F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

28 

 

     Məlumdur  ki,  profilindən 



asılı  olmayaraq  muzey  işində 

fotoşəkillər  mühüm  yer  tutur  

və  ekspozisiyanın  əsasını  da 

məhz  fotoşəkillər  təşkil  edir. 

Ona  görə  ki,  hər  bir  fotoşəkil 

özündə müəyyən tarix yaşadır. 

Kitabı  ərsəyə  gətirənlər  də  bu 

prinsipə sadiq qalmışlar. Kitabı 

vərəqləyən  oxucu  həmin  anlarda  muzey  seyrçisinə  çevrilir         

və  bəstəkarın  həyatını  əks  etdirən  muzeyin  ilk  əşyaları 

ilə tanış olur.  Qara  Qarayevin  1920-ci  ildə  çəkilmiş  fotoşəkli 

oxucunu özünə cəlb edir. Daha sonra onun babası İsgəndər bəy 

Axundov və nənəsi Züleyxa Bayraməlibəyovanın, valideynləri 

Əbülfəz Qarayev və Sona Axundovanın, ilk musiqi müəllimləri 

Vladimir  Kozlov  və  Georgi  Şaroyevin  fotoşəkilləri  təqdim 

olunur.  İllər  keçir...  Azərbaycan  Dövlət  Konservatoriyasının 

tələbəsi  Qara  Qarayev  öz  müəllimləri  və  tələbə  dostları 

arasındadır.  Daha  bir  fotoşəkildə  bəstəkar  öz  böyük  ustadı 

Üzeyir  Hacıbəyovla  birlikdə  dərs  zamanı  əbədiləşmişdir. 

Fotoşəkillərə  baxdıqca  Qara  Qarayevin  zirvəyə  gedən  yolda 

inamla  addımladığının  şahidi  olursan.  Fotoşəkillər  bizi  Qara 

Qarayevin müəllimləri, müasirləri və tələbləri ilə tanış edir. Bu 

fotolarda  o,  həmin  şəxslərlə  bir  yerdədir:  Dmitri  Şostakoviç, 

Niyazi,  Bülbül,  Fikrət  Əmirov,  Mirzə  İbrahimov,  Süleyman 

Rüstəm, Cövdət Hacıyev, Tofiq Quliyev, İsmayıl Hidayətzadə, 

Səid Rüstəmov, Rauf Hacıyev və bir çox başqaları. Kitabda bir 

maraqlı fotoşəkil  də var. 1972-ci  ildə respublikamızda Rusiya 

Federasiyasının  “Ədəbiyyat  və  incəsənət  günləri”  keçirilərkən 

çəkilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 

böyük musiqi xadimləri ilə bir yerdədir. Qara Qarayev, Fikrət 

Əmirov,  Niyazi,  Şövkət  Məmmədova,  Rauf  Hacıyev,  Tofiq 

Quliyev,  Elmira  Abasova,  habelə  rus-sovet  bəstəkarı  Serafim 

Turikov  Ulu  öndərin  əhatəsindədir.  Bu  fotoşəkil  Heydər 



29 

 

Əliyevin mədəniyyətimizə və mədəniyyət xadimlərimizə diqqət 



və qayğısının ifadəsidir.  

     Qara  Qarayevi  məşhurlaşdıran,  təbii  ki,  onun  əsərləri 

olmuşdur. Bəstəkar bir sıra tamaşalara və kinofilmlərə də musiqi 

bəstələmişdir. Kitabda yer almış afişa və proqramlar bu barədə 

geniş məlumat verir. Bu materiallar sırasında müəllifin müxtəlif 

teatrlarda  tamaşaya  qoyulmuş  “Yeddi  gözəl”  və  “İldırımlı 

yollarla” baletlərinin, habelə bəstəkarın musiqi bəstələdiyi teatr 

tamaşalarının,  Azərbaycanda,  keçmiş  SSRİ-nin  müxtəlif 

kinostudiyalarında  çəkilmiş  bir  sıra  filmlərin,  bir  çox 

konsertlərin  afişa  və  proqramları  var.  Onların  ünvanları  da 

müxtəlifdir:  Bakı,  Moskva,  Sankt-Peterburq,  Tbilisi...  Kitabda 

bəstəkarın  müxtəlif  təşkilatlara,  ayrı-ayrı  şəxslərə  yazdığı 

məktublardan  da  nümunələr  verilmişdir.  Biz  bu  məktubları 

oxuyarkən  onu  nəcib  insan,  qayğıkeş  ailə  başçısı,  xeyirxah 

müəllim və  musiqi təşkilatçısı kimi görür və bununla fəxr edirik. 

Mədəniyyətimizin,  o  cümlədən  musiqimizin  xüsusi  qayğı  ilə 

əhatə  olunduğu  bir  dövrdə  Azərbaycan  Musiqi  Mədəniyyəti 

Dövlət Muzeyinin ərsəyə gətirərək oxuculara təqdim etdiyi bu 

nəşr Qara Qarayev irsinin təbliğinə sanballı töhfədir. Oxucular 

burada verilmiş müxtəlif səpkili materiallar vasitəsilə bəstəkarın 

həyat  və  fəaliyyətinin  indiyədək  məlum  olmayan  tərəfləri                

ilə  tanış  olacaqlar  və  bütün  bunlar  Qara  Qarayev  sənətinin              

və  şəxsiyyətinin  böyüklüyü  barədə  təsəvvürləri  daha  da 

genişləndirəcək.  Bu  kitab  gələcəkdə  böyük  bəstəkarımız  Qara 

Qarayevin  həyatı  və  fəaliyyəti,  eyni  zamanda,  musiqi 

mədəniyyətimizin  parlaq  bir  dövrü  barədə  tədqiqat  işlərinin 

aparılmasında əvəzsiz bir mənbə rolunu oynayacaq. 

  

Rəsm, inşa müsabiqəsi 

Kitabxanada  Qara  Qarayevin  yubileyi  ilə  əlaqədar 

məktəblilər  arasında  “Azərbaycan  musiqisinin  dahi  sənətkarı” 

adlı  rəsm  müsabiqəsi  təşkil  etmək  olar.  Məktəblilər  Qara 




30 

 

Qarayevin məşhur əsərlərinə qulaq asdıqdan sonra beyinlərində 



həmin əsərləri canlandırıb, sonra rəsmlərini çəkirlər. Həmçinin 

bəstəkarın  əsərlərini  dinlədikdən  sonra  uşaqlar  bu  əsəri             

qum  üzərində  də  öz  təxəyyüllərində  canlandırdığı  kimi  işləyə 

bilərlər.  “Dahi  bəstəkarımız  Qara  Qarayev  haqqında 

düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsinin də təşkili 

məqsədəuyğundur.  Bu  məqsədlə  kitabxananın  girəcəyində 

keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi 

ilə    bağlı    bütün    şərtlər    göstərilir.  Müsabiqəyə  hazırlıq 

məqsədilə  bir  həftə  əvvəldən  məktəblilər  bəstəkarın  həyat                 

və  yaradıcılığından bəhs edən kitabları oxuyub, bilgi toplayırlar. 

Müsabiqə  təyin  olunmuş  vaxtda  keçirilir.  Müsabiqənin         

qalibləri  kitabxananın  müdriyyəti  tərəfindən  mükafatlandırılır. 

Müsabiqədə tədbirlə bağlı məlumatlar  uşaq qəzetlərində, radio 

verilişlərində  verilərsə  daha  yaxşı  olar.  Vətən,  xalq  və  azadlıq 

kimi  müqəddəs  mövzulara  münasibətində,  təmiz  və  pak  insan 

eşqini  tərənnüm  edən  musiqilərində,  həmçinin  uşaqlar  üçün 

yazdığı səmimi mahnılarında coşqun, həm də saf bir romantika 

duyulur. Bu romantikanın kökü həyata, torpağa bağlıdır,  buna 

görə də təsirli və təravətlidir.  

 

Divar qəzeti 

Sənətinin  əsl  fədaisinə  çevrilən  böyük  insan,  istedadlı 

bəstəkar  Qara  Qarayevin  100  illik  yubileyi  münasibətilə 

kitabxanalarda,  məktəblərdə  divar  qəzetinin  hazırlanması 

məqsədəuyğundur.  Kitabxanaçı  kitabxanaya  gələn  daimi 

oxucularla  bir  həftə  ərzində  “Könül  nəğməkarı”  adlı  divar 

qəzeti  hazırlayır.  Əvvəlcə  oxucular  Qara  Qarayevin  həyat  və 

yaradıcılığından  bəhs  edən  ədəbiyyatlarla  tanış  olub,  məlumat 

toplayırlar.  Hər  oxucu  bu  mövzuda  öz  fikrini  divar  qəzetində 

qeyd  edir  və  slayd  hazırlayır.  Ən  yaxşı  rəy  bildirən,  slayd 

hazırlayan  oxucu  kitabxananın  müdriyyəti  tərəfindən 

mükafatlandırılır.  




Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə