Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə29/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   25   26   27   28   29   30   31   32   ...   172

www.vivo-book.com 

 

170 



– ―Toksik‖i

1

 pleyerə yazmıĢ qız? 



Kristian həyəcanla mənə baxır. 

– Hə. O sənə nəsə dedi? 

–  Dedi  ki,  ―Səndə  məndə  olmayan  nə  var  ki?‖.  Mən 

soruĢanda ki, kimsən, dedi ki, ―Heç kim‖. 

Kristian  gözlərini  qapadır,  sanki  ağrı  çəkir.  Nə  baĢ 

verib? O qız onun üçün hansı əhəmiyyətə malikdir? 

Bədənim  adrenalinlə  dolub-daĢır,  hətta  tüklərim 

tərpənir.  О  qız  Kristian  üçün  çox  əzizdir?  Bəlkə  Kristian 

onsuz  əzab  çəkir?  Onun  keçmiĢini  elə  pis  bilirəm  ki…  hm, 

əlaqələrini?  Maraqlarını?  Ola  bilsin,  onlar  müqavilə 

imzalayıblar,  müqaviləyə  əsasən,  qız  ona  istədiyini 

verməliymiĢ və qız ona sevinc hissiylə hər Ģeyi verirmiĢ. 

Yoox,  belə  olmaz,  bacarmaram…  Bunu  fikirləĢdikdə 

halım pisləĢir. 

Çarpayıdan  atılaraq  Kristian  cins  Ģalvarı  və  qonaq 

otağına  gedir.  Zəngli  saata  göz  yetirirəm:  sübh  saat  beĢdir. 

                                                 

1

Britni Spirsin mahnısı 




www.vivo-book.com 

 

171 



Onun  ağ  köynəyini  çiynimə  atıram  və  Kristianın  arxasınca 

gedirəm. 

Ġlahi, o, telefonla zəng edir! 

– Hə, SĠP-in yanında, dünən… alatoran vaxtı, – sakitcə 

məlumat verir. Sonra mənə sarı çevrilir və sərt Ģəkildə tələb 

edir: – Dəqiq vaxtı de. 

– Təxminən altıya beĢ dəqiqə qalmıĢ, – donquldanır. 

Belə  erkəndən  kimə  zəng  eləyir?  Leyla  nə  edib  ki?  O 

bu  informasiyanı  naməlum  ünvançıya  verir,  gözünü  də 

məndən çəkmir. Sifəti sərt və ciddidir. 

– AydınlaĢdır necə… Hə… Mən belə deməzdim, amma 

axı  o  vaxtda  fikirləĢmirdim  ki,  o  bunu  eləməyə  qadirdir,  – 

üzündə acılı ifadə var. – Məlum deyil, hər Ģey necə bitəcək. 

Hə,  danıĢaram…  Hə…  Bilirəm…  AydınlaĢdır  və  mənə 

xəbər elə. Onu mütləq tap, Uelç, o bəlaya düĢüb. Tap onu. – 

Söhbət bitdi. 

– Çay istəyirsən? – soruĢuram. Rey üçün çay istənilən 

böhranın  həlli  deməkdir  və  mətbəxdə  eləyə  bildiyi  yeganə 

yaxĢı iĢdir. Suyu çaydana tökürəm. 



www.vivo-book.com 

 

172 



–  Ümumiyyətlə  mən  yatağa  qayıtmaq  istəyirəm,  – 

Kristianın  baxıĢlarına  əsasən  aydındır  ki,  o,  yatmaq 

həvəsində deyil. 

–  Bilirsənmi,  bir  fincan  çay  içməyim  lazımdı. 

Ġstəməzsən? 

Mən  nə  baĢ  verdiyini  bilmək  istəyirəm.  Və  mənə 

yayındırıcı manevrlər gərəkdir. 

O, həyəcanlanmıĢ halda saçlarını sığallayır. 

– Hə, içsəm yaxĢıdı, – razılaĢır, amma qıcıqlandığını da 

görürəm. 

Çaydanı  ocağa  qoyur,  fincanlar  və  dəm  çaydanı  ilə 

baĢımı  qatıram.  Mənim  həyəcan  səviyyəm  bir  nömrəli 

hazırlıq  dərəcəsinədək  yüksəlir.  Onun  bu  problem  haqda 

mənimlə  danıĢmaq  niyyəti  varmı?  Yoxsa  özüm  eĢələməli 

olacam? 

Üzümdə  onun  baxıĢlarını  duyuram,  onun  inamsızlıq, 

qəzəb  hissini.  BaĢımı  qaldırıram  və  ehtiyatlı  nəzərilə 

qarĢılaĢıram. 

– Noolub? – sakitcə soruĢuram. 

О baĢını yelləyir. 




www.vivo-book.com 

 

173 



– Mənə demək istəmirsən? 

– Yox, – o, köks ötürür və gözlərini qapadır. 

– Niyə? 

–  Çünki  bunun  sənə  dəxli  yoxdu.  Səni  bu  məsələyə 

qatmaq istəmirəm. 

– Artıq mənə dəxli var. Həm də o məhz məni tapıb və 

iĢ yerimin yanında gözləyib. Mənim haqqımda hardan xəbər 

tutub?  ĠĢ  yerimi  hardan  bilir?  Buna  görə  də  baĢ  verənlərlə 

bağlı səndən izahat istəməyə haqqım çatır. 

Kristian yenə də qıcıq halda ovcunu saçlarında gəzdirir, 

sanki özünün hansısa iç mübahisəsinə qulaq kəsdirib. 

– XahiĢ edirəm, – nəvaziĢlə deyirəm. 

Onun dodaqları kip sıxılır. QaĢlarını çatır. 

–  Ümumiyyətlə,  heç  təsəvvürüm  yoxdur  ki,  səni  necə 

tapıb.  Bəlkə  Portlenddə  çəkdirdiyimiz  fotonu  görüb, 

bilmirəm,  –  o,  yenidən  ah  çəkir  və  mənə  aydındır  ki, 

Kristian özü-özünə hirslənir. 

О  var-gəl  edir.  Səbirlə  gözləyirəm  və  qaynar  suyu 

çaydana  süzürəm.  Pauzadan  sonra  Kristian  sözünə  davam 

edir: 



www.vivo-book.com 

 

174 



–  Səninlə  Corciyada  olduqda,  Leyla  xəbərdarlıqsız 

evimə gəlmiĢ və Geyllə dalaĢıb. 

– Geyl? 

– Missiz Cons. 

– Necə yəni dalaĢıb? 

О, məyusluqla üzünü qırıĢdırır. 

–  De.  Nəyi  gizlədirsən,  –  mən  cəsarətsizliyə  güc 

gəlirəm və səsimə qərarlılıq verirəm. 

О, heyrətlə kirpiklərini döyür. 

– Аnа, mən… 

– Hə? 

О, pəriĢan halda ah çəkir. 



– О, damarlarını kəsməyə cəhd göstərib. 

 



Ola  bilməz!  –  Ġndi  biləyindəki  sarğının  mənasını 

anladım. 

– Geyl onu xəstəxanaya çatdırıb. Amma Leyla mənim 

qayıdıĢıma qədər ordan qaçıb. 

Ġlahi! Bu nə deməkdir? Ġntihar cəhdi? Niyə? 

–  Onu  müalicə  eləyən  həkim  Leylanın  bu  hərəkətini 

kömək  haqqında  tipik  çağırıĢı  kimi  dəyərləndirib.  О,  qızın 



www.vivo-book.com 

 

175 



risk  etməsinə  inanmır  və  hesab  edir ki, Leyla  yalnız suitsid 

düĢüncənin astanasındadır. Amma mən buna əmin deyiləm. 

Onu tapmağa və nə cürsə kömək eləməyə çalıĢıram. 

– Leyla missis Consa nəsə deyib? 

Kristian  uzun-uzadı  mənə  baxır.  Görürəm  ki,  halı 

pisdir. 


– Heç, bir-iki söz, – nəhayət, o cavab verir, amma mən 

baĢa düĢürəm: о nəyisə məndən gizlədir. 

Fincanlara  çay  süzürəm  və  durumu  fikirləĢirəm. 

Beləliklə, Leyla Kristianın həyatına qayıtmaq istəyir və son 

iĢə  əl  atır  ki,  onun  diqqətini  cəlb  eləsin.  Оhо,  qorxulu 

üsuldur…  Amma  səmərəlidir.  Kristian  Leylaya  görə 

Corciyadan  çıxıb  getdi,  amma  qız  Kristian  özünü 

çatdırmazdan öncə gizlənib? Çox qəribədir. 

– Onu tapa bilmirsən? Bəlkə ailəsi vasitəsilə axtarasan? 

– Onlar Leylanın harda olduğunu bilmirlər. Hətta əri də 

bilmir. 

– Əri? 


– Hə, – xəcalətlə deyir o, – iki ildi ki, ərdədir. 

Nə? 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə