F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
1   2   3   4   5   6   7

 

faizdir. Azərbaycanda  əlilliyi  olan  şəxslərin  500  min  nəfəri  ya 



pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına 

çatmamış  fiziki  qüsurlu  vətəndaşlardır.  Qanunvericilikdə 

nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə 

əmək  pensiyaları  verilir.  Əmək  pensiyası  hüququ  olmadıqda, 

onlara  sosial  müavinətlər  ödənilir.  Bununla  yanaşı,  müvafiq 

kateqoriyadan  olan  əlillərə  Prezident  təqaüdləri  təyin  olunur. 

Hazırda  əmək  pensiyası  alanların  27  faizi,  sosial  müavinət 

alanların  57,2  faizi,  Prezident  təqaüdü  alanların  isə  52,2  faizi 

əlilliyi olan şəxslərdir. 

Hər  bir  ölkədə  əlilliyin  miqyası  bir  sıra  faktorlarla-

sağlamlıq vəziyyəti, səhiyyə sisteminin inkişafı, sosial-iqtisadi 

inkişaf,  hərbi  münaqişələr  və  s.  səbəblərlə  bağlıdır.  Bu 

baxımdan ölkəmizdə əlilliyin dinamikasına bir sıra amillər də öz 

təsirini  göstərmişdir. Belə ki,  Ermənistanın  Azərbaycana qarşı 

silahlı  təcavüzü  nəticəsində  50  mindən  çox  insan  işgəncələrə 

məruz qalmış, sağlamlığını itirərək əlil olmuşdur. Bundan əlavə, 

anadangəlmə  qüsurlar,  müəyyən  xəstəliklər,  istehsalatda  baş 

verən 


bədbəxt 

hadisələr 

də 

əlilliyə 



səbəb 

olur.  


XX  əsrin  sonlarında  öz  müstəqilliyini  bərpa  etmiş  və  hüquqi-

demokratik  dövlət  quruculuğu  yolunu  tutan  Azərbaycan 

Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 

əhalinin  bütün  kateqoriyalarının,  o  cümlədən  əlilliyi  olan 

şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində bir sıra 

mütərəqqi islahatlar həyata keçirilmişdir.  

  

 

 



 

 



 

            Heydər Əliyev dühası qayğıkeşlik nümunəsidir 



  

Müstəqil Azərbaycanda əlilliyi olan 

şəxslərin  maddi  və

 

  mənəvi  tələbatlarının 



ödənilməsi  sahəsində  dövlət  siyasətinin 

formalaşdırılması  və  inkişaf  etdirilməsi 

işlərinə  hələ  ötən  əsrin  90-cı  illərinin 

ortalarında ümummilli lider Heydər Əliyev 

tərəfindən  başlanılıb.  Müstəqil  dövlətin 

qurulmasına, möhkəmləndirilməsinə, onun 

uzunmüddətli  inkişafına  yönələn  zəruri  tədbirlərin  həyata 

keçirilməsi  ilə  yanaşı,  ulu  öndər  eyni  zamanda  əhalinin  sosial 

müdafiəyə  xüsusi  ehtiyac  duyan  təbəqələrindən  olan  əlillərin 

yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial 

rifahının  təmin  olunmasını  dövlət  qarşısında  mühüm 

vəzifələrdən biri kimi müəyyən etmişdir. 

          1995-ci  il  yanvarın  17-də  Respublika  Protez-Ortopedik 

Bərpa  Mərkəzinin  kollektivi  ilə  görüşündə  ümummilli  lider 

Heydər  Əliyev  “İnsanların,  dövlətin,  cəmiyyətin  fiziki,  ruhi 

cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı 

həmişə  yüksək  səviyyədə  olmalıdır”  -  deyə  vurğulayıb. 

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında 

keçirilən  Beynəlxalq  Əlillər  Günü  1994-cü  ildən  etibarən 

Azərbaycanda da qeyd olunur. Məhz bu fakt ölkəmizdə əlillərin 

sosial  müdafiəsi  ilə  bağlı  həyata  keçirilən  geniş  miqyaslı 

tədbirlərin  əsasının  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

qoyulduğunu  göstərir.  İnsan  amilini  xüsusi  diqqətdə  saxlayan 

görkəmli  dövlət  xadiminin  müstəqil  Azərbaycana  rəhbərlik 

etdiyi ilk günlərdən əlillərin sosial müdafiəsi, onların cəmiyyətə 

inteqrasiyası  gücləndirilib.  Heydər  Əliyevin  əsasını  qoyduğu 




 

mükəmməl  sosial  siyasət  nəticəsində  cəmiyyətin  əmək 



qabiliyyətini  itirmiş  üzvləri  üçün  etibarlı  sosial  təminatlar 

sistemi  yaradılıb,  əlillərin  və  sağlamlıq  imkanları  məhdud 

uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial 

müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanıb həyata keçirilib. 

Proqramda  əlilliyin qarşısının  alınması, əlillərin  reabilitasiyası 

və  sosial  müdafiəsi  haqqında  qanunun  müddəaları  öz  əksini 

tapıb. Ulu öndər Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda şəhid 

olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların 

problemlərinə  də  böyük  həssaslıqla  yanaşırdı,  Təsadüfi  deyil, 

1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi 

evlə  təmin  olunmuşdu.  1998-2002-ci  illərdə  1090  nəfər  əlilə 

minik avtomobili verilib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Dövlət dəstəyi xüsusi qayğıya ehtiyacı olan insanların 



adaptasiyasına stimul verir. 

Bu  gün  həmin  siyasət 

cənab İlham Əliyev tərəfindən 

uğurla  davam  və  inkişaf 

etdirilməkdədir.  Belə  ki,  ölkə 

rəhbərliyi  tərəfindən  həyata 

keçirilmiş  hüquqi  islahatların 

məntiqi 


nəticəsi 

olaraq 


dövlətimizin  Konstitusiyasında  təsbit  olunmuş  insan  hüquq 

və  azadlıqlarının  təmini  sahəsində  mühüm  əhəmiyyətli 

qanunvericilik  aktları  qəbul  edilmişdir.  Bu  sırada  əlilliyi  olan 

şəxslərin  sosial  hüquqlarının  müdafiəsi  də  mühüm  yer  tutur.  

Ölkə  Prezidentinin  2006-cı  il  28  dekabr  tarixli  sərəncamı  ilə 

təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının 

Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP), eyni zamanda 

27  dekabr  2011-ci  il  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş 

Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının 

müdafiəsinin  səmərəliliyini artırmaq sahəsində  Milli Fəaliyyət 

Proqramında  əlilliyi  olan  şəxslərlə  bağlı  müddəaların  olması 

dövlətimizin  bu  qəbildən  olan  təbəqəsinin  hüquqlarının  təmin 

edilməsini  daim  diqqət  mərkəzində  saxladığını  göstərir. 

Proqrama uyğun olaraq bu qəbildən olan şəxslərin sağlamlığının 

mühafizəsi  və  tibbi  bərpası,  onların  xarici  ölkələrdə 

reabilitasiyasına  şəraitin  yaradılması,  xroniki  xəstələrə 

göstərilən  ixtisaslaşdırılmış  tibbi  xidmətin  yaxşılaşdırılması, 

texniki-bərpa  və  nəqliyyat  vasitələri  ilə  təmin  edilməsi, 

sanatoriya-kurort  müalicələrinin  təşkili,  bədən  tərbiyəsi  və 

idmana  cəlb  edilməsi,  sağlamlıq  imkanları  məhdud  uşaqların 

təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi, əlillər üçün 



Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə