Ermeniterroru02. doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 211,77 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix19.10.2018
ölçüsü211,77 Kb.
#75244
1   2   3   4   5   6

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



8

qaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı. Beləliklə, İngil-

tərə çar Rusiyasının Türkiyə ermənilərinə bel bağlamaq niyyətini puça çıxarıb erməniləri Türkiyə hökumətinin 

ixtiyarına buraxdı.(41)  

Rusiya Aralıq dənizinin ilıq sularına çıxmaq arzusunun həyata keçməsində ermənilərdən istifadə edir, bu-

nunla həm də İngiltərənin Hindistana yolunu kəsməyi düşünürdü. Rusiya və Fransanı kənara itələyərək protes-

tant ermənilərdən istifadə edən Britaniya isə onu Hindistanla birləşdirən həyat yolunu qorumağa çalışırdı. Kato-

lik ermənilərdən istifadə edən Fransa Yaxın Şərqdəki öz maraqlarını düşünürdü. Yalnız Amerikanın aydın işlən-

miş milli marağı yox idi.  

Osmanlı dövlətinin daxili  aləminə  nüfuz  etməyə çalışan  bütün dövlətlər  xristian dinindən istifadə edirdi. 

Bu dövlətlər tez-tez yalnız öz dini missionerlərinin hüququnu və onların xristian azlıqlarla apardığı işi müdafiə 

etdiklərini söyləyirdi. Başlıca həqiqət isə bu idi ki, Osmanlı imperiyası süquta uğrayandan sonra hər bir Avropa 

dövləti onun torpaqlarının bir hissəsini müftə-müsəlləm ələ keçirmək istəyirdi.(42) Başqa sözlə desək, bu Avro-

pa ölkələri  yırtıcı  kimi  hazır  dayanaraq ölmüş  Osmanlı  imperiyasını  süpürləmək  və  onun  sümüklərini  yığmaq 

istəyirdi. Həmin ölkələrin hər birinin tez-tez Osmanlı dövlətinin daxili işlərinə qarışması və bütün bunların guya 

xristianların hüquqlarının qorunması naminə edildiyini açıqca göstərən tarixi sənəddir. Ermənilərin get-gedə ar-

tan qiyamçı fəaliyyətinin əsas səbəbi də məhz bununla bağlıdır. Məhz bu tarixi mərhələdə ermənilərin qiyamları 

və terrorçu əməlləri güclənmişdir. Bu ardıcıl terrorçu əməliyyatlar nəticəsində və yuxarıda adları çəkilən dövlət-

lərin xeyir-duası ilə ermənilər özləri-özləri üçün “erməni məsələsi” adlanan problem yaratmışdır.  

XX əsr yaxınlaşdıqca Osmanlı imperiyası daha sürətlə süquta uğrayırdı. “Avropanın xəstə adamı”nın so-

nunun yaxınlaşdığını duyan Avropa dövlətləri imperiyanın ölümündən daha çox xeyir götürmək üçün Osmanlı 

torpaqlarındakı fəaliyyətlərini daha da artırdılar. Ermənilər, xüsusilə onların kilsəsi də xeyir götürmək həsrətin-

də idi.(43) 

1876-cı il dekabrın 12-dən 1877-ci il yanvarın 20-dək keçirilmiş görüşlər seriyasından qabaq erməni patri-

arxı Nerses Varcabotyan Britaniya səfiri ilə görüşdü. Bu görüşlər Balkanlar məsələsinin təhlili ilə bağlı aparılır-

dı. Erməni patriarxı Balkanlardakı millətlərə vəd olunan üstünlüklərin ermənilərə də verilməsini istəyirdi. Patri-

arx qeyd etdi ki, ermənilər artıq oyanmışlar və əgər Avropa dövlətlərinin rəğbətini və dəstəyini qazanmaq üçün 

“üsyana qalxmaq vacibdirsə, elə bir hərəkata başlamaq heç bir çətinlik törətməyəcəkdir”.(44)  

1889-cu ilin payızında Britaniyanın vitse-konsulu məlumat vermişdir ki, ermənilərin kiçik azlıqda olduq-

ları ərazilərdə ermənilər xristianlarla müsəlmanlar arasında ziddiyyətlər yaratmışlar. Erməni terrorçuları bir ne-

çə müsəlman öldürmüş, sağ qalanlar arasında qarmaqarışıqlıq yaratmışlar. Belə hərəkətlərin əsas səbəbi müsəl-

manları  azlıqda  olan  xristianlar  üzərinə  qaldırmaq  idi.  Sonra  isə  erməni  terrorçuları  “fanatik  müsəlmanların” 

xristian erməniləri qırması haqqında haray-həşir salacaqdılar. Ermənilər yaxşı bilirdi ki, əgər erməni terrorçuları 

bircə dəfə bu əhvalatı yaradıb danışsa, bütün Avropadakı müxtəlif erməni təşkilatları onu hər tərəfə yayacaqdı. 

11 dekabr 1889-cu ildə London “Daily News” qəzetində dərc olunmuş məqalə çoxlu nümunələrdən biridir. Qə-

zet şəhadət verirdi ki, Zitran kəndində yaşayan bir erməni müsəlmanlar tərəfindən şişə çəkilərək qızardılıb öldü-

rülmüşdür.(45) Britaniya vitse-konsulu Devey qəzetin məqaləsini “absurd” adlandırmışdır. 1890-cı ildə daşnak-

çılar terror kampaniyasını inkişaf etdirdilər. Arası kəsilmədən, inqilabi kampaniya apararaq xristian ermənilərin 

hökuməti devirmək cəhdlərinə dayaq durmaq üçün avropalıları Osmanlı  imperiyasına gətirmək onların  başlıca 

məqsədi idi. Bu erməni terror təşkilatı öz ardıcıllarına əmr etmişdi ki, “harada olursa-olsun, şəraitdən asılı olma-

yaraq türkləri güllələmək lazımdır, öz andını pozan reaksionerləri və erməni cəsuslarını da öldürmək və bu yolla 

intiqam almaq lazımdır.(46) 

Xarici  dövlətləri  Osmanlı  imperiyasına  gətirmək,  arzuladıqları  torpaqları  hərb  yolu  ilə  ələ  keçirmək  və 

Şərqi Anadolunun altı əyalətindəki ərazini ələ keçirmək üçün ermənilər əllərindən gələn hər şeyi edirdilər. Er-

mənilər həmin torpaqların onların “qədim” vətəni olduğunu iddia edirdilər. Onlara qulaq asmaq istəyənlərin ha-

mısına  ermənilər uydurduqları  bir  nağılı  danışmağı çox  xoşlayırdı:  erməniləri  əhalinin  azlıqda  qalan  hissəsinə 

çevirmişlər! 1892-ci  ildə Britaniya Xarici İşlər Nazirliyinin Coğrafiya  bölməsi ermənilərin  iddia etdikləri tor-

paqlarda yaşadığı əhali haqqında aşağıdakı məlumatı yaydı: Daşnak terror təşkilatı həmin altı əyalətdə öz inqila-

bı  üçün  hazırlaşmağa  başladı.  Türklərin  əleyhinə  silah  toplamaq  və  terror  kampaniyası  aparmaq  üçün  mərkəz 

kimi  daşnaklar  rus  Ermənistanından  istifadə  edirdi.  Artıq  Erməni  kilsəsi  daşnaklara  böyük  kömək  göstərirdi. 

Kilsənin din xadimləri vacib ayinləri yerinə yetirmək pərdəsi altında tez-tez Osmanlı-Rusiya sərhəddini keçirdi-

lər.(47) Çoxsaylı kilsə rəsmisi erməni inqilabi hərəkatına kömək üçün öz vəzifəsindən istifadə edirdi; kilsə Cə-

nubi Qafqazdakı  və  Anadoludakı terrorçu daşnaklarla terrorçuların  və rus  hökumətinin arasında əlaqələndirici 



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



9

rol oynayırdı. Erməni kilsəsi dindarların və yepiskopların bu cür fəal müdaxiləsi və iştirakı nəticəsində erməni-

lərin, kilsənin və nasionalizmin birgə silahlı qüvvəsi meydana gəldi. 

1890-cı  illərdəki  tar-mar,  erməni  millətçi  burjuaziyasının  təbəqələşməsi rəhbər Daşnaksütyun  partiyasını 

siyasəti  dəyişdirməyə  məcbur  etdi—partiya  ümumtürkiyə  inqilabi  hərəkatında  dayaq  axtarmağa  başladı:  gənc 

türklərlə saziş bağlandı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiya-

larının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.(48) 

Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi; yeni rejimdə ermə-

nilərin  vəziyyəti  qətiyyən  yaxşılaşmadı—1909-cu  ildə Kilikiyada  törədilən  yeni  qırğın  zamanı 20  mindən  çox 

erməni tələf oldu. Həm də gənc türklər hökuməti təqsirkarları  yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla 

əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərinin ilkin dayaq bazasına—Rusiya-

ya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı, Mil-

yukovun  ifadəsincə,  “Rusiya  ilə  Türkiyə  arasındakı  yol  ayrıcında məskən  salmış”  ermənilər  böyük  siyasi  əhə-

miyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və “məz-

lum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sür-

dülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar 

haqqında saziş  imzalamağa  məcbur  oldu.  Həmin  sazişə görə  ermənilər  dövlətlərin,  birinci  növbədə  Rusiyanın 

nəzarəti altında dil, hərbi mükəlləfiyyət və i.a. sahələrdə çox geniş muxtariyyət almalı idilər.  

Erməni terrorçu birləşmələri XX əsrin əvvəllərində həm Türkiyədə, həm də Qafqazlarda qanlı terror aksi-

yaları  həyata  keçirirdilər.  “Hnçak”  partiyası  XX  əsrin  əvvəllərində  Osmanlı  dövləti  ərazisində  “Osmanlı  ban-

kı”na  basqın,  1904-cü  il  Sasun üsyanı  və  s.  cinayətlərin birbaşa  təşkilatçısı  və  iştirakçısı olmuşdur.  Partiyanın 

1919-cu  ildə  İrəvanda  toplanan  “IX  Daşnak  Dünya  Konqresi”ndə  çıxarılan  qərara  əsasən  “İntiqam  hərəkatı” 

(şifrəli adı “NEMSES”) qrupu yaranır. Bu hərəkatın rəhbərliyinə erməni əsilli ABŞ vətəndaşı Şahan Natali adlı 

birisi gətirilir. Onlar 15 mart 1921-ci ildə Tələt Paşanı Berlində, 5 dekabr 1921-ci ildə Səid Səlim Paşanı Roma-

da, 17 aprel 1922-ci ildə Bahaddin Şakir və Caman Azmi bəyi Berlində, 25 iyul 1922-ci ildə Camal Paşanı Tif-

lisdə qətlə yetirdilər. “Daşnaksütyun” 1905-1906-cı illər və 1918-ci il mart-aprel ayları Azərbaycan şəhərlərin-

dəki qırğınların da törədicilərindən olmuşdur.(49) Bundan əlavə, I Dünya müharibəsi illərində Cənubi Azərbay-

can ərazisinin bir hissəsini işğal edən rus ordusu ilə bərabər bura gələn və yerli ermənilərin törətdikləri cinayət-

lərin də başında “Daşnaksütyun” partiyasının rəhbərləri və sıravi üzvləri durmuşlar. 1918-ci il mart ayında Nov-

ruz bayramı günlərində 150 min nəfər əhalisi olan Urmiyada bir gecədə 1500 nəfər dinc insan evlərindəcə qətlə 

yetirilmişlər. Yepremlərin, şaumyanların, stepanyanların, petrosların başçılığı ilə Maku, Xoy, Səlmasda yüzlərlə 

dinc sakin, qadın, uşaq, qoca qılıncdan keçirilmişdir. 

Bu partiya nəinki türk və ümumiyyətlə, müsəlmanlara qarşı qətllər törətmişdir, hətta öz mənfur niyyətləri-

ni həyata keçirmək üçün öz soydaşlarını da qırmışlar. Leonard Ramoden Hartil Ohannes Appkesiyan adlı bir er-

məni zabitinin həyatından bəhs edən “Men are like that” (İnsanlar bunu xoşlayırlar) adlı əsərində bu haqda ge-

niş məlumat verilmişdir:  “İnqilabçı  hərəkatın  başlanmasından bir  neçə  il  sonra Türkiyədə ermənilər tərəfindən 

qurulmuş və türk hökumətinə qarşı silahlı mübarizəyə hazır güclü bir hökumət vardı. Bu hökumətin öz qanunla-

rı, orqanları  və  bu orqanların  əmrlərini  həyata keçirəcək  olan  “manserit”lər adlı  peşəkar  qatillər  ordusu  vardı. 

Rus-yapon  müharibəsindən  sonra  baş  verən  inqilab  zamanı  bir  müddət  Rusiya  Ermənistanının  müstəqilliyinə 

nail olmaq mümkün oldu.(50) Daşnaklar bu fürsətdən istifadə edərək öz inqilabçı hərəkətlərini buraya—Rusiya 

Ermənistanınına  yaydılar. Burada terror fəaliyyətinə başladılar. Bu terror fəaliyyəti 1918-ci ilin  mart qırğınları 

ilə leqallaşdı.  

1919-cu  ildə  Qafqaza  səyahət  edən  ingilis  jurnalisti  Daşnaksütyun  partiyası  və  onun  əməllərindən  bəhs 

edərək yazmışdı ki, “bu uzun illər ərzində qabaqcadan düşünülmüş şəkildə erməniləri müsəlmanların üstünə hü-

cuma qaldıran terrorçu təşkilatdır. Daşnak üçün öldürülmüş erməni qiymətlidir.(51) Əgər bu istənilən dərəcədə 

istifadə edilsə, təbliğat işi üçün səmərə gətirə bilər”. 

İngilis jurnalistinin bu fikri onun qələmə aldığı nəinki 1918-1919-cu illərin erməni-müsəlman qırğınını və 

indiki Ermənistan-Azərbaycan müharibəsi dövründə də daşnakların və bütövlükdə erməni millətçilərinin təbiəti-

ni çox düzgün xarakterizə edir.  

Tarixçi Castin  Makkarti  ermənilərin  vəhşi  hücumundan sağ çıxmış  müsəlmanların sözlərinə  əsaslanaraq 

qeyd edir ki, uzunmüddətli nifrət at oynadırdı. Hər yerdə vəhşicəsinə zorlama və işgəncə baş alıb gedirdi, ölüm 

adi hal idi. 1877-1878-ci illərdə Avropadakı rus-türk müharibəsində və Balkan müharibələrində müsəlmanlara 

qarşı törədilmiş vəhşiliklərdən də betərli olaraq I Dünya müharibəsi ərzində ermənilərin Şərqdə yaşayan müsəl-

manlarla olan  hücumları döyüşməkdən daha  çox  öldürməyə  yönəlmişdi. Erməni üsyançıları  yaxşı təşkil  olun-




Yüklə 211,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə