ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

 
77 
 
vinc  yağırdı,  elə  bil  10  yaş  körpələşmişdi.  İçəri  girən  kimi 
tullanıb boynuma sarıldı, – “Nə gözəl şeymiş instituta daxil 
olmaq..!”.  Yanaqlarımdan  öpüb  yerə  tullandı.  Bu  dəqiqə 
dünyanın  ən  xoşbəxt  atası  mən  idim.  “Villis”  maşın  tutub 
Xırnaz  yolunu  əlimizə  aldıq.  İki  saatdan  sonra  kəndin  gi-
rəcəyinə  çatdıq.  İsmilin  israrıyla  “muştuluq  oyunu”  üçün 
maşını  kəndə  sürdürmədik.  Gülməli  bir  məsxərə  düşünüb 
razılaşdıq  və  kəndə  tək  girdim.  İsmil  “Qulançar  dağı”nda 
gizləndi.  Camaatın  meşədən  gəlib  dincələn  vaxtıydı.  Odur 
ki,  heç  kim  məni  görmədi.  Evimin  qapısı  açıq  idi.  Ehmalca 
içəri  girdim.  Fərzalı  mənim  yatağımın  üstündə  –  qucağında 
“Ədəbiyyat  müntəxəbatı”  kitabı  yuxuya  getmişdi.  Döşəmə-
nin cırıltısına dik atıldı. Məni görcək üstümə atıldı – kənddə 
uşaqların  ən  sevimli  dostu  olduğumu  bilirdim.  Bapbalaca 
uşaqlar  o  qədər  səmimiydilər  ki,  görüşəndə  adamı  qəhər 
boğurdu. 
–  Qurban  olum  Dostu  əmi,  nə  yaxşı  sağ-salamat  qa-
yıtdın! 
–  Hə  Fəzi,  qayıtdım.  Necədir  dərslərin,  oxuya  bilirsən-
mi? 
– Əlaçıyam Dostu əmi. İnşallah, sizə söz verirəm mütləq 
ali məktəbə girəcəyəm. İsmil qaqanın imtahanları necə oldu? 
– Susacaqsansa deyim... 
– Girə bilmədi..?! 
– Bütün evləri qoş radioya!!! 
– Girib!!! Girib!!! Ay Allah, İsmil qaqam instituta girib!!! 
Fərzalı  qeyri  ixtiyarı  çölə  atılanda  onun  şalvarının  qur-
şağından yapışdım. 
– Dedim axı susacaqsan. Hamını qoş... 


 
78 
 
Fərzalı  əlləri  sevincdən  əsə-əsə  bütün  evlərin  düymə-
lərini  tələsik  qoşdu.  Radionun  səsini  tam  verib  məni  stula 
dəvət  etdi.  Stula  əyləşib  mikrofonu  əlimə  götürəndə  əliylə 
mikrofonu tutdu, – “Kəndin ortasındakı səsgücləndiricini də 
qoy  qoşum,  onu  özüm  təmir  etmişəm”.  Repreduktoru  qo-
şanda  mikrofonun  buraxdığı  uğultunun  əks-sədası  bütün 
kəndi başına götürdü. 
– Diqqət, diqqət! – mikrofonu ağzımdan aralayıb dinlə-
dim  –  səsim  dağlarda  əks-səda  verirdi  –  Danışır  Xırnaz  ra-
diosu.  Əziz  Xırnaz  camaatı..,  İsmil..,  Bakı  Dövlət  Universi-
tetinə qəbul olundu!!! Gözlərimiz aydın olsun! 
Mikrofonu stolun üstünə tullayıb cəld  qapıya cumdum. 
İndicə  bu  mehriban,  yalnız  sevincin  yaraşdığı  çöhrələrdəki  
şadlığı,  səmimi  sevgini  görmək  üçün  acmışdım.  Bu  mənzə-
rəni  təsvir  etməkdə  çox  acizəm.  Allahın  altında,  qaloşları 
taykeş  geyən,  qaloşunu  tapmayıb  ayaqyalın  qaçan,  ömür-
boyu – yay, qış qaragül papağını başından çıxarmayan Qəniş 
ağanı  yaylıqda  yüyürən,  ayaqlar  altında  qalan  qazların 
qaqqıltısını,  örpənməyi  unudan  ağbirçəkləri  görəydiniz... 
Hamı  da  mənim  evimə,  mənim  üstümə  cumurdu.  Mən 
özümü  saxlaya  bilmədim,  evimin  pilləkənlərinə  oturub  se-
vincdən  axan  göz  yaşlarımı  yanaqlarımdan  axmasına  mane 
olmadım.  Mən  Xırnazın  hər  bir  kəsini,  toyuğunu-cücəsini, 
otunu-ələfini,  hər  şeyini  sevirəm.  İlk  çatan,  əllərini  yana 
yelləyə-yelləyə  ayaqyalın  qaçan  İsmilin  anası  Samaya  xala 
oldu. 
– Sənin qadanı alaram eləjə, sənin şad xəbər gətirən di-
linə canım qurban olsun eləjə... 
Əlləri  havanı  yara-yara  özünü  üstümə  atdı,  boynumu 
qucaqlayıb  heç  kimi  vecinə  almadan  məni  duz  kimi  yaladı. 


 
79 
 
Başqa  vaxtı  bu  cür  hərəkət  qınanardı,  ancaq  onun  dalınca 
Fədail dayı məni qucağına alıb havada fırlatdı. 
Samaya xala: 
–  Bəs  hanı  İsmilim?  Sən  niyə  ağlayırsan?  Yalan  deyir-
sən?  Zarafat  eləyirdin?  Düzünü  de,  İsmil  girib  instituta? 
Hanı mənim balam! 
–  Mən  burdayam  ana!..  –  İsmil  yoxuşun  kəndə  girəcə-
yindən anasına səsləndi. O da biləyi ilə gözünün mütüyünü 
silirdi.  İndi  yadıma  düşdü  ki,  axı  camaatı  bir  az  cırnatmaq 
üçün plan düşünmüşdük... 
İndi  kişilərdən  başqa  hamı  məni  buraxıb  İsmilə  tərəf 
cumurdu. Kənd bircə dəqiqənin içində sevinc çəlləyinə dön-
dü.  Xırnazın  dağlarını,  havasını  bir  anda  xoşbəxtlik  ətri  bü-
rüdü. Hamı qışqırır, ucadan bir-birini səsləyir, şad xəbəri bir-
birinə  ötürürdülər.  Qəniş  ağa  başındakı  yaylığı  (burada  ağ-
saqqallar  evdə,  ya  ot  biçinində  başına  həmişə  çalma  bağla-
yardılar) başından götürüb, arvadı Gülgəzin gətirdiyi papa-
ğını başına qoydu və əlinin işarəsiylə camaatı susdurdu. 
–  Ay  camaat!  Bu  gün  kəndimizdə  bayramdır.  Bunu  İs-
milin şəninə layiq qeyd etməliyik. Kimin evində nə stol-stul, 
süfrə,  qab-qacağı  varsa  “Örən  düzü”nə  yığsın.  Ay  Murad 
sən qaç Göyarabasdan Bəndalıya de, Maliklə Fərruxu, zurna-
nağarası ilə birlikdə götürüb tez gəlsin. Bu gün şənlənəcəyik, 
manqalları hazırlayın ay gədə! Yekə bir cöngə məndən! 
O yandan Fədail kişi: 
– İki erkək də məndən! 
Salam kişi: 
– İki dübür da məndən! 
Bu siyahı o qədər uzandı ki, bunları yeməyə iki ay vaxt 
yetməzdi.  


 
80 
 
Bir  saatın  içində  kəndin  ortasındakı  çayırlıqda  – 
“Örən”də  iri  bir  ziyafət  stolu  açıldı.  Hərə  Allah  verəndən  – 
hətta  dar  günə  saxladıqlarını  gətirib  düzdü  stolun  üstünə. 
Bir xeyli sonra Bəndalı, Malik və Fərrux da gəlib çıxmışdılar. 
Bir  azdan  kənddə  elə  bir  şadlıq-mərəkə  qopdu  ki,  Xırnaz 
hələ  beləsini  görməmişdi.  Kəndin  cavanları  hardansa  iki 
üçkiloluq  bankada  cır  zoğal  arağı  tapıb  mənim  evimdə  – 
radiostansiyanın  altında  gizlətmişdilər.  Növbə  ilə  otağa  ağ 
girib  qırmızı  çıxırdılar.  Axşama  yaxın  cavanlar  Bəndalını  o 
qədər yordular ki, yazığın zurna püləməkdən boğazı qovuş-
muşdu.  Yeyin  havalar  bir-birini  əvəzləyir,  ortada  ayaqları 
bir-birini dolaşanların sayı isə  artırdı. 
Qəniş ağa: 
– Bu gədələri elə bil cin vurub. Oynamaqdan qıp-qırmızı 
qızarıblar.  İt  kimi  yorulub  pörtüblər,  yenə  də  ortadan  çıx-
mırlar. 
Yusif kişi: 
–  Dəymə  sən  Allah  ağa,  qoy  bu  gün  ürəkləri  istəyən 
kimi  şənlənsinlər.  Qardaşları  o  boyda  Bakını  görüb  gəlib, 
instituta girib... 
Qəniş ağa: 
–  Demirəm  ki,  oynamasınlar.  İzafa
26
,  adam  balası  kimi 
oynasınlar dayna. Böyük-kiçik, arvad-uşaq var axı, onlardan 
ayıb  deyilmi  –  belə  farmazonluq  edərlər  heç?.  Düngüş  kimi 
dallarını  burcuda-burcuda  qalıblar,  ortadan  çıxmırlar.  Hələ 
sən  danqalax  Hüseynin  oğlunun  danqaz-danqaz  dingildə-
məyinə bir bax, elə bil basaratı bağlanıb... 
                                                           
26
 Amma, di gəl ki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə