Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə22/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   18   19   20   21   22   23   24   25   ...   166

78.  Harada  olsanız,  hətta  ucaldılmış  hasarlar  və  qəsrlərin  içində  olsanız  belə,  ölüm  sizi 
haqlayacaqdır.  Onlara  (münafiqlərə)  bir  yaxşılıq  (sərvət,  firavanlıq  və  qənimət)  yetişəndə  «bu, 
Allah tərəfindəndir»  deyərlər,  bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət)  yetişəndə  isə «bu, 
sənin  tərəfindəndir  (sənin  nəhsliyinin  ucbatındandır)»  deyərlər.  De:  «Bunların  hamısı  Allah 
tərəfindəndir»  (dünyada  baş  verən  bütün  hadisələr  birbaşa  Onun  istək  və  iradəsi  ilədir,  lakin 
onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər? 
79.  (Ey  insan,)  sənə  yetişən  hər  hansı  bir  yaxşılıq  Allah  tərəfindəndir  (onun  səbəbi  Allahın 
rəhmətidir)  və  sənə  yetişən  hər  hansı  bir  pislik  sənin  öz  tərəfindəndir  (onun  səbəbi  sənin 
günahlarındır).  (Ey  Peyğəmbər,)  Biz  səni  insanlara  elçi  olaraq  göndərdik.  Allahın  (sənin 
peyğəmbərliyinə) şahid olması kifayətdir.  
80. Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət  edib və kim üz döndərsə, Biz səni 
onların (əməlləri) üzərində gözətçi göndərməmişik.  
81. Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların 
bir  dəstəsi  öz  gecə  yığıncaqlarında,  başlarında  sənin  dediyindən  başqasını  və  özlərinin  sənin 
yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların  gecələr başlarında dolandırdıqlarını 
yazır.  Odur  ki,  onlardan  üz  döndər  və  Allaha  təvəkkül  et.  Allahın  işləri  öhdəsinə  götürməsi 
kifayətdir. 
82.  Bəs  məgər  onlar  bu  Qur’anın  (maarifi)  barəsində  düşünmürlər?!  Əgər  o,  Allahdan  qeyrisi 
tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar. 
83.  Əgər  onlara  əmin-amanlıq  və  ya  qorxu  (müsəlmanların  qələbəsi  və  ya  məğlubiyyətinin 
səbəbi)  barəsində  bir  xəbər  çatsa  (araşdırmadan)  onu  yayarlar,  halbuki  əgər  onu  Allahın 
peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli 
olanlar  onun  həqiqətini  dərk  edərdilər  (və  bir  çarə  yolu  tapardılar).  Əgər  Allah  sizə  lütf  və 
mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.  
84.  Odur  ki,  Allah  yolunda  vuruş.  Sən  yalnız  özün  (öz  vəzifən)  üçün  məsuliyyət  daşıyırsan. 
Möminləri  də  (cihada)  həvəsləndir.  Ümid  var  ki,  Allah  kafirlərin  bəla  və  zərərin(dən  siz)i 
saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir.  
85. Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən 
ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq 
işdə  və  ya  ləyaqətsiz  bir  şəxsin  xeyrinə  vasitəçilik)  etsə,  ona  da  həmin  işdən  (işin  günah  və 
əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.  
86. Sizə salam  verildikdə siz ondan  daha gözəl və  yaxud onun  kimi bir salam(la c avab) verin. 
Şübhəsiz, Allah hər şeyin hesabını aparandır. 
87.  Tək  olan  Allahdan  başqa  bir  tanrı  yoxdur.  Sizi  mütləq,  (qəbirlərinizdən)  barəsində  heç  bir 
şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu 
ola bilər?! 
88. Bəs sizə nə olub ki,  münafiqlər barəsində  iki dəstə olmusunuz (bir dəstəniz  onlara tərəfdar, 
digər  bir  dəstə  isə  müxalif  olub),  halbuki  Allah  onları  etdiklərinə  görə  küfr  və  azğınlıq  halına 
salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı  içərisində boşladığı  kəsi hidayət etmək 
istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir 
yol tapa bilməzsən. 
89. (Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində 
olanlar barəsindədir.) Onlar sizin də özləri kimi  kafir olmanızı  istəyirlər ki,  bir-birinizlə bərabər 
olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam 
diyarına)  hicrət  etməyincə,  əsla  onlardan  dostlar  götürməyin.  Beləliklə  əgər  (bu  işdən)  üz 
döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və 
köməkçi götürməyin.  
90.  Sizinlə  aralarında  əhd-peyman  olan  bir  dəstəyə  birləşənlər  və  ya  sinələri  sizinlə,  yaxud  öz 
tayfaları  ilə  vuruşmaqdan  təngə  gəlmiş  halda  sizin  yanınıza  gələnlər  (bu  hökmdən) 
müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar və onlar mütləq sizinlə 


vuruşardılar. Buna görə də əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq  istəməsələr və sülh təklifi 
versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdır.  
91. Tezliklə (həm) sizdən amanda və (həm də) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir 
dəstə ilə qarşılaşacaqsınız. Onlar hər  dəfə küfrə və müsəlmanlarla döyüşə çağrılanda, ona tərəf 
qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi  irəli sürməsələr və sizdən əl 
çəkməsələr onda, onları harada tapsanız tutun və öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq 
bəxş etdiyimiz kəslər onlardır. 
92. Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan 
xəta)  istisna  olmaqla  hansısa  bir  mömini  öldürmək  yaraşmaz  (və  bu  həm  ağıl,  həm  də  şəriət 
baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin 
qulu azad etməli və  öldürülənin qohumlarına (qanbahasını)  bağışlamadıqları təqdirdə qanbahası 
verməlidir.  Əgər  öldürülən  şəxs  sizinlə  düşmən  olan  bir  dəstədən,  özü  də  mömin  olsa,  onda 
(kəffarə  olaraq)  mömin  bir  qulun  azad  edilməsi  vacibdir  (və  qanbahası  lazım  deyildir).  Əgər 
sizinlə  aralarında  (sülh  və  ya  himayə)  əhd-peyman(ı)  bağlanmış  bir  dəstədən  olsa,  onda  onun 
qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal 
iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən 
və hikmət sahibidir. 
93. Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, 
orada  əbədi  qalacaqdır.  Həmçinin  Allah  ona  qəzəb  edər,  onu  Öz  rəhmətindən  uzaqlaşdırar  və 
onun üçün böyük bir əzab hazırlayar. 
94.  Ey  iman  gətirənlər,  Allah  yolunda  (cihad  etmək  üçün)  səfərə  çıxdığınız  zaman  diqqətlə 
araşdırma  aparın  və  sizə  salam  verən  və  zahirdə  İslama  mənsubiyyət  bildirən  şəxsə,  dünya 
həyatının  mənfəətini  əldə  etmək  istəyərək  (bu  bəhanə  ilə  onu  öldürmək  üçün)  «sən  mömin 
deyilsən»  deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan  qabaq siz də, Allah 
(həqiqi  imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və 
həmçinin  dünya  mənfəəti  üçün  adam  öldürürdünüz).  Buna  görə  də  gərək araşdırma  aparasınız. 
Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. 
95.  Cismində  xəsarət  və  digər  üzrü  olmadan  (müstəhəbbi  və  ya  vacibi-kifayi)  cihada  getməyib 
(evdə)  oturan  möminlər,  Allah  yolunda  mal  və  canları  ilə  cihad  edənlərlə  əsla  bir  deyildirlər. 
Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir 
və Allah  onların  hər birinə (iman və əməli müqabilində) yaxşı bir  mükafat vəd etmişdir. Allah 
cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir, 
96.  Öz  tərəfindən  (dünya  və  axirətdə)  dərəcələr,  bağışlanmaq  və  rəhmətlə!  Allah  həmişə 
bağışlayan və mehribandır. 
97.  Həqiqətən  mələklər  özlərinə  zülm  etməkdə  olan  kəslərin  canlarını  alarkən  (onlara) 
deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz  yer üzündə (iman və 
əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış  halda)  idik». Mələklər deyəcəklər:  «Məgər Allahın 
yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların 
yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.  
98. Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın 
və uşaqlar (hakim qüdrətin və ya  elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) 
müstəsnadırlar. 
99. Buna görə də ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən və bağışlayandır.  
100. Kim Allah yolunda (cihad etmək,  yaxud dini elm  öyrənmək və ya  lazım  olan dünya  malı 
üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və 
geniş  sığınacaq  tapacaqdır.  Kim  öz  evindən  Allaha  və  Onun  peyğəmbərinə  tərəf  hicrət  etmək 
niyyəti  ilə çıxsa, sonra ölüm onu  haqlasa, həqiqətən, onun  mükafatı Allahın  öhdəsinədir. Allah 
həmişə çox bağışlayan və mehribandır. 
101. Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin 
sizə  zərər  və  ziyan  vurub  incidəcəklərindən  qorxduğunuz  təqdirdə  (öz  dörd  rükətli) 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə