Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə46/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

günə  qədər  onu  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  hüquq 
kafedrasına bağladı.
Müəllim işlədiyi  müddət ərzində həmişə universitetin  ictimai 
işində  yaxından  iştirak  edib.  Sovetlər  dönəmində  ictimai  əsaslar 
üzrə  respublika  ali  məhkəməsində  xalq  iclasçıları  şurasının  sədri 
seçilib.  Ədalət  mühakiməsinin  həyata  keçirilməsində  yaxından 
iştirak edib.
Əliheydər  Haqverdiyev  1956-cı  ildə  Firəngiz  Mütəllim  qızı 
Mütəllimova  ilə  ailə  həyatı  qurub.  Niyazi  və  Azər  adlı  oğlanları 
olub.
Böyük  oğlu Niyazi  uzun  illərdir ki,  Moskvada yaşayır.  Onun 
bir oğlu var.
Kiçik  oğlu  Azər  Haqverdiyev  2009-cu  ildə  vəfat  edib.  Onun 
Nigar və Tamerlan adlı iki övladı var.
Qənirə  Məşədi  Zeynal  qızı 
1924-cü  ildə  Ağdam  şəhərində 
doğulmuşdu. 1943-cü 
ildə 
N.
Nərimanov 
adma 
Azərbaycan 
Dövlət  Tibb  Universitetinə  daxil 
olmuşdur.  1949-cu  ildə  pediatriya 
fakültəsini  bitirərək  uşaq  həkimi 
kimi 
fəaliyyətə 
başlamışdır.
Əvvəlcə 
Xaldanda 
uşaq-qadın 
məsləhətxanasında  pediatr-həkim,
1951-ci 
ildə 
isə 
Ağdam 
şəhərindəki  uşaq  evində  uşaq 
həkimi  işləmişdir.  1953-1958-ci 
illərdə  Qərvənd  xəstəxanasının 
baş 
həkimi 
kimi 
fəaliyyət 
göstərmişdir.  1958-1960-ci  illərdə 
isə  Ağdam  şəhər  Uşaq  Birləşmiş 
Xəstəxanasının  pediatrı  olmuşdur.
1962-ci  ildə Bakıya köçərək burda fəaliyyətə başlamışdır.  Bakıdakı 
2, 5 və  13 nömrəli uşaq poliklinikalarında həkim-pediatr olmuşdur.
222
1951-ci  ildə  Hilal  Allahverdi  oğlu  Əliyevlə  ailə  həyatı 
qurmuşdur.  O,  üç qız-(Pərivəş,  Şəfəq,  Roydə) dünyaya gətirmişdir. 
Onun Müjgən, Nigar, Nilufər, Əbülfəz,  Səid və Jalə adlı altı nəvəsi 
var.
Qənirə  Haqverdiyeva  əmək  sahəsindəki  fəaliyyətinə  görə 
1980-ci ildə “Əmək veteranı” medalı  ilə təltif olunmuşdur. 2004-cü 
ildə Bakıda vəfat etmişdir.
Məşədi  Zeynalın  beşinci  qızı  Ulduzə  1931-ci  ildə  Ağdam 
şəhərində  anadan olub.  İlk təhsilini  də burda alıb.  1948-ci  ildə orta 
təhsilini 
tamamlayaraq, 
Azərbaycan 
Dövlət  Universitetinin 
filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.  1953-cü ildə 
universiteti bitirərək jurnalist ixtisasına yiyələnib.
Elə  həmin  ildə  öz  xahişi  ilə  Ağdamda  çıxan  “Lenin  yolu” 
qəzetinə  təyinat  alıb.  İki  il  bu  qəzetdə  ədəbi  işçi  vəzifəsində 
çalışıb.  Sonra  isə  “Azərbaycan  gəncləri”  qəzetinə  dəyişilib.  Bu 
qəzetdə  işləyən  Ulduzə  xanım  şəhərin  mədəni-siyasi  həyatında 
yaxından iştirak edərək qəzetdə maraqlı məqalələrlə çıxış etmişdir.
1956-cı  ildə  Hindistanın  məşhur  aktyoru  Rac  Kapur  böyük 
müğənni  Rəşid  Behbudovun  dəvəti  ilə  Bakıya  gələrkən  onu 
qarşılayanlar  arasında  Ulduzə  Haqverdiyeva  da  vardı.  Rac  Kapuru 
və onunla  gələn nümayəndə heyətini  Azərbaycan gəncləri  adından 
salamlamaq şərəfi ona nəsib olmuşdu.
Ulduzə  xanım  elə  həmin  ildə  tdris  Məhəmmədalı  oğlu 
Məmmədovla  ailə  həyatı  qurub.  Həyat  yoldaşı  hüquq-mühafizə 
orqanlarında  işlədiyi  üçün  onlar  əvvəlcə  Lənkərana,  sonra 
Naxçıvanın  Şərur  rayonuna  getmişlər.  Ona  görə  də  U.  Haqver­
diyeva müvəqqəti olaraq sevimli sənətindən uzaqlaşmalı olmuşdu.
Sonra  ailə  Füzuli  şəhərinə  köçmüş,  doqquz  il  də  orda 
yaşamışlar. O, burda çıxan “Araz” qəzetində çalışmışdır.
1969-cu  ildə  yenidən  Bakıya  gələn  Ulduzə  Haqverdiyeva 
əvvəlcə  Azərbaycan Jurnalistlər İttifaqında məsləhətçi  vəzifəsində 
fəaliyyət  göstərmiş,  sonra  isə  “Müxbir”  jurnalına  keçərək  20  il 
orda işləmişdir.
Mətbuatda çoxlu aktual, maraqlı yazıları dərc olunmuşdur.
1991-ci  ildən təqaüddədir.
223


Ulduzə Haqverdiyevanın üç qızı  - Səadət,  Kəmalə,  Sevinc və 
Rəşad,  Orxan,  Leyla,  Abbas  adlı  dörd  nəvəsi  var.  İki  qızı  hazırda 
Türkiyənin  İstanbul  şəhərində  yaşayır  və  orda  musiqi  müəllimi 
kimi  fəaliyyət  göstərərək  türk  uşaqlarına  və  gənclərinə  musiqinin 
sirlərini öyrədirlər.
Səadət  İdris  qızı  Qarabağlı  1957-ci  ildə  Şərur  rayonunda 
doğulmuşdur.  1977-ci  ildə  Şəki  şəhər  Orta  İxtisas  Musiqi 
məktəbinin  fortepiano  şöbəsini  fərqlənmə  diplomu  ilə  qurtarmış, 
1984-cü  ildə  isə  Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika 
fakültəsini bitirmişdir.
1979-cu  ilin  sentyabr  ayından  Üzeyir  bəy  Hacıbəyovun  ev- 
muzeyində  fonoteka müdiri kimi əmək fəaliyyətinə başlayıb,  sonra 
muzey  bələdçisi,  kiçik  elmi  işçi,  böyük  elmi  işçi,  ekspozisiya  və 
kütləvi  işlər  şöbəsinin  müdiri,  elmi  katib  və  muzeyin  direktoru 
vəzifələrində  çalışıb.  2005-ci  ilin  fevral  ayından  müstəqil 
yaradıcılıqla məşğuldur.
Mətbuatda  çıxan  ilk  yazısı  1978-ci  ildə  Cəlilabadda  nəşr 
olunan «Taxılçı» qəzetində işıq üzü görüb. Üzeyirbəyşünas kimi ilk 
qələm  təcrübəsi  1981-ci  ildə  «Ədəbiyyat və  incəsənət»  qəzetində 
dərc 
edilib. 
Bundan 
sonra 
respublikanın  mərkəzi  mətbua­
tında  Üzeyir  bəy  Hacıbəyovun 
həyatı, 
yaradıcılığı 
və 
sair 
mövzularda 
müntəzəm 
olaraq 
200-dən  artıq  yazısı  dərc  olunub, 
televiziya  və  radio  kanallarında 
çıxışlar edib.
Səadət  Qarabağlı  respub­
likamızın 
müxtəlif  şəhər  və 
rayonlarında,  kənd  zəhmətkeşləri 
qarşısında,  eləcə  də  İstanbul 
şəhərində  mühazirələr  oxumuş, 
konfranslar  keçirmişdir.  Bütün 
bunlar 
geniş 
ictimaiyyət 
tərəfindən  maraqla  qarşılanmış  və  yüksək  qiymətləndirilmişdir.
224
Görkəmli  bəstəkar  Üzeyir  bəy  Hacıbəyovun  yaradıcılıq  irsinin 
nəşrində və təbliğində xidmətləri böyükdür.
Səadət  Qarabağlı 
1996-cı  ildə  nəşr  olunan  «Üzeyir 
Hacıbəyov  ensiklopediyasının  müəlliflərindən  biridir.  Üzeyir bəy 
Hacıbəyovun yorulmaz tədqiqatçısı kimi  «Üzeyir bəy Hacıbəyovun 
publisistikasında  musiqi  məsələləri»  adlı  kitab  yazmışdır.  Kitabın 
birinci  nəşri  1997-ci  ildə  “Bilik”  cəmiyyətinin  «Bayatı»,  ikinci 
nəşri  isə  2004-cü  ildə  «Pedaqogika»  nəşriyyatlarında  olmuşdur. 
Bundan  əlavə,  Ü.Hacıbəyova  həsr  edilmiş  şeirlərin  bir  qismini 
nəşrə  hazırlamış,  «Şöhrət  tacı»  adı  altında  mini-kitab  (tərtibçilər 
Ramazan  Xəlilov,  Səadət  Qarabağlı,  redaktoru  Vladimir  Qafarov) 
halında işıq üzü görmüşdür.
Eləcə  də  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir bəy  Hacıbəyova 
həsr  olunmuş  şeirlər  və  poemalar  toplusunu  «Üzeyirbaycan» 
(tərtibçi  və  ön  sözün  müəllifi  Səadət  Qarabağlı,  Bakı,  «Vektor» 
nəşrlər  evi,  2006)  adı  altında,  həmçinin  Üzeyir  bəy  Hacıbəyovun 
«Aşıqsayağı»  triosunu  (Skripka,  violonçel  və  fortepiano  üçün, 
«Vektor» nəşrlər evi,  2006) və «Arazbarı»  (partitura,  tərtibçi və ön 
sözün müəllifi  Səadət Qarabağlı,  «Vektor»  nəşrlər evi,  Bakı, 2006) 
və «Üzeyir bəy Hacıbəyov və Molla Nəsrəddin» (tərtibçilər Səadət 
Qarabağlı  və  Tahir  Aydınoğlu,  Bakı,  «Adiloğlu»  nəşriyyatı,  2007) 
kitablarını nəşr etdirmişdir.
Səadət  Qarabağlı  1985-ci  ildə  SSRİ  Mədəniyyət Nazirliyinin 
«Kəndə  mədəni  hamilik  əlaçısı»  döş  nişanı  ilə  təltif  edilmiş, 
dəfələrlə 
Azərbaycan 
Mədəniyyət 
Nazirliyindən 
təşəkkür 
məktubları və mükafatlar almışdır.
Səadət  Qarabağlı  2000-ci  ildə  «Üzeyir  bəy  Hacıbəyovun 
publisistikasında  musiqi  məsələləri»  kitabına  görə  Kütləvi 
İnformasiya  Vasitələri  İşçiləri  Həmkarlar İttifaqının  «Nurlu  qələm 
ustası»  fəxri  mükafatına,  2001-ci  ildə  isə  Azərbaycan-Finlandiya 
və  digər  ölkələr  arasında  mədəni  və  iqtisadi  əlaqələrin 
möhkəmləndirilməsində  göstərdiyi xidmətlərinə  görə Azərbaycan- 
Finlandiya  Assosiasiyasının  «Gümüş  arzu»  mükafatına  layiq 
görülmüşdür.
225


Yüklə

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə