F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

24 

 

camaatının  evdə,  küçədə,  məclisdə  işlətdiyi  danışığın            



dadını-duzunu  eynən  çatdıran  təbiiliyi  saxlayır.  Ədəbilik 

pərdəsinin  parıltılı  cilasını  təmizləyir  və  canlı  dil  Mirzə  Cəlil 

dilinin sadəlik gücü ilə görünür. Əsərin gücü oxunuşundadır.  

Kitabxanaçı:  Uşaqlar,  Elçinin  “Bülbülün  nağılı”  povestini 

yəqin  ki,  hamınız  oxumusunuz.  Kim  bu  povest  haqqında  öz 

fikrini bildirər? Bu povestdəki “kədərin gözün dibinə çökməsi” 

ifadəsini  siz  necə  başa  düşürsünüz?  Bu  əsərdəki  hansı  hadisə 

Füzulinin “Leyli və Məcnun” əsərini bizə xatırladır? Yazıçı nə 

üçün bu povesti nağıl adlandırır? 



I oxucu: Elçinin “Bülbülün nağılı” adlı lirik hekayəsi dilinə görə 

sanki şeirdir. Bu məşhur şeirdə “kədərin gözün dibinə çökməsi” 

kimi ayrıca bir şeir yükü daşıyan ifadə var. Burada sarı bülbülün 

ayağından zəncirlənməsini ilk dəfə görürük – heç demə, qəfəsə 

min şükür. Füzulinin Məcnunu ahunu ovçudan satın alıb təbiətə 

buraxdığı  kimi,  bir  Allah  bəndəsi  xeyirxahlıq  məcnunu  da  bu 

bülbülü  zəncirdən  xilas  edir.  Guya,  ona  azadlıq  verir:                

güllü-çiçəkli  bir  bağçada  qızıl  qəfəsə  salır.  Bülbül  ən  qəmli 

nəğmələrini bu qızıl qəfəsin  içində oxuyur. Elə oxuyur, səsilə 

hər tərəfə elə dərd, qəm səpələyir ki, bağçanın yayın istisindən, 

payızın  çiskinindən  solmayan  gülləri,  çiçəkləri  bülbülün  bu 

nəğmələrinin hüznündən saralıb-solur. O, xeyirxahlıq məcnunu 

da  bu  sızıltıya  dözməyib  bülbülü  qəfəsdən  buraxır  və  bunu 

izləyir:  bülbül  uzun  yollar  keçib  bir  qoca  palıd  ağacının 

oyuğundakı  yuvasına  girir.  Taqətdən  düşmüş  bülbül  ətrafdakı 

doğmalığa  baxıb,  bütün  gücünü  toplayıb  oxumağa  başlayır. 

Bülbül ölümü ilə üz-üzə dayanıb oxuyur. Ölüm qarşısında o, ən 

şən nəğməsini oxuyur. 



II  oxucu:  Sevinc  firavan  həyatda,  dərd  əzablı  yaşayışda 

deyilmiş.  Sevinc  azad  olmaqda,  dərd  qandallı  olmaqda  imiş. 

Elçin  Əfəndiyev  bu  həqiqəti  demir,  əyani  şəkildə  göstərir: 

bülbül azad nəğməsini oxuyub sevinc içində olur. Bu, dəhşətli 




25 

 

bir məcnunluq lövhəsidir. Buna dramaturqlar, məsələn, Şekspir, 



İlyas Əfəndiyev tragediya deyərdilər, ancaq bu dəhşətli faciəyə 

Elçin nağıl deyir, – “Bülbülün nağılı”. Təbii ki, bütün ecazkar 

keyfiyyətlərin  hamısı  “nağıl”  içində  var.  Bu  nağıl  da  Elçin 

qələminin  möcüzəsidir.  Oxuyan  uzun  zaman  bu  nağılın 

təəssüratı ilə yaşayır. Bədii ədəbiyyat, bədii dil budur, yazıçılıq 

da buna deyərlər... 



Kitabxanaçı: Uşaqlar, Elçin Əfəndiyevin uşaqlar üçün yazdığı 

əsərlər    haqqında  nə  söyləyə  bilərsiniz?  Bu  əsərlərin 

qəhrəmanları  haqda  nə  məlumatınız  var?  Onlara  sizin 

münasibətiniz  necədir?  Yazıçının  əsərlərindəki  rənglər  nəyi 

ifadə edir? və s. 

I  oxucu:  “Bu  dünyada  qatarlar  gedər”,  “Baladadaşın  ilk 

məhəbbəti”, 

“Gümüşü, 

məxməri, 

narıncı”, 

“Səlimin 

hekayələri”,  “Humayın  yuxusu”  və  s.  Realist  həyatımızın 

mənzərəsini  əks  etdirmək  müasir  yeniyetmələrin  duyğu  və 

düşüncəsini,  kənddə  yaşayan  cavanların  poetik  dünyasını 

vermək  Elçin  Əfəndiyevin  hekayə  və  povestlərinin  əsas 

xüsusiyyətləridir.  Yazıçının  hekayələrində  müasirlik  anlayışı 

kəndin  xarici  görünüşündə,  yeni  tikililərin,  mədəniyyət 

ocaqlarının çoxluğunda deyil. Bəzən yazıçı kəndi təsvir etmir, 

adamların daxili dünyasını, fikir və qayəsini, həyata baxışını elə 

realist  və  aydın  cizgilərlə  verir  ki,  yazıçının  platforması  son 

dərəcə parlaq şəkildə görünür. 



II oxucu: “Bu dünyada qatarlar gedər” hekayəsinin qəhrəmanı 

Əbilidir. Müəllif bizi nə bu kəndin özü, nə də adamları ilə tanış 

etmir. Əbilidən başqa bu kənddə yaşayanların ancaq adını eşidir, 

haqqında  bir-iki  ifadəyə  rast  gəlirik.  Amma  Əbilinin  məhdud 

dünyagörüşü,  yoldan  ötüb  keçən  qatarlara  onun  heyrətli 

baxışının    arxasında    bu  uşağın  şair  ürəyini  görürük.  Əbili 

təbiətin qoynunda böyüyən və kəndlərindən keçən qatarlara, bu  

qatarların içində gedən Qırmızı, Yaşıl, Çəhrayı uşaqlara həsrətlə 




26 

 

baxan romantik uşaqdır. Əbili bir şeyi yaxşı başa düşür ki, həmin 



qatarda  gedən  uşaqlarla  onun  arasında  çox  fərq  var.  Həmin  

uşaqların qoxusu böyük-böyük şəhərlərin qoxusudu və həmin o 

qoxu  Əbildən  gəlmir.  Əbili  bu  uşaqların  xarici  görünüşündə 

ümumi bir şey kəşf edir. Bu uşaqlar rəngbərəngdi. Yazıçı həmin 

rənglərin  poeziyasını  vermək  üçün  konkret  rənglərlə  adamları 

təsvir  edir.  Bir  dəfə  Əbiligilin  kəndinin  yanında  dayanan 

qatardan Çəhrayı rəngli bir qız yada düşür. Yazıçı onun konkret 

xarici görünüşünü vermir, daha ümumi və fəlsəfi məna daşıyan 

rənglə  bu  qızı  təqdim  edir.  Çəhrayı  rəngli  qız  Əbilinin  adına 

gülür.  Sonra  onu  başqa  qızlara  göstərib,  onları  da  güldürür. 

Amma  Əbili  Çəhrayı  rəngli  qızdan  incimir.  Çünki  Əbilinin 

böyük və təmiz ürəyi var. Yazıçı bizə onun təmiz ürəyi haqqında 

bir söz demir.  

III oxucu: Ancaq bir gün Əbili Çəhrayı qızdan inciyir. Çünki o 

şokolad qutusunu ayaqlarının altında oynadır, sonra da gərəksiz 

bir  şey  kimi  saymazyana  yerə  tullayıb  qaçır.  Əbili  şokolad 

qutusunun  təmiz  olduğunu  görür.  Ürəyi  şokolad  istəsə  də  onu 

yeməyi nəinki özünə, hətta yetim Səfərə də rəva görmür. Çünki 

Əbili elə buradaca kəşf edir ki, yetim Səfərin heç nəyi Çəhrayı 

qızdan  əskik  deyil.  Müəllif  şərti  olaraq  Çəhrayı  adlandırdığı 

həmin qızın bütöv surətini yaratmaq üçün başqa bir əhvalatı da 

hekayəyə əlavə edir. Bir dəfə Əbili başqa bir qatardan tullanmış 

kitabı əlinə götürür. Bu kitab zir-zibilə bulaşsa da, Əbili üçün 

maraqlıdır.  Çünki  kitabın  üstünə  S.Yesenin  sözləri  yazılıb.  Ə 

bili rus şairi S. Yeseninin xatirinə kitabı götürür. Sən demə, bu 

kitabı  pəncərədən  atan  həmin  qıza  Rüfət  adında  bir  oğlan 

bağışlayıbmış. Əbili Çəhrayı qızı xatırlayır. Körpə vaxtı şokolad 

qutusuna  laqeyidlik  göstərən  həmin  o  Çəhrayı  qız  indi  də  bir 

oğlanın  ürək  sözləri  olan  kitabı  beləcə  qatarın  pəncərəsindən 

çölə ata bilər – Əbili beləcə fikirləşir və əti ürpəşir. Axı, Əbili 

bu  çiskinli-dumanlı  balaca  kənddə  böyüsə  də  təmiz  bir  ürək 




Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə