F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə41/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   37   38   39   40   41   42   43   44   ...   161

 

202 


aldadırdım,  lap  çoxdan  aldadırdım,  mənim  söyləyəcəyimin 

də başlıcası budur. 

– Aldadırdın? 

– Bəli, bir aydır ki, aldadırdım, atam hələ gəlməmişdən 

mən  səni  aldatmağa  başlamışdım,  indi  tamamilə  açıq 

danışmağın vaxtı gəlib çatmışdır. Bir ay bundan əvvəl, atam 

hələ  gəlməmişdi,  birdən  mən  ondan  böyük  bir  məktub 

aldım, bunu sizin hər ikinizdən gizlətdim. Məktubda o, açıq-

aydın  yazırdı  ki,  özü  də  nəzərə  alın,  elə  ciddi  bir  ifadə  ilə 

yazırdı  ki,  mən  lap  qorxdum.  Yazırdı  ki,  sənin  evlənmək 

məsələn  həll  olunub  qurtarıb,  sənin  üçün  aldığımız  qızdan 

dünyada  tapılmaz,  sən  əlbəttə,  ona  heç  layiq  deyilsən, 

bununla  belə,  mütləq  onunla  evlənməlisən.  Buna  görə  də 

hazırlaşmalısan,  başındakı  boş-boş  fikirləri  atmalısan  və 

sairə, bu boş fikirlər dediyi də, məlum şeydir ki, nədir. Bax, 

həmin bu məktubu sizdən gizlətmişəm... 

Nataşa onun sözünü kəsdi: 

– Gizlədib eləməmisən! Gör nə ilə öyünür! Elə o saat 

nə  vardısa,  hamısını  bizə  danışdın.  Mənim  lap  yadımdadır, 

sən  birdən  çox  sözə  baxan,  çox  mehriban  oldun,  yanımdan 

downloaded from KitabYurdu.org



 

203 


uzaqlaşmırdın,  elə  bil  ki,  bir  şeydə  müqəssir  idin,  bütün 

məktubu bizə hissə-hissə danışdın. 

–  Ola  bilməz,  yəqin  əsas  yerini  danışmamışam.  Bəlkə 

də siz bir şey duymusunuz, bu sizin öz işinizdir, amma mən 

danışmamışam.  Mən  bunu  sizdən  gizlədirdim,  gizlətdiyimə 

görə də yaman əzab çəkirdim. 

Mən Nataşaya baxaraq əlavə etdim: 

–  Alyoşa,  yadımdadır,  siz  onda  tez-tez  mənimlə 

məsləhətləşirdiniz,  hissə-hissə,  əlbəttə,  güman  edə-edə 

hamısını mənə danışdınız. 

Nataşa da mənim sözümə qüvvət verdi: 

–  Bəli,  hamısını  danışdın!  Sən  Allah,  çox  da 

lovğalanma!  Sən  axı  nə  gizlədə  bilərsən?  Sən  heç  adam 

aldada bilərsən? Hətta Mavra da bilirdi. Mavra, bilirdinmi? 

Mavra başını qapıdan içəri soxaraq səsləndi: 

–  Əlbəttə,  bilirdim!  Üçcə  günün  içində,  nə  vardısa, 

hamısını özün danışdın. Sən biclik eləyə bilməzsən! 

–  Eh,  sizinlə  danışmaq  nə  çətin  imiş!  Adamı  lap 

əsəbiləşdirirsiniz!  Nataşa,  sən  bunların  hamısını  acığından 

downloaded from KitabYurdu.org




 

204 


eləyirsən!  Mavra, sən  də  yanılırsan.  Yadımdadır,  mən  onda 

lap dəli kimi idim, Mavra, yadındadır? 

– Əlbəttə, yadımdadır. Sən indi də dəli kimisən. 

–  Yox,  yox,  mən  onu  demirəm.  Yadındadır?!  Onda 

bizim  hələ  pulumuz  yox  idi,  sən  də  mənim  gümüş 

papirosqabımı  girov  qoymağa  getmişdin.  Xüsusilə,  Mavra, 

icazə  ver,  bir  şeyi  sənin  nəzərinə  çatdırım.  Mənim  işlərimi 

sən yaman yaddan çıxarırsan. Bunu sənə Nataşa öyrətmişdir. 

Yaxşı, tutaq ki, onda mən doğrudan da, məktubu sizə hissə-

hissə  danışmışam  (indi  yadıma  düşür).  Amma  siz  ifadə 

tərzini, məktubun ifadə tərzini bilmirsiniz, məktubda da əsas 

şey ifadə tərzidir. Mən bunu deyirəm. 

Nataşa soruşdu: 

– Bu axı nə ifadə tərzidir? 

– Nataşa, qulaq as, sən elə soruşursan ki, elə bil zarafat 

eləyirsən.  Sən  zarafat  eləmə.  Sən  yəqin  bil  ki,  bu  çox 

mühümdür.  Bu  elə  bir  ifadə  tərzi  idi  ki,  lap  əl-qolum 

boşaldı.  Atam  hələ  bu  vaxta  qədər  mənimlə  belə 

danışmamışdı.  Onun  dediyindən  belə  çıxırdı  ki,  Lissabon 

downloaded from KitabYurdu.org




 

205 


bata  bilər,  amma  onun  arzusu  puç  ola  bilməz,  onun  ifadə 

tərzi belə idi! 

–  Yaxşı,  onda  danış  görək,  sən  bunu  məndən  niyə 

gizlədirdin? 

–  Ah,  ilahi!  Ona  görə  gizlətmək  istəyirdim  ki,  səni 

qorxutmayım. Belə ümid edirdim ki, özüm hər şeyi  yoluna 

qoyaram. Hə, bu məktubdan sonra, atam gələn kimi, mənim 

əzabım başlandı. Hazırlaşmışdım ona möhkəm, aydın, ciddi 

cavab verim, amma necə şeydirsə, bunu eləyə bilmirdim. O 

da heç bir şey soruşmurdu, yaman bic şeydir! Əksinə, özünü 

elə  tuturdu  ki,  guya  bütün  işlər  həll  olunub  qurtarmışdır, 

daha bizim aramızda heç bir mübahisə, heç bir anlaşılmazlıq 

ola  bilməz!  Eşidirsən?  Ola  bilməz!  Bir  özünə  güvənməyə 

baxırsanmı?!  Mənimlə  də  çox  mehriban,  çox  sevimli  oldu. 

Mən buna lap təəccüb edirdim. İvan Petroviç, o bilirsinizmi 

necə  ağıllıdır?!  O  hər  şeyi  oxuyub,  hər  şeyi  bilir.  Siz  bircə 

dəfə  ona  baxsanız,  o  dərhal  sizin  bütün  fikrinizə  bələd 

olacaqdır. Bax, yəqin buna görə də ona yezuit adı veriblər. 

Mən onu tərifləyəndə Nataşanın xoşuna gəlmir. Nataşa, sən 

acıqlanma!  Bəli,  belə  işlər...  Hə,  əcəb  yadıma  düşdü!  O, 

downloaded from KitabYurdu.org



 

206 


əvvəllər mənə pul vermirdi, indi verdi, dünən verdi. Nataşa! 

Mənim mələyim! Bizim daha kasıblıqdan yaxamız qurtardı! 

Bir  bax!  Məni  tənbeh  eləmək  üçün  bu  yarım  ildə  nə  qədər 

ki,  pulumu  kəsmişdisə,  dünən  hamısını  verdi.  Bir  görün  nə 

qədərdir!  Hələ  heç  saymamışam  Mavra,  bir  pula  bax!  İndi 

daha qaşıqları, zaponkaları girov qoymayacağıq! 

Cibindən bir iri dəstə pul çıxardıb stolun üstünə qoydu: 

min  beş  yüz  manat  gümüş  pul  idi.  Mavra  məmnuniyyətlə 

pula baxıb, Alyoşanı təriflədi. Nataşa onu bərk tələsdirirdi. 

Alyoşa yenə də danışmağa başladı: 

–  Bəli,  fikirləşdim  ki,  mən  nə  edim?  Necə  onun 

əleyhinə gedim! Sizin hər ikinizin canına and içirəm ki, əgər 

mənə  belə  mehribanlıq  eləməsəydi,  mənimlə  pis  rəftar 

etsəydi,  mən  bu  barədə  heç  düşünməzdim.  Şax  onun  üzünə 

deyərdim  ki,  sən  deyəni  mən  istəmirəm,  mən  daha 

böyümüşəm,  kişi  olmuşam,  mən  öz  istədiyimi  eləyəcəyəm, 

qurtardı  getdi!  İnanın  ki,  dediyimin  də  üstündə  durardım. 

Amma  belə  mehribanlıq  göstərəndə  mən  daha  ona  nə 

deyim?!  Siz  məni  təqsirləndirməyin.  Nataşa,  mən  görürəm 

ki, sən, deyəsən, narazısan. Niyə siz bir-birinizə baxırsınız? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə