Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 
75 
yaşayan  bütün  həməqidə  yoldaşlarına  Әhli-bеyt  və  “İman” 
vasitəsilə müraciət edərək demişdir: “Allah-təalanın izni ilə 
istəyirəm  ki,  qardaş-bacılarımız  oturuş-duruşları,  əxlaqları, 
insanlarla  təmasları  ilə  Cəfəri  adını  doğrultsunlar,  bu 
məsləkin  daşıyıcıları  olduqlarını  nəinki  bir  an  belə 
unutmasınlar, hətta bütün müsəlmanlara nümunə olsunlar...” 


 
76 
 
 
 
 
(Ya Peyğəmbər!) De: 
“Mən risalətimin 
müqabilində Əhli-
Beytimə məhəbbətdən 
başqa bir şey istəmirəm!” 
 
(“Şura” surәsi, 23) 
 
 
Şеyх Mәhәmmәd Fazil Lәnkәraninin 
Moskvada yaşayan müqәllidlәrinin 2005-ci il 
Ramazan tәәssüratları 
(Yazılar Rusiyada populyar olan “Əhli-Beyt” 
qəzetinin noyabr, dekabr saylarından götürülmüşdür.) 
 
 
Ramil  Babayev
:-  Allah-təalanın  İslamda  qoyduğu 
elə  qanunlar  var  ki,  əvvəlki  dinlərdə  olmuş  insanlara  da 
aiddir.  Onlardan  biri  orucdur.  Bu  barədə  Qur’ani-Kərimdə 
ayə  də  var.  Yəqin  elə  ona  görədir  ki,  uca  Allah  ramazan 
ayında  şeytanın  əl-ayağını,  cəhənnəmin  qapılarını  bağlayır. 
Özünün  mübarək  əfv,  fəzilət  süfrəsini  açır.  Ağıllılar 
Yaradanın  qonağı  olmaq  fürsətini  qaçırmırlar,  bu  nadir 
şərəfdən  faydalanmağa  çalışırlar.  Doğrudan  da,  ildə  cəmi 
bir dəfə və bir ay imkan yaranır ki, on bir ay səndən asılı və 
asılı  olmayan  səbəbdən  etdiyin  günahlardan  təmizlənəsən, 
bağışlanmaq  üçün  əllərini  Allahın  dərgahına  uzadasan. 


 
77 
Şübhəsiz ki, oruc tutanlar bu müraciəti xütbə məclislərində, 
alimləri  ziyarət  edərkən,  camaat  namazlarında,  iftar 
məclislərində  etməlidirlər.  Mən  də  mömin  dostlarımla  bu 
qaydalara  riayət  etməyə  çalışdım.  Yeri  gəlmişkən  onu  da 
deyim  ki,  Moskvadakı  ibadətlərimlə  vətəndə  yaşadığım 
oruc-namazlarımı  müqayisə  edirəm  və  fərq  görürəm.  Fərq 
ondadır  ki,  Azərbaycanda  dörd  tərəfin  müsəlmandır,  çoxlu 
dini  kitablar  və  məscidlər  var,  mütəmadi  olaraq  alim 
söhbətlərini  dinləməyə  imkan  yaranır,  ən  azından  hüzr 
məclisləri  xütbələr  üçün  meydan  açır.  Moskvada  isə  bu 
işləri  yalnız  “Әhli-beyt”  cəmiyyəti  həyata  keçirir.  Onların 
mövqeyi,  fəaliyyəti çox  şərəfli  və  məsuliyyətlidir. Minlərlə 
soydaşımız məhz onların sayəsində tövbə etmiş, dinə-imana 
gəlmiş  və  ya  imanlarının  kamilliyinə  doğru  yol  tapmışlar. 
Bu  gün  mən  təsəvvürümə  gətirə  bilmirəm  ki,  “Әhli-beyt” 
cəmiyyətinin  tədbirləri  olmasa,  mən  daha  harada  iman 
məclisi axtarıb tapa bilərəm. Hazırda isə biz “Әhli-beyt”dən 
mənən  dolu  çıxandan  sonra  iş  yerimizdə  bir  təbliğat 
meydanı görürük. 
Builki  ramazan  yadımda həm  də  onunla  qalacaq  ki, iki 
azərbaycanlı  yoldaşımızı  Allah  yoluna  dəvət  etdik, 
sıralarımız  möhkəmləndi.  Bilirsiniz  ki,  “Çerkizovski” 
dediyimiz  ticarət  mərkəzində  çoxsaylı  azərbaycanlı  işləyir, 
əgər “Әhli-beyt”in hər üzvü burada ildə bir-iki nəfəri iman 
yoluna  dəvət  edə  bilsə,  yaşadığımız  cəmiyyət  nə  qədər 
saflaşar,  ədalət  artar,  yaşamaq  asanlaşar.  Şəriətlə  bağlı sual 
yarananda  isə  Ayətullah  Məhəmməd  Fazil  Lənkəraninin 
risaləsi köməyimizə çatır... 
Hər  ramazanda  olduğu  kimi,  bu  il  də  imam  Әlinin  (ə) 
zərbətlənməsi 
və 
şəhadəti  günləri,  Qədr  gecələri 
mərasimləri  ən çox  yaddaqalan  oldu.  Axı özü iftarsız  qalıb 
yeməyini  miskinə  vermiş  (bu  barədə  Qur’ani-Kərimdə 
“Həl-əta”  surəsi  nazil  olmuşdur  –  red.)  Әlinin  (ə) 


 
78 
şücaətlərinə,  onun  əbədi  həyat  nümunəsinə  necə  istinad 
etməyəsən?! 
 
Şahin  Axundov:
-  İslam  qaydaları  ilə  yaşamağa, 
xüsusən  də  oruc  tutmağa  1999-cu  ildən  başlamışam.  Çox 
peşmanam ki, daha əvvəldən ibadətim olmayıb. Üç il əvvəl 
Ağdamda  əsgəri  xidmətdə  olanda  komandirlərin  qəti 
etirazına  baxmayaraq  orucdan  qalmırdım,  çünki  orduda 
buna  nəzarət  etmək  həmişə  mümkün  deyil.  Amma  namaza 
qətiyyətlə  mane  olurdular.  Heç  cür  anlamıram,  daha 
doğrusu,  razılaşmıram  ki,  əgər  bir  şey  insanın  iradəsini, 
müqavimətini  möhkəmləndirirsə,  adamı  kökünə,  Allahına 
bağlayırsa,  şeytan,  kafir,  düşmən  üzərində  qələbəyə 
hazırlayırsa,  əsgəri  mübariz  edirsə  onu  niyə  təbliğ  yox, 
qadağan edirlər?! 
Ramazan  ayı  həm  də  zikr  ayıdır,  götür-qoy,  düşüncə 
ayıdır.  Mən  də  oturub  dərindən  fikirləşəndə  gördüm  ki, 
Аzərbаycаnın еrməni işğаlı аltındа оlаn Qarabağ ərаzisi ilə 
əlaqəli  hadisələr  məhz  dinimizə  —  Allah-təalanın 
buyurduqlarına  etinasız  qalmağımızdan  irəli  gəlib.  Әhaliyə 
hələ  kiçik  yaşlarından  İmam  Hüseyn  (ə)  məktəbindən  dərs 
deyilsəydi, 
Әhli-beyt 
yolu 
öyrədilsəydi, 
düşmən 
Azərbaycan  torpaqlarından  bir  ovuc  götürməyi  ağlına  belə 
gətirməzdi.  Amma  mənə  elə  gəlir  ki,  yenə  gec  deyil. 
Moskvada 
“Әhli-beyt” 
cəmiyyətinin 
fəaliyyətindən 
faydalansaq,  imanımızı  kamilləşdirsək,  Allah  yolunu 
öyrənib  imkan  daxilində  başqalarına  da  təlqin  edə  bilsək, 
zəhmətlərimiz boşa getməz. Bu mənada  yenicə başa çatmış 
ramazan  ayını  həyatımda  ən  mənalı  və  fəzilətli  hesab 
edirəm.  Builki  xütbələr,  təbliğat,  “Әhli-beyt”  qəzetinin 
yazıları,  Şеyх  Məhəmməd  Fаzil  Lənkərаninin“Şəriət 
hökmlərinin  izahı”  risaləsi,  cəmiyyət  üzvlərinin  etiqadı 
məni  kamilliyə  doğru  bir  addım  da  irəli  aparıb.  İndi  dərk 
edirəm ki, din alimləri niyə xütbə söyləyəndən sonra başqa 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə