Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

yazırdılar  ki,  inqilab  nəticəsində  hər  hansı  yeni  bir  şey  ya­

ranmalıdır.

Professor  Yavuz  Abadan  yazırdı:  «İnqilab  mövcud 

olanın  zor ilə yıxılmasıdır».146  Biz  incəsənət,  əxlaq,  din,  tex­

nika  sahəsində  böyük  dəyişikliklərin  şahidiyik.  O,  yazır  ki, 

böyük  müharibələr,  iqtisadi  və  siyasi  böhranlar  bu  dəyişik­

liklərə şərait yaradır.  İnqilab üçün öz  dövrünü  keçirmiş  qay­

daları  ləğv  etmək  yeganə  xarakter  cəhət  deyil.  Götürülən 

qaydaların  yerinə  yeniləri  yaradılmalıdır.  İnqilabı üsyandan 

fərqləndirən  cəhət  bundan  ibarətdir.147  Yavuz  Abadan  inqi­

lab  deyəndə  əsasən  yeni  hakimiyyət  formasının  yaranmasını 

nəzərdə  tuturdu.  O,  göstərir:  «İnqilab  nəticəsində  yaranan 

yeni  vəziyyət  köhnəyə  nisbətən  bir  addım  irəli  olmalıdır», 

əks  halda  «bu  inqilab  yox,  irtica  olar».  Məsələn,  inqilab  nə­

ticəsində  monarxiya  demokratiya  ilə,  konstitusiyalı  monar­

xiya respublika ilə əvəz edilməlidir.148

Bir  çox  türk  alimləri  inqilabın  səbəbini  insanın  mənə­

viyyatında  axtarırdılar,  insan  həmişə  yaxşıya  doğru  can 

atır.  Yavuz  Abadan  yazır  ki,  «inqilab  mövcud  cəmiyyət  da­

xilində  siyasi  məqsədlərinə  çatmamış  insanların  öz  mənafe­

lərinə  uyğun  gələn  yeni  qaydalar  yaratmaq  cəhdidir».149 

Y.Abadanın  fikrincə,  «milli  həyat»  ilə  siyasi  hakimiyyət 

arasında  əlaqə  pozulandan  sonra  ölkədə  ictimai  müvazinət 

də  pozulur.  Müvazinəti  bərpa  etmək  və  fərd  ilə  cəmiyyət 

arasındakı  münasibəti  nizamlamaq  üçün  yeni  hüquq  sistemi 

yaratmaq  tələbatı  yaranır.  Bu  tələbatın  mənbəyi  «insan  qəl­

binin  xüsusiyyətindədir»:  yeniyə,  yaxşıya,  irəliyə can  atmaq. 

«Mövcud  qaydaları  zor  ilə  yıxmaq,  yenisini  yaratmaq  öz 

qüvvəsini  insan  psixologiyasının  bu  xüsusiyyətindən  alır».150 

O, yazır ki, inqilab nəticəsində dövlət quruluşunda da böyük 

dəyişikliklər  baş  verir,  yeni  hakimiyyət  formaları  yaradılır. 

Yeni  yaradılan  dövlət  köhnənin  varisidir.  Ancaq  «yeni 

doğulan  uşağın  şəxsiyyəti  valideynlərin  şəxsiyyəti  ilə  eyni

146 Y.Abadan. Inkilap tarihine giriş. Ankara,  1960, s.5.

147 Yenə orada, s.5-6.

148 Yenə orada, s.6.

149 Yenə orada, s.7.

150 Yenə orada, s. 12.

62

deyil».  Məsələn,  Türkiyə  Respublikası  «Osmanlı  imperiya­



sının  qanuni  varisidir».151  Beləliklə,  bir  hakimiyyət  forması 

başqası  ilə  əvəz  edilir,  ictimai  quruluşun  dəyişməsi  tələb 

olunmur.  Bu proses təbii yolla reallaşır.

Türk  müəlliflərinin  demək  olar  ki,  hamısı  inqilab  nə­

ticəsində  köhnənin  yıxılıb  yeninin  yaranmasını  qəbul  edir­

lər.  Onlar  «yeni»  deyəndə  məzmun,  mahiyyət  etibarilə  yeni 

bir  keyfiyyət  dəyişikliyini  nəzərdə  tutmurlar.  Lakin  onların 

çoxu  XVIII-XIX  əsrlərdə  Qərbi  Avropada  baş  verən  inqi­

lablar  haqqında  danışanda  ciddi  keyfiyyət  dəyişikliklərinin 

baş  verdiyi  fikri  ilə  az-çox  razılaşırlar,  çünki  həmin  inqilab­

lar  kapitalizmin  inkişafına  yol  açmışdılar.  Söhbət  müasir 

dövrdən  gedəndə  isə  onlar  mövcud  quruluşun  tamamilə 

kökündən dəyişdirilməsini  nəzərdə tutmurdular.

Ən  böyük  partiyalardan  biri  olan  Xalq  Cümhuriyyət 

Partiyasının  lideri  Bülent  Ecevit  yuxarıdakı  fikirdən  bir  qə­

dər fərqli olaraq göstərir ki, «hər inqilabçı qrup müəyyən bir 

quruluşa və  ya  rejimə  qarşı  çıxır.  Əgər  müvəffəqiyyət  qaza­

narsa  həmin  rejimi  və  ya  quruluşu  yıxır,  yaxud  təməlindən 

dəyişdirir,  yerinə yeni bir rejim və ya quruluş  yaradır.  Fəqət 

bundan  sonra  bu  inqilabçı  qrup  öz  qurduğu  rejimin  və  ya 

quruluşun  inkişafını  ləngidən  qüvvəyə  çevrilir».152  Bundan 

sonra  yeni  inqilabçı  qruplar  yetişir  və  rejimin  aradan 

götürülməsinə çalışırlar.

Bülent  Ecevit  Türkiyədə  hətta  bazisdə  dəyişiklik  ke­

çirməyi  tələb  edirdi.  O,  göstərirdi  ki,  Türkiyədə  üstqurum 

təşkilatlarının  böyük  bir  hissəsi  Atatürk  tərəfindən  və  qis­

mən  də  27  may  1960-cı  il  hərəkatı  tərəfindən  dəyişdirilmiş­

dir.  Ancaq  Türkiyədə  daha  çox  bazis  dəyişiklikləri  etmək 

lazımdır.  Bunun  üçün  üstqurumda  bəzi  yeni  dəyişikliklərə 

ehtiyac var.153

Bazis  və  üstqurum  dedikdə  Bülent  Ecevit  əlbəttə,  bu 

anlayışları  Marksdan  fərqli  izah  edir.  Bazisdə  dəyişiklik  et­

mək  bəzi  iqtisadi  və  ictimai  islahatlar  keçirmək  kimi  başa 

düşülür.  Burada  mövcud  istehsal  münasibətlərinin  ləğvi  nə-

151 Yenə orada, s.17.

152 B.Ecevit. A tatürk ve devrimçilik. Ankara,  1969, s.13-14.

153 Yenə orada, s.35.

63



zərdə  tutulmur.  Doğrudur,  o,  «istehsal münasibətləri» ifadə­

sini  qəbul  edir,  lakin  ona  başqa  mahiyyət  verir.  Bir  burjua 

siyasi  xadimi  kimi  o,  əlbəttə,  istehsal  münasibətlərini  dəyiş­

dirmək  lazımdır  dedikdə,  kapitalist  münasibətlərinin  ləğvini 

istəmir.  O,  türk  xalqı  adından  çıxış  edərək  göstərir  ki,  türk 

xalqını  istismardan,  zülmdən  azad  etmək,  onun  maddi  və­

ziyyətini  yaxşılaşdırmaq  «...ancaq  bazisi  dəyişdirə  biləcək 

inqilab  yolu  ilə,  istehsal  münasibətlərini  xalqın  xeyrinə dəy­

işdirə  bilən,  iqtisadi  və  siyasi  gücü  dar  bir  zümrənin  əlindən 

geniş xalq kütlələrinin  əlinə  keçirə  bilən  bir  quruluş  dəyişik­

liyi  ilə  mümkündür».154  Bülent  Ecevitin  sonrakı  izahı  onun 

mövqeyini  müəyyənləşdirir.  Onun  qeyd  etdiyi  kimi,  türk  in­

qilabçıları  inkişaf etmiş  Qərbi  Avropa  ölkələrindəki  bir çox 

ümidsiz  utopiyaçılar  deyil,  gerçək  inqilabçılardır.  Türkiyədə 

Vyetnam  tipli  inqilab  da  ola  bilməz.  Çünki  Türkiyədə  milli- 

azadlıq  hərəkatı  50  il  bundan  əvvəl  qələbə  çalmışdır. 

Türkiyə başqa zəif inkişaf etmiş  ölkələrə də  bənzəmir.  Bura­

da zorakılıq  yolu  ilə,  partizanlıq  etməklə  inqilab  başlamağa 

ehtiyac  yoxdur.  Çünki  zorakılıq  işlədən  az  inkişaf etmiş  öl­

kələrin  inqilabçılarının  irəli  sürdüyü  tələblər  Türkiyədə  dinc 

demokratik  yolla  həyata  keçirilə  bilər.  Bülent  Ecevitin  fikri­

nə  görə  Türkiyədə  siyasi  demokratik  quruluş  mövcud  ol­

duğundan,  Türkiyənin  siyasi  quruluşu  bu  iş  üçün  əlverişli­

dir.  Ölkədə  bu  demokratiyam  təmin  edəcək  konstitusiya 

var.  Türk  konstitusiyası  bazis  dəyişikliyi  etmək  imkanı  ya­

radır.  Bir sözlə Türkiyədə çox gözəl  dövlət quruluşu  var.  Bəs 

nəyi  dəyişdirmək  lazımdır,  tələb  olunan  bazis  dəyişikliyi  nə­

dir?  Məlum  olur  ki,  Bülent  Ecevit  mövcud  dövlətin  əli  ilə 

ölkədə  keçirilməsini  lazım  bildiyi  bəzi  iqtisadi  və  ictimai  is­

lahatları  bazisi  dəyişən  inqilab  adlandırır.  O,  yazır:  «Kas- 

tronun  önündə  kilitli  qapılar  vardı,  Çe  Gevaranın  önündə 

kilitli  qapılar  vardı,  Но  Şi  Minin  önündə  kilitli  qapılar  var­

dı».  Bu  qapıları  açmaq  üçün  onları  qırmaq  lazım  idi. 

Türkiyədə  isə qapılar  açıqdır.155 Deməli,  qırılası  bir şey yox­

dur.

154 Yenə orada, s.86.



155 Yenə orada, s.101-105.

64

Bülent  Ecevit  o  dövr  Türkiyədə  sinfi  mübarizəni  inkar 



edərək  yazırdı:  «Türkiyədə,  bəzi  məhdud  ərazilər  nəzərə 

alınmazsa,  feodal  bina  yoxdur.  Sinif  divarları  da  hələ  çox 

dərinliyə  enməmiş  və  çox  yüksəlməmişdir.  Pozğunluq  da­

vam edərsə,  şübhəsiz türk cəmiyyətində də sinif divarları də­

rinlərə  enəcək  və  yüksələcəkdir.  Amma  hələlik  Türkiyənin 

sinfi  quruluşu  dinc  yoldan  uzaqlaşdıracaq  və  demokratik 

rejim  içərisində  inqilabı  qüvvətləndirə  biləcək  qədər  mürək­

kəb  deyil».156  Deməli  ciddi  inqilabi  çevriliş  lazım  deyil, 

islahatlar vasitəsilə mövcud quruluş  daxilində  istəniləni  əldə 

etmək olar.

Türkiyənin  solçu  qüvvələri  isə  ölkədə  köklü  ictimai- 

siyasi  və  iqtisadi  dəyişikliklər  keçirilməsini  tələb  edirdilər. 

Lakin  bunu  hansı yolla,  hansı mübarizə  formaları ilə  həyata 

keçirmək  mümkündür?  Bu  sual  ətrafında  sol  qüvvələr  ara­

sında tam birlik yox idi.

Türkiyə  İşçi  Partiyası  liderlərindən  Behicə  Boran  gö­

stərirdi  ki,  türk  inqilabı  burjua  inqilabı  ola  bilməz,  «türk 

inqilab  hərəkatı  heç  şübhəsiz  sosialist  hərəkatı  olacaqdır». 

Türk  inqilabçıları  eyni  vaxtda  imperializmə  qarşı  mübarizə 

aparırdılar.  Hər  bir  inqilabın  məqsədi  hakimiyyəti  ələ  ke­

çirməkdir.  Türk  inqilab  hərəkatı  burjuaziyanı  deyil,  fəhlə 

sinfini  hakimiyyətə  gətirəcəkdir.  Antiimperialist  və  sosialist 

hərəkatları  bir-birilə  üzvi  surətdə  bağlıdır.  Hakimiyyəti  ələ 

alandan  sonra  fəhlə sinfi  sosializm  quruculuğu  işinə  başlay­

acaqdır.  Lakin bu proses çox uzun vaxt tələb edir.157

Sol  cəbhədə  vəziyyətin  nə  yerdə  olduğunu  daha  aydın 

təsəvvür  etmək  üçün  daha  çox  radikal  mövqedə  duran  bir 

neçə  türk  müəlliflərinin  fikirlərini  misal  gətirmək  məqsədə­

uyğun  olardı.

Adil Aşçıoğlu:  «Bu  bir  həqiqətdir  ki,  sosialist  düşüncə 

nə  qədər  güclü  olursa-olsun  cəmiyyətin  kapitalist  əsasını 

dəyişdirmək  qüvvəsinə  sahib  deyil.  Ümumiyyətlə  iqtisadi 

münasibətləri  düzənləyən  və  qoruyan  üstqurumda  dəyişiklik 

etmədən  bazisin  bu  günkü  vəziyyətini  dəyişdirməyə  imkan 

yoxdur.  Məsələn,  yüz  ildən  çox  bir  dövrdən  bəri  həmkarlar

156 Yenə orada, s.104.

157 Bax:  «Ant»,  16 ocak  1968, s.10.

65



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə