Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə52/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

Əliməmməd  1807-ci  ildə Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Əliməmməd  Fatma  ilə  ailə  qurmuşdu.  Övladlan  haqqında 
bilgi əldə edə bilməmişik.
***
Məşədi  Cəfərin  ikinci  oğlu  Məmməd  1809-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Məmmədin  İmamqulu,  Mütəllim,  Həsənəli  adlı 
oğlanları vardı.
İmamqulu  1843-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun Məmmədhəsən adlı oğlu vardı.
Məmmədhəsən  1871 -ci  ildə  Şuşa  şəhərində  dünyaya 
gəlmişdi. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Məmmədin  ikinci  oğlu  Mütəllim  1844-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Məmmədin  üçüncü  oğlu  Həsənəli  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağacan  uşağı (Ələsgərovlar, Şəmslər)
Bu  soyun  ulu  babası  Ağacandır.  Ağacan  təxminən  1761-ci 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı. 
Ticarətlə məşğul idi.
Ağacanın Ələsgər, Ağakişi adlı oğlanları vardı.
252
Ələsgər  1786-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Ələsgər  şəhərdə  «Ceyran»  ayaması  ilə  tanınırdı 
(Xarici görünüşünə görə).
Məşədi Ələsgərin törəməsi Ələsgərov soyadını daşıyır.
Məşədi 
Ələsgərin 
Sadıq, 
Mustafa, 
Mehdiqulu, 
Məmmədqulu, Teymur, Hüseyn, Qasım adlı  oğlanları vardı.
Sadıq  1828-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  ikinci  oğlu  Mehdiqulu  1838-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mehdiqulunun Aslan adlı oğlu vardı.
Aslan  1869-cu ildə Şuşa şəhərində doğulmuşdu.
Məşədi  Ələsgərin  üçüncü  oğlu  Mustafa  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Ələsgərin  dördüncü  oğlu  Məmmədqulu  1841-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Məmmədqulunun Salman adlı oğlu vardı.
Salman  1868-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Şəhərdə 
«Ceyranoğlu  Məşədi  Salman» ayaması  ilə 
tanınırdı. 
Pak 
Xorasan 
torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Salman  Müsavat  partiyası  Şuşa 
şöbəsinin rəhbəri  idi.  Onun bu partiyadakı 
fəaliyyətini 
tədqiqatçı-jurnalist 
Vasif 
Quliyev  incələyib. 
O  yazır:  “Seyid
Cəfərin  Şuşa  gizli  Müsavat  təşkilatının 
rəhbəri  Məşədi  Salman  Ələsgərovla  və 
onun  müavini  Adışirin  Fətəliyevlə  salam- 
kəlamı  vardı.  Amma  onların  əksinqilabi 
fəaliyyətlərindən  xəbəri  yox  idi.  Bu
253


adamların  isə  əsas  işi  öz  təşkilatlarına  mümkün  qədər  çox  adam 
cəlb eləmək idi.  Ona görə də onlar yaxından tanıdıqları, ünsiyyətdə 
olduqları  adamları,  ürək  qızdırdıqları  gəncləri  təşkilata  cəlb 
etməklə  saylanm  artırır,  sıralarını  möhkəmləndirirdilər.  Hər 
ikisinin  fikri  dostları  Seyid  Cəfəri  də  Müsavata  cəlb  eləmək  idi. 
Ona görə də bir gün Adışirin Məşədi Salmana dedi:
-Məşədi,  biz  Seyid  Cəfərlə  hər  dəfə  söhbət  edərkən  sən 
fikrini  ona  açıq  demək  istəyirsən,  amma  nədənsə  çəkinirsən.  Sən 
də,  mən  də  hiss  edirik  ki,  onun bizim  işə  marağı  var.  Biz  isə  çox 
vaxt  Seyiddən  bəzi  şeyləri  gizlədirik.  Bilirsən,  örtülü  bazar 
dostluğu  pozar.  Biz  fikrimizi  açıqca  deməliyik.  Gəl  bu  dəfə 
görüşəndə ona bizim təşkilata daxil olmağı təklif edək.
Məşədi Salman dedi:
-  Onda gəl belə bir iş  görək.  Sən onu elə günü bu gün axşam 
özünlə  götür, gəl bizə.  Elə bizdə də məsələni birdəfəlik həll edək, 
istəsə, təşkilata götürək, istəməsə də...
-  Mənə  elə  gəlir  ki,  bu,  elə  onun  ürəyincə  olacaq.  Yaxşı, 
axşam  saat  onda  sizdəyik,  -  deyə  Adışirin  ondan  ayrılıb,  Seyid 
Cəfərin yeməkxanasına yollandı. Yeməkxana müdiri iş başında idi. 
Xoş-beşdən sonra Adışirin fikrini  Seyid Cəfərə söylədi, ancaq əsas 
məsələni deməyi axşama saxladı.
Saat  on  radələrində  Seyid  Cəfər  yeməkxananın  qapısını 
bağlayıb,  Adışirinlə  Məşədi  Salmanın  evinə  getdi.  Ev  yiyəsi  çay 
stolu 
arxasında 
qonaqlarım 
gözləyirdi, 
guya, 
onlann 
gələcəklərindən xəbəri yoxmuş kimi:
-  Ay  xoş  gəlmisiniz,  xoş  gəlib,  səfa  gətirmisiniz!  Balam, 
sizdən çıxmaz iş,  siz hara,  bura  hara,  deyəsən,  yol azmısmlz? Gün 
hardan  çıxdı belə?  Buyurun,  oturun!  - deyə onlara əyləşməyi təklif 
elədi.
-  Bəli, yol  azmışıq,  elə  Seyidnən havamızı  dəyişirdik, dedim 
ki, bir Məşədiyə baş çəkək,  görək neyniyir,  -  deyə bic-bic Məşədi 
Salmana göz-qaş elədi.
Onlar  xeyli  söhbətdən  sonra  əsas  mətləbə  keçmək  üçün 
körpü  yaratmağa  çalışırdılar.  Məşədi  Salman  üzünü  Seyid  Cəfərə 
tutub:
254
-  Seyid,  heç  yaşamalı  dövran  deyil.  Hayıf deyildimi  keçmiş 
zamanlar? Dərd yox,  qəm yox, heç nəyin fikrini çəkmirdik. İndi  isə 
həyat  bizi  burdan-ora,  ordan-bura  atır.  Elə  sənin  özünü  götürək. 
İnqilabdan  qabaq  çayçı  işləyirdin,  sonra  təzə  hökumət  səni  gah 
milis şöbəsində milis,  gah qazamatda nəzarətçi vəzifəsində  işlətdi. 
Heç  nədən  səni  vəzifədən  uzaqlaşdırdılar.  Heç  özün  də  bilmədin 
nəyə  görə.  Sonra  həyat  səni  Laçına  atdı.  Orda  da  duruş  gətirə 
bilmədin və yenə də  qayıdıb  gəldin Şuşaya.  Bu  isə  yaşamaq deyil, 
sürünməkdir.  Gəlin  adam  kimi  yaşamaq  üçün  bir  yol  arayıb- 
axtaraq.  Bu  hökumətin  axırına  çıxmasaq,  bizim  kimilərinə  gün- 
dirrik  yoxdur,  -  sözünü  təsdiqləmək  üçün  üzünü  Adışirinə  tərəf 
döndərdi.
Seyid  Cəfər  dinməzcə  oturub,  Məşədi  Salmanı  dinləyirdi, 
Nəhayət, o, belə bir sual verdi?
-  Bu  hökumətin  axırma  necə  çıxmaq  olar,  Məşədi?  Top- 
tüfəng  onda,  güc-qüvvə  onda,  ucu-bucağı  da  görünməyən  nəhəng 
bir dövlətdir.  Bu boyda dövlətə biz neyniyə bilərik?
-  Çobanın  könlü  olsa,  təkədən  pendir  tutar,  Seyid, 
eşitməmisən bu atalar sözünü? Bizim də istəyimiz, qeyrətimiz olsa, 
sözü  bir  yerə  qoysaq,  dağı  dağ  üstə  aşırarıq.  Bir  də  ki,  qaldı 
hökumətin  axırma  çıxmaq,  bu,  səndən,  məndən,  Adışirindən, 
minlərlə  bizim  kimilərindən  asılıdır.  Birləşib,  əl-ələ  verməli, 
hakimiyyətə  qarşı  üsyan  qaldırmalıyıq.  Səndən  gizlətmirəm, 
Azərbaycanın  hər  yerində,  o  cümlədən,  bax,  bizim  bu  Şuşada  da 
gizli  əksinqilabi  üsyançı  təşkilat  var?  Üzvləri  də  hələlik  kifayət 
qədərdir.  Ancaq  çalışırıq  ki,  sayımızı  daha  da  artıraq,  daha  da 
güclənək.  Sən  də  təşkilata  girsən,  lap  yaxşı  olar,  nə  qədər  çox 
olsaq, qarşımıza qoyduğumuz məqsədə də tez çatarıq.
Söhbətə  qarışan  Adışirin  də  Məşədi  Salmanın  sözlərini 
təsdiqləyir, onun sözlərinə qüvvət verirdi:
-  Seyid,  bircə  onu  bilirəm  ki,  gec-tez,  özü  də  lap  yaxınlarda 
Sovet  hakimiyyəti  yıxılacaq,  nəticədə  şəxsi  mülkiyyət  bərpa 
olunacaq,  ticarət  azad  olacaq  və  biz  də  adam  kimi  yaşayacağıq. 
Sağlıq olsun, o günlər o qədər də uzaqda deyil.
255


Yüklə

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə