22
ci ildə Leninqrad (Sankt‐Peterburq) fizika‐texnika institu‐
tunun əməkdaşı Kobzarev radiolokasiyanın nəzəri əsaslarını
işləyib hazırladı. Bu dövrdə, yəni elektronikanın ikinci inkişaf
mərhələsində elektron cihazları ilə yanaşı, qazboşalmalı cihaz‐
lar da təkmilləşdirildi və ilk sənaye lampaları meydana gəldi.
Radar. Mikroelektronikanın ən vacib sahələrindən biri də
görünməyən cisimlərin yerini və hərəkət sürətini təyin
etmək üçün radiodalğaları tətbiq edən radiolokasiyadır
(radarlardır). Radiolokasiyanın təsir Prinsipi, radiodalğaların
elektrik xassələri ətraf mühitinkindən fərqli olan obyekt‐
lərdən qayıtması (səpilməsi) hadisəsinə əsaslanır.
İlk dəfə radar ideyası alman ixtiraçısı Xülsmayer tərəfindən
irəli sürülmüş və o, 1905‐ci ildə bu ideya üçün patent al‐
mışdır. Bütün qeyri‐təkmilliklərinə baxmayaraq, Xülsmayer
qurğusu müasir radiolokasiyanın demək olar ki, bütün əsas
elementlərinə malik idi. Xülsmayer əksetdirən obyektə qədər
olan məsafəni təyin etməyin üsullarını təsvir edirdi. Lakin
onun işləri praktiki tətbiqini tapmadı. Çünki XX əsrin 30‐cu
illərinədək radiotexnikada əsasən uzun dalğalardan istifadə
edilirdi. Məlumdur ki, yaxşı qayıtma, dalğa uzunluğu qayta‐
ran obyektin ölçüləri tərtibində və ondan kiçik olduqda alınır.
Ona görə də həmin vaxtlar radiorabitədə istifadə olunan uzun
dalğalar yaxşı qayıda bilməzdilər.
1922‐ci ildə Teylor və Yunq (ABŞ) ultraqısa dalğalar ob‐
lastında işləyərkən radiolokasiya hadisəsini müşahidə etdi‐
lər və 1933‐cü ildə onlar Xayland ilə birlikdə radiolokasiya
ideyası üçün patent aldılar.
Lakin radiolokasiya ideyasının praktiki reallaşması üçün
bir çox elmi və texniki problemlərin həlli tələb olunurdu.
Yalnız 1938‐ci ildə ABŞ‐da 8 km məsafədə işləyə bilən
23
radiolokator hazırlandı.
§1.3. İlk sənaye lampaları
Elektrik lampası. XIX əsrin sonuncu onilliyində bir çox
Avropa şəhərlərinin həyatına elektrik işıqlandırılması daxil
olmağa başladı. Bu işıqlandırma əvvəlcə yalnız küçə və
meydanlarda tətbiq olunsa da, tezliklə evlərə də daxil oldu.
Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox
mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cür‐
bəcür nəticələrə gətirdi. Həmin dövrdə iki tip: közərmə və
qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta
qövsünə əsaslanırdı. Beləki, əgər güclü cərəyan mənbəyinin
qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə
toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaş‐
dırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan)
ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər
əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür
çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq
olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər
böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı
şiddətə malik işıq əmələ gəlir.
Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus
alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni
ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta
qövsündən işıqlandırma üçün istifadə etməyin mümkün‐
lüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs
lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları
bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk
dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq
24
etdi. Sonra bu lampaların əllə tənzimlənməsi saat mexanizmi
ilə əvəz olundu.
Ümumiyyətlə, Yabloçkov şarları adlanan bu işıq mən‐
bələri böyük diqqət cəlb etdi və artıq 1877‐ci ildə ilk dəfə
Parisdə onların əsasında küçə elektrik şəbəkələri quruldu.
Bu lampalar 200 saata qədər fasiləsiz işləyə bilsələr də, geniş
tətbiq (yayılma) tapmadılar. Çünki digər qusurlar ilə
bərabər, onlar həm də çox güclü işıq mənbələri olduğundan
yalnız böyük salon və meydanlarda, küçələrdə istifadə oluna
bilərdilər. Onların parlaqlığını idarə etmək mümkün deyildi,
çünki kiçik cərəyanlarda bu lampalar işləmirdi.
Bu baxımdan közərmə lampaları daha əlverişli idi. İş
prinsipi nazik teldən axan cərəyanın müəyyən gücündə telin
işıq saçmaq həddinə qədər qızmasına əsaslanır. İlk dəfə
fransız alimi Delaryu 1820‐ci ildə platin tel əsasında belə bir
lampa yaratdı. Lakin bundan sonra 50 ilə qədər bir
müddətdə həmin lampa istifadə olunmadı. Çünki közərən
tel üçün müvafiq material tapılmırdı. 1873‐cü ildə rus
elektrotexniki Lodıgin teli rotor kömüründən düzəldilmiş
közərmə lampası hazırladı. Közərmə lampasının balonun‐
dan havanı sormaq təklifini də ilk dəfə məhz Lodıgin verdi.
1879‐cu ildə məşhur amerikan ixtiraçısı Edison göstərdi
ki, keyfiyyətli, müntəzəm işıq verə bilən közərmə lampası
düzəltmək üçün hökmən əvvəla, tel üçün əlverişli material
tapmaq, ikincisi isə, bu telin yerləşdiyi balonun içərisində
çox seyrəldilmiş mühit yaratmaq lazımdır. Edisonun
lampaları 30 ilə qədər bir dövrdə tətbiq tapdı. Sonralar
kömür tel metal tellə əvəz edildi. Hələ 1890‐cı ildə Lodıgin
kömür teli çətin əriyən (ərimə temperaturu 3385
0
C olan)
metal tellə əvəz etməyi təklif etdi. Belə lampaların sənayedə
25
kütləvi istehsalı yalnız XX əsrdə başlandı.
1918‐ci ildə Almaniyanın Pintş firmasının doktoru Şröter
ilk sənaye lampasını – alovsuz boşalma lampasını hazırladı.
Bu lampa 220 V gərginliklə işləyirdi. 1921‐ci ildə Hollan‐
diyanın Filips firması alovsuz boşalma əsasında işləyən 110 V‐
luq neon lampalarının kütləvi istehsalını təşkil etdi. ABŞ‐da
isə ilk neon lampalarının istehsalına 1929‐cu ildən başlandı.
Tiratron. 1930‐cu ildə Noylz neon alovsuz boşalma lam‐
palarında baş verən fiziki proseslərin izahını verdi. Onun
izahına görə anod ilə katod arasında boşalmanı üçüncü
elektrodun təsiri ilə də yaratmaq mümkündür. Beləliklə, qaz
boşalma tiratronları 1936‐cı ildən geniş tətbiq edildi. Həmin il
Vitli tiratronda (şəkil 1.4) anod ilə katod aralığında idarəedici
(C) elektrodun köməyi ilə elektron və ionların müəyyən kon‐
Şəkil 1.4. Tiratron. A – anod, K – katod, C – tor.
–
-
+
К
Ъ
А
Е
+