51
VIII HİSSƏ (II BÖLMƏ):
İQTİSADİYYAT SAHƏLƏRİNDƏ
(SOSİAL SAHƏLƏR DƏ DAXİL OLMAQLA)
366.
İqtisadiyyatda süni rəqabətin qarşısını almaq və
monopoliyaya imkan verməmək məqsədilə paralel şəkildə
dövlət sahibkarlığı da gücləndiriləcək.
367.
Dövlət ticarət mərkəzlərinin sayı çoxaldılacaq.
368.
Dövlət sahibkarlığı strategiyası qəbul ediləcək.
369.
Puldan və sərmayə resurslarından səmərəli
istifadə olunacaq.
370.
Məhəllə restoranları və kafelərinin təşkili siyasəti
gücləndiriləcək.
371.
İqtisadiyyatda gənclərin potensialından geniş
istifadə olunacaq. “Gənclik iqtisadiyyatı” strategiyası qəbul
ediləcək.
372.
Özəl pensiya fondları yaradılacaq. Təqaüdçü ilə
bu fondlar arasında əlaqələr müstəqil qurulacaq və yaş
həddi müstəqil və qarşılıqlı olaraq müəyyən ediləcək.
Fondlar sığortalı olacaq.
373.
Pensiya təyini üçün mövcud yaş hədləri aşağı
endiriləcək.
374.
Bayram günlərində pensiyalara əlavələr ediləcək.
375.
Uşaqlar anadan doğulan andan sığortalı
olacaqlar. Onların sığorta məbləğləri müəyyən yaşa qədər
dövlət tərəfindən ödəniləcək.
376.
Banklarda sığorta hesablarının açılması siyasəti
güclü şəkildə dəstəklənəcək.
377.
“Məktəbli sığortası” siyasəti tətbiq olunacaq.
Ümumiyyətlə, insan həyatı geniş şəkildə sığortalanacaq.
378.
Əmək sahələri sığortalanacaq.
379.
Minimum yaşayış standartları və tələbləri
artırılacaq. “İstehlak səbəti”nin məbləği yüksəldiləcək.
52
380.
“Təzə avtomobil” siyasəti tətbiq olunacaq. Köhnə
avtomobillərin yeniləri ilə əvəzlənməsi dəstəklənəcək və
avtomobil almaq üçün maliyyə yardımları ediləcək, uzun
müddətli güzəştli kreditlər veriləcək.
381.
Mikrokreditləşmə siyasəti gücləndiriləcək.
382.
İqtisadiyyatın, o cümlədən ticarətin təmər-
küzləşməsi siyasəti geniş tətbiq olunacaq. Mall-lar sistemi
əhatəli və yayımlı şəkildə genişləndiriləcək.
383.
Yeni memarlıq üslubunda yaşayış məhəllələri
salınacaq. Yaşayışda milli memarlıq üslubları işlənəcək.
384.
Yeni genişləndirilmiş yaşayış standartları tətbiq
olunacaq.
385.
Məhəllələrdə “Açıq mənzərə” standartları tətbiq
olunacaq.
386.
Yaşlı insanlar üçün turizm mərkəzləri yara-
dılacaq.
387.
Yaşlı insanlara xidmət mərkəzləri təşkil olu-
nacaq.
388.
Uşaqlar üçün yay istirahət düşərgələri və
mərkəzləri yaradılacaq.
389.
Vergilərdə məbləğdən (məbləğ artımından) sayın
artımına (vergi ödəyiciləri sayının artması) keçidlər siyasəti
dəstəklənəcək.
390.
Bahalı avtomobillərə illik vergilər tətbiq olu-
nacaq. Əvəzində yanacağın qiyməti aşağı salınacaq.
53
IX HİSSƏ:
İNFRASTRUKTUR SAHƏLƏRİNDƏ
391.
Yeni və rahat, sürətli və zamana qənaətcil
infrastruktur şəbəkələri yaradılacaq.
392.
Şəhər daxilində çoxmərtəbəli avtomobil yolları
inşa ediləcək.
393.
“Sürətli və rahat kommunikasiya” təşkili siyasəti
tətbiq olunacaq.
394.
Ölkədə qatarla sərnişindaşıma genişləndiriləcək.
395.
Bakı
bərəsindən
Xəzər
sahili
boyunca
sərnişindaşıma
yaradılacaq. Abşeron yarımadasında
gəmiçilikdən geniş istifadə ediləcək.
396.
Bakı ilə Sumqayıt arasında sərnişin gəmi
nəqliyyatı açılacaq.
397.
Xəzər dənizi ətrafında şəraitə uyğun gəmiçilik
inkişaf etdiriləcək.
398.
Bakı ilə Türkiyə və Gürcüstan arasında Volqa –
Don kanalı vasitəsilə gəmiçilik inkişaf etdiriləcək.
399.
Xəzər dənizi ilə Qara dəniz arasında gəmiçilik
kanalının yaradılması diqqətdən keçiriləcək.
400.
Ödənişli avtomagistralların inşası siyasəti tətbiq
olunacaq.
401.
Ödənişli körpülər və tunellər istifadəyə veriləcək.
402.
Şəhər daxilində çoxmərtəbəli tunel və körpü
qovşaqları istifadəyə veriləcək.
403.
Bakı ilə Sumqayıt şəhərləri arasında ikimərtəbəli
avtomagistral yol inşa olunacaq.
404.
Yeraltı metronun davamı olaraq yerüstü
metrolar istifadəyə veriləcək.
405.
Şəhər daxilində göylə hərəkət edən qatar sistemi
formalaşdırılacaq.
406.
Mobil xəstəxanalar fəaliyyət göstərəcək.
Dostları ilə paylaş: |