Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

57 

 

münasibətlər sisteminin möcud rəngaərəngliyi dövlətlərin güclərinə görə təsnif 



olunmasını zəruri etməkdədir; 

-böyük  dövlətlərin  potensiallarından  irəli  gələrək  vəzifə  və  funksiyaları 

genişlənməkdədir və bu da reallıqda onlar üzərində daha da geniş məsuliyyəti 

meydana gətirir; 

-böyük  dövlətlər  öz  yerləşdikləri  coğrafi-siyasi  regionlarda  ətraflarında 

təsir  zolaqları,  müdafiə  qurşaqları  yaratmaq  xarakterinə  malikdirlər  ki,  bu  da 

onların  ətraflara  doğru  böyüməsinin  əsaslarını  meydana  gətririr.  Bu  böyümə 

prosesi  digər  dövlətlərin  böyümə  proses  ilə  müxtəlif  coğrafi  məkanlarda 

qarşılaşır; 

-ümumdünya  siyasi  sisteminin  tərkibi  olan  güc  mərkəzləri  ayrı-ayrı 

coğrafi-siyasi  regionlarda  qərarlaşıb,  bu  baxımdan  da  vahid  mərkəzdən  idarə 

olunmaq qeyri-mümkündür; 

-dünya özü ayrı-ayrı regionlarda olan güc mərkəzlərindən təşkil olunub; 

-mövcud  qloballaşma  şəraitində  dünyanın  iqtisadi,  maliyyə,  hərbi-siyasi 

baxımdan  bir mərkəzdən idarə olunması qeyri-mümkün hala çevrilmişdir; 

-ümumdünya terroru ilə, transmilli cinayətkarlıqla,  eləcə də ümumdünya 

ekoloji  problemləri  ilə  bağlı  mübarizə  aparmaq  bir  dövlətin  imkanları 

xaricindədir 

 

İ

deallıqlar-liberallıqlar   baxımından, 

 

-dünyanın  reallığı  ondan  ibarətdir  ki,  dünya  siyasi  sistemi  ayrı-ayrı  gücə 



malik  olan  subyektlərdən  təşkil  olunub  və  ümumdünya  mövcudluğu  prinsipi 

qorunub saxlanılır və bu prinsipin qorunması yenə də davam etməlidir; 

-beynəlxalq hüququn  ədalətli  mahiyyəti qismən də olsa  mövcuddur   və 

ayrı-ayrı  məkanlarda    universallığı  və  ədaləti  özündə  əks  etdirir  və  bu 

baxımdan  da  rəngarənglik  qorunub  saxlanılır.  Böyük  dövlətlər  nəzəri 

qaydalara  əsasən  digər  dövlətlərə  qarşı  ümumən  liberal  və  yumşaq  mövqe 

nümayiş etdirirlər;  

-bütün  dünya  üzrə  sistemdaxili  əlaqələrdə  böyük  dövlətlərin  gücləri 

qlobal və regional məkanlarda müharibələrin qarşısını almalıdır; 

-böyük  dövlətlər  arasında  qlobal  rəqabətdə  beynəlxalq  hüquq 

normalarından  işğallrın,  təcavüzlərin  qarşısını  alan  faktorlar  kimi  istifadə 

olunur. Nəzəri aspektlər reallıqlarda “şişmənin” qismən də olsa qarşısını alır; 

-böyük  dövlətlərin  beynəlxalq  balanslı  münasibətlərin  meydana 

gəlməsində  rəqabət mübarizəsində idealizm prinsipləri bir çox hallarda kəskin 

müdaxilələrin  qarşısını  alır  ki,  bu  da  nəticədə  bölüşdürlmənin  meydana 

gəlməsinin bazasında dayanır.   

     



58 

 

Yaxın gələcək üçün Azərbaycanın  xarici siyasətinin əsasları:  



regionda  və regiondan kənarda beynəlxalq münasibətlərin  

istiqamətləri-geosiyasi aspektlər 

 

Xarici  siyasət  dövlətin  daxili  siyasətinə  xidmət  edən,  bu  baxımdan 



ölkənin  potensialını  artıran  və  onu  beynəlxalq  münasibətlərdə  siyasi  çəki 

elementinə  çevirən  əsas  fəaliyyət      istiqaməti    olaraq  strateji  və  taktiki 

məzmunu  özündə  əks  etdirir.    Xarici  siyasəti    və  beynəlxalq  münasibətləri 

gücləndirmək,  zənginləşdirmək  üçün      ən  əsas  prinsip    strategiyanı  düzgün 

müəyyən  etməkdən  ibarətdir  ki,  bu  da  birbaşa  dövlətin  özünün  həm 

mövcudluğuna 

(burada 

ərazi 


bütövlüyünün 

işğallardan 

qorunub 

saxlanılmasına), həm də güclənməsinə xidmət edir. Xarici siyasətdə  müəyyən 

olunan  strategiyanın  məzmununun  və  müddətinin  etibarlılığı    ölkənin  daxili 

potensialından asılıdır  və bu potensialın xarici hədəflər üçün düzgün istifadəsi 

ilə  əlaqəlidir.  Strategiyalar  sahələri  əhatə  etməklə,    məqsədlərə  söykənərək  

müddətlər üçün tələb olunan vasitə və istqamətdir, planlardır, böyük hədəflərə 

çatmaq  yolları  kompleksidir.  Buna  görə  də  bir  subyekt  kimi    daimi 

mövcudluğa  xidmət  edən  fəaliyyətə  uyğun  şəkildə    yaxın,  orta  və  uzun 



müddət

  üçün  xarici  siyasət  strategiyası    düzgün  və  güclü  şəkildə  müəyyən 

edilən  dövlət  beynəlxalq  aləmdə  həm  özünü  qoruyur,  həm  siyasi  çəki  (təsir 

gücü)  əldə  edir,  həm  də    nüfuz  (avtoritetlik,  hörmət)    qazanır.  Təbii  ki,  qeyd 

edilən  strateji müddətlər üçün xarici siyasətin gücü həm də düzgün seçilən və 

strategiyanın  tərkibi  olan    taktikadan  asılı  olur.  Taktika  əsasən  real  siyasətə 

əsaslanır  və  zaman,  şərait,  məkan  amillərini  özündə  əks  etdirir.  Bu  nöqteyi-

nəzərdən  də  taktiki  səhvlər  (siyasətin  icrası  zamanı  atılan  praktiki  addımların 

qeyri-düzgünlüyü və faydasızlığı, nəticəsizliyi)  düzgün strategiyanı da korlaya 

bilər ki, bu da nəticədə səmərəsiz  siyasətə gətirib çıxarar.  

Artıq  iyirmi  ildir  ki,  Azərbaycanın  xarici  siyasətinin  bazasında, 

strategiyasının məğzində (ruhunda) məhz balanslaşdırılmış məzmun durur və 

həmin  tərkib  yumşaldıcı  funksiya  yerinə  yetirərək,      Şimal-Cənub,  Qərb-Şərq 

siyasət axınları  birləşməsində (qovşağında) ölkənin özünün  mövcudluğuna və 

güclənməsinə  xidmət  edir.    Geosiyasət  nəzəriyyələrinə  (konsepsiyalarına) 

görə,    Azərbaycan  Avrasiyada  çox  gərgin  bir  geosiyasi  məkanda,  zolaqda  

(müxtəlif siyasi- mədəni cərəyanlar qarışığında, toqquşmasında, kəsişməsində) 

yerləşir. Bu coğrafi və siyasi-mədəni mövqe həm indiki davmedici dövr, həm 

də  gələcək  üçün  düşünülmüş  və  faydaverici  siyasətin  icrasını  tələb  edir. 

Ölkənin  çətin,  bu  baxımdan  gərgin    geosiyasi,  geoiqtisadi,    geomədəni  və 

geostrateji mövqeyi (müxtəlif siyasi axınlar qarşılaşmasında yerləşməsi) onun 

beynəlxalq  münasibətlərdə  asan  və  sabit  şəraitdə    iştirakının  təmin  edilməsi  

üçün  bir  çox  keçilməzliklər  yaradır.  Azərbaycan  təbii  ki,  regionda    müxtəlif 

istiqamətli  siyasi  cərəyanları  yaradan  və  regional  məkanlar  üzrə  transferini 

təmin  edən  və  bu  baxımdan  cərəyanlar  şəbəkəsi  formalaşdıran  böyük 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə