downloaded from KitabYurdu.org
36
qapısı ağzmdaca yerə sərilmişdi. Qanı çəkilmiş sifətinin sol
tərəfi aydın görünürdü. Bərəlmiş gözləri elə bil Qasımlmm
ayaqqabılarına zillənmişdi. Təcrübəli ekspert əyilib onun
yarasına baxdı. Bıçaq zərbəsi kürəyə sol tərəfdən, ürək
nahiyəsindən endirilmişdi.
Qasımlı qalxıb, otağa göz gəzdirdi. Ağ pərdə ilə örtülmüş
yeganə pəncərəsi küçəyə baxan bu otaq çox da böyük deyildi.
Burada bir çarpayı, iki stul və bir orta böyüklükdə stol var idi.
Stol pəncərəyə, demək olar ki, bitişdirilmişdi. Onun üstündə,
pəncərənin qarşısına qoyulmuş neft lampası hələ yanırdı.
Ancaq, bütün gecəni yandığı üçün alov öləzimişdi. Yəqin ki,
neft qurtarmaq üzrə idi. Stolun üstündə yarımçıq
araq şüşəsi, bir kiçik araq stəkanı, yarıdan çoxu yeyilmiş bir
turşuya qoyulmuş xiyar, külqabı və siqaret qutusu var idi.
Külqabı siqaret kötükləri ilə dolu idi.
Heç kəs danışmırdı. Üzücü sükutu birinci Mahir pozdu. O, qan
gölməçəsinə işarə edib dedi:
-
Axşam öldürüblər. Hələ heç yerinə girməyibmiş.
Görürsünüz, çarpayıda yatağı açılmayıb. Ancaq, lampanın
yanmağı onu göstərir ki, hadisə hava qaralandan sonra olub...
Kapitan Talıbov danışığına ara verdi. Ona təkcə Nemətin
qulaq asdığını görüb, üzünü ona tutdu:
-
Deməli, saat doqquz ilə on bir arasında!
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
37
Qasımlı otağa bir daha nəzər yetirib dəhlizə çıxdı. Dəhlizin bir
tərəfi həm də mətbəx rolunu oynayırdı. Qab-qacaq yuyulub öz
yerinə - şkafa yığılmışdı. Ümumiyyətlə, dəhlizdə də, otaqda
da səliqə-sahman hökm sürürdü. Polkovnik o biri otağın
qapısını itələdi. Qapı bağlı idi...
Həyətə düşdülər. Qiyas, Elməddin və kəndin daha bir-neçə
sakini evin qabağında dayanmışdı. Onlar on beş yaşlı bir
oğlanı dövrəyə almışdılar. Oğlan nəsə danışırdı. Evdən çıxan
yad adamlan görüb söhbətini kəsdi. Elməddin üzünü onlara
çevirib dedi:
- Cavid Əhlimanın oğludur. Dünən nahar vaxtı bizim həyətdə
gördüyünüz adamın. - Əli ilə küçənin o biri tərəfindəki
ikimərtəbəli evi göstərdi. - Bu evdə yaşayırlar. Həmişə yaxın
qonşu olublar. Deyir, dünən günortadan sonra Mahmud bizə
gəlmişdi...
-
Hə?.. Danış, görək?! - Mahir maraqlandı.
Cavid həyəcanlı olsa da, özünü ələ alıb,
təzədən danışmağa başladı:
-
Dünən atam şəhərdən gələndən sonra nahar edib, həyətin
aşağısına, tövləni təmizləməyə getdi. Bir azdan Mahmud əmi
əlləri, üst-başı bulaşıq halda darvazadan girdi. Atamı soruşdu.
Sonra da iri çəkicimizi istədi. Dedim ki, çəkic tövlənin
yanında olmalıdı. Atam özü orada¬dı. Mahmud əmi tövləyə
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
38
getdi. Sonra əlində çəkic, atamla birlikdə qayıtdı. Atam onu
ötürüb yenə
tövləni təmizləməyə getdi. Sonra, daha Mahmud əmini
görməmişəm.
-
Bu saat neçədə olub? - yenə Mahir soruşdu.
Söhbət, deyəsən, Qasımlı üçün maraqlı deyildi. O, iti
nəzərlərlə həyətə göz gəzdirirdi.
-
İkinin yarısı olardı... - Cavid suala cavab verdi. - Sabirin
maşını həmişə saat birdə gəlir. Atam da şəhərdən gələn kimi
tələsik nahar edib tövləni təmizləməyə getdi.
-
İkinin yarısında yox! - Qasımlı söhbətə qarışdı. - İki, ya
da üçə işləmiş... Dünən sənin atan saat ikinin yarısında
Elməddingildən çıxdı.
-
Ola bilər... - Cavid tanımadığı adama maraqla baxdı.
Bu vaxt Mehdixan kişi həyətə girdi. Həyətdəki adamlara göz
gəzdirib, heç bir söz demədən evə çıxdı və az keçmiş yenə də
geri qayıtdı. Gəlib qonaqlarının yanında dayandı.
-
Zəng elədin? - Elməddin atasından soruşdu.
-
Hə! Gələcəklər... - İcra nümayəndəsi dilxor halda
dilləndi.
Qanbay Qasımlı adamlardan aralanıb bir daha həyətə göz
gəzdirməyə başladı. Mahirlə Nemət də ona yaxınlaşdılar.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
39
Qasımlı yarımçıq qalmış hamam tikintisinə baxırdı. Hamamın
divarları mişar daşından yeddi sıra çəkilmişdi. İri dəmir
təknədə hazırlanmış sement palçığı quruyub xarab olmuşdu.
Çox fikirli görünən xəfiyyə əyilib əlini qurumuş məhlula
vurdu. Sonra dikəlib kənara çəkildi. Mahir də, Nemət də ona
mane olmamaq üçün susurdular. Ancaq yenə Mahir dözməyib
öz fikrini bildirdi:
-
Mənə belə gəlir ki, dünən saat üçdən sonra Mahmudun
qonağı olub...
Qasımlı onu diqqətlə süzüb qeyri-müəyyən cavab verdi:
-
Sizi başa düşürəm... Ancaq...
Tövlə tərəfdən qoyun mələrtisi gəldi.
-
Ağayar haradadı bəs? - Mehdixan kişinin gur səsi
eşidildi.
-
Yəqin, xəbəri yoxdu hələ, - həyətdəki kişilərdən biri
cavab verdi.
Nemətgil onlara yaxınlaşdı. Heç kəs danışmırdı. Baş vermiş
hadisə o qədər qeyri- müəyyən, o qədər gözlənilməz idi ki,
danışmağa elə bir söz də tapmırdılar. Hamı polisin gəlməsini
gözləyirdi.
Mahir onu maraqlandıran suala cavab tapmaq üçün yenə də
Cavidə müraciət etdi:
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
40
-
Dünən günortadan sonra buraya qonaq gəldiyini
görməmisən?
-
Yox... - Cavid çiynini çəkdi. - Görməmişəm... - Birdən
nəsə xatırlayıbmış kimi cəld dilləndi: - Ancaq dünən gecə
buraya bir maşın gəlmişdi!
-
Bu gecə? - Mahir soruşdu.
-
Yox, dünən gecə! Özü də... UAZ idi, deyəsən.
-
Sən gördün maşını? - Mehdixan kişi söhbətə qoşuldu.
-
Yox, mən yatmışdım, - Cavid cavab verdi. - Maşının
səsinə ayıldım. Atam da səsə ayılıb həyətə çıxmışdı.
Soruşdum, dedi ki, Mahmud əmingilə gəlmişdi.
-
Kim olub gələn?
-
Bilmirəm... - Cavid başını buladı.
Onun baxışlarında bir yazıqlıq, bir kövrəklik var idi. Anasının
evdən getməsi onu əməlli-başlı sarsıtmışdı.
-
Əhliman haradadı? - İcra nümayəndəsi soruşdu.
-
Tezdən durub meşəyə gedib.
-
Get, çağır, gəlsin! Həm də yasxana qurmaq lazım olacaq.
- Mehdixan kişi uşağa tapşırdı və Cavid darvazadan çıxan
kimi üzünü Elməddinə tutdu: - Sən də qonaqları apar, səhər
yeməyini yesinlər. Acdırlar.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |