F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə83/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   79   80   81   82   83   84   85   86   ...   161

 

415 


tutmadı:  Katya  çox mühüm  bir  iş üçün məni  tez  öz  yanına 

çağırtdırmışdı.  Ata,  onda  ki  sən  məni  arabada  gördün,  bu 

ondan qabaq olmuşdu. Onda mən, aldığım başqa bir kağıza 

görə  Katyanın  yanına  gedirdim.  İndi  bütün  günü  qasidlər, 

bizdən bir-birimizə kağız aparıb gətirir. İvan Petroviç, sizin 

kağızınızı  mən  ancaq  dünən  gecə  oxuya  bilmişəm,  siz 

tamam  haqlısınız,  yazdıqlarınızın  hamısı  doğrudur.  Ancaq 

nə edim ki, vaxt tapa bilmirəm! Onda elə-belə də fikirləşdim 

ki,  sabah  axşam  özümü  təmizə  çıxardaram.  Buna  görə  də, 

Nataşa, bu axşam sənin yanına gəlməmək mümkün deyildi. 

Nataşa soruşdu: 

– Bu nə kağızdır? 

– İvan Petroviç yanıma gəlibmiş, məni evdə tapmayıb, 

əlbəttə, yazıb qoyduğu kağızda məni bərk danlayıb ki, niyə 

Nataşanın  yanına  getmirsən.  O  tamam  haqlıdır.  Bu,  dünən 

olub. 


Nataşa mənə baxdı. 

Knyaz: 


downloaded from KitabYurdu.org


 

416 


–  Əgər  sənin  səhərdən  axşama  kimi  Katerina 

Fyodorovnanın yanında olmağa vaxtın çatırdısa... – deyərək 

sözə başladı. 

Alyoşa onun sözünü kəsdi: 

– Bilirəm, bilirəm sən nə deyəcəksən: “Əgər Katyanın 

yanına  gedə  bilirdinsə,  onda  bura  gəlməyə  sənin  əlində 

ikiqat artıq səbəb olmalı idi”. Səninlə tamam razıyam, hətta 

özümdən  də  bu  sözləri  artırıram:  ikiqat  yox,  milyondan  da 

çox  səbəb  ola  bilərdi!  Ancaq  əvvəla,  həyatda  bəzən  elə 

qəribə, elə gözlənilməz hadisələr olur ki, hər şeyi bir-birinə 

qarışdırır,  alt-üst  edir.  Mənim  də  başıma  belə  hadisələr 

gəlmişdir.  Sizə  deyirəm  ki,  mən  bu  bir  neçə  gündə  tamam 

dəyişmişəm,  lap  təpədən  dırnağa  kimi,  deməli,  mühüm 

hadisələr olmuşdur! 

Nataşa  Alyoşanın  belə  qızğın  danışdığına  baxıb 

gülümsədi: 

– Ah, ilahi! Sənin başına nə gəlib axı? Sən Allah, bizi 

intizarda qoyma, tez de görək! 

Doğrudan da, Alyoşa bir qədər gülməli idi: o tələsirdi, 

sözlər  onun  ağzından  tez-tez,  sürətlə,  səs-küy  sala-sala, 

downloaded from KitabYurdu.org



 

417 


intizamsız  halda  çıxırdı.  O  elə  hey  danışmaq  istəyirdi. 

Danışdıqca  da  Nataşanın  əlini  əlindən  buraxmırdı,  elə  bir 

ucdan  da  onu  dodaqlarına  tərəf  aparırdı,  sanki  öpməkdən 

doymurdu. 

– Elə məsələ də orasındadır ki, mənim başıma iş gəlib! 

–  deyərək  sözünə  davam  etdi.  –  Ah,  dostlar!  Heç  bilirsiniz 

mən  nələr  görmüşəm,  nələr  etmişəm,  necə  adamlara  rast 

gəlmişəm?  Birinci  elə  Katya.  Heç  bilirsiniz  bu  necə  kamil 

insandır?  Mən  bu  vaxta  qədər  onu  heç  tanımamışam,  heç! 

Nataşa,  çərşənbə  axşamında  ki  mən  onun  barəsində  sənə 

danışırdım,  yadındadırmı,  necə  iftixarla  danışırdım?  Hələ 

onda  mən  onu  heç  tanımırmışam!  Lap  indiyə  qədər  o  öz 

qəlbini  məndən  gizli  saxlayırmış.  Amma  indi  biz  bir-

birimizi  lap  yaxşı  tanımışıq.  Danışanda  bir-birimizə  sən 

deyirik. Qoy lap başdan başlayım. Əvvəla, Nataşa, o günün 

səhəri, yəni çərşənbə günü mən burada, bizim aramızda olan 

əhvalatı ona danışdım, heç bilirsən sənin barəndə o mənə nə 

dedi? Sən bunu eşitsəydin, nə yaxşı olardı... Yeri gəlmişkən, 

bir  şeyi  də  deyim:  yadıma  düşür  ki,  onda  mən  çərşənbə 

günü,  səhər  sənin  yanına  gələndə,  sənin  qarşında  necə 

downloaded from KitabYurdu.org



 

418 


axmaqlıq  elədim!  Sən  məni  fərəhlə  qarşıladın,  sən  tamam 

bizim  yeni  vəziyyətimizlə  yaşayırdın,  sən  bu  barədə 

mənimlə  danışmaq  istəyirdin,  sən  qəmgin  idin,  eyni 

zamanda,  zarafat  edirdin,  mənimlə  oynayırdın,  amma  mən 

özümü  tox  tuturdum,  özümü  mötəbər  bir  adam  kimi 

göstərirdim!  Ay  mən  axmaq  idim,  ha!  Yamanca  axmaq 

idim! Axı mən, vallah, istəyirdim ki, özümü sənə göstərim, 

özümü öyüm, göstərim ki, mən tezliklə evli bir kişi, mötəbər 

bir adam olacağam, özü də gör kimin qarşısında öyünürdüm: 

sənin! Yəqin onda sən mənə yamanca gülmüsən, mən də elə 

buna layiq imişəm! 

Knyaz  kirimişcə  oturub,  qalib  gəlmiş  adam  kimi, 

istehza  ilə  gülümsəyə-gülümsəyə  Alyoşaya  baxırdı.  Sanki 

oğlunun  özünü  belə  yüngülməzac,  gülünc  göstərməsinə 

sevinirdi.  Mən  onu  lap  gedənə  kimi  diqqətlə  müşahidə 

etdim, onun öz oğlunu çox-çox sevdiyini söyləsələr də, mən 

tamamilə əmin oldum ki, o qətiyyən öz övladını sevmir. 

Alyoşa dayanmadan sözləri doğrayıb-tökürdü: 

–  Buradan  çıxıb  Katyanın  yanına  getdim.  Mən  bayaq 

dedim  ki,  biz  ancaq  bu  gün  səhər  bir-birimizi  tamamilə 

downloaded from KitabYurdu.org



 

419 


tanıdıq,  özü  də  qəribədir,  bu  axı  necə  oldu...  Heç  yadımda 

deyil...  Bir  neçə  odlu  söz  söyləndi,  bir  neçə  açıq  fikirlər 

deyildi, bəzi  duyğular  meydana  çıxdı, biz  də  həmişəlik  bir-

birimizə  yaxın  olduq.  Nataşa,  sən  onu  tanımalısan, 

tanımalısan! Sənin barəndə o necə  danışdı,  səni  necə  mənə 

başa  saldı!  Sənin  məndən  ötrü  qiymətli  bir  şey  olduğunu 

necə  izah  etdi!  Yavaş-yavaş  o  mənə  həyat  haqqında  öz 

fikirlərini,  nöqteyi-nəzərini  söylədi,  çox  ciddi,  çox  ehtiraslı 

bir  qızdır.  O  bizim  vəzifəmizdən,  gələcək  işlərimizdən, 

bizim  hamımızın  insanlığa  xidmət  etməyimizdən  danışdı. 

Beş-altı saatın içində biz tamamilə bir-birimizə yaxın olduq, 

söhbətimiz  də  axırda  belə  qurtardı:  biz  bir-birimizlə  əbədi 

dost  olacağımıza,  bütün  ömrümüz  boyu  bir  yerdə  hərəkət 

edəcəyimizə and içdik. 

Knyaz təəccüblə soruşdu: 

– Nə barədə hərəkət etmək? 

Alyoşa iftixarla cavab verdi: 

–  Ata,  mən  elə  dəyişmişəm  ki,  bu,  əlbəttə,  səni 

təəccübləndirməlidir, hətta sənin etiraz edəcəyini əvvəlcədən 

hiss edirəm. Siz hamınız əməli adamlarsınız, sizin qədimdən 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə