F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə96/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   92   93   94   95   96   97   98   99   ...   161

 

482 


–  İlahi!  Siz  özünüzü  nə  vəziyyətə  salırsınız!  Siz  gör 

necə  vasvasısınız,  gör  necə  bir-birinizə  göz  qoyursunuz! 

Açıq sözünüzü deyin, qurtarıb getsin. Elə bu vəziyyət, bəlkə 

də onu doğrudan da, darıxdırar. 

Nataşa qorxaraq həyəcanla dedi: 

– Bəs nə edim? 

– Dayan, mən işi yoluna qoyaram... 

Mətbəxə  getdim,  bəhanəm  də  bu  oldu  ki,  Mavraya 

deyim ki, qaloşumun bir tayı tamam palçığa batıb, onu silib 

təmizləsin. 

Nataşa ardımca çığırdı: 

– Vanya, ehtiyatlı ol! 

Mətbəxə girən kimi, Alyoşa tez yanıma gəldi, elə bil ki, 

məni gözləyirmiş. 

–  İvan  Petroviç,  əzizim,  mən  axı  nə  edim?  Mənə  yol 

göstərin,  mən  hələ  dünən  söz vermişəm  ki, bu gün, lap  elə 

indi,  bu  saat,  gərək  Katyanın  yanında  olum.  Mən  axı 

getməyə  bilmərəm.  Mən  Nataşanı  həddindən  artıq  sevirəm, 

ondan  ötrü  özümü  lap  oda  ataram,  ancaq özünüz bilirsiniz, 

onu tamam atmaq necə olar, bu axı yaramaz... 

downloaded from KitabYurdu.org



 

483 


– Yaxşı, gedin... 

–  Bəs  Nataşa?  Axı  getsəm,  onun  ovqatı  təlx  olacaq. 

İvan Petroviç, bunu birtəhər düzəldin... 

–  Məncə,  yaxşısı  budur  ki,  gedin.  Bilirsiniz  ki,  o  sizi 

çox  sevir,  burda  qalsanız,  ona  elə  gələcək  ki,  siz  onun 

yanında  oturmaqdan  darıxırsınız,  istəmədən  burda 

oturursunuz.  Təbii  olmaq  yaxşıdır.  Gedək,  mən  sizə  kömək 

edərəm. 


– Əzizim, İvan Petroviç! Siz nə yaxşı adamsınız! 

Otağa qayıtdıq. Az sonra mən ona dedim: 

– Mən bayaq sizin atanızı gördüm. 

Alyoşa qorxaraq həyəcanla soruşdu: 

– Harada? 

– Küçədə, təsadüfən rast gəldim. Bir az dayanıb söhbət 

etdik, o yenə də mənimlə tanış olmaq istədiyini bildirdi. Sizi 

soruşdu, dedi ki, bəlkə siz bilərsiniz, o indi haradadır? O sizi 

çox görmək istəyir, sizə sözü var. 

Nataşa  mənim  nə  demək  istədiyimi  başa  düşərək  tez 

dedi: 

– Ah, Alyoşa, get gör nə deyir. 



downloaded from KitabYurdu.org


 

484 


– Axı... İndi mən onu haradan taparam? O evdədirmi? 

–  Yox,  evdə  deyil,  yadımdadır,  dedi  ki,  qrafinyagildə 

olacağam. 

Alyoşa qəmgin-qəmgin Nataşaya baxıb sadəlövhcəsinə 

dedi: 

– Bu axı necə olar... 



Nataşa: 

– Ah, Alyoşa, – dedi, – necə olacaq?! Yoxsa, sən məni 

sakit  etmək  üçün  doğrudan  da,  Katya  ilə  əlaqəni  kəsmək 

istəyirsən?  Axı  bu  uşaq  hərəkətidir.  Əvvəla,  budur  ki,  bu 

mümkün  olan  şey  deyil,  ikincisi  də,  sən  bununla  Katyaya 

nankorluq etmiş olarsan. Siz dostsunuz, dostluq əlaqəsini də 

belə  kobud  halda  qırmaq  olarmı?  Bir  də  ki,  əgər  elə  hesab 

edirsənsə  ki,  mən  səni  çox  qısqanıram,  bununla  mənim 

ürəyimi sındırmış olursan. Get, səndən xahiş edirəm, bu saat 

get! Atan da sakit olar. 

Alyoşa heyrət və peşmançılıqla bərkdən dedi: 

–  Nataşa,  sən  mələksən,  mən  heç  sənin  barmağına  da 

dəymərəm.  Sən  nə  qədər  gözəl  insansan,  amma  mən... 

Mən...  Özün  de  də!  Mən  elə  indi  bu  saat  mətbəxdə  İvan 

downloaded from KitabYurdu.org



 

485 


Petroviçdən  xahiş  etdim  ki,  o  mənim  burdan  getməyimə 

kömək  etsin.  Bunu  o  düzəltdi,  Nataşa!  Mələyim,  məni 

qınama! Mən çox da elə günahkar deyiləm, ona görə ki, səni 

dünyada hamıdan çox sevirəm, min dəfə çox sevirəm. Buna 

görə də ağlıma təzə bir şey gəlib: bu saat gedib bütün olan 

şeyləri  açıb  Katyaya  deyim,  bizim  indiki  vəziyyətimizi, 

dünən  nə  olubsa,  hamısını  ona  danışım,  Katya  bizim  bu 

vəziyyətdən  xilas  olmağımız  üçün  bir  yol  tapar,  o  bütün 

qəlbilə bizə sədaqətlidir... 

Nataşa gülümsəyərək dedi: 

– Yaxşı, get! Ancaq, əzizim, mən özüm çox istərdim ki, 

Katya ilə tanış olum. Bunu necə düzəltmək olar? 

Alyoşa  bunu  eşidəndə  son  dərəcə  sevindi.  O  dərhal 

Nataşanı  Katya  ilə  necə  tanış  etmək  haqqında  danışmağa 

başladı.  Onun  sözündən  belə  çıxırdı  ki,  bu  çox  asan  bir 

şeydir,  Katya  buna  yol  tapar!  O  öz  fikrini  qızğın  halda, 

coşqunluqla  izah  edirdi.  Elə  bu  gün,  hətta  ikicə  saatdan 

sonra  cavab  gətirəcəyinə,  axşamı  da  Nataşanın  yanında 

olacağına söz verdi. 

Nataşa onu yola salaraq soruşdu: 

downloaded from KitabYurdu.org



 

486 


– Doğrudan gələcəksən? 

–  Yoxsa,  şübhə  edirsən?  Mənim  sevgilim,  mənim 

həmişə sevəcəyim Nataşa, sağlıqla qal! Sağlıqla qal, Vanya! 

Ah  ilahi,  mən  yanılıb  sizə  Vanya  dedim.  Mənə  baxın,  İvan 

Petroviç,  mən  sizi  çox  istəyirəm,  yaxşı,  niyə  axı  biz  bir-

birimizə sən demirik? Gəl bundan sonra sən deyək! 

– Yaxşı, sən deyək. 

–  Şükür  Allaha!  Bəlkə  yüz  dəfə  bu  mənim  ağlıma 

gəlmişdi.  Ancaq  mən  cürət  edib  sizə  deyə  bilmirdim.  Bax, 

indi  də  siz  deyirəm.  Sən  demək,  axı  çox  çətindir.  Deyəsən, 

Tolstoy  bir  yerdə  bu  barədə  çox  yaxşı  yazıb:  iki  adam  bir-

birinə söz verir ki, bir-birinə sən desinlər, amma ha eləyirlər 

deyə  bilmirlər,  o  cümlədə  ki,  əvəzlik  işlətmək  lazım  gəlir, 

işlətmirlər.  Ah,  Nataşa!  Bir  gün  yenə  də  “Uşaqlıq  və 

gənclik” əsərini oxuyarıq, bu nə gözəl əsərdir! 

Nataşa gülə-gülə onu qovdu: 

–  Di  yeri  get,  yeri  get!  Sevincindən  heyvərəliyə 

başladın... 

– Sağ ol! İki saatdan sonra sənin yanındayam! 

Alyoşa onun əlini öpüb tez otaqdan çıxdı. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə