F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə115/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   111   112   113   114   115   116   117   118   ...   161

 

577 


Mən  doğrudan  da,  onu  döymək  istəyirdim.  Mən  daha 

özümü saxlaya bilmirdim. Mənə elə gəlirdi ki, o, iyrənc bir 

həşərat, yekə bir hörümçəkdir, onu basıb əzmək üçün məndə 

böyük  bir  arzu  vardı.  O  məni  ələ  salmaqdan  həzz  alırdı,  o 

elə  hesab  edirdi  ki,  mən  tamamilə  onun  ixtiyarındayam, 

buna  görə  də  mənimlə,  pişik  siçanla  oynayan  kimi 

oynayırdı. Mənə elə gəlirdi ki, (mən bunu başa düşürdüm) o 

öz  alçaqlığından,  nəhayət,  mənim  qarşımda  öz  maskasını 

yırtması ilə göstərdiyi həyasızlığından, abırsızlığından zövq 

alırdı,  hətta,  bəlkə  də,  bundan  ehtiras  hissi  duyurdu.  O 

mənim  təəccüblənməyimdən,  mənim  dəhşətə  gəlməyimdən 

həzz  almaq  istəyirdi.  O,  açıqca  mənə  nifrət  edirdi,  mənə 

gülürdü. 

Mən  lap  əvvəldən  hiss  etmişdim  ki,  o,  müəyyən  bir 

məqsədlə  belə  edir,  məsələni  nəyə  isə  gətirib  çıxartmaq 

istəyir. Lakin  mən  elə  bir vəziyyətdə idim  ki,  hər  necə olur 

olsun,  gərək  ona  axıra  kimi  qulaq  asaydım,  bu,  Nataşanın 

xeyrinə idi, mən də hər şeyi qəbul etməli, hər şeyə dözməli 

idim,  çünki  bəlkə  də  elə  bu  anda  bütün  məsələlər  həll 

olunurdu.  Amma  onun  Nataşa  haqqında  söylədiyi  bu 

downloaded from KitabYurdu.org



 

578 


həyasızca,  bu  alçaqca  sözlərinə  necə  soyuqqanlıqla  qulaq 

asmaq,  buna  necə  dözmək  olardı?!  O  özü  də  çox  yaxşı 

bilirdi  ki,  mən  ona  qulaq  asmaya  bilmərəm,  bu  isə  mənim 

incikliyimi  daha  da  artırırdı.  Mən:  “Axı  onun  özünün  də 

mənə  ehtiyacı  var!”  –  deyə  düşündüm,  ona  sərt,  ağır 

cavablar verməyə başladım. O bunu başa düşdü. 

Ciddi halda mənə baxaraq dedi: 

– Mənim cavan dostum, bilirsiniz nə var, söhbəti bu cür 

davam etdirmək olmaz, buna görə də yaxşısı budur ki, gəlin 

bu  başdan  şərtləşək.  Bilirsinizmi,  mən  bu  fikirdə  idim  ki, 

bəzi  şeyləri  sizə  açıb  deyim,  siz  də  gərək  elə  iltifat  sahibi 

olasınız  ki,  mən  hər  nə  desəm,  axıra  qədər  ona  qulaq 

asasınız.  Mən  özüm  istədiyim  kimi,  xoşuma  gələn  kimi 

danışmaq  istəyirəm,  əslində  elə  belə  də  lazımdır.  Yaxşı, 

mənim cavan dostum, sizin buna səbriniz çatacaqmı? 

O  mənə  elə  bir  acı  istehza  ilə  baxırdı  ki,  elə  bil  özü 

məni ən kəskin etiraza dəvət edirdi, lakin mən canımı dişimə 

tutub susdum. O mənim razı olduğumu, getməyəcəyimi başa 

düşüb sözünə davam etdi: 

downloaded from KitabYurdu.org




 

579 


–  Dostum,  mənə  acığınız  tutmasın!  Sizin  axı  nəyə 

acığınız  tutdu?  Elə  bircə  zahiri  cəhətə,  elə  deyilmi?  Mən 

sizinlə  ya  laqeydliklə,  ya  nəzakətlə,  ya  da  indiki  kimi 

danışsam da, əslində siz məndən ayrı bir şey gözləmirdiniz, 

deməli,  hər  necə  danışsam  da,  onun  mənası  indiki  kimi 

olacaqdı.  Siz  mənə  nifrət  edirsiniz,  elə  deyilmi? 

Görürsünüzmü, məndə nə qədər xoş sadəlik, açıqürəklilik və 

bonhomie


1

  var.  Mən  sizə  hər  şeyimi,  hətta  uşaqlıq 

şıltaqlıqlarımı da açıb deyirəm. Bəli, mon cher

2

, bəli, siz də 



bu  bonhomie-dən  çox  göstərin,  onda  düzəlişərik,  işi 

tamamilə  sahmana  qoyarıq,  bir-birimizi  qəti  surətdə  başa 

düşərik. Siz mənə təəccüblənməyin, bütün bu günahsızlıqlar, 

Alyoşanın  bu  pastoralları,  bu  şillerçilik,  Nataşa  ilə  (amma 

Nataşa  çox  sevimli  qızdır),  bəli  Nataşa  ilə  olan  bu  lənətə 

gəlmiş  əlaqədəki  bütün  bu  yüksəkliklər  məni  o  qədər  cana 

gətirmişdir ki, mən  bu  şeyləri  ələ salmağa, belə  bir  fürsətin 

ələ  düşməsinə  istər-istəməz  sevinirəm.  Fürsət  də  ki  ələ 

                                                 

1

Xoşməcazlıq (frans.) 



2

Mənim əzizim(frans.) 

downloaded from KitabYurdu.org



 

580 


düşüb. Bir də ki, mən sizin qarşısınızda ürəyimi boşaltmaq 

istəyirdim. Ha-ha-ha! 

–  Knyaz,  siz  məni  təəccübləndirirsiniz,  siz  əvvəlki 

adama  oxşamırsınız.  Siz  özünüzü  təlxək  vəziyyətinə 

salmısınız,  sizin  heç  gözlənilmədiyi  halda  ürəyinizdəkiləri 

açıb deməyiniz... 

–  Ha-ha-ha,  bu  qismən  doğrudur!  Çox  qəşəngcə  bir 

müqayisədir!  Ha-ha-ha!  Mən  kef  eləyirəm,  dost,  mən  kef 

eləyirəm,  mən  çox  sevinirəm,  çox  da  razıyam,  mənim 

şairim,  siz  gərək  mənə  hər  cür  güzəştə  gedəsiniz.  –  O 

özündən  son  dərəcə  razı  halda,  qədəhə  şərab  tökərək  əlavə 

etdi:  –  Yaxşısı  budur  ki,  gəlin  içək.  Mənim  dostum, 

Nataşagildə  olduğunuz  o  axmaqcasına  axşam  ki  vardı  ha, 

yadınızdadırmı,  bircə  elə  o  axşam  məni  lap  cana  gətirdi. 

Hərçənd, Nataşa özü çox əziz, sevimli idi, lakin mən oradan 

son  dərəcə  kinli  çıxdım,  bunu  heç  yadımdan  çıxartmaq 

istəmirəm.  Nə  yadımdan  çıxartmaq,  nə  də  gizlətmək! 

Əlbəttə,  bizim  də  arzu  etdiyimiz  gün  olacaq,  hətta  belə  bir 

gün  sürətlə  yaxınlaşır,  indi  isə  biz  bunu  qoyaq  bir  kənara. 

Yeri  gəlmişkən,  mən  sizə  bir  şeyi  izah  etmək  istəyirəm. 

downloaded from KitabYurdu.org



 

581 


Mənim  bir  xasiyyətim  var,  buna  siz  hələ  bələd  deyilsiniz. 

Mən  həmişə  o  bayağı,  heç  bir  əhəmiyyətə  malik  olmayan 

sadəlövhlüyə, pastorallığa nifrət etmişəm. Mənim həmişə ən 

çox  ləzzət  aldığım  şeylərdən  biri  də  bu  olmuşdur:  əvvəlcə 

yalandan  sadəlövhcəsinə,  pastorallığa  uymaq,  həmişə  gənc 

olan bir Şillerə mehribanlıq göstərmək, ürək vermək, sonra 

isə  birdən  onu  pis  bir  vəziyyətdə  qoymaq,  birdən  maskanı 

onun qarşısında çıxartmaq, əvvəlki gözəl sifəti dəyişib onun 

ağzını əymək, dilini çıxardıb ona göstərmək. Bunu da elə bir 

vaxtda etmək ki, o bunu qətiyyən gözləməmiş olsun. Necə? 

Siz bunu başa düşmürsünüz? Bəlkə bu sizə iyrənc, mənasız 

bir şey kimi görünür, siz bunu nanəciblik hesab edirsiniz? 

– Əlbəttə, elədir. 

–  Siz  açıq danışırsınız.  Mən  axı  nə  edim?  Axı  mənim 

özümü  də  incidirlər!  Bu  axmaqcasına  bir  hərəkət  də  olsa, 

mən  açıq  danışıram,  nə  edim,  mənim  xasiyyətim  belədir. 

Yeri  gəlmişkən,  mən  sizə  öz  həyatımdan  bir-iki  şey 

danışmaq  istəyirəm.  Siz  onda  məni  daha  yaxşı  başa 

düşərsiniz, bu çox maraqlı olar. Bəli, mən bəlkə də bu gün 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə