53
Yeni iqtisadi sistemə keçid mərhələsində müstəqillik əldə edən respublikamız üçün
struktur siyasətinin, islahatların özünəməxsus modeli mövcuddur. Dəyişikliklərin
strukturunun Azərbaycan modelində dövlətin sosial yönümlü siyasəti ilə azad bazar
iqtisadiyyatının tələbləri arasında ziddiyyət müşahidə olunmur. Konstitusiyanın 15-ci
maddəsinin II hissəsinə edilən "sosial yönümlü" sözləri də bu baxımdan nəzəri cəlb
edir. Bu dəyişikliyə görə, "Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial
yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir,
iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bu sahədə ilk
növbədə daxili resurslara əsaslanan və sosial yönümlü islahatlar məqsədə çatmaq
üçün aparılan islahatlar daha realdır. Neft-energetika resurslarının , kənd təsərrüfatı
məhsullarının istehsalı,ixracı və istehlakı kimi əsas struktur əmələ gətirən sahələrin
inkişafı əhalinin məşğulluğunun təmin edilməsində, ən səmərəli yoldur.
Bu gün müstəqillik əldə etmiş respublikamızda struktur investisiya siyasəti
ictimai iqtisadi və siyasi problemlərin təsiri altında formalaşır və struktur siyasətinin
başlıca istiqaməti respublikada resursların emalı mərhələsini dərinləşdirməyə imkan
verən sahələrin inkişafı ilə bağlıdır. Investisiya avans edilmiş kapitaldır və
investisiyanın uzunmüddətli məqsədlər üçün qoyulması iqtisadiyyatın sahə
quruluşuna təsir edir. Struktur dəyişmələr üçün qoyulan investisiya həmin dövr üçün
yeni iqtisadi struktura maddi əməyə və istehsal qabiliyyətinə görə perspektiv elmi-
texniki tərəqqi üçün istehsal strukturuna səbəb olur, həmçinin iş yerlərinə və
məşğuliyyət səviyyəsinin yüksək olması hesabına istehlak üçün lazım olan resursların
artımına səbəb olur. Son nəticədə, respublikada həyata keçiriləcək struktur-
investisiya
siyasəti
Azərbaycanın
dünya
bazarına
çıxış
imkanlarının
genişləndirilməsinə xidmət etməlidir.
Ümumiyyətlə, struktur dəyişmələrinin əsas meyarı əmək bölgüsünə təsir etməklə
iqtisadi artımın təmin olunmasına və istehlakın təkmilləşdirilməsinə yönəlməli,
ÜDM-un istehsal strukturunda əmək tutumlu sahələrin üstün artması strateji məqsəd
olmalıdır.
54
Sahibkarlığı inkişaf etdirmək,əlverişli biznes və investisiya mühiti yaratmaqla
daxili və xarici investisiyaları cəlb etmək,qeyri-neft sektorunun inkişafına nail olmaq
bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri
olmuşdur.Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda
sahibkarlar təbəqəsi formalaşmış,özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu
artmışdır
Azərbaycan Respublikasının ÜDM-un sahə strukturunda özəl sektor daha çox
üstünlük təşkil edir. Belə ki, qeyri-dövlət sektorunun ÜDM-un sahə strukturunda
xüsusi çəkisi 62%, kənd təsərrüfatı məhsulunun istehsalında 95% və əmtəə
dövriyyəsində 98%-ə çatır. ÜDM-un bölgüsü və yenidən bölgüsündə istehsal yönlü
vəsaitin artımı və dövlət büdcəsinin yenidən bölgüsündə rolunun artması, investisiya
həcmində və kredit resurslarının tərkibində daxili resursların artması struktur
islahatlarının həyata keçirilməsində dövlətin rolunu əsaslandırır.
İqtisadiyyatın sahəvi quruluşu bütün ölkələr üçün eyni olsada onun ayrı – ayrı
sahələrinin milli iqtisadiyyatda xüsusi çəkisi, rolu və əhəmiyyəti, inkişafı imkanları
müxtəlif olur.
İqtisadiyyatın sahəvi quruluşu dedikdə keyfiyyətcə eyni tipli təsərrüfat
subyektlərinin məcmusu nəzərdə tutulur. Bu, ayrı – ayrı təsərrüfat subyektlərini
ictimai əmək bölgüsü sistemidə istehsal şəraitinə görə fərqləndirilir. Praktiki olaraq
hazırda dünya təsərrüfatı sistemi, o cümlədən ayrı – ayrı ölkələrin milli
iqtisadiyyatlarının strukturu üç əsas sahəni əhatə edir:
1. Sənaye
2. Kənd təsərrüfatı
3. Xidmət sahəsi.
Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini və dəyişikliklərin
strukturunu müşahidə edərkən, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını
aydın görmək mümkündür. Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf
55
meyillərini müşahidə edərkən, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını
aydın görmək mümkündür.
Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye
məhsullarının payına düşür. Azərbaycan sənayenin sürətli inkişafına görə MDB
dövlətləri içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə
rəqabətə davam gətirir.
Sənayeləşmənin iqtisadi təməlləri, ilk növbədə, Azərbaycanda güclü sənaye
potensialının inkişafına stimul verən zəngin xammal bazasının mövcud olması və
nəhəng sənaye kompleksləri infrastrukturları ilə bağlıdır . Bakı, Sumqayıt və Gəncə
şəhərlərinin sənayeləşmənin mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq,
bölgələrdəki xammal infrastrukturunda başlıca rol oynayan Daşkəsən, Gədəbəy,
Naxçıvan, Mingəçevirin sənaye marşrutunun bazası olması danılmazdır. Bu
çoxşəbəkəli marşrutların postsənayeləşmənin vahid kompleksinə çevrilməsi
Azərbaycanın iqtisadiyyatında yeni mənzərənin yaranması deməkdir.
Respublikamızın zəngin təbii ehtiyatlara malik olması da sənaye potensialından
maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə də Gəncə şəhərində və bura yaxın
zonalarda xammal bazasının mövcudluğu yeni sənaye müəssisələrinin yaradılmasına
əlverişli imkanlar açmışdır. Gəncədə polad kompleksinin və «Det-al» alüminium
zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə
bilər.
Bunlarla yanaşı son üç-dörd ildə Azərbaycan iqtisadiyyatının ,xüsusiylə sənayenin
inkişaf istiqamətləri , strukturu və ərazi təşkilində bir sıra keyfiyyət dəyişiklikləri baş
vermişdir.Birincisi və ən başlıcası son illərdə regionların inkişafı üzrə Dövlət
proqramlarına uyğun olaraq qeyri neft sektoru sürətlə inkişaf etmiş və nəticədə
Respublika iqtisadiyyatının ağırlıq mərkəzi həm artım sürətinə ,həm də investisiya
qoyuluşunun miqdarına görə neft sektorundan qeyri neft sektorunun ,o cümlədən neft
sənayesindən qeyri neft sənayesinin üzərinə keçmişdir.Qeyri neft sektoru isə başlıca
olaraq Abşerondan kənar iqtisadi rayonların üzərinə keçir.Son illərdə qeyri neft
Dostları ilə paylaş: |