Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə103/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   99   100   101   102   103   104   105   106   107

222
Ata-anasının ruhu da yəqin burdaydı, bəlkə bir kənarda durub Rəhiməyə
baxırdılar. «Bizim bu əl-ayaq dolaşmayan otağımıza xoş gəlmisən»-deyirdilər…
Evə göz gəzdirib anasının çox sevdiyi kresloda əyləşdi. Gözü divarda, ata-
anasının və özünün müxtəlif illərdə birlikdə çəkdirdikləri şəkilləri aldı. Sanki
şəkillər, canlı
adam kimi dil açıb onunla danışmağa başladılar. Göz yaşları
içərisində arabir gülümsədiyini də hiss etdi. Ona elə gəldi ki, ata-anası heç
ölməyiblər, harasa səfərə çıxıblar, yenidən qayıdacaqlar.
Şəkillərin birində anası bu gün səhər yuxuda gördüyü krepdişin paltarında
əyləşmişdi. Balaca Rəhimə qucağındaydı. Qulağında firuzəyi qaşlı sırğalar vardı.
Rəhimənin gözləri sırğaya ilişib qaldı. Ayağa durub lap yaxına gəldi. Elə bil
anasının səsini eşitdi: «Bu sırğalar mənə anamdan qalıb, sən də ana olandan sonra
qızının qulağına taxarsan».
Sırğaları Rəhimə gərək ki, anasının dəfnində çıxarmışdı. Hara qoyduğu
yadında deyildi. Onları tamam unutmuşdu. Birdən yerini xatırlayıb cəld bufetə sarı
getdi. Sırğaları anasından qalma qədim kasalardan birinin içinə qoymuşdu.
Kasaları o biri qədim qablar kimi işlətməyə Rəhimənin ürəyi gəlmirdi. Kasaların
naxışları gözəl və zərif idi. Rəhimə onları ehtiyatla qaldırıb baxır, heyran-heyran
süzür, yenidən yerinə qoyurdu.
Sırğalar bir-birinə sapla sarınmışdı. Firuzəyi
qaşlar elə bil göylərin
dərinliyindən qopub gəlmiş iki gilə mavi, ecazkar göz yaşıydı… Elə incə, elə zərif,
elə təravətli idilər ki, Rəhimə onları əlindən yerə qoymaq istəmirdi.
Dəhlizdə telefon səsləndi. Rəhimə evdə telefon olduğunu unutduğundan
səsdən bərk diksindi. Elə bil çoxdan sükut içində mürgü dəyən otaqlar da canlanıb
silkələndi.  «Kimsə səhv düşüb…»- fikirləşərək yerindən tərpənmək istəmədi.
Telefonsa susmaq bilmirdi. Onun səsi sanki divardakı şəkilləri də dilə gətirib
danışdıracaqdı. O, dəstəyi götürməyə məcbur oldu. Danışan Akif idi. Onun dalınca
gələcəyini deyirdi.
Rəhiməsə evdə qoyub gəldiyi körpəni düşünürdü. Anasından qalma sırğaları
qızının qulağına salmağa tələsirdi.
Bakı - 1980


223
Məzarlıqdan keçən yol
Bu, kəndin təzə qəbiristanlığı idi. Tahirin hər səhər işə getdiyi yolda, kəndin
qırağında salınmışdı. Nə hasarı vardı, nə qapısı. Adı təzəydi, yaşı iyirmi beşdən
çox olardı. Kəndin günbatanındakı köhnə qəbiristanlığı xeyli vardı qazıb
hamarlamış, yerində məktəb, yaşayış binası, yataqxana, xəstəxana ucaltmışdılar.
Bura təpəlik idi.
Torpağı, daşı yumşaqdı. Yazda göylüyü dizə qalxırdı.
Kəndin qoyun-quzusu burada otlayırdı. Bütün məhəllə uşaqları kimi təpəlik
Tahirin də xoşuna gəlirdi. Oynamaq üçün əlverişli yerdə, böyüklərin gözlərindən
kənardaydı. Genişlik, açıqlıq idi. Burada özlərini müstəqil, asudə hiss edirdilər.
Futbol, çilədi, voleybol,  «müharibə-müharibə» oynayırdılar. Qaranlıq düşəndə,
göz-gözü görməyəndə təpəlikdən əl çəkmir, əllərinə keçən ağac-uğacı, rezin
təkərləri bir-birinin üstünə yığıb neft tökür, tonqal qalayırdılar. Evə axşamdan
xeyli keçmiş hisin-pasın içində dönürdülər. Ana-bacıları onları danlaya-danlaya
hamama salıb çimdirirdilər. Səhər yenə bildiklərini eləyirdilər.
Təpəliyin dalındakı irili-xırdalı, ağlı-qaralı neft çənləri də dəyişməmişdi.
Tahir gözünü açanda necə görmüşdüsə eləcə dururdular. Bu çənlərin arxasında neft
zavodu başlayırdı. Tahir də elə bu zavoda işləyirdi.
Ancaq təpəlik Tahirin uşaq vaxtlarında gördüyü təpəlik deyildi, dəyişmişdi.
Göm-göy otları yanıb külə dönmüş, bozarmışdı. İndi oradan uşaq səsləri gəlmirdi,
qoyun-quzular da orada otlamayırdı. Görünür, heyvancığazlar oranın nə olduğunu
anlamamış, otundan çiyrinmişdilər.
…Təpəlikdə üzücü bir sükut hökm sürürdü. Kənardan qəmli, yalqız görünüşü
vardı. Elə bil orada dəfn edilən rəhmətliklərin bu dünyada heç kimi yoxdu. Elə bil
onlar öz doğmaları tərəfindən tamam unudulub yaddan çıxmışdılar. Yayda bu baş
daşları, qəbirüstü mərmərlər günün altında qovurğa təki qovrulur, qışda soyuqdan,
yağışdan büzüşüb yalqızlaşırdılar.
Kənardan bu baş daşları dağınıq, pərakəndə görünürdülər. Elə bil təpəliyin
təkinə nizamsız səpələnmişdilər. Yaxına gələndə insan əli ilə yaranmış səliqə-
sahmanın şahidi olurdun. Bu baş daşlarının, qəbirüstü mərmərlərin sinəsi bayatı,
şeir dolu kitabəydi. Şüşə çərçivələrdən indicə səninlə danışacaqmış kimi qocalı-
cavanlı insan şəkilləri boylanırdı. Adama bəzən elə gəlirdi ki, bura qəbiristanlıq
yox, əhalisinin məşğuliyyəti sənə yad olan kiçik bir kənddir. Bu kəndin ünvanı da
vardı, sakinlərinin ad-familiyası da. Bircə adamları gözə dəymirdi.
Yaz, yay, payız, qış təpəlikdən sərin meh əsirdi. Özüylə neft
çənlərinin,
zavodun iyini gətirirdi. Bu İy kəndin bütün adamlarına olduğu kimi qəbiristanlığın
sakinlərinə də, tanı, doğmaydı… Onlar da bir zaman bu havayla dolanıb nəfəs
almışdılar. Tahirə elə gəlirdi ki, təpəlikdə əsən sərin meh tək onun deyil, həm də
buranın sakinlərinin ürəyincədir. Onlar bu mehin xoş, yumşaq sığalını cismən
duymasalar da, bəlkə ruhən hiss edir, heç kəsin dəyib-dolaşacağından ehtiyat
etmədən arxayın-arxayın qəbirin üstündə əyləşib dincəlirdilər.
Kim bilir, bəlkə bu xəfif mehlə qəbiristanlığın sakinləri arasında bu dünyanın
adamlarına yad, gizli, anlaşılmaz olan bir əlaqə vardı. Bu kiçik kəndin sakinləri
gündüzlər gözə dəyməsələr də istədikləri vaxt adamların yuxusuna girir, bütün


224
istək və arzularından xəbərdarmış kimi hər şeyə baş qoşur, məsləhət verir, xeyirdən
danışıb şərdən çəkindirirdilər. Görünür, bu meh qəbirlərin üstündən elə beləcə
əsmirdi. Bəlkə də buranın sakinlərini tərkinə alıb göylərin ənginliyinə qaldırır,
ucalıqdan hər şeyə göz qoymağı tapşırır, onlarla söhbət edir, işıqlı dünyada olub-
olacaqları pıçıldayırdı.
Bu mehin qəbir sahibləri ilə əlaqəsi olub-olmamasından asılı olmayaraq o,
Tahirin də xoşuna gəlirdi. Yumşaq nəfəs təki Tahirin boynuna dolanır, saçlarını
dağıdır, üzünü tumarlayıb gözlərindən öpürdü… Görünür Tahirə də nəsə
pıçıldayırdı. Tahirsə onun dilini başa düşmür, dediklərini anlamırdı. Ancaq bütün
bədənində, fikirlərində yüngüllük duyurdu, ürəyi açılırdı. Evin, uşaqların gündəlik
xərci, arvadının qan qaraldan, baş-beynini aparan sözləri:  «payız qurtardı, damın
üstünə qır tökdürmədin», «qızın paltosu köhnəlib», «balacaya botinka lazımdır» və
s. yadından çıxırdı. Təpəlikdən əsən bu meh onun könlünü oxşayır, ruhunu
sığallayır, nigarançılığını unutdurur, yaddaşını tərpədirdi…Göz açıb qarış-qarış
gəzdiyi bu kənd, bir vaxt əl çəkmədiyi bu təpəlik, tanış neft çənləri xatirində bir
özgə cür canlanırdı.
Köhnə
qədim
qəbiristanlığı
dağıdanda
Tahir
məktəbdə
oxuyurdu.
Qəbiristanlığın yüzdən çox yaşı vardı. Onun köçürüləcəyini bildiklərindən kənd
adamları ölülərini başqa yerlərdə dəfn edirdilər. Kənd evlərinin əksəriyyəti
günbatandakı köhnə qəbiristanlığın içərilərinə doğru qol-budaq atmışdı. Evlərə,
həyət qapılarına aparan cığırların çoxu qəbirlərin yanından keçirdi. İlk baxışda
bura qəbiristanlıqdan çox daş karxanasına oxşayırdı. Uzun illər külək, yağış, qar
altında qalıb dağılmış, uçulub sökülmüş baş daşları yerə çöküb torpağa batmışdılar.
Onların üstündəki köhnə əlifba, boyalı şəkillər silinib görünməz olmuşdu.
Böyüklər yəqin öyrəncəliydilər, bu daşlardan, sinəsi çökmüş qəbirlərdən qorxmur,
elə bil onları heç görmürdülər. Uşaqların qəbirlərdən qorxa biləcəyi, görünür,
onların
ağlına batmırdı. Yoxsa, yəqin
ki, evlərini
bu xarabaya
bənzər
qəbiristanlığın yanında deyil, başqa yerdə tikərdilər.
Qəbiristanlığın söküləcəyi xəbəri bütün yaşıdları kimi Tahiri də sevindirmişdi.
Bircə buna böyüklər kədərlənirdilər. Böyüklərin dünyası o vaxt Tahirgili az
maraqlandırırdı. Bir səhər yuxudan qalxıb evlərinin yanında traktor, ekskavator
görəndə yaman həyəcanlandı.  «Bəs sümükləri nə edəcəklər?» - deyə atasından
soruşdu.  «Sümük nədir? -atası kefsiz dilləndi. İndiyə sümük qalar? Ata-babamız
gözünü açandan onu burada görüb. Biz yüz deyirik, kim bilir neçə yaşı var».
Qədim ölülərə baxmaq üçün o gün özü kimi hər şeyə maraq göstərən nadinc
yoldaşları ilə sonuncu dərsin qurtarmasını səbirsizliklə gözləmiş, zəng vurula-
vurulmaz çantalarını qapıb qəbiristanlığa qaçmışdılar.
Atası səhv eləmişdi. Sümükləri çox olmasa da vardı. Ekskavatorçu çıxardığı
skeletləri bir-birinin yanına düzmüşdü. Görünür hardasa basdırmaq fikrindəydilər.
Özlərini vaxtında çatdırmışdılar. Kəllə, qol, qıç, bazu, çanaq sümükləri
dərslikdə, biologiya kabinetindəki skeletdə necəydisə, eləcəydi. Çimçəşə-çimçəşə
sümüklərə əl də vurmuşdular. Dişlərinin hamısı yerində olan ağappaq bir gəncinsə
başıydı. O vaxt Tahirgilin ömrünün elə çağıydı ki, ölümə – vaxtlıya, ya vaxtsıza
hissindən çox-çox uzaqdılar. Onları qəbiristanlığa adi, təbii, şıltaq uşaq marağı
çəkib gətirmişdi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə