Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

10 

Nəticədə,  əldə  olunan  əmsallar  logit  reqressiya  ilə  hesablanmış  proqnozlaşdırılmış  ehtimalların 



qrafikinin tərtib olunması ilə daha yaxşı izah olunur.  

İqtisadi  azadlıq  və  Demokratiya  balının  beynəlxalq  mübahisələrə  əhəmiyyətli  təsirini 

müvafiq  olaraq 2.1 və 2.2 sxemlərində görmək olar. Hər iki sxemdə üfüqi oxlar müvafiq olaraq 

izahedici dəyişən (istər İqtisadi azadlıq indeksi, istərsə də ictimai Demokratiya indeksi) üçün adi 

miqyasları  göstərdiyi  halda,  şaquli  oxlar  verilmiş  ildə  iki  izahedici  dəyişəndən  birinin  verilmiş 

səviyyəsinə malik olan dövlətlərdə DHM-nin ehtimalını əks etdirir. 2.1 sxemində aşağı mailli və 

sağa gedən bütöv xətt isə 2.1 cədvəlindəki reqressiyanın qiymətləndirdiyi kimi, İqtisadi azadlıqla 

hərbi  mübahisələrin  arasındakı  əlaqəni  göstərir.  2.2  cədvəlində  Demokratik  bal  dəyişəninin 

münaqişəyə effekti də azca aşağı meyllənən və sonra sağa gedən bütöv xətt şəklində göstərilir. 

2.1 sxemində İqtisadi azadlığı ifadə edən xəttin üstündən və altından paralel gedən qırıq-qırıq iki 

xətt  əminlik  intervalını  ifadə  edir.  Oxşar  məlumatların  reqressiyasından  alınan  bütöv  xətlərin 

95%-i  bu  iki  cızılmış  xətlərlə  əhatə  olunmuş  interval  daxilində  yerləşəcəkdir.  Başqa  sözlə, 

sxemdə əks olunan İqtisadi azadlıqla hərbi zorakılığın qeyri-mövcudluğu arasındakı əlaqə böyük 

ehtimalla ən azı təxminən düzgündür.  

   Şəkildə  göründüyü  kimi,  azad  bazarların  və  məhdud  hökümətin  təsiri  əhəmiyyətlidir. 

Ən  az  azad  dövlətlərin  mübahisəyə  cəlb  olunma  şansı  7%  olduğu  halda,  ən  azad  dövlətlərin 

tədqiq  edilən  illərdə  münaqişəyə  cəlb  olunma  şansı  1%-in  yarısı  qədər  olmuşdur. 

İqtisadiyyatların  liberallaşdırılması  ölkələri  daha  sülhpərvər  edir.  Ən  ekstremal  hallarda,  ən  az 

azad dövlətlər ən azad dövlətlərə nisbətən 14 dəfə daha çox münaqişəyə meylli olur. 

   Eyni  şeyi  demokratiya  ilə  münaqişə  arasındakı  əlaqə  haqqında  deyə  bilmərik.  2.2 

sxemindəki  xəttin  üfüqi  vəziyyəti  göstərir  ki,  Demokratik  bal  dəyişəninin  demək  olar  ki,  hərbi 

münaqişəyə  heç  bir  təsiri  yoxdur.

17

 Ən  az  demokratik  ölkələr  (qiyməti  sıfıra  yaxın)  və  ən  çox 



demokratik dövlətlər də (qiyməti 10-a yaxın) eyni dərəcədə münaqişəyə cəlb olunmaq ehtimalına 

malikdir.  Faktiki  olaraq  İqtisadi  azadlıqla  Demokratik  balın  son  qiymətlərinin  müqayisəsi 

göstərir  ki,  birincisi  mübahisəli  davranış  üzərində  sonuncudan  təxminən  54  dəfə  çox  təsirə 

malikdir.  

 

 

 




 

www.azadliqciragi.org 

11 

Nə  də  kimsə  Demokratiya  balının  sıfıra  yaxın  olmasını  müharibənin  demokratiyalar  üçün  az 



ehtimallı olması  işarəsi kimi qəbul etməlidir.  Fərziyyə qarşılıqlı  variasiyadan asılıdır. Metodun 

fiziki  (eksperimental), nəzəri,  yaxud  statistik  olmasından asılı  olmayaraq  kimsə  səbəb  faktorunı 

yırğalayır  və  nəticə  dəyişkənində  müvafiq  hərəkət  axtarır.  Burada,  nəticədə  heç  bir  tərpəniş 

yoxdur: demokratiya DHM- lərin mümkünlüyünə təsir edə bilmir. Əslində, biz  Demokratiya bal 

dəyişəninin  yüksək  qiymətinin  münaqişəni  artırmaq  ehtimalını  istisna  edə  bilmərik.  2.2 

sxemindəki  ən  yuxarıda  olan  yuxarı  əminlik  intervalını  göstərən  qırıq  xətt  yuxarı  əyilərək 

göstərir  ki,  oxşar  məlumatlar  üzrə  hesablanan  əlaqələrin  ən  azı  bəziləri  demokratiyanın 

mübahisələri daha ehtimal olunan etməsinə işarə edir. 

 

Nəzərə alınmalı əlavə faktorlar 

 

 



Müasir dövrdə sülhü izah edən 2 əhəmiyyətli faktor işlənmişdir ki, bunlar 2.1 cədvəlinə 

daxil  olunmamışdır.  Birincisi,  bəzi  ölkələr  kollektiv  təhlükəsizlik,  yaxud  regional  ticarət 

razılaşmalarına  mənsub  olduqları  üçün,  onların  bir-biri  ilə  vuruşmaq  meylliliyi  məhdudlaşır. 

Avropa  İttifaqı  (Aİ),  bəlkə  də  millətlər  icmasının  münaqişələri  dinc  qarşılıqlı  əlaqələrlə  uğurla 

əvəz etməsinə ən yaxşı nümunə hesab olunur. Arqumentasiya fərqlənir, lakin çoxları iddia edir 

ki,  Aİ-nin  institutları  və  mədəniyyəti  üzvlər  arasında  ehtiyatlılığı  gücləndirir  və  zorakılığın 

qarşısını  alır.  İkinci,  Kennet  Volts  və  Con  Mearşeymer  kimi  tədqiqatçılar  vurğulayır  ki,  nüvə 

silahları  hədə  vasitəsi  kimi  istifadə  oluna  bilər.  Dövlətlər  nüvə  silahına  malik  ölkələrlə 

vuruşmağa  o  qədər  də  həvəsli  olmur.  Bu  mümkün  çaşdırıcı  faktorları  yoxlamaq  üçün  2.2 

cədvəlinə Aİ-yə üzvlüyü və nüvə silahına malik olmanı qiymətləndirən 2 dəyişəni əlavə edirəm. 



Aİ-nin  üzvü?  marionet  dəyişən  olub,  əgər  ölkə  tədqiq  edilən  ildə  Aİ-nin  üzvüdürsə,”1”-ə 

bərabərdir. Müvafiq olaraq nüvə silahları? hər hansı verilmiş bir ildə həmin silahlara sahib olan, 

yaxud  sahib  olduğu  çox  inanılan  ölkələri  müəyyənləşdirir.  Heç  bir  dəyişən  hər  hansı  bir 

ölkəninin  hərbi  münaqişəyə  cəlb  oluna  biləcəyi  ehtimalını  əhəmiyyətli  dərəcədə  dəyişmir. 

Bundan  başqa,  İqtisadi  azadlıq  münaqişəli  davranışın  statistik  cəhətdən  əhəmiyyətli  öngörəni 

kimi qalmaqda davam edir.  

Qeyd  etmək  lazımdır  ki,  burada  göstərilən  nəticələr  yanlışlığın,  yaxud  arzulanan  düşüncənin 

məhsulu  deyil.  Demoqrafik  dəyişikliklər  nəzərə  alınmasaydı,  mümkün  alternativ  izahların 

tədqiqi  hərtərəfli  sayılmazdı.  Mümkün  demoqrafik  foktorların  sayı  çoxdur.  Mən  çoxuna 

baxmışam,  lakin 2.3 cədvəlinə onlardan cəmi  bir neçəsini daxil etmişəm. Ümumi torpaq sahəsi 

ölkənin sərhədləri daxilində olan topraq hektarlarının miqdarını əks etdirir. Coğrafi cəhətdən iri 



Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə