56
İnsalar üçün lazım olan vasitələr öz dəyərlər həcminə görə
fərqlənirlər. Buna görə də dəyərlər dərəcələnir, təsnif olunur.
İnsanlar əsasən tərəflər şəbəkəsində, tərəflər kollektivində
bir-biriləri üçün dəyərli olurlar. Burada da dəyərlərin (faydaların,
qiymətlərin) dərəcələnməsi baş verir. Deməli, ailə, dövlət,
cəmiyyət, həmçinin digər münasibət və əlaqə formaları dəyər-
lərdən ibarətdir. Dəyərlər öz dərəcəsinə və məkanına görə fərqli
kəmiyyətlərə məxsus olur. Element, məkan, zaman, enerji, sürət,
qüvvə, kəmiyyət, keyfiyyət, ölçü, əlaqə, münasibət və s.
kateqoriyalar və kriteriyalar, onların obrazlanmasını təmin edən
hərəkətdə olan siqnallar dəyərlərdir. Siqnal axını zərrəciklər
axınıdır, deməli siqnal kütləsi dəyərlərdən təşkil olunur. Bu
baxımdan da həyatda nə varsa hamısı dəyərlərdən ibarətdir və
dəyərlərin özüdür. Kainatın dəyərləri insanların və digər
canlıların dəyərliliyini təmin etmək və qorumaq üçündür. Siqnal
zərrəciklərin sürətli qaydada müəyyən istiqamətlər üzrə
hərəkətidir. Siqnalın kəmiyyəti artdıqca dəyərləri də artır və
həqiqiliyi
meydana
gəlir.
Deməli,
həqiqiliyin
artması
kəmiyyətlə, həcmlə bağlıdır. Buna görə də enerji obyektlərin
kəmiyyətini və keyfiyyətini dəyişmək xassəsinə malikdir. Enerji
forma və məzmunu da dəyişə bilir. Lakin siqnal artımı qəbul
edən mərkəzin məkanını çox artıra bilər. Bu halda siqnalların
artıq kəmiyyəti qeyri-dəyərə çevrilə bilər.
Makro məkan, onun tərkib elementi və strukturu olan mikro
məkan dəyərdir, dəyərlər məcmusudur. Bütöv dəyər öz tərkibinə
güc verir. Bu baxımdan da dəyərlər dəyərlərdən faydalanır.
İnsan bu baxımdan daima öz xeyrinə doğru hərəkət etməyə
çalışır. Sistem daxilində təbii hərəkətlər və onları yaradan enerji,
qüvvə dəyərlərin əsasında dayanır. Qüvvə hərəkətdən və
hərəkətlərdə olan elementlərdən meydana gəlir. Bu da enerjidir.
Deməli, qüvvə, aktiv qüvvə kəmiyyət və hərəkətdən ibarətdir.
books.google.az/books?id=jqSRrmtQ_WoC&pg=PA140&lpg=PA140&dq=
axiology+of+law&source=bl&ots=j85c
57
Hərəkəti, axını isə qeyri-hamar müstəvilər, yəni, boşluqlar
meydana gətirir. Buna görə də məkan, müstəvi və xassələr öz-
özlərində dəyərlərin əsaslarını meydana gətirir. Məkanı çox
aşmaq dəyərsizliyi yaradır. Bu nöqteyi-nəzərdən də hesab etnək
olar ki, sərhədlər və nizam məkanları dəyərlərdən təşkil olunur.
Nəzərə almaq lazımdır ki, istənilən anda tələbatları ödəyən
məbləğ, vasitə tələbatlara ehtiyacı olanlar üçün dəyərli olur.
Tələbatların ödənilməsi zamana hesablanır. Deməli, tələbatlar
dəyərləri tələb edir. Məsələn, müəyyən bir zamanda hüquq nor-
ması ilə müəyyən olunan pensiya məbləği artan bazar qiymətləri
fonunda meydana gələn yeni şəraitlərin ödənilməsinə cavab verə
bilmir. Bu anda yeni dəyərlərin, yeni normaların yaranması
zərurəti meydana gəlmiş olur. Deməli, hüquqların ödənilməsini
əsaslandıran dəyərlər şəraitdən asılı olaraq dəyişir. Burada dəyər
kəmiyyətdən, ölçüdən, miqdardan asılı olur. Dəyərlərin dəyiş-
məsini elementlərin tərkibi, kəmiyyəti müəyyən edir.
Dəyər (dəyər vermək, dəyərləndirmək) anlayış və ifadə
olaraq dolğun bir məzmundur və istənilən bir şeyə (konkret və
mücərrəd olan bir şeyə) verilən fərqləndirici müsbət (yəni
dolğun və yüksək tərkibli) qiymətdir. Dəyər müəyyən bir
elementə təsirdə, qarşılıqlı təsirlərdə faydalılığın müəyyən
olunmasıdır. Faydalılığın əsasıdır. Faydalılıq da müəyyən
məqama və şərtə əsaslanır. Dəyərlərin dərəcələnməsi müqayisə
predmetinə və kriteriyasına əsaslanır. Faydalılığın dərəcəsi
dəyərlərin dərəcəsini meydana gətirir. Dəyər müəyyən bir şeyin
lazımlılığı və vacibliyidir. Buna görə də hüquq lazımdır və
insanların bir-biriləri ilə münasibətlərini tənzim edir. Hüquq
tənzim vasitəsinə çevrilir və bir etalon (ölçü, qiymətləndirici
müqayisə kateqoriyası) rolunu ifadə edir. Tənzimləmə dəyərdir,
bu baxımdan da hüququn dəyərinin bazasında dayanır.
Tənzimləmə normaları hüquq normalarını meydana gətirir.
Tənzimləmə də əlaqələr və ümumilikdə həyat üçün çox vacibdir
və həyat demək olar ki, tənzimləmə olmadan strukturlu və
sistemli qaydada təmin oluna bilməz. Tənzimləmə dəyərli olan
58
resurslardan istifadə qaydalarını normalarla meydana gətirir.
Tənzimləmə isə müəyyən istiqamətlər üzrə ardıcıl olaraq
elementlərin
düzülüşüdür
və
müəyyən
sabit
hərəkət
müstəvsinidə yerdəyişmədir. Qiymətin (qiymət vermənin) özü
də konkretliklə yanaşı, mücərrəddir. Çünki siqnallardan
formalaşır. Siqnallar isə həm də mücərrəd olan zərrəciklər
axınıdır. (Qeyd: mücərrədlik ən kiçik mütləq olan zərrəciklərin
özüdür. Gözlə görməmək elementin kiçikliyindən ortaya çıxır).
Deməli, dəyər əslində zərrəciklər axınlarından ibarət olan bir
pozitiv istiqamətdir və nemətdir. Nemətdir, ona görə ki, ondan
yaxşı mənada istifadə olunur. Hər kəs eyni dərəcədə qiymət verə
bilməz, dəyərləndirmək imkanına malik ola bilməz. Bir şey eyni
dərəcədə bütün insanlar tərəfindən siqnal kimi qəbul oluna
bilməz. Bu baxımdan da dəyərlər həm fərdi kəmiyyəti özündə
əks etdirir, həm də qarşılıqlı əhəmiyyətə və əsasa malik olur.
Buradan da belə bir nəticə ortaya çıxır ki, insanlar eyni
kəmiyyətdə siqnallar qəbul etmək iqtidarında olmurlar.
Hər bir element bir dəyərdir, dəyər olduğundan da nemətdir.
Elementlər müxtəlifdir, bu baxımdan da birləşmələrdən
ibarətdir. Müəyyən birləşmələr də bir dəyərdir, çünki istifadə
olunur. Birləşmələr kəmiyyət və məkan etibarilə dərəcələnirlər.
Buradan da dəyərlərin dərəcələnməsi-həm dəyərlərin verildiyi
şeylərə, həm də dəyərləri verənlərə nisbətdə- məsələsi meydana
gəlir. Dəyərlərin dərəcələnməsi dəyərlər obyektinin və
subyektinin əsaslarını və sistemliliyini meydana gətirmiş olur.
Deməli, dəyərlər sistemlərdən, bütün elementlər sistemlərdən və
siqnallar
da
sistemlərdən
ibarətdir.
Sistemlilik
məhz
elementlərin kəmiyyətlər baxımından birləşmiş sistemlərinin
əsaslarını meydana gətirmiş olur. Bir elementin dəyəri onun
sistemdə tutduğu yerlə, oynadığı məkanla müəyyən olunur.
Ümumiyyətlə, insan hüquqları insanların yaşadıqları dövlətlərdə
və cəmiyyətlərdə, ailələrdə, yəni öz məkanında dəyərli olur.
Deməli, hüquq insanlara dövlətlər, cəmiyyətlər və ailələr üçün
verilib.
Dostları ilə paylaş: |