Ağarəhim Əsərlər
8
ba‖ stabil dərslik kimi buraxılmışdı. 1939-cu ildə Q.Ələkbərlinin
―İbtidai məktəb müəllimlərinə metodik kömək‖, Ə.Qafarlı və
Q.Ələkbərlinin ―Savad təlimi və yazı metodikası‖, 1940-cı ildə ―İb-
tidai məktəbdə qrammatika metodikası‖, Y.Zeynalovun ―Birinci si-
nif müəllimləri üçün ana dilindən metodik göstərişlər‖ kitabları
müəllimlərin istifadəsinə verilmişdi.
1942-ci ildə Q.Ələkbərli, Z.Zeynalov, Ə.M.Qafarlı və M.Ələk-
bərovun ―İbtidai məktəbdə Azərbaycan dili metodikası‖, 1946-cı il-
də Y.Zeynalovun ―Hüsnüxət təlimi‖, 1950-ci ildə Y.Zeynalov,
Ə.M.Qafarlı, N.Hacıyevin ―İbtidai məktəbdə Azərbaycan dili‖ adlı
əsərləri nəşr edilmişdi.
Araşdırmalar göstərir ki, 1950-ci illərdə professor A.S.Abdul-
layev ibtidai siniflərdə ana dilinin tədrisi metodikası sahəsində bir
sıra qəzet və jurnal məqalələri çap etdirərək, müəllimlərə elmi-me-
todik göstərişlər vermişdir. 1962-ci ildə çap olunan ―İbtidai mək-
təbdə Azərbaycan dilinin tədrisi metodikası‖ kitabında professor
ana dili tədrisi metodikasının elmi əsasları, onun əlaqədə olduğu
elm sahələri haqqında məlumat vermiş, orfoqrafıya, qrammatika
(morfologiya və sintaksis), nitq inkişafı üzrə aparılacaq işlərin va-
sitə və yollarını şərh etmişdir. A.S.Abdullayev və Y.Ş.Kərimov tə-
rəfindən qələmə alınmış ―İbtidai siniflərdə ana dilinin tədrisi meto-
dikası‖ (1968) adlı monoqrafıya diqqəti cəlb edir. Burada ana dili
tədrisinin məqsəd və vəzifələri, ana dili tədrisi metodikasınm tarixi,
qrammatika və orfoqrafıya, oxu təlimi, nitq inkişafı və s. üzrə apa-
rılacaq işlərin səmərəli yolları öz əksini tapmışdır.
XX əsrin 60-cı illərindən Azərbaycan məktəblərinin ibtidai si-
niflərində ana dilinin tədrisi metodikasının inkişafı pedaqoji elmlər
doktoru, professor Y.Ş.Kərimovun fəaliyyəti ilə bağlıdır.
Onun fəaliyyəti ibtidai siniflərdə ana dili tədrisi metodikasının
müxtəlif sahələrini əhatə edir: a) proqramların tərtibi; b) dərsliklə-
rin (―Əlifba‖, ―Oxu‖, ―Azərbaycan dili‖) tərtibi; v) metodik ədəbiy-
yatın hazırlanması; q) ibtidai məktəb və məktəbəqədər tərbiyə məc-
muəsinin redaktorluğu; d) didaktik materialların və əyani vəsaitlə-
rin tərtibi; e) ibtidai siniflərdə ana dili tədrisi metodikası sahəsində
|