikdirlər.  
Hüquqları təsnif etsək və sahələrə ayırsaq, onda,  belə qərara gəlmək olar 
ki,  insanların  alidən  və  aşağıya  doğru  (burada  pilləli  idarəçilik,  onun  tərkibi 
olan  tabeçilik və məsuliyyət nəzərdə tutulur)  hüquqları mövcud olur. 
Dövlət və cəmiyyət elə  qurumlardır ki,  bu qurumlar həm birbaşa, həm də 
dolayı  hüquqlara  sahib  olan  məkanlardır.  Dövlətdə  və  cəmiyyətdə  mövcud 
olan  resurslar  birbaşa  və  dolayı  yolla  istifadə  olunmaqla  yanaşı,    insanları  da 
hüquq  və  vəzifələri,  öhdəlik  və  məsuliyyətləri  baxımından  bir-birilərinə 
bağlayır.  Resurslar  üzərində  olan  hüquqlar  resursların  tarazlı  paylanması  ilə 
meydana  gəlir.  Hər  bir  şəxs  öz  fəaliyyəti  ilə  hüquqlarını  formalaşdırır. 
Hüquqlar normalar və qaydalar şəkilində əvvəlcə də müəyyən edilmiş formada 
mövcud olmuş olur. Məsələn, insanlar qanunların  mövcud olduğu dövlətlərdə 
dünyaya gəlirlər. Müəyyən edilmiş norma və qayda tətbiq olunmağa başlayır.    
Dövlətdə  və  cəmiyyətdə  olan    resurslar  üzərində  həm  birbaşa  fərdi  və 
kollektiv,  həm  də  dolayı  yolla  fərdi  və  kollektiv  hüquqlar  mövcud  olur. 
Məsələn,  dövlət  hakimiyyəti  və  onun  strukturları  ümumilikdə  xalqa 
məxsusdur.  Burada  (hakimiyyət  strukturlarında)    işləyənlər  hakimiyyətdən, 
hakimiyyətdə  tutduqları  vəzifələrdən  (səlahiyyətləri  çərçivəsində)      birbaşa 
istifadə  edirlər.  Hakimiyyət  səlahiyyətlərinə  malikdirlər.  Digərləri  isə  dolayı   
yolla  istifadə  hüquqlarına  sahib  olurlar.  Hakimiyyət  üzərində  nəzarət 
hüquqlarına  malik  olurlar.  Resurslar  həm  fərdi  olaraq,  həm  də  kollektiv 
ə
saslarla istifadə edilir. 
Dövlətdə  yaşamaq,    hakimiyyətdə  təmsil  olunmaq  insanların  idarəetmə 
hüquqlarını reallaşdırır.  
İ
darəçilik 
məcmu,  kollektiv  hüquqdur.  İdarəçiliyin  tərkibində  iştirak, 
quruculuq  və  yaradıcılıq,  koordinasiya  etmək,  yönləndirmək,  nəzarət  və 
müşahidə kimi hallar mövcuddur. İdarəçilik qaydalar yaratmaq, nizam-intizam 
yaratmaq  və  sahələrdəki  resurslardan  fərdi  və  kollektiv  olaraq  istifadə  etməni 
tənzimləmək hüququdur. 
Dövlət  mövcuddursa,  deməli,  idarəçilik  də  var.  Bu  idarəçilik  insanlar, 
vətəndaşlar tərəfindən həyata keçirilir. Dövlətlər insanlara idarəetmə hüquqları 
müəyyən edirlər. Hüquqların müəyyən olunması normalar və qaydalarla həyata 
keçirilir.  Hər kəs praktiki olaraq birbaşa idarəçilikdə iştirak edə bilmir. Lakin 
ümumən idarəçiliyin əsas iştirakçısı rolunda çıxış edir.  
İ
darəçilik hüququ birbaşa təmsilçilik və təyinatla yerinə yetirilir. Eləcə də 
dolayı  üsullarla  da,  yəni  nümayəndələr  vasitəsilə    (vasitəli  idarəçilik)  yerinə 
yetirilir. Hakimiyyət bu aspektdə birbaşa və dolayı yollarla xalqa məxsus olur. 
Nəticə etibarilə isə xalqa məxsusdur. Birbaşa və dolayı hüquqlar elə cəm halda 
xalqın idarəçilik və tənzimləmə hüquqlarının tərkibini təşkil edir.  
İ
darəçilik  əhatəsinə  və  miqyasına  görə    mərkəzi  və  yerli  olmaqla  iki 
hissəyə  ayrıldığından,  hüquqlar  da  müvafiq  olaraq  iki  hissə  arasında  bölgüyə 


57 
 
məruz  qalır.  Vəzifə  bölgüləri,  struktur  bölgüləri  elə  özlüyündə  idarəçiliyin 
sahələr üzrə və pilləli formasını meydana gətirir. 
İ
darəçilik, nüfuz və təsir etmək elə insanların təbii xarakterinə bağlı olan 
məsələdir.  İdarəçilik  vasitələr  üzərində  təsir  istəklərindən  və  insanların 
qaydalar  yaratmaq  istəklərindən  formalaşır.    İnsanın  pozitiv  xarakteri  ona 
hüquqlar  verir,  onun  istək  və  arzularından  ortaya  çıxır.  Xarakter  həmçinin 
qabiliyyətinə,  istedadına  bağlı  olur.  Hüquq  normaları  resursların  təyinatını 
müəyyən etmək funksiyasını yerinə yetirir.  
İ
nsanların  idarəçilik  hüquqları  onların  hakimiyyət  hüquqlarını  da 
formalaşdırır. Hakimiyyətdə vəzifələr tutmaq və funksiya həyata keçirmək elə 
idarəçiliyin  tərkibini  təşkil  edir.  İdarəçilik  əsasən  fərdi  qaydada  kiminsə 
üzərində  nüfuz  etməkdən  yox,  həyatın  özünü  tənzimləməkdən  ibarətdir. 
İ
darəçilik  hüququ  daha  çox  məsuliyyət  yaradan  hüquqdur.  Çünki  əks  tərəfin 
hüquqlarının  da  təminatı  məsələsi  gündəlikdə  olur.        İnsanların  idarəçilik 
hüquqlarına  təşkilatçılıq  hüquqları,  təşkil  etmək  hüquqları,  icra  etmək 
hüquqları,  normaları  qəbul  etmək  hüquqları  aiddir.  İdarəçilik  hüquqları 
qərarları  qəbul  etmək,  tabeli  əsaslarla  müşahidə  və  nəzarət  etmək  kimi 
aspektləri  də  özündə  cəmləşdirir.  İdarəçilik  hüquqlarına  seçkilərdə  aktiv  və 
passiv əsaslarla iştirak hüquqları da aid olur. Hər iki halda insanların dövlətin 
və  hakimiyətin  işində  iştirak  hüquqları  formalaşır.  İdarəçilik  hüquqları 
insanların özlərini dövlətə bağlayır və dövlətin fəaliyyətini insan fəaliyyəti ilə 
tamamlayır. 
 
İ
darəçilik hüquqları bu yollarla təmin olunur: 
 
Təminolunma birbaşa və dolayı yollarla həyata keçirilir,  
 
Birbaşa yol 
 
-konstitusion hüquqların təmini ilə; 
-referendumlarda iştirak yolu ilə; 
-seçkili vəzifələrə seçilmək yolu ilə; 
-vəzifələrə  təyin    olunmaq  (mərkəzi  və  yerli  dövlət  qurumlarında)  və 
fəaliyyət göstərmək yolu ilə. 
 
Prosedurlar
-vəzifə  təlimatını  yerinə  yetirmək,  bu  baxımdan,  qərarların 
qəbulunda  iştirak  etmək,  qərar  qəbul  etmək,  əmr,  sərəncam  və  göstərişlər, 
tapşırıqlar vermək, təşəbbüslər irəli sürmək, təklif və ideyalarla çıxış etmək.  
 
Dolayı yolla 
  
-konstitusion hüquqların təmini ilə; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə