ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   2   3   4   5   6   7   8   9   ...   12

Mustafa  bəy Ağa  bəy  oğlu  Topçubaşov -   1895-ci  ildə  avqust 

ayının  5-də  İrəvanda  anadan  olmuş­

dur.  O,  əvvəlcə İrəvan  şəhərinin  Daşlı 

məhəlləsində  yerləşən  İbadulla  bəy 

Muğanlinskinin  pansionatında  təhsil 

almışdı.  Burada qardaşı  Mehdi  bəy və 

gələcəyin  görkəmli  ədəbiyyatşünas 

alimi  Əziz  Şəriflə  bir  sinifdə  oxuyan 

Mustafa bəyə o zaman  İrəvanın tanın­

mış  ziyalıları  Mirzə Abbas  Məmməd­

zadə  (Fars  Abbas),  İbadulla  bəy  Mu- 

ğanlinski,  Cabbar  Məmmədzadə  kimi 

böyük  şəxsiyyətlər  dərs  deyirlər.

1914-cü  ildə  İrəvan  gimnaziyasını  qı­

zıl  medalla bitirən  Mustafa bəy  Kiyev 

Dövlət  Universitetinin  Tibb  fakültə­

sinə  daxil  olub  və  1919-cu  ildə  təhsi­

lini  başa vurub  Bakıya qayıtmışdı. O,  1926-30-cu illərdə Almaniyada 

iş  təcrübəsi  keçmiş,  1930-cu  ildə  doktorluq  dissertasiyasını  müdafiə 

edir.  8  il sonra o, efır-yağ ağrısızlaşdırmasını -  uzun müddətli analge- 

ziyanı  kəşf  etməklə  tibb  elmində  yeni  bir  səhifə  açır.  1943-cü  ildə 

Mustafa  bəy  SSRİ  Dövlət  mükafatına  layiq  görülmüş  və  iki  il  sonra 

Azərbaycan  Elmlər  Akademiyasının  ilk  akademiklərindən  biri  seçil­

mişdir.


Mustafa bəy  bir  sıra elmi  əsərlərin  -  ümumiyyətlə,  yeddi  mo­

noqrafiyanın  beş  cildlik  monumental  “xüsusi  cərrahlıq”  kitabının 

müəllifidir.

M.Topçubaşov  Beynəlxalq Cərrahlar Assosiasiyasının  və keç­

miş  Ümumittifaq  cərrahlar cəmiyyətinin  fəxri  üzvü  seçilmiş, müxtə­

lif illərdə Azərbaycan  Elmlər Akademiyasının  vitse-prezidenti  vəzi­

fəsində çalışmış,  ayrı-ayrı  vaxtlarda Azərbaycan  Ali  Sovetinə başçı­

lıq  etmişdi.  SSRİ  Tibb  Elmlər  Akademiyasının  həqiqi  üzvü,  Bolqa­

rıstan  Elmlər  Akademiyasının  fəxri  üzvü  olmuş  Mustafa  bəy  Sosia­

list  Əməyi  Qəhrəmanı  adma  layiq  görülmüşdür.  1978-ci  ildə



Mustafa bəy Topçubaşov

18

professor  Qəhrəman  Qəhrəmanovla  birlikdə  Nobel  mükafatına 



namizəd olmuşdur.  O,  1981-ci  ildə vəfat etmişdir.

Əziz  Məmmədkərim  oğlu 

Əliyev -   1897-ci  ildə yanvar ayının 

1-də  İrəvan  şəhəri  yaxınlığındakı 

Hamamlı  kəndində  anadan  olmuş­

dur.  İrəvan  gimnaziyasını  qızıl me­

dal  ilə  bitirən  Əliyev  1917-ci  ildə 

Hacı  Zeynalabdin  Tağıyevin  gön­

dərdiyi  vəsaitlə  Peterburq  Hərbi- 

Tibb  Akademiyasına  daxil  olur.

Ancaq  1918-20-ci  illərdə  İrəvanda 

ermənilərin  törətdiyi  iğtişaşla  əla­

qədar o, təhsilini  dayandırır və yal­

nız  1923-cü  ildə  Bakıya  gəlib 

Azərbaycan  Dövlət  Universitetinin 

Tibb fakültəsinə daxil  olaraq təhsilini  davam etdirir.

Əziz  Əliyev  müxtəlif illərdə  Azərbaycan  Dövlət  Tibb  İnstitu­

tunun,  Azərbaycan  Dövlət  Universitetinin  rektoru,  Azərbaycan  Əc­

zaçılıq  İnstitutunun  direktoru,  Azərbaycan  Xalq  Səhiyyə  Komissarı, 

Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  katibi,  Azərbaycan  KP 

MK-nın  katibi  vəzifələrində çalışmışdır.  İrəvan  gimnaziyasının  son 

qızıl  medalçısı  olan  Ə.Əliyev  1935-ci  ildə  namizədlik,  iki  il  sonra 

isə doktorluq  dissertasiyasını  müdafiə etmişdir.

Əziz  Əliyevin  ən  parlaq  xidmətlərindən  biri,  şübhəsiz  ki, 

1942-48-ci  illərdə  Dağıstan  Muxtar  Respublikasında  birinci  katib 

vəzifəsində  çalışmasıdır.  Burada  “Qurucu  Əziz” adını  qazanmış  hə­

min  illərdə  Dağıstan  və  SSRİ  Ali  Sovetinə deputat  seçilmişdir.  Onu 

da qeyd etmək  lazımdır  ki,  hələ  bundan  bir neçə  il  əvvəl  -  daha də­

qiq,  1937-ci  ildə  Əziz  Əliyev  həm  SSRİ  Ali  Sovetinə,  həm  də 

Azərbaycan  Ali  Sovetinə deputat seçilmişdir.

Ə.Əliyev  1948-ci  ildən ömrünün  sonuna  kimi  müxtəlif vəzifə­

lərdə UİK(b)P MK-nın  inspektoru, Azərbaycan  Nazirlər Soveti  Səd­

rinin  birinci  müavini,  Azərbaycan  Elmi-Tədqiqat  Ortopediya  və

Əziz Əliyev

19



Bərpa  Cərrahlığı  İnstitutunun,  Azərbaycan  Həkimləri  Təkmilləşdir­

mə  İnstitutunun  direktoru  vəzifəsində çalışmışdır.  1962-ci  ildə  dün­

yasını dəyişmişdir.

Abbas  Ağa  Fərəcov.  İrəvan  gimna­

ziyasını  bitirdikdən  sonra  Almaniyanın 

Leypsiq  Universitetində  təhsil  alıb  doğma 

İrəvana  qayıtmış,  xeyriyyə  işləri  ilə  məş­

ğul  olmuşdu.  A.Fərəcovun  evi  ziyalılar 

ocağı  olmuş,  ziyalılar  onun  evinə  yığışıb 

elmi  və  ədəbi  söhbətlər edərdilər.  Rus,  er­

məni,  alman,  fars  və  ərəb  dillərini  mü­

kəmməl  bilən  bu  şəxs  el  arasında  böyük 

nüfuza  malik  və  Qırxbulaqdan  İrəvana  su 

çəkdirən  üç nəfərdən biri olmuşdu.

Akademik  Əhməd  Rəcəbli.  1898-ci 

ildə  İrəvanda  anadan  olmuş,  İrəvan  gim­

naziyasını  bitirmiş,  təhsilini  İtaliyanın  Pe- 

ruca şəhərində davam etdirmişdi.  Azərbaycan  Müsavat  hökumətinin

xaricə  oxumağa  göndərdiyi  100  tələbə­

dən  biri  idi.  Vətəninə qayıdan  Ə.Rəcəbli 

Zaqatala  Kənd  Təsərrüfatı  Texnikumu­

nun  direktoru,  Azərbaycan  Kənd  Təsər­

rüfatı  İnstitutunun  kafedra müdiri,  1945- 

ci  ildən  ömrünün  sonuna  kimi  Azərbay­

can  Elmi-Tədqiqat  Bağçılıq,  Meyvəçilik 

və  Subtropik  Bitkilər  İnstitutunda  şöbə 

müdiri  işləmişdir.  Bir çox  elmi  əsərlərin 

yaranmasında  mühüm  xidmətləri  vardır. 

1935-ci  ildə  professor,  1958-ci  ildə 

Azərbaycan  Kənd  Təsərrüfatı  EA-nın 

akademiki adına layiq görülən Ə.Rəcəbli 

1963-cü  ildə vəfat etmişdir.

Məmməd  Mahmudov,  Müseyib  Mahmudov,  Əli  Eyvazov, 

Nəsrulla Zal oğlu İrəvan gimnaziyasını  bitirmişlər.



20

Əli Eyvazov  İrəvan  gimnaziyasını  bitirmiş,  Naxçıvan  Respub­

likasının  torpaq  naziri,  Vedi  və Basarkeçər rayonlarında rayon  İcra­

iyyə  Komitəsinin  sədri  işləmişdir  (Ə.Ələkbərli.  Vedibasar  mahalı  -  

Qərbi Azərbaycan,  Bakı,  “Ağrıdağ”, 2000, səh.  220).

21



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə