əvvəl “Mənim mübarizəm” adlı kitabında yazmışdı.:
“Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə
onlar ali irqin qulları olmalıdırlar”.
Qafqazın işğalı üçün tərtib edilmiş “Edelveys”
planının həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna
həvalə edilmişdi. Hitlerin müsəlmanlardan qorxması, Bakını
təcili işğal etmək istəyi heç də təsadüfi deyildir. Bunu
Böyük
Vətən
müharibəsinin
gedişi də təsdiqlədi.
Azərbaycan həm iqtisadi, həm də canlı qüvvə sarıdan alman
faşistlərinə çox güclü, sarsıdıcı zərbələr vurdu.
Hitlerin planına əsasən Qafqaz beş işğal rayonuna bölünməli
idi və onlardan biri Azərbaycan əlahiddə rayon idi. “Ost”
planına görə Bakı 1941-ci il sentyabrın axırına qədər işğal
olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman
şirkətlərinin sərəncamına verməli idilər. Onlar, hətta
Azərbaycanın iri sənayə müəssələrinə də rəhbərlər təyin
etmişdilər.
Hitler Sovet İttifaqının darmadagın edilməsinə,
dünya ağalığını ələ keçirməkdə çox mühüm bir mərhələ
kimi baxırdı. SSRİ əleyhinə müharibənin strateji planı olan
“Barbarossa” planı Sovet Ordusunun ittifaqın qərbində
yerləşən
əsas
qüvvələrini
parçalamaq,
hissə-hissə
mühasirəyə alıb məhv etmək məqsədi ilə qəflətən bir neçə
güclü zərbə endirilməsini, sonra ölkənin içərilərinə sürətlə
irəliləməyi və Arxangelsk Həştərxan xəttinə çıxmağı
nəzərdə tuturdu. Bu planın reallaşdırılması üçün Hitler
komandanlığı müttəfiqlərinin silahlı qüvvələri də daxil
olmaqla 190 diviziya, o cümlədən 19 tank və 14 motorlu
diviziya ayırmışdı. Digər şəhərlərin də qısa müddət ərzində
işğalı üçün böyük döyüş kontigenti ayrılmışdı.
Müharibənin ilk günlərində Sovet hökuməti dövlətin
bütün ehtiyatlarının səfərbər olunması, ölkə həyatının
müharibəyə uyğun tərzdə, əsaslı şəkildə yenidən qurulması
üçün bir sıra fövqəladə tədbirlər gördü. 1941-ci il iyunun
29-da SSRİ Xalq Komissarları Sovetinin ÜİK(b) RMK-nın
verdiyi direktivdə düşmən hücumunun dəf edilməsinin
təşkili proqramı şərh olunmuşdu. Alman-faşist qoşunlarının
əldən salınması, zəiflədilməsi, və onların darmadağın
edilərək Sovet topağından qovulması, həmçinin Avropa
xalqlarının faşist zülmündən xilas olmasına kömək
göstərilməsi Sovet Ordusu qarşısında bir vəzifə kimi
qoyulmuşdu. 1942-ci il yanvarın 1-də 26 dövlət, o cümlədən
SSRİ, ABŞ və Böyük Britaniya faşist blokunun darmadağın
edilməsi üçün hərbi və iqtisadi ehtiyatların birləşdirilməsi
barədə bəyannamə imzaladı. Bununla da antihitler
koalisiyası yarandı. Düşmən isə getdikcə, azğınlaşır, işğal
etdikləri ərazilərdə yerli sakinlərə qarşı misli görünməmiş
vəhşiliklər törədirdi.
Müharibənin birinci dövrü Sovet xalqı və onun
silahlı qüvvələri üçün son dərəcə çətin olmuşdu. Faşist
Almaniyasının qoşunları müharibədən əvvvəl SSRİ
əhalisinin təqribən 42 faizinin yaşadığı və ümumi sənaye
məhsulunun üçdə bir hissəsinin istehsal olunduğu sovet
ərazisini zəbt etmişdilər. Lakin 1943-cü ildən başlayaraq
Sovet qoşunlarının əks hücumu alman faşistlərinin
hücumunu dayandırdı. Hitler ordusunun işğal etdiyi ərazilər
tədricən geri qayrtarıldı. Bu dövr sovet xalqı və ordusunun
görkəmli qələbələri və əlamətdar olan əsaslı dönüş dövrü
idi. Alman faşistlərinin getdikcə ağır məğlubiyyətə
uğramaları beynəlxalq aləmdə hərbi-siyasi şəraiti kəskin
şəkildə dəyişdirdi və İkinci dünya müharibəsinin bütün
gedişinə həlledici təsir göstərdi. Əsaslı dönüş ili 1943-cü il
bütün ölkələrdə antufaşist hərəkatının daha da genişlənməsi
ilə əlamətdardır. Sovet Alman cəbhəsində Hitler ordusunun
darmadağın edilməsi faşist blokunun daxilində böhranı
dərinləşdirdi və antihitler koalisiyasını möhkəmləndirdi.
1943-cü ildə keçirilmiş Tehran konfransında Avropada
ikinci cəbhəni 1944-cü ilin mayında açmaq haqqında qəti
qərar qəbul edildi. Bundan sonra baş verən hadisələr Hitler
ordusunun acınacaqlı məğlubiyyətləri ilə yadda qaldı.
1945-ci il mayın 9-u faşist Almaniyasının, Hitler
hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk olundu.
Bu qələbə ümumdünya tarixi əhəmiyyətə malik idi və bu
bəşəriyyətin müharibədən sonrakı inkişafına böyük təsir
göstərdi. Dünya mədəniyyəti, eləcə də bəşəriyyət faşist
əsarəti təhlükəsindən xilas edildi, Avropanın bir çox xalqları
faşist köləliyindən, əsarətindən azad olundu. Dinc alman
xalqı da faşist zülmündən, Hitler diktatorluğundan xilas
oldu.
Mənəvi-siyasi birlik, vətənpərvərlik, çoxmillətli
xalqların dostluğunu yaratdı. Böyük Vətən müharibəsi
Azərbaycan xalqı üçün də sagalmaz yaralarla başa çatdı.
Azərbaycan xalqı SSRİ-nin digər xalqları ilə çiyin-çiyinə
alman-faşist işğalçılarına qarşı böyük şücaət, mərdlik,
qəhrəmanlıq göstərdi. Müharibənin birinci üç günündə
Azərbaycandan 18 minə qədər döyüşçü könüllü olaraq
döyüş bölgələrinə yola düşdü. Qısa müddətdə 186 min 704
nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublikamızın
ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi
təşkil edildi. 15 min nəfərlik hava hücumundan müdafiə
Dostları ilə paylaş: |