Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə39/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   35   36   37   38   39   40   41   42   ...   186

85 

 

ĠKĠNCĠ BÖLMƏ 



 

 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ TUNC DÖVRÜ. 

ĠBTĠDAĠ-ĠCMA QURULUġUNUN 

DAĞILMASI 

 

IV   FƏSİL 



 

ĠLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNĠYYƏTĠ 

 

Əkinçi-maldar qəbilələr. İlk Tunc dövründə, az qala, bütün Azərbaycanın və 

Zaqafqaziya  ərazisinin  düzən  və  dağlıq  rayonları  əkinçi-maldar  qəbilələr  tərəfindən 

tutulur,  mənimsənilir.  Bu  dövrdə  Mərkəzi  və  Şərqi  Zaqafqaziyanın,  Şimal-şərqi 

Qafqazın,  həm  də  Cənubi  Azərbaycanın  və  Şərqi  Anadolunun  əsas  əraziləri  elmdə 

Kür-Araz  mədəniyyəti  adı  altında  tanınmış  vahid  maddi-mədəni  irsə  sahib  qəbilələr 

tərəfindən  məskunlaşır.  Bu  mədəniyyət  ilk  dəfə  1940-cı  illərdə,  Kür-Araz  çayları 

arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-

Araz  mədəniyyətini  eneolitə  aid  edirdilər.  Sonralar  aydın  oldu  ki,  bu  mədəniyyətin 

hüdudları  Kür-Araz  çayları  arasından  çox  genişdir,  abidələri  isə  e.ə.  IV  minilliyin 

ortalarından  III  minilliyin  son  rübünədək  xronoloji  çərçivəni  əhatə  edən  ilk  tunc 

dövrünə aiddir. 

Eneolit  dövründən  ilk  tunc  Kür-Araz  mədəniyyətinə  keçidi  bilavasitə  əks 

etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir 

tərəfdən  Kür-Araz  mədəniyyətinə,  digər  tərəfdən  eneolit  mədəniyyətinə  bağlayan 

materiallara rast gəlinir. 

İlk  Tunc  dövründə  Azərbaycan  və  bütün  Zaqafqaziya  qəbilələrinin  ictimai-

iqtisadi və mədəni inkişafında əhəmiyyətli irəliləyişlər baş verir. İnkişaf etmiş əkinçi-

maldar təsərrüfatı zəminində yaranan yaşayış məskənlərinin bəziləri bu dövrdə böyük 

yaşayış  məntəqələrinə  çevrilir.  Yerli  xammaldan  tunc  məmulatın  istehsalı  geniş 

inkişaf tapır. Əkinçilik və maldarlığın yüksək inkişafı əhalinin artımına və patriarxal 

münasibətlərin qəti olaraq möhkəmlənməsinə səbəb olur. 

İlk tunc  dövrünün son  mərhələsində  yerli qəbilələrin sosial-iqtisadi həyatında 

aydın müşahidə olunan dəyişikliklər baş verir. Ayrı-ayrı maldar qəbilələrin daxilində 

mülki və sosial təbəqələşmə artır, hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində 

cəmləşir. 




86 

 

Azərbaycanda  Kür-Araz  mədəniyyəti  qəbilələri  eneolit  dövründə  tərk  edilmiş 



bəzi  yaşayış  yerləri  ərazisində  məskunlaşır.  Naxçıvanda  I  Kültəpə,  Ovçulartəpəsi, 

Qazaxda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir. 

Azərbaycanın  digər  ilk  tunc  dövrü  yaşayış  yerləri  yeni  ərazilərdə  bina  olunur. 

Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştəpə, 

Beyləqan  rayonunda  Çardaxlıtəpə,  Cəlilabad  rayonunda  Mişarçay,  Xaçmaz 

rayonunda  Qəflə  təpələri,  Dəvəçi  rayonunda  Sərkərtəpə,  Ağcabədi  rayonunda 

Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. yaşayış yerlərini 

göstərmək olar. 

Azərbaycanda  bu  dövrün  bir  sıra  dəfn  abidələri  Xankəndi  yaxınlığında  və 

Xanlarda,  Mingəçevirdə,  Mil  düzündə,  Daşkəsən  rayonunda,  Şəmkir  rayonunda 

Osmanobuzda, Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq 

edilmişdir. 

Abidələrin  öyrənilməsi  Azərbaycanda  İlk  Tunc  dövründə  məskunlaşmış 

qəbilələrin 

təsərrüfatını, 

məişətini  və  mədəniyyətini,  ideoloji  görüşlərini 

işıqlandırmağa imkan verir. 

YaĢayıĢ  yerləri.  Azərbaycan  ərazisində  İlk  Tunc  dövrü  yaşayış  yerləri  əksər 

hallarda dağa yaxın, kiçik çay sahillərində bina olunurdu. Onlara hərdən mərkəzi aran 

rayonlarında, yaxud Araz və Kür çayları sahillərində də təsadüf olunur. 

Yüksək dağlıq rayonlarda, az da olsa, həm dəfn (Daşkəsən) və həm də yaşayış 

yerlərinin qalıqları (Kəlbəcər) aşkar olunmuşdur. Düzən rayonlarda eneolit dövründən 

fərqli  olaraq  İlk  Tunc  dövrü  yaşayış  yerləri  tək-təkdir.  Məsələn,  Kür  çayının  orta 

axarında  Gəncə-Qazax  və  Mil-Qarabağ  düzənlərində  əvvəllər  sıx  məskunlaşmış 

ərazilər ilk tunc dövründə əsasən sahibsizləşir. İqlimin dəyişməsi, quraqlıq dövrünün 

başlanması,  kiçik  çayların  və  bulaqların  quruması  ilə  əlaqədar  yaranan  vəziyyətdə 

əsrlərlə  gur  həyatlı  və  əkinçilik  mədəniyyətinin  inkişafı  üçün  əlverişli  ərazilər  tərk 

olunur. 

Zaqafqaziyanın  Kür-Araz  mədəniyyəti  yaşayış  yerləri  orta  hesabla  1-2  ha 

sahəni  tutur  (Babadərviş,  Qaraköpəktəpə,  Mişarçay,  Cüttəpə  və  s.).  Lakin  bəzi  Kür-

Araz  mədəniyyəti  yaşayış  yerlərinin  sahəsi  çox  böyükdür.  Belə  ki,  Cənubi 

Azərbaycanda  Yanıqtəpə  9  ha  sahəni  tutur,  bu  isə  İlk  Tunc  dövrünün  bəzi  yaşayış 

yerlərində hövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz 

həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun 

müddətli  həyat  tərzi  ilə  bağlıdır.  I  Kültəpədə  mədəni  təbəqənin  qalınlığı  8  m, 

Qaraköpəktəpədə  7  m,  Mişarçayda  4  m-dən  artıq,  Urmiya  gölünün  qərbində 

Göytəpədə 9 m-dir. 

İlk tunc dövrü yaşayış yerlərinin bəziləri müdafiə hasarı ilə əhatəyə alınmışdır. 

Bu isə həmin vaxtda əhalinin həmişə dinc şəraitdə yaşamadığını, bəlkə mal-qara üçün 

otlaq  ərazilər  və  sair  üstündə  baş  verən  toqquşmaları  sübut  edir.  Göytəpə  yaşayış 



87 

 

yerində  çiy  kərpicdən  daş  bünövrə  üzərində  müdafiə  hasarının  eni  1,65  m, 



Yanıqtəpədə qala hasarı 5 m enində olub palçıqla bərkidilmiş daşdan hörülmüş və hər 

iki üzdən suvanmışdır. Qala divarında tağlı qapı aşkar edilmişdir. 

Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin 

memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi. 

Lakin  bəzi  yaşayış  yerlərində  düzbucaqlı  formalı  evlərə  də  rast  gəlinir.  Belə  kərpic 

evlər  Göytəpədə  aşkar  olunmuşdur.  Yanıqtəpədə  belə  evlər  dairəvi  planlı  tikililəri 

əvəz  edir  və  burada  uzun  müddət  inşaatda  vahid  forma  olaraq  qalır.  Eyni  vəziyyət 

Qaraköpəktəpə  yaşayış  yerində  də  qeydə  alınmışdır.  Dairəvi  planlı  evlərin  diametri 

bəzən 13 m-ə çatır, adətən onların diametri 3 m-dən 5 m-ə qədər, divarların qalınlığı 

isə təqribən 0,5 m-dir. 

İnşaatda  adi  formalı  kərpiclər  işlədilirdi.  Kültəpə,  Yanıqtəpə  və  Mişarçay 

evlərində  kərpiclərin  düzülüş  texnikası  maraq  doğurur.  Bir  cərgədə  kərpiclər  cüt-cüt 

divar boyu uzununa, o biri cərgə isə divarın eninə düzülmüşdür. 

Dairəvi  planlı  evlərdə  damları  örtmə  konstruksiyası,  görünür,  konik  formalı 

olub, dirəklər üzərində qurulmuşdu. 

Babadərvişdə  evlərdən  birinin  mərkəzi  hissəsində  dirək  çalası,  döşəməyə 

basdırılmış gil manqal və möhrədən düzəldilmiş kürsünün varlığı aşkar olunmuşdur. 

Evlərin  divarları  və  döşəmələri  adətən  gillə  suvanırdı.  Qaraköpəktəpənin  ilk 

tunc dövrü təbəqəsində, ötən dövrün bəzi yaşayış yerlərində olduğu kimi, evlərdə gillə 

suvanmış döşəmələrə qırmızı şirə çəkilməsi halları qeydə alınmışdır. 

Adətən  yaşayış  otaqlarının  mərkəzi  hissəsində  gil  manqallar  yerləşdirilirdi. 

Kültəpə  və  Yanıqtəpə  yaşayış  yerlərinin  bəzi  evlərində  divar  dibində  qurulmuş 

sobaların varlığı maraq doğurur. Onların iç hissəsində istiliyi çox saxlayan qum qatı 

və alovun cərəyan etdiyi kanallar vardır. 

Yanıqtəpə  yaşayış  yerində  ikimərtəbəli evlərin aşkar olunması,  şəksiz, böyük 

əhəmiyyət  kəsb  edir.  Orada  xüsusi  məqsəd  daşıyan  yataq  səkiləri,  taxçalar  və  taxıl 

kəndisi olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün 

bunlar Yanıqtəpə əhalisinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət 

edir. 

Beləliklə, ilk tunc dövrü yaşayış yerlərinin memarlığında və ev inşasında ötən 



dövrə  nisbətən  tərəqqi  müşahidə  olunur.  Bununla  bərabər  Cənubi  Qafqazın  bir  çox 

yaşayış  yerlərində,  eneolit  dövründə  olduğu  kimi,  dairəvi  planlı  evlər  tikilirdi. 

Buradan da Azərbaycanın və Zaqafqaziyanın qədim qəbilələrinin mədəni inkişafında 

varislik elementlərinin olduğu bilinir. 



Təsərrüfat. Azərbaycan əhalisinin ilk tunc dövrü iqtisadiyyatında aparıcı rolu 

əkinçilik tuturdu. Bu dövrdə Azərbaycanda xış əkinçiliyi geniş yayılır. Bu baxımdan 

maraqlıdır  ki,  ilk  tunc  dövrü  yaşayış  yerlərində  daşdan,  buynuzdan  və  sümükdən 



Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə