Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   2   3   4   5   6   7   8   9   ...   85

19
 
 
nahamarlıqları,  keşməkeşlikləri  insanların  ruhu  tarazlığını 
pozur və onları məngənədə saxlayır. 
 
 Türk  dünyasının  zəifliyi  haqqında.  Türk  dünyası 
zəifliyindən,  “diabetliyindən”,  “hipertoniyalığından”,  “hipo-
toniyalığından”, “beyinə oksigen və qlükoza çatışmazlığından” 
tez-tez  işemik  insult  keçirir.  Damarlar  tromblaşıb.  Qorxudan 
qan  qatılaşıb.  Əl,  ayaq,  bədənin  əsas  hissəsi  iflic  vəziyyə-
tindədir. Sinir sistemi infeksiyalaşıb. Bədən buzlaşıb, keyləşib. 
İflici sağaldan həkimlər də tapılmır ki, tapılmır. Üfiqdə Rusiya 
həkimləri görünür. 
 
Yaxın  Şərqdə  baş  verən  geosiyasi  oyunlar:  qaranlıq, 
aydınlaşan və aydın olan məqamlar, gerçəkliklər haqqında. 
Mövcud, yaxın gələcək və uzaq gələcək zamanı baxımından 
təhlil 
 
Regionda  Suriya,  İraq  və  İŞİD  probleminin  ardınca 
Kürdüstan  problemi  ortaya  çıxıb.  İŞİD  hadisələri  Kürdüstanı 
şərtləndirib.  
Hadisələr  necə  dövr  edəcək  və  ölkələrin  maraqları  hansı 
şəkildə formalaşcaq. 
 
-Rusiya  üçün-bütün  oyunlar  bu  dövlətin  xeyrinədir.  Baş 
verən  hadisələr  Rusiyanı  regional  güc  mərkəzindən  qlobal 
mərkəzə,  müsəlman  aləmində  əsas  dünya  oyunçusuna  çevirir. 
Rusiyanın əsas hədəfi Türk dünyası və onunla  yaxın sərhəddə 
yerləşən Şərqi Ərəb dünyasıdır. Kürd kartı Türkiyəni Rusiyaya 
tərəf aparır. Bu kart dolayı yolla Rusiyaya sərf edir. Rusiyanın 
nüfuzu artır. Türkiyə ümid yerini Rusiyada görür. Türkiyə ərəb 
dünyasına  təsir  üçün  Rusiya  üçün  əlverişli  məkan  və  güc 
mərkəzidir. Kürdüstan məsələsinə görə Şərqi Ərəb dünyası da 
Rusiya ilə yaxınlaşmaq strategiyasını həyata keçirir.  


20
 
 
-ABŞ  üçün  Kürdüstan  amili  Türkiyə-Rusiya  yaxın-
laşmasına  zərbədir.  Türkiyə  üçün  təhdiddir.  ABŞ  Şərqi  Ərəb 
dünyasında  Rusiya  ilə  ciddi  rəqabətə  girişib.  Şərqi  Ərəb 
dünyasında  Türkiyədən  güclənə  biləcək  Rusiyanın  qarşısında 
maneə  olaraq  Kürdüstan  amili  ortaya  çıxıb.  Kürdüstan  amili 
ABŞ  üçün  Türkiyəni  Rusiya  ilə  yaxınlaşdırmaqda  saxlayıcı 
rolunu oynayır. 
-Türkiyə  hal-hazırda  geosiyasi  çaşqınlıq  içərisindədir.  Bu 
hal  yön  dəyişməsinə  görədir.  Çoxdan  formalaşmış  geosiyasi 
sistem  pozulur  və  yenisi  ilə  əvəzlənir.  Rusiya  ilə  yaxınlaşma 
prosesinin önündə Kürdüstan amili maneə olaraq ortaya çıxıb. 
Şərqi  ərəb  dünyasında  nüfuzu  arta  bilər.  Hətta  yaxınlıq  gedir. 
Türkiyə  daxildən  də  güclənmək  zərurəti  ilə  üz-üzədir.  Bu 
məsələdə  strateji  müttəfiq  kimi,  həm  də  arxa  dayaq  olaraq 
Rusiyanı görür. Regionda hələlik İrana da arxayındır.  
-İran  bu  gün  Suriya  və  Türkiyə  ilə  yaxınlıq  etmək 
məcburiyyətindədir.  İraqla  da  yaxınlaşacaq.  Ancaq  İran 
Rusiya-Türkiyə strateji yaxınlaşmasını qəbul edə bilməz. Həm 
də  ona  görə  ki,  Azərbaycan  amili  var.  Bu  amil  də  İran  üçün 
təhdiddir.  Ancaq  İran  bir  müddətdən  sonra  Kürdüstanı 
dəstəkləyə biləcək. Azından Ərəblərə və türklərə təzyiq vasitəsi 
olaraq.  Razılaşmalar  əldə  edəcək.  İran  ingilis  dünyasının  gizli 
müttəfiqidir.  
-Almaniya  və  Fransa  üçün  yaranmış  geosiyasi  vəziyyət 
əslində sərfedicidir. Ona görə ki, bu amil Türkiyəni Avropadan 
uzaqlaşdırır  və  onu  Rusiyaya  və  müsəlman  aləminə  doğru 
aparır.  
-Kürdüstan amilini yaxın zamanlarda Qərbi Ərəb dünyası 
dəstəkləyə  biləcək.  Ola  bilər  ki,  bu,  ehtimal  olsun.  Ancaq 
ingilis  dünyası  Qərbi  Ərəb  dünyasından  (Misir,  Əlcəzair, 
Mərakeş,  Tunis,  Liviya)  Türkiyəyə  təzyiq  vasitəsi  kimi 
Kürdüstan məsələsində təzyiq göstərəcək. Qərbi Ərəb dünyası 
Kürdüstan müstəqilliyini dəstəkləyə də bilər.  
 


21
 
 
Türkiyənin Rusiya yönümü ciddi hal alıb. Bu hadisə ABŞ-a 
ciddi  təsir  göstərib.  Türkiyəni  və  türk  dünyasını  əldən 
verdiyinə  görə  İngilis  dünyası  Almaniya  və  Fransanı  cəza-
landıracaq.  Almaniyanın  nüfuz  etdiyi  Avropa  İttifaqını  dağı-
dacaq.  Ona  görə  ki,  ingilislərin  istəyinin  əleyhinə  olaraq 
Almaniya və Fransa Türkiyəni Avropa İttifaqına buraxmadılar. 
Bütün  geosiyasi  oyunlar  isə  Rusiyanı  möhkəmlədəcək.  Slav-
yanlar  Rusiyaya  geri  qayıdacaqlar.  Keçmiş  SSRİ-dən  daha 
güclü  slavyan-türk dünyası  birliyi  yaranacaq. Mən bu  fikirləri 
də çoxdan səsləndirmişəm. 
Türkiyə-Rusiya yaxınlaşmasına qarşı təzyiq vasitəsi olaraq 
hələlik iki böyük amil mövcuddur: Xarici amil kimi Kürdüstan 
məsələsi, daxili amil kimi Dağlıq Qarabağ münaqişəsi.  
Təbii  ki,  ABŞ  da  hələlik  Türkiyəni  itirmək  istəmir.  Onun 
potensialından  istifadə  etməkdə  israrlıdır.  Radikallıq  tam 
şəkildə ABŞ-ın region nüfuzuna zərbə vura bilər. 
Türkiyədən  və  türk  dünyasından  çox  da  narahat  olmağa 
dəyməz.  Ona  görə  ki,  bu  dünya  Rusiyanın  Avrasiyada 
dayağıdır.  Rusiya  bunu  dərk  edir.  Yaxın  zamanlarda  Rusiya 
Türkiyəyə ballistik raketlər və nüvə silahı əldə etməyə kömək 
edəcək.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


22
 
 
I FƏSİL: MƏNİM PROQRAMIM 
 
Azərbaycanın gələcək inkişaf strategiyası və konsepsiyası  
 
Dövlət idarəçiliyinin əsasları 
 
Dövləti  həqiqi  filosoflar  və  alimlər  -müdriklər  (dərin 
düşüncəli  xeyirxah  adamlar)  idarə  etməlidirlər.  (Qeyd:  buna 
nookratiya,  yəni  ağılın,  yüksək  düşüncənin,  intellektuallığın, 
dərrakənin  idarəçiliyi  kimi  də  ad  vermək  olar.  Həmçinin 
sağlam  düşüncə-rasionallıq  idarəçiliyi  kimi  də  xarakterizə 
etmək mümkündür). Ona görə ki, onlar xalqın içində olurlar və 
xalqa  ruhən  bağlanırlar.  Müdrik  insanlar  ictimai  xarakterli 
olurlar.  Müdrik  insanların  xarakterində  daha  çox  mühafi-
zəkarlıq,  qoruyuculuq  var.  Bu  baxımdan  da  oturaqlıq  və 
məkanda  xidmət  də  önəm  kəsb  edir.  Müdrik  şəxslər  xalqın, 
cəmiyyətin  vəziyyətini  dərindən  dərk  edir  və  halına  yanırlar, 
problemlərinə  şərik  olurlar.  Onlar  xalq  üçün  daima  xoşbəxtlik 
modelləri  axtarırlar.  Müdriklər  xalqın,  cəmiyyətin  və  dövlətin 
ruhuna  lazımi  reaksiya  verə  bilirlər.  Ruhun  axarını  müsbət 
istiqamətə yönəldə bilirlər. Digər tərəfdən, müdriklər hadisələr 
axarını,  hadisələrin  şərtləndirici  və  konseptual  məzmununu 
daha  da  aydın  dərk  edirlər.  Müdriklərin  uzaqgörənliyi,  dərin 
məsləhətlər  vermək  qabiliyyəti  xalqın  gələcəyə  yönəlik 
addımlarının daha da uğrurlu olmasını təmin edə bilir. Gələcək 
inkişaf  strategiyasının  ümumi  məzmunu  və  tərkib  incəlikləri 
müdriklərin  dərrakəsindən  daha  da  aydın  şəkildə  sezilir. 
Müdrik rəhbərlər xalqın gələcək taleyini xoşbəxt xətlərlə təsvir 
edə  bilirlər.  Müdrik  rəhbərin  idarəçilik  strategiyası  geniş 
məzmunlu  və  əhatəli  olur.  Müdrik  şəxsin  düşüncə  miqdarının 
artıqlığı, düşüncənin kökənli olması cəmiyyətin və xalqın baza 
inkişaf  dalğalarını  məqsədyönlü  axara  yönləndirməyə  imkan 
verir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə