38
müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu
strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi
meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla
hazırlandı. Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca
tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi
transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi.
Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçid ilə
islahatlar həyata keçirilməsinin olduqca çətin və mürəkkəb olduğunun bildirirdi:
“Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini,
iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında
qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt
kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar
iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strateqiyasını elan etmişdir və bu
yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış
olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı,
bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və
Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını
beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.
Dünya iqtisadiyyatının başlıca tələblərindən biri iqtisadi transformasiya prosesinin
təkamül yolu ilə düşünülmüş və təmkinli olaraq həyata keçirilməsindən ibarətdir.
Davamlı və sistemli bir proses olan təkamül yolu bir qayda olaraq iqtisadi
münasibətlərin bütün səviyyələrini əhatə edir. Məhz bu mənada təmkinli, uzaqgörən
siyasi xətlə paralellik təşkil edən təkamül yolu Azərbaycanda bazar iqtisadiyyatının
təməl prinsiplərinə çevrildi.
"Əsrin müqaviləsi"nin bağlanması və qonşu dövlətlərlə münasibətlərin
normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana
bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi.
Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast
gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:
39
1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;
2. inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
olunması;
3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq
edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.
Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi: "1993-cü ilin ortalarında, Heydər
Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü
mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun
mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və
demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin
dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi"
7
.
İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini
tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması
prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı.
Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin
bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması
prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər
vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir
zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı
Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə
maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində
hazırlanmış
sabitləşdirmə
proqramına
uyğun
olaraq
iqtisadiyyatın
liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-
kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi
fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması
7
Mehdiyev R. Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi.səh 135-138
40
nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin
edilməsinə nail olundu.
Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta
göstəricidən xeyli yüksək olmuşdur. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və
keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir. “Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24
noyabr 2003-cü il tarixli Prezident Fərmanı Azərbaycanda sosial-iqtisadi inkişafı
sürətləndirmək strategiyasını,bu strategiyanı həyata keçirmək üçün hökümətin
,maliyyə-kredit-vergi təşkilatlarının və sahibkarlığın birgə fəaliyyətinin təşkili
tədbirlərini müəyyən etdi.Bu fərman digər tərəfdən ölkənin məqsədli proqramlarla
idarəetmədə təkmilləşdirilmələr aparılmasının mühüm vasitəsi kimi ,bir Prezident
İlham Əliyevin fəaliyyətinin strateji məqsəd və vəzifələrinin proqramı kimi diqqəti
cəlb edir.
«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»
(2004-2008,2009-2013) Respublika prezidenti İlham Əliyevin
«Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında
»
fərmanında qarşıya qoyduğu strateji vəzifələrin yerinə yetirilməsi mənafeyinə uyğun
olaraq qəbul edilmişdir.Bu proqram Azərbaycan iqtisadiyyatının inkişafında və
proqramlarla idarəetmə təcrübəsində müstəsna yer tutur.Bu proqram öz mahiyyətinə
görə iqtisadiyyatın ayrı-ayrı sahələrinin,sahibkarlığın ayrı-ayrı formalarının sahəvi
proqramlarla idarə olunmasından ayrı-ayrı regionların və bütövlükdə Respublika
iqtisadiyyatının
vahid
proqramla
idarə
olunmasına
keçiddir.Proqramın
hazırlanmasının təşəbbüskarı və icrasının təşkilatçısı,Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev özü bu barədə demişdir: “Müasir dövrdə ölkəmizin sürətli
inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir.Bu proqramların
içində əlbəttə ki,ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş “Regionların
sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı” dır. Bu proqramın qəbul edilməsindən
sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır.”
Dostları ilə paylaş: |