13
Hökumətin verdiyi məlumata görə, əlilliyi olan uşaqlar üçün 12 ixtisaslaşmış internat məktəbi
vardır. Ölkə müstəqillik qazandıqdan sonra unudulan bu məktəblər ƏU-ın tam təcrid olunmasını
təmin edir və əslində onlara məhdud dərəcədə təhsil xidmətlərini göstərir. Bu məktəblərdə uşaqlar
18 yaşadək qalır və həmin yaşdan sonra uşaqların göndəriləcəkləri yerə dair heç bir qayda və ya
üsul yoxdur.Hal-hazırda hökumət internat məktəblərinin ehtiyaclarına daha çox diqqət yetirir. Milli
fondlardan biri olan Heydər Əliyev Fondu bu sahədə fəaliyyət göstərən əsas təşkilatlardan biridir və
onun müdaxilələri nəticəsində xeyli irəliləyiş əldə edilmişdir. Hərçənd ki, hələ gələcək fəaliyyətə
dair uzunmüddətli dövlət proqramı yoxdur, buna baxmayaraq TN tabeliyində olan internat
məktəblərini deinstitutlaşma dövlət proqramına uyğun olaraq inkluziv strategiyalara daha çox riayət
edən reabilitasiya mərkəzləri və inkluziv komponentli məktəblərə çevrilməsi planlaşdırılır. Tədqiqat
göstərdi ki, təhsil işçiləri arasında “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”
çərçivəsində həyata
keçirilən islahatları
dəstəkləyən şəxslərin sayı azdır: sorğuda iştirak edən
direktorların və müəllimlərin 15% -dən az hissəsi bu cür bu isalahatları dəstəklədiklərini bildirdilər.
3.1.4. Digər təhsil imkanları
Son illər ərzində az sayda icma əsaslı alternativ qayğı mərkəzləri yaradılmışdır. Demək olar ki, bu
mərkəzlərin hamısı xarici donor vəsaiti hesabına həm şəhərlərdə, həm də rayonlarda (kəndlər istisna
olmaqla) fəaliyyət göstərir. Müxtəlif keyfiyyətə, ölçüyə və iş həcminə malik olan bu alternativ
qayğı mərkəzləri ƏU-ın təhsilinə və müalicəsinə dair yeni yanaşmanı ilk dəfə tətbiq edən
müəssisələr hesab olunurlar. Bu müəssisələrin üçü AH-nə beynəlxalq inkişaf təşkilatlarının birindən
miras qalmışdır, bu da, digər mərkəzlərin dövlət tərəfindən tanınacağına və dəstəklənəcəyinə ümid
yaradır. Hazırda qeyri-hökumət təşkilatları tərəfindən təsis edilmiş mərkəzlər donor təşkilatının
maliyyə vəsaiti hesabına fəaliyyət göstərirlər. Təşkilati idarəetmə və peşəkarlıq səviyəsinin
yüksəldilməsi sahəsində müəyyən çətinliklər vardır.
17
Onu da qeyd etmək lazımdır ki, ümumtəhsil
məktəblərdə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər olmadığından ölkədə inkluziv təhsil üzrə
bütün pilot layihələri bu sahədə fəaliyyət göstərən icma əsaslı reabilitasiya mərkəzlərinin köməyi və
təcrübəsi sayəsində həyata keçirilir.
QHT nümayəndələri ilə keçirilən HQM-nin və hökumət nümayəndələrindən götürülən
müsahibələrin nəticələrinə uyğun olaraq, QHT-lərin çoxu əlilliyi olan uşaqlar, onların valideynləri
üçün təhsil və reabilitasiya xidmətləri və inkluziv təhsil imkanlarının yaradılması ilə bağlı
hökumətə təkliflər verilməsi istiqamətlərində fəaliyyət göstərirlər. Azərbaycana Birgə Yardım
(ABY), Uşaqların Xilası, Beynəlxalq Tibb Korpusu (BTK) kimi beynəlxalq QHT-lər və Müşviq,
Göy Qurşağı, Çıraq Əqli Sağlamlıq və s. kimi yerli QHT-lər işin təşkilində, təhsil və reabilitasiya
xidmətləri sahəsində daha fəal olmuşlar. Nəticə etibarilə ƏU-a əsas və peşə təhsili verilmiş, onların
ailələrinə hüquqi və psixoloji yardım proqramları təklif edilmiş, valideyn təhsili və digər xidmətlər
göstərilmişdir.
Digər tərəfdən, layihənin sınaqdan keçirilməsi, imkanların yaradılması və strategiyanın tərtib
edilməsi sahələrində müvafiq dövlət orqanları ilə fəal surətdə əməkdaşlıq edən təşkilatlar vardır.
UNICEF, Dünyagörüşü və İMC (hazırda ölkədə fəaliyyət göstərmir) bu cür əməkdaşlıq edən
beynəlxalq təşkilatlardır. Müsahibədə iştirak edən hökumət nümayəndələri inkluziv təhsil
strategiyası və metodologiyası üzrə beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi
sahəsində nazirliklərin əsas tərəfdaşı kimi yerli QHT olan MTTYM-nin adını çəkmişdilər.
3.2. Təhsilə mane olan amillər
3.2.1. Mövcudluluq
17
Ehtiyacların qiymətləndirilməsi haqqında hesabat ACİ-nun Əqli sağlamlıq təşəbbüsü proqramı çərçivəsində 2007-ci ildə
hazırlanmışdır.
14
Tədqiqat əsasında ƏU-ın təhsilalmaq imkanlarının mövcudluluğu aşkar edilmişdir. Aparılan
tədqiqatlar göstərdi ki, əlilliyi olan uşaqların yalnız 16%-i ümumiyyətlə təhsil almır. Lakin məlumat
ona dəlalət edir ki, ƏU təhsil xidmətlərini seçmək üçün məhdud imkanlara malikdirlər. Bütün
ölkədə təmin edilən əsas təhsil xidməti evdə təhsilidir, digər təhsil xidmətləri isə yalnız şəhərlərdə
göstərilir. Xüsusilə inteqrativ və inkluziv təhsil bütün ölkəni əhatə etməmişdir, bu isə, əlilliyi olan
uşaqların təhsilinə mane olan daha bir əsas amil kimi səciyyələndirilə bilər.
İnkluziv və inteqrativ təhsil kimi tədbirlər yalnız mərkəzi şəhərlərdə təşkil edilir. Hökumətin verdiyi
məlumata uyğun olaraq (2006), göstərilən təhsil xidmətlərinin bütün növləri ölkənin yalnız Bakı və
Sumqayıt şəhərlərində göstərilir. Yalnız altı böyük rayon mərkəzində beş mövcud xidmətdən üçün,
ölkənin yerdə qalan hissəsində isə yalnız ev təhsili mövcuddur.
TN əməkdaşı etiraf etdi ki, əlilliyi olan uşaqların ən zəruri ehtiyaclarını ödəyə bilən kifayət qədər
alternativ qayğı və təhsil mərkəzi, reabilitasiya müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Hökumət həmin xidmətlərin uşaqlara göstərilməsini təmin etmək üçün bir neçə qanun və qayda
qəbul etmişdir. Lakin bir çox qanunların icra mexanizmləri yoxdur. Dövlət qulluqçuları bu yeni
müddəaları tətbiq etməyə hələ hazır deyildirlər və yaxud bu tədbirlərin həyata keçirilməsinə kifayət
qədər vəsait ayrılmamışdır. Başqa sözlə desək, inzibati fəaliyyət sahələrində müəyyən çətinliklər
mövcuddur. Aydındır ki, ƏU-ın təhsili ilə bağlı islahatların aparılması üçün dövlət qurumları ilə
qeyri-hökumət təşkilatlarının əməkdaşlığı vacibdir.
Təhsil xidmətlərinin mövcudluğuna mütəxəssis çatışmazlığı çətinliklər yaradır. Bu, xüsusilə
rayonlarda özünü daha çox biruzə verir. Belə ki, bir çox rayon məktəblərində ƏU-a xidmət göstərə
biləcək ixtisaslı kadrlar yoxdur. Sorğu nəticələrinə görə, məktəblərin təxminən 90%-i əmək
vərdişlərinin aşılanması xidmətini təklif etmir; məktəblərin təxminən 70%-də nitq terapevtləri
yoxdur və məktəblərin yalnız 0,8%-i peşə bacarıqlarını öyrədir. Yalnız psixoloji terapiya xidmətinin
vəziyyəti qənaətbəxşdir. Belə ki, müəllimlərin 58,1%-i bildirdi ki, onların məktəbi bu cür xidməti
göstərir məktəblər psixoloq ştatına malikdirlər. Sorğuda iştirak edən ƏU-ın valideynlərinin yalnız
25,8%-i bildirdi ki, onların uşaqları xüsusi xidmətlərdən (məsələn, nitq terapiyası) istifadə edirlər.
ƏU üçün yalnız məktəbəqədər və ibtidai təhsil müəssisələrində inkluziv təhsil təşkil edilmişdir. Bu,
o deməkdir ki, 10 və daha artıq yaş həddində olan bir çox ƏU təhsil xidmətlərini seçmək imkanına
malik deyillər. Orta məktəb müəllimlərinin bacarıqlarının təkmilləşdirilməsinə dair strateji
mexanizmlərin məhdud olduğunu nəzərə alaraq, bu məsələnin ciddiliyini aydın surətdə görmək
olar. Bir çox orta və daha yuxarı təhsil pilləsi üzrə müəssisənin müəllimləri evdə və ya ümumi
məktəblərdə ƏU-a dərs keçilməsi və təhsil verilməsi üzrə bilik, təcrübə və təcrübi bacarıqlara malik
deyillər, çünki onlar bu istiqamətdə yenidən hazırlanmayıblar. ƏU üçün ali təhsil imkanlarının
mövcudluğu sahəsində müəyyən çətinliklər vardır. Lakin məktəbəqədər və ibtidai təhsil
müəssisələrində MTTYM-in və Dünyagörüşü təşkilatının həyata keçirdiyi inkluziv təhsillə bağlı
olan pilot layihə orta məktəbdə davam etdirilir. Bunu ölkədə inkluziv təhsilin inkişaf etdirilməsində
müsbət hal hesab etmək olar.
3.2.2. Əlverişli istifadə imkanı
Bu tədqiqat nəticəsində ƏU üçün nəzərdə tutulan mövcud təhsil müəssisələrinin əlverişliliyi tədqiq
edilmişdir. Bu baxımdan inteqrativ, inkluziv, xüsusi və internat məktəblərə daha çox, ev təhsilinə
isə daha az diqqət yetirilmişdir. Lakin qeyd etmək lazımdır ki, yolun əlverişlilik meyarı ev təhsilinə
də təsir göstərir. Belə ki, kənd və rayon yerlərində nəqliyyat şəbəkəsinin məhdudluğu, yolların
qeyri-qənaətbəxş vəziyyəti müəllimlər üçün ƏU-ın evlərinə getməkdə çətinlik yaradır.
ƏU təhsili baxımından rahat istifadə imkanı əsas məsələlərdən biridir: bütün ölkədə yalnız az sayda
məktəb binası ƏU-ın ehtiyaclarını ödəmək üçün lazım olan avadanlıqla tam təchiz edilmişdir.
Valideynlər və müəllimlərlə aparılan sorğu nəticəsində məlum olmuşdur ki, ƏU-ın məktəb binasına
daxil olması çətinliklər yaradır, səbəbi məktəb binası və infrastrukturunun ƏU-lara