Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

olan formalar. Bu cür nişanlara aiddir: 

əmtəənin mahiyyətini əks etdirən formalar, texniki nəticəyə nail olmaq üçün zəruri formalar, 

əmtəənin əsas dəyərlərini təmin edən formalar.  

Əmtəələrin mahiyyətini əks etdirən formalar, əmtəənin özündən ayrılmayan formalar kimi 

təsvir edilməlidir (məsələn çətirin forması, yumurta üçün kasetlər və s.). 

Texniki nəticəyə nail olmaq üçün zəruri formalar, texniki nəticə ilə şərtlənən əmtəə forması 

kimi təsvir edilə bilər, belə ki, formaya sənaye nümunəsi və ya faydalı model hüquqi 

mühafizə verilə bilər (texniki nəticə mövcud olduqda). 

Nəticənin əsas dəyərlərini təmin edən formalara, istehlakçını özünə cəlb edən formalar kimi 

təsvir olunan formalar aiddir, yəni əmtəənin əsas dəyərləri onun cəlbedici estetik forması ilə 

təsvir olunur (məsələn, estetik xassələri əks etdirən balıqqulağı formasında uşaqlar üçün 

vanna); 


d) ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan 

düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar. Bu cür 

nişanlara xüsusən aiddir: 

ədəbsiz sözlər və təsvirlər, dövlət hakimiyyət orqanlarının və ya qadağan olunmuş siyasi 

partiyaların emblemləri, humanizm prinsiplərinə qarşı olan, insan ləyaqətini, dini 

heysiyyatları təhqir edən çağırışlar; 

e) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox 

işlənən nişan və ya göstəricilərdən ibarət əmtəə nişanları. Bu cür nişanlara aiddir: 

müəyyən əmtəələr və ya xidmətlər üçün istifadə olunan, eyni cür əmtəələr və ya müxtəlif 

istehsalçılar arasında müəyyən şəkil alan həmin əmtəə növünün Azərbaycan Respublikasında 

uzun müddət istifadə olunması, həmçinin müxtəlif fəaliyyətlə bağlı ümumi şəkildə qəbul 

olunmuş rəmzlər və terminlər. 

ə) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar 

istehlakçını yanılda bilən əmtəə nişanları. Bu cür nişanlara aiddir: 

əmtəələrin həqiqətə uyğun olmayan keyfiyyəti və ya başqa xüsusiyyətləri ilə və onların 

coğrafi mənşəyi ilə istehlakçını yanılda bilən nişanlar; 

f) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra - Paris 

Konvensiyası) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə 

nişanları. Bu cür nişanlara aiddir: 

dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları, beynəlxalq 

təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və 

damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələri. Onu da qeyd 

etmək olar ki, bu cür nişanlar (Paris Konvensiyasının iştirakçısı olan ölkələrdə) mühafizə 

olunmayan elementlər kimi əmtəə nişanına daxil edilə bilər, o şərtlə ki, əmtəə nişanında onlar 

əsas mövqedə dayanmasın, onların istifadəsinə səlahiyyətli orqanın və ya onların sahiblərinin 

razılığı olsun. 

Nəzarət və qarant üçün rəsmi nişanların və damğaların istifadəsinə qadağa o halda qoyula 

bilər ki, nişanlar və onun üzərində əks olunan işarələr məhz eyni növ əmtəələr və ya ona oxşar 

əmtəələr üçün istifadə olunsun

g) Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər və başqa fərqlənmə 

nişanları. Bu cür nişanlara aiddir: 

dövlət təltiflərinin (orden və medalların) təsvirləri və rəsmi nəşrlərin digər fərqlənmə 

nişanları. 

İddia sənədinin verildiyi tarixədək bu Qaydaların 4-cü bəndinin «a», «b», «c» 

yarımbəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan 

əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə 

alınmışdırsa, qeydiyyat etibarsız sayıla bilməz. 

5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları 




Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) 

əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq): 

a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin 

adına əvvəl qeydə alınmış və ya qeydə almaq üçün iddia edilmiş əmtəə nişanları; 

b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, 

Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; 

c) Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; 

ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar 

əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi  

müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə  

qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik 

tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə  

başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə  

qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; 

d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla, 

onlardan istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında 

mühafizə edilən coğrafi göstəricilər; 

e) qeydə alınmış sertifikat nişanları. 

Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: 

a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; 

b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan 

Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan 

sitatlar və ya onların fraqmentləri; 

c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, 

təxəllüsləri və bunlardan törəyən ifadələr. 

Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda, həmin işarələr Azərbaycan 

Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün Azərbaycan 

Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmalıdır. 

Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina edilməsinə əsas ola bilməz: 

a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixdən 

iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; 

b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; 

c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın 

fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. 

ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata 

alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. 

II fəsil 

İDDİA SƏNƏDİ  

6. İddia sənədinin verilməsi 

Qanunun 9-cu maddəsinə uyğun olaraq, əmtəə nişanının qeydə alınması barədə iddia sənədini 

iddiaçı (hüquqi və ya fiziki şəxs) SMPDK-ya verir. 

İddiaçı SMPDK-ya iddia sənədini aşağıdakı qaydada verə bilər: 

bilavasitə; 

SMPDK-da qeydə alınan patent müvəkkilləri vasitəsilə. 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar 

nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna 

olmaqla, xarici hüquqi və fiziki şəxslər SMPDK ilə hüquqi əhəmiyyətli işləri yalnız patent 

müvəkkilləri vasitəsilə aparırlar. 

7. İddia sənədinin tərkibi  

Qanunun 9-cu maddəsinə uyğun olaraq, iddia sənədi ərizədən və ona qoşulan zəruri 




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə