F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   2   3   4   5   6   7   8   9   ...   19

11 

 

etməklə  yanaşı, insanlar daşdan  müxtəlif məzmunlu heykəllər 



də  düzəldiblər.  Muzeyin

 

ekspoziyasında    ən  nadir  abidələr 



hesab edilən Şamaxının Xınıslı və  Acıdərə-Çıraqlı  ərazisindən 

tapılmış  müxtəlif  daşlardan  yonulmuş,  fərqli  həcmli  qəbirüstü 

heykəllər  (e.ə.  I  minillik),  Qarabağ,  Gədəbəy,  Lənkəran 

ərazilərindən  3  minillik  tarixi  olan  nəhəng  daş  qutu  qəbir, 

Mingəçevir  ərazisində arxeoloji  qazıntılar zamanı tapılmış  IV-

VI əsrə aid alban daş kitabəsi nümayiş etdirilir. Burada ən çox 

maraq  doğuran  eksponatlar  sırasında  oğuz  türklərinə  aid 

təsvirlər,  üzərinə  Qurani-Kərim  ayəsinin  həkk  olunduğu 

sənduqə, XIV əsrə aid üzəri ov və döyüş səhnələrinin təsviri ilə  

kalliqrafik  yazılı  qoç  fiquru  qəbirüstü  daş,  Şirvan-Abşeron 

memarlıq  məktəbinə  aid  üzəri  nəbati  naxışlı  sənduqələr  və 

Azərbaycan xalqına aid mərmərdən yonulmuş qəbir baş daşları 

öz möhtəşəmliyi ilə seçilir. 

    AMEA-nın  Milli    Azərbaycan  Tarixi    Muzeyi  100  ildən 

çoxdur ki, yaradılıb. Bu gün siz xalqımızın tarixi keçmişini əks 

etdirən  minlərlə  eksponatın  qorunub  saxlandığı  muzeyə 

gəlmisiniz.  Hazırda  muzeydə  11  fond  fəaliyyət    göstərir. 

Onlardan  biri  “Qiymətli  metallar  fondu”dur.  Buraya  muzeyin 

digər  fondlarında  saxlanılan,  arxeloji  qazıntılar,  həmçinin 

təsadüfü tapıntılar  nəticəsində  və  əhalidən satınalma yolu ilə 

alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilib. 

Bu fondda 1570 eksponat saxlanır. Onlardan 556 ədəd gümüş, 

300-ü qızıl, 714-ü isə numizmatik kolleksiyaya aiddir.  

 Son  dövrlərdə  1712  ədəd  yeni  material  alınıb.  Arxeloji 

qazıntılar  zamanı    əldə  olunan  11  ədəd  qızıl  muncuq  və 

spiralşəkilli bəzək əşyası muzey  eksponatlarının  sırasına daxil 

edilib.  2008-2015-ci  illərdə  aparılan  qazıntılar    nəticəsində 

Tovuz  rayonun    Menteş  qədim  yaşayış  yerindən  tapıldığı 




12 

 

bildirilir. Kurqan qəbirdən əldə olunan bu arxeloji materialların  



e.ə.  VI-IV  minilliyə  aid  olması  müəyyən  edilib.  Qədim  zinət 

əşyaları qadın skletinin üzərində aşkar olunub. 

  Muzeyin  birinci  zalında  Azərbaycanın  kosmosdan  çəkilmiş 

xəritəsi  diqqəti  cəlb  edən  eksponatlardandır.  Xəritədə 

ölkəmizin  ərazisi,  əhalisi,  relyefi,  flora  və  faunası  faydalı 

qazıntıları və s. barədə məlumatlar var. Buraya həmçinin böyük 

monitorda  kinofilmlərə  də  baxmaq  olur.  Ekspozisiyada 

nümayiş olunan Daş dövrünə, Paleolit, Neolit, Eneiolit,  Tunc 

və  dəmir  dövrlərinə  aid  çaxmaqdaşı,  dəvəgözü,  əmək  alətləri, 

gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək 

əşyaları və s. ziyarətçilərin marağına səbəb olur. Muzeyin yeni 

qurulan  ekspozisiyasında  Azərbaycan-türk, islam mədəniyyəti 

nümunələri  yer  alıb.  Zalda    qoyulan  miniatür  nümunələri  isə 

orta  əsrlərdə  bu  sənətin  ölkəmizdə  necə  bir  inkişaf  dövrü 

yaşadığını göstərir. 

   Tarix 

Muzeyi 

maddi 


mədəniyyət 

nümunəlirimizin  

qorunduğu  məkan  olmaqla  yanaşı,  həm  də  burada  müxtəlif 

tədbirlər keçirilir, sərgilər təşkil olunur.  

 Milli Azərbaycan Tarix Muzeyinin  fondlarında və  əksəriyyəti 

nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən çox 

nümunə  qorunur.  Bu  kolleksiya  ziyarətçi  və  tədqiqatçılara 

ölkəmizin  ən  qədim  dövrdən  bu  günədək  tarixini, 

mədəniyyətini  öyrənmək,  tariximizlə  bağlı  istənilən  məsələni 

araşdırmaq imkanı verir. 2005-ci ildən “milli” statusunu almış 

Azərbaycan  Tarix  Muzeyi  respublikanın  çox  mühüm  elmi-

mədəni ocağına çevrilmişdir.  

İkinci  gün  oxucular    Azərbaycan  Xalça  Muzeyinə  səyahət 

edirlər.  Rəngarəng  ilmələrin,  naxışların  bu  sehirli  dünyasını 

uşaqlara  sevdirmək  məqsədi  ilə  kitabxanada  “Tarixi  incilərin 



13 

 

ilmələnmiş  nağılı  -  Xalça  Muzeyi”adı  altında  sərgi  keçirilə 

bilər.  Sərgidə  milli  dəyərimiz  olan  xalçalarımızla  bağlı 

müxtəlif  kitablar  və  eləcə  də  görkəmli  xalça  ustası  Lətif 

Kərimov və digər rəssamların kitabları, dövri mətbuatda Xalça 

Muzeyi  və  xalça  nümunələri  ilə  bağlı  yazılar  da  təqdim  edilə 

bilər.  

 Ekskursiya 

iki 

hissədən 



ibarətdir. 

Azyaşlı  oxucular 

kitabxananın  “Nağıl  otağı”na  dəvət  olunurlar.  İkinci  hissə  isə 

yuxarı  sinif  şagirdlərinin  muzeylə  tanışlığıdır.  Belə  ki, 

kitabxanada milli dəyərlərimizdən olan xalçalarımızı tanıtmaq, 

sevdirmək  və  onlara  sahib  çıxmaq  məqsədilə  azyaşlı  uşaqlar 

arasında  da  bir  sıra  tədbirlər  keçirmək  mümkündür.  Bunun 

üçün “Nağıl otağı” müxtəlif dekorasiyalarla, ən əsası da qədim 

üsullarla  toxunmuş  xalça  və  kilimlərlə  bəzədilir.  Xalçalar 

xüsusi  qurğular vasitəsilə göydən asılı vəziyyətdə olur. Bu da 

uşaqların  maraq  dünyasının  inkişafına  səbəb  olur.  Nağıla 

başlamazdan  əvvəl  kitabxanaçı  “Nağıl  otağı”na  toplaşmış 

uşaqları salamlayaraq sözə başlayır.  

Kitabxanaçı:  -  Uşaqlar,  sirli-sehirli,  nağıl  dünyasına  xoş 

gəlmisiniz. Bütün nağıllar gözəl və maraqlıdır. Belə nağıllarda 

“uçan  xalçalar”  haqqında  söhbətlər  olduqca  maraqlıdır. 

Nənələr  nağıla  başlayanda  nəvələr  də  maraq  dolu  gözlərini 

nənəyə  zilləyib  “uçan  xalçalar”  ın  nə  vaxt  qayıdacaqlarını 

soruşardılar.  Beləliklə,  “uçan  xalçalar”  sözü  hər  birimizə 

uşaqlıq  illərinin  ən  əziz,  maraqlı,  həm  də  müəmmalı  qalan 

yadigarlarından  biridir.  Bu  xalçaların  sirli-sehrli  olması 

Azərbaycan  nağıllarında  daha  çox  söylənilir.  İndi  isə    gəlin,  

hamımız  “uçan  xalça”ya  minək  və  real  dünyamızdan,  nağıl 

dünyasına yol alaq. 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə