Elşən Misir oğlu Nəsibov


Deputatlığa namizədlər üçün universal əhəmiyyət kəsb edən



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   42   43   44   45   46   47   48   49   50

94 
 
Deputatlığa namizədlər üçün universal əhəmiyyət kəsb edən
 Proqram 
 
Dövlət  və  dövlətçilik  fəlsəfəsinin  əsas  istiqamətlərindən  və  məğzindən 
biri  də  ondan  ibarətdir  ki,    dövlət    hakimiyyətinin  qolları  xalqın  seçdiyi 
nümayəndələrdən  formalaşır.    Dövlət  burada  öz  tərkibini  xalqdan  meydana 
gətirir.  Dövlətin  obyekti  və  subyekti  rolunda  elə  xalqın  özü  iştirak  edir.  Xalq 
və  onun  maraq  strukturları  elə  obyekt  və  subyektdir.  Etiraf  edək  ki,  dövlət 
hakimiyyətinin  qanunverici  qolunu  təşkil  edən  parlament  ölkənin  daxili  və 
xarici  siyasətinin  müəyyən  olunmasında  və  həyata  keçirilməsi  proseslərində 
mühüm  konstitusion  səlahiyyətlərə  malikdir.  Parlament  hakimiyyətin  digər 
qollarına  nisbətən  daha  çox  ictimai  mozaikliyinə  görə    fərqlənir.  Parlament 
ictimai  və  siyasi  institutlaşmanı  özündə  əks  etdirir.  Burada  plüral  əsaslarla 
vahid  siyasi  istiqamətlər  formalaşmış  olur.      Dövlət  siyasətinin  hüquqi-
normativ  əsasları  həm  də  parlamentdə  formalaşır.  Qanunlara  xalqın  seçdiyi 
nümayəndələr  münasibət  bildirirlər,  layihələrin  qəbulunu  həll  edirlər.  
Parlamentin  idarəçiliyində  yekdillik  və  müxtəliflik  önəm  kəsb  edir.  Qərarlar 
çoxluğun iradəsi ilə qəbul olunur. Burada hakimiyyətin demokratik prinsipləri 
daha geniş əsaslarla əks olunur. Proseslərdə müxtəliflikdən yekdillik meydana 
gəlir.  
Parlamentdə  qanunlar  və  qərarlar  qəbul  edilir.  Parlamentin  müəyyən 
etdiyi  və  həll  etdiyi  məsələlər  çoxluq  təşkil  edir.  Parlament  konstitusiya 
qanunları  ilə  səlahiyyətlərini  genişləndirə  bilir.  Əsas  qanunvericlik  aktlarının 
böyük  bir  qisminin  layihəsi  parlamentdə  qəbul  olunur.  Parlament  icra  və 
məhkəmə  hakimiyyətinin  fəaliyyəti  üçün  qanun  layihələri  qəbul  edir.  Qanun 
layihələrinin qəbulu prosesləri bir forma  xarakteri  kəsb etməklə bərabər, həm 
də  dərin  məzmunludur.  Ölkə  və  xalqın,  dövlətin  taleyini  müəyyənedicidir. 
Parlament  dövlətin  daxili  və  xarici  siyasətinin  təşkil  olunmasında  mühüm 
səlahiyyətlərə  malikdir.  Məsələn,  bir  dövlətin  başqa  bir  dövlətdə  diplomatik 
nümayəndiliyinin  təsisçiliyi  ilə  bağlı  qərarlar  qəbul  etmək  səlahiyyətinə 
malikdir. 
Parlament  ümumiyyətlə,  dövlətlə  xalq  arasında  vahid  ictimai  və  siyasi 
birliyin  ən  gözəl  nümunəsidir.  Burada  olan  kollegiallıq  öz-özlüyündə 
demokratik  idarəçiliyin  obrazını  yaradır.  Parlament  demokratiyanın  əyani 
modelini  formalaşdırır.  Ən  əsası  hakimiyyəti  xalqla  bağlayan  toplu  rolunda 
iştirak  edir.  Xalqın  iradəsini  hakimiyyətdə,  hakimiyyətin  iradəsini  isə  xalqda 
təcəssüm  etdirən  aralıq  körpü  rolunu  oynayır.    Parlament  cəmiyyətlə  dövləti 
bağlayan bir vasitə kimi önəmə malik olur. Parlament fəlsəfəsi özünün ən əsas 
mənasını xalqın hakimiyyətdə təmsil olunmasında büruzə verir.  
Parlamentə  seçkilər  ictimai  aktivliklə  müşahidə  olunur.    Çünki  hər  kəs 
çalışır  ki,  öz  nümayəndəsi  ilə  və  birbaşa  (deputat  seçilən  şəxsin  özünün  
hakimiyyətdə  təmsil  olunmaq  yolui  və  iradəsi  ilə)    hakimiyyətin  işində 
yaxından  iştirak  etsin.  Bu  iştirakçılıq  artıq  hakimiyyətdə  təsdiq  olunmaq  və 


95 
 
özünü  tapmaq  deməkdir.    İştirakçılıq  bu  kontekstdə  həm  də    dövlətçilik  və 
parlamentçilik  etikasının  zəruriliyi  amilini  ortaya  çıxarır.  İştirakçılıq, 
nümayəndə  ilə  təmsil  olunma  və  təmsiletmə  hakimiyyət  intizamının  
yüksəkliyini  tələb  edir.  Yəni,  parlament  bir  obrazlanma  məkanıdır  və  şəxs 
özünü  və  seçicilərini  (xalqın  bir  qismini)  bu  qurumda  dövlətlə  bağlayır. 
Hakimiyyətin  iradəsini  xalqa  və  dövlətə  xidmətə  yönəldir.  Buna  görə  də 
seçilən şəxsin hazırlıqlı olması, geniş düşüncələrə malik olması labüddür.  
Nümayəndə  olan  şəxsin  özünün  və  seçicilərinin  iradəsi  nəzəri  baxımdan 
namizədin irəli sürdüyü proqramda əks olunmalıdır.  
Müvafiq  qurum  (Mərkəzi  Seçki  Komissiyası)  tərəfindən  deputatlığa 
namizədliyi təsdiq olunmuş hər bir şəxs seçki proqramı irəli sürür. Bu proqram 
onun  namizədliyi  irəli  sürülmüş  müvafiq  dairədə  seçki  təbliğatının  və 
təşviqatının  tərkibini  təşkil  edir.  Proqram  seçicilərin  vahidləşmiş  fikir 
formalarını  da  üzərə  çıxarır.  Proqram  ayrı-ayrı  baxışları  olan  seçiciləri  bir 
araya toplaya bilir,  xətti tərəflik yaradır.  
Namizədin  seçki  proqramı  həm  öz  dairəsini  həhatə  etməli,  dairənin  bir 
çox  problemlərinin  gələcək  həllinin    yerli  və  mərkəzi  səviyyədə  təmin 
olunmasına    çalışmanı  göstərməli,  həm  də  mərkəzi  dövlət  siyasətinin  (ali 
məzmunlu daxili və xarici siyasətinin) gələcək yeni əsaslarını əks etdirməlidir. 
Bu  baxımdan  da  yerli  və  mərkəzi  istiqamətlər  üzrə  vəhdətlik  təşkil  etməlidir. 
Proqram  nəzəri  olmaqla  yanaşı  (forma  olaraq),  real  problemlərin  həllini 
özündə  əks  etdirən  praktik  məzmunu  da  ifadə  etməlidir.  Proqram  yığcam, 
məntiqli  və  dolğun  ifadələrdən  ibarət  olmalıdır.  Proqram  strateji  və  taktiki 
məzmunu özündə cəmləşdirməlidir. Gələcək siyasi istiqamətləri aydın və elmli 
ə
saslarla  ifadə  etməlidir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hər  bir  namizəd 
dövlət,  dövlətçilik,  cəmiyyət  və  cəmiyyəti  təmsil  etmək,  hakimiyyət  və 
idarəçilik fəlsəfəsini  müəyyən qədər dərk etməlidir. Namizəd hüquq və  siyasi 
sistemin  mahiyyətini  başa  düşməlidir.  Dövlətin  qanunvericilik  sistemini  və 
konstitusiya  əsaslarını  anlamalıdır.  Deputat  olan  şəxs  dövlətin  hüquq 
müəyyənetmə siyasətinə bələd olmalıdır. Çünki onun əsas funksiyası, vəzifəsi 
həyatı nizama salan hüquq normalarına olan münasibətlərdən ibarərdir. Dövlət 
bütün  rəsmi  münasibətləri  hüquq  norması  ilə  qaydalara  salır.  Bu  kimi  əsas 
prinsipləri  və  istiqamətləri  şəxsin  bilməsi  çox  önəmlidir.  Deputat  dövlət 
siyasətinin  strukturlarını  müəyyən  qədər  anlamalıdır  və  müstəqil  fikir 
yürütmək  qabiliyyətinə  sahib  olmalıdır.  Depuata  özünün  ictimai  və  sosial 
həyatını həm də parlamentdəki xidmətlərində əks etdirməlidir.  
 
Proqramlarda bu kimi məsələlər öz əksini tapa bilər: 
 
Proqramda  namizədin  aktivliyi  və  dövlət  siyasətinin  gələcək  yeni 
konturlarının  əsasları  xüsusi  qeyd  olunmalıdır.  Belə  bir  prinsip  ortaya 
qoyulmalıdır ki, namizəd hansı şəkildə yeni siyasətin müəyyən olunmasında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə