Ərbaycan Respublikası Prezidentinin


T ədbir 1.3.2: Hədəf ölkə və şəhərlərin seçilməsi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə55/161
tarix31.12.2021
ölçüsü2,9 Mb.
#82188
1   ...   51   52   53   54   55   56   57   58   ...   161
Turizm sənayesinin inkişafına dair strateji yol xeritesi

T

ədbir 1.3.2: Hədəf ölkə və şəhərlərin seçilməsi 

İlk  növbədə,  qonşu  ölkələr  Bakı  şəhərinin  turizm  potensialının  təşviqi  üçün 

əsas bazar olacaqdır. Təbliğat-təşviqat tədbirləri İstanbul, Moskva, Sankt-Peterburq 

v

ə  Frankfurt  kimi  Azərbaycandan  birbaşa  uçuşların  olduğu  şəhərlər 



prioritetl

əşdirilməklə, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi yüksək tələbatın olduğu 

ölk

ələrdə  başlanılacaqdır.  Bununla  yanaşı,  bazarların  prioritetliyə  əsasən  təsnifatı 



zamanı  turist  axınlarının  dinamikasına  təsir  göstərən  bir  sıra  amillər  nəzərə 

alınacaqdır.  Aşağıda  sadalanan  əsas  meyarların  nəzərə  alınması  marketinqə 

yatırılan sərmayələrdən maksimum dərəcədə fayda əldə etmək imkanı yaradacaqdır. 

1. 


Ölk

əyə  qədər  olan  məsafə:

  Ölk


əyə  qədər  olan  məsafə  çox  mühüm  amil 

olmaqla  yanaşı,  marketinq  fəaliyyətinin  planlaşdırılması  zamanı  da  nəzərə 

alınmalıdır.  Prioritet  bazarlar  çox  vaxt  qonşu  ölkələr  olur,  çünki  bu,  səyahət 

etm


ək üçün daha az vaxt və vəsait tələb edir. Uzaq ölkələrin vətəndaşları isə 

böyük m


əsafələr qət etməli və nəqliyyata daha çox vəsait xərcləməli olurlar ki, 

bu da b


əzi hallarda səyahətdən imtinaya səbəb ola bilər. 

2. 


Xarici v

ətəndaşların ölkəyə giriş-çıxış prosedurları, o cümlədən viza rejiminin 

xüsusiyy

ətləri  və  ya  onun  mövcud  olmaması:

  Mür


əkkəb  viza  prosedurları, 

el

əcə də ciddi sərhəd-buraxılış rejimi müasir dünyada turizmin inkişafına təsir 



göst

ərən əsas maneələrdən biridir. Səfirliyə müraciət etmək zərurəti və çoxlu 

sayda s

ənədlərin toplanmasına sərf edilən zaman bir çox potensial turistlərə 

mane  olmaqla  yanaşı,  turizm  məkanının  seçimində  də  böyük  rol  oynayır. 

Bununla 


əlaqədar  olaraq,  prioritet  ölkələr  kateqoriyasına,  ilk  növbədə,  ya 

ölk


əyə vizasız daxil ola bilən, ya da sadələşdirilmiş rejim üzrə viza ala bilən 

ölk


ələr daxil ediləcəkdir. 

3. 


N

əqliyyat  əlaqələri:

  Müvafiq  ölk

ə  ilə  birbaşa  hava  əlaqəsinin  olması  bir  çox 

turistl


ərin  istiqamət  seçimi  zamanı  nəzərə  aldığı  amildir.  Ölkələr  arasında 

aşağı büdcəli hava əlaqəsinin olması da böyük əhəmiyyət kəsb edir. 

4. 

Ölk

ənin iqtisadi rifahı:

 Ölk


ədə varlı insanlar nə qədər çox olarsa, xaricə edilən 

s

əyahətlərin sayı və bu zaman xərclənən vəsaitlərin həcmi də çox olar.  



5. 

Əhalinin  sayı:

  Bu  v


ə  ya  digər  ölkədə  nə  qədər  çox  sayda  əhali  yaşayırsa, 

h

əmin ölkədən xaricə səyahət edən turistlərin sayı bir o qədər çox olar. Belə 



ölk

ələrdə inkişafa qoyulan sərmayələr, bir qayda olaraq, böyük nəticələr verir. 

6. 

M

əqsədli bazarda daxili siyasi vəziyyət:

 Daxili v

ə beynəlxalq vəziyyətin kəskin 

pisl


əşəcəyi təqdirdə, turizm məqsədilə xaricə səyahət etmək istəyənlərin sayı 

da  k


əskin  azala  bilər.  Bu  halda,  marketinq  planlarında  müvafiq  düzəlişlər 

olunmalıdır. 

7. 

Dil  baryeri:

  Bu  amil  d

ə  potensial  istirahət  məkanının  seçiminə  təsir  göstərə 

bil


ər.  Dil  baryerinin  olmaması  Rusiya,  Türkiyə  və  bu  kimi  digər  ölkələrdən 

turistl


ərin Azərbaycana səfər etməsini asanlaşdırır. 

8. 


Ölk

ə  əhalisinin  turizm  istəkləri,  eləcə  də  təklif  olunan  məhsullara  tələbat:

 

Marketinq  f

əaliyyətinin planlaşdırılması zamanı bu və ya digər ölkədə hansı 

turizm  m

əhsullarına  tələbatın  olacağı  nəzərə  alınmalıdır.  Məsələn,  Yaxın 

Şərqdən  olan  turistlərə  şəhər  gəzintisi,  alış-veriş  və  ovçuluq  turları  daha 

maraqlı gəldiyi halda, avropalı turistlər daha çox mədəni turizmə meyillidirlər. 

M

ədəni və dini yaxınlıq da istiqamətin seçiminə təsir göstərə bilər.



 

9. 


Statistik  dinamika: 

Ölk


əyə  gələnlər  üzrə  statistik  göstəricilər  marketinq 

planlarının tərtibi və prioritet bazarların müəyyənləşdirilməsi zamanı mühüm 

göst

ərici qismində çıxış edir. Bu və ya digər ölkələrdən gələnlərin statistikası 



davamlı  artım  nümayiş  etdirirsə,  həmin  bazara  xüsusi  diqqət  yetirmək 

lazımdır.




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə